Azərbaycanda söküntü ilə bağlı YENİ AÇIQLAMA - Gələn ildən...

"Söküntü prosesində ilk növbədə qəzalı binalar sökülür. Çünki qəzalı binalarda vətəndaşlarımızın yaşaması təhlükəlidir. Ona görə bu il müvafiq icra strukturları 200-ə yaxın qəzalı binanı aktlaşdıraraq onların söküntüsünə qərar verib. Növbəti ildə də eyni proses gedəcək". Sozcu.az bildirir ki, bu sözləri baku.ws-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib. Onun sözlərinə görə, gələn il təkcə Bakı və Abşeron yarımadasında deyil, bütün Azərbaycanı əhatə edən bir söküntü prosesi olacaq: "Bu, istismar müddətini bitirmiş binaları əhatə edəcək. Onların yerində yeni binalar inşa ediləcək və bu proses böyük bir dövrü əhatə edəcək. İlk növbədə qəzalı binaların söküntüsü olacaq. İkinci növbədə istismar müddətini başa vurmuş binalara üstünlük veriləcək. Üçüncü mərhələ isə layihənin tam yekunlaşmasını əhatə edəcək və bütün köhnə binalara şamil ediləcək. Mərhələli plan üzrə ölkədəki köhnə binaların yeni binalarla əvəz olunması prosesi davam edəcək. Söküntü zamanı kompensasiya məbləği Bakı Şəhər İcra Hakimiyyəti və Nazirlər Kabinetinin müəyyən etdiyinə görə əvvəllər 1500 manat ödənilirdi. Son rəqəm 2700 manata çatıb. Müvafiq razılıq əsasında qiymətləndirmə şirkətləri tərəfindən hər hansı bir bina söküləndə satınalma elan olunur. Qiymətləndirmə şirkətləri həmin satınalmada iştirak edərək bu sifarişi götürür və sökülən binanın ərazi və infrastruktura görə qiymətini müəyyənləşdirir. Fikrimcə, söküntü aparılan ərazidə həmin binanın bazar dəyəri yox, ətrafındakı yeni tikililərin bir kvadrat metrinin dəyəri qədər kompensasiya verilməlidir. Bu halda vətəndaş kompensasiyaya uyğun yeni mənzil almaqda çətinliklə üzləşməz".

İntensiv qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq

Azərbaycanın rayonlarında dekabrın 27-si günün ikinci yarısından 28-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin xəbərdarlığında bildirilib. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimal olunur.

Köç karvanı Ağdama çatdı - Açarlar təqdim olundu

Bu gün Ağdam şəhərinə 103 ailə olmaqla, ümumilikdə 405 sakin geri qayıdıb. Sozcu.az xəbər verirn ki, doğma yurda qayıdan sakinləri Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov salamlayaraq onları maraqlandıran zəruri məsələlər barədə məlumatlandırıb. Həmçinin sakinlərə ANAMA əməkdaşları tərəfindən mina təhlükəsizliyi ilə bağlı geniş izahat verilib, təhlükəsizlik qaydaları diqqətə çatdırılıb. Daha sonra köçürülən ailələrə yeni mənzillərinin açarları təqdim edilib. Qeyd edək ki, Ağdam şəhərinə mərhələli şəkildə əhalinin qayıdışı icra edilir.

Təhsil kreditini gecikdirən tələbəyə görə valideyn cavabdehdir? - AÇIQLAMA

Təhsil kreditlərində 90 gündən artıq gecikmə halları valideynlərə heç bir hüquqi və maliyyə məsuliyyəti yaratmır, bütün öhdəlik yalnız tələbənin üzərində qalır. Sozcu.az xəbər verir ki, bunu TTKF-nın 4 illik fəaliyyətinə dair hesabat tədbirində Fondun İdarə Heyətinin sədri Bəhruz Əzimov media nümayəndələrinin suallarını cavablandırarkən bildirib.  O qeyd edib ki, təqdim olunan təhsil kreditləri zamin və girov olmadan verildiyi üçün valideynlərin kredit üzrə məsuliyyəti yoxdur və bu gecikmələr onların gələcəkdə kredit götürmək imkanlarına təsir etmir. Kreditin geri qaytarılmasına görə isə, yalnız tələbə cavabdehdir: “Məhkəmə qərarından sonra borcun qaytarılması icra qaydasında təmin olunur. Tələbənin əmək müqaviləsi olduqda, ödənişlər əməkhaqqından tutulmalar yolu ilə həyata keçirilir. Geri ödəmə imkanı olmayan hallarda isə borcun ödənilməsi məhkəmə qərarı əsasında tələb olunur”. Sədr əlavə edib ki, hazırda gecikməsi olan 125 tələbə ilə aktiv iş aparılır: “Qurum bu tələbələrin, o cümlədən işsiz və müvəqqəti maliyyə çətinliyi yaşayan şəxslərin əmək bazarına inteqrasiyasına dəstək göstərərək kredit vəsaitinin geri ödənilməsinin təmin edilməsinə çalışır”.

Xəzər dənizindəki gəmilərə xəbərdarlıq edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyii yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. Bu barədə Sozcu.az-a DDLA-dan məlumat verilib. Xəbərdarlığa əsasən, dekabrın 25-də Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2-3 m, sonrakı inkişafda 3-5 metrə çatacağı proqnozlaşdırılır. Qeyd edək ki, Azərbaycanın rayonlarında sabah gündüzdən başlayaraq 26-sı gündüzədək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə dekabrın 25-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bakıda və Abşeron yarımadasında, Salyan, Neftçala, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20,8-28,4 m/san-dək güclənəcək.

Türkiyədə qəzaya uğrayan təyyarənin qara qutusu tapıldı

Ankara yaxınlığında qəzaya uğrayan Liviya Baş Qərargah rəisi Məhəmməd əl-Həddadın olduğu təyyarənin qara qutusu tapılıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya “TRT Haber” telekanalının efirində deyib. “Qara qutu bu gün yerli vaxtla saat 02:45-də (Bakı vaxtı ilə 03:45) tapılıb. Hərtərəfli araşdırma aparılır və nəticələri tezliklə açıqlanacaq”, - nazir bildirib. Nazirin sözlərinə görə, “Falcon 50” təyyarəsi çərşənbə axşamı yerli vaxtla saat 20:17-də Ankaranın Esenboğa hava limanından Tripoliyə yola düşüb. Saat 20:32-də heyət göyərtədə təcili vəziyyət barədə məlumat verib və hava limanına qayıtmaq istəyib. Təyyarə ilə əlaqə saat 20:36-da kəsilib. Qalıqlar saat 22:00-da Ankaranın Haymana rayonunda aşkar edilib. Göyərtədə beş sərnişin və 3 heyət üzvü olub.

Ukraynanın "Azov" qvardiyası işğalçı Rusiyanın tank kalonunu məhv etdi...

Dekabrın 22-i səhər Rusiya işğalçıları Donetsk bölgəsindəki Dobropolye istiqamətində mexanikləşdirilmiş hücuma keçiblər və nəticədə Ukrayna müdafiəçiləri tərəfindən darmadağın ediliblər. Sozcu.az  "Fokus" nəşrinə istinadla xəbər verir ki,  Azov Ukrayna  "Azov" milli qvardiyasının 1-ci korpusunun məlumatına görə, Rusiya tankları, zirehli döyüş maşınları və  kvadrosikllərdən ibarət kalon Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri tərəfindən demək olar ki, tamamilə məhv edilib. Düşmən texnikasının və şəxsi heyətinin məhv edilməsini göstərən videonun başlığında deyilir:  "Azov" milli qvardiyasının 1-ci korpusunun qüvvələri, ona bağlı və bitişik bölmələr işğalçı qüvvələrin Dobropolye istiqamətində daha bir mexanikləşdirilmiş hücumunu dəf etdilər". "Azov" milli qvardiyası izah edib ki, hücum üçün tanklar, piyada döyüş maşınları və zirehli personal daşıyıcıları da daxil olmaqla bir neçə mexanikləşdirilmiş kalon göndərilib, Rusiya dəniz piyadaları isə müxtəlif yollardan istifadə edərək Ukrayna müdafiə qüvvələrinin xətlərini yarmağa cəhd ediblər. Rusiya hücumunu dəf etmək üçün hücum dronlarından, top artilleriyasından, yaylış atəşli raket sistemlərindən və atıcı silahlardan istifadə ediblər. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin mühəndislik bölmələri Rusiya Silahlı Qüvvələrinin irəliləmə marşrutları boyunca mina sahələri yerləşdiriblər. "Azov" qeyd edib ki, "Mexanikləşdirilmiş hücumu dəf etmək nəticəsində Müdafiə Qüvvələri 6 tankı, doqquz piyada döyüş maşınını, 5 zirehli personal daşıyıcısını və 1 zirehli bərpa maşınını məhv edib. Düşmənin son hücum dalğası kavdosikllərdən istifadə etməklə həyata keçirilən hücumu əhatə edib.11 bir motorlu maşından onu məhv edilib. Biri döyüş meydanını tərk edib". Xatırladılır ki, 20 dekabrda mediada Rusiya Silahlı Qüvvələrinin Sumı vilayətindəki sərhəd kəndinə basqın etdiyi və 50-dən çox sakini deportasiya etdiyi barədə məlumat yayılıb.moderator)

Ukrayna ordusu üçün 4,1 milyard toplandı

Çexiyanın Qərb ölkələri hesabına Ukrayna ordusunu üçüncü ölkələrdən alınan sursatla təmin etmək təşəbbüsü 100 milyard kron (təxminən 4,1 milyard avro - red.) vəsait toplayıb. Sozcu.az xəbər verir ki, bu barədə Çexiyanın sabiq xarici işlər naziri Yan Lipavski deyib. Onun sözlərinə görə, Çexiya bu təşəbbüs çərçivəsində əsasən Niderland və Danimarka ilə əməkdaşlıq edir. Ukrayna bu il 1,8 milyon, proqramın başlamasından (2023-cü ilin əvvəlində) bəri isə ümumilikdə təxminən 4 milyon mərmi alıb.

Bakıda ağır qəza: 19 yaşlı gənc öldü

Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib, 19 yaşlı gənc ölüb. Sozcu.az APA-ya istinadla xəbər verir ki, 77-GK-835 dövlət nömrə nişanlı “Hammer” və 99-TY 561 dövlət nömrə nişanlı “Opel” markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində “Opel” avtomobilində olan 19 yaşlı sərnişinin öldüyü bildirilir, xəsarət alan var. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Araşdırma aparılır.

Amnistiya aktı dörd ay ərzində icra olunacaq

Amnistiya ilə bağlı qərar qəbul olunacağı gündən qüvvəyə minəcək və dörd ay ərzində icra olunacaq. Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasət və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.modern)

Pirotexniki vasitələr satan şəxslər tutuldu

Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı və tezalışan maddələrin, pirotexniki vasitələrin gizli şəkildə satışının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib. Sozcu.az xəbər verir ki, keçirilən tədbirlər zamanı rayon sakinləri E. Mədətov, T. Kərimova və Z. Babayevadan külli miqdarda pirotexniki vasitələr aşkar olunaraq götürülüb. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müavfiq maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.

Xəzəri Aral və Urmiyanın taleyi gözləyir? – Ekspert

Xəzər dənizi daxili göldür və əsas su mənbəyi ona tökülən çaylardır. Son 30 ildə dünya üzrə göllərin yarıdan çoxu ciddi şəkildə su itirib, bir qismi isə tamamilə quruyub. Urmiya və Çad göllərinin artıq tam quruduğunu demək olar, Aral gölü də qurumuşdu, hazırda onun bir qismi bərpa edilib. Bu göllər vaxtilə zəngin ekosistem xidmətləri göstərir, balıq və su quşları üçün yaşayış yeri idi. Bu barədə Axar.az-a açıqlamasında ekoloq Rövşən Abbasov danışıb. Onun sözləriə görə, göllərdə suyun azalması əvvəlcə hiss olunmur, çay sularından həddindən artıq istifadə nəticələri bir müddət sonra üzə çıxır və qəfil ekoloji fəlakətə gətirib çıxarır: “Urmiya və Çadda olduğu kimi, bu proses indi də Xəzərdə müşahidə olunur. Xəzərdə səviyyə dəyişmələri onun daxili göl olması ilə bağlıdır və burada azalma-artma daha böyük miqyasda baş verir. Hazırkı azalma iqlim dəyişmələri və çayların suyundan həddindən artıq istifadə ilə əlaqələndirilir. Məsələn, Volqa üzərindəki su anbarlarının ümumi sahəsi 30 min kv.km-dən çoxdur ki, bu da buxarlanma və sızma hesabına əlavə su itkisi deməkdir. Həştərxan vilayətində əkin sahələri kəskin artıb, Kür hövzəsində isə son illər su götürülməsi xeyli yüksəlib. Bu səbəblər Xəzərin səviyyəsində gec-tez özünü göstərməli idi. Əgər bu gün adaptasiya tədbirləri görülməsə, proses geridönməz ola bilər. Azərbaycan artıq Şirvan kanalının bərpası və genişləndirilməsi kimi layihələrlə su itkilərini azaltmağa çalışır. Bu, milli adaptasiya proqramının əsas istiqamətlərindən biridir. Oxşar proqramlar digər Xəzəryanı ölkələrdə də həyata keçirilməlidir”, - o qeyd edib. Ekoloq bildirib ki, beş Xəzəryanı dövlət arasında çaylardan Xəzərə nə qədər su daxil olmalı olduğuna dair öhdəliklər müəyyənləşdirilməlidir: “Bu prosesə Türkiyə, Gürcüstan və Ermənistan da cəlb edilməlidir, çünki çay sularının azalmasında onların da payı var. Əgər regional məsuliyyət formalaşdırılmazsa, Xəzərin səviyyəsi böyük həcmdə azala bilər ki, bu da bütün region üçün ciddi təhlükə yaradar”.