Gələcəkdə iş tapmaq çətin ola biləcək ixtisaslar sürətlə dəyişən texnoloji inkişaflar, iş bazarının tələbləri və iqtisadi şərtlərə bağlıdır. Sozcu.az-ın məlumatına görə, bunu təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bildirib. O, dünyada və Azərbaycanda bir sıra ixtisasların gələcəkdə iş tapmaqda çətinlik çəkəcəyini bildirib. Ekspertin sözlərinə görə, sözügedən ixtisaslar filologiya, sosiologiya və sosial elmlər, sənətşünaslıq və incəsənət, politologiya və beynəlxalq münasibətlər, biologiya və təbiət elmləridir. vakansiyalar "Ədəbiyyat və filologiya ixtisasları üzrə məzunların iş imkanları, əsasən, təhsil və tərcümə sahələri ilə məhdudlaşır. Müəllimlik imkanları mövcud olsa da, bu sahədə artıq kifayət qədər mütəxəssis var. Rəqəmsal texnologiyaların inkişafı və süni intellektin tərcümə sahəsindəki istifadəsi də bu ixtisasın dəyərini azalda bilər. Bunun əsas səbəbləri rəqəmsal texnologiyaların tərcümə işlərinə təsiri, təhsil sektorunda artıq olan müəllim sayı və məhdud iş yerləri, iş bazarında bu ixtisasa olan tələbatın azalmasıdır. Sosiologiya və digər sosial elmlər üzrə ixtisaslaşan məzunların iş tapmaqda çətinlik çəkə biləcəyi ehtimal olunur, çünki bu sahələrdə konkret iş imkanları nisbətən məhduddur və çox vaxt yalnız akademik və tədqiqat sahələrində iş yerləri mövcuddur. iqtisadi və sosial tədqiqatlara məhdud dövlət və ya özəl sektor maliyyəsi, sosial elmlər sahəsində məzunlar üçün az sayda akademik iş imkanları, qeyri-kommersiya təşkilatlarında və ya beynəlxalq təşkilatlarda yüksək rəqabət bunun əsas səbəblərindəndir. Sənətşünaslıq və incəsənət sahələrində iş imkanları hər zaman məhdud olub və gələcəkdə də belə davam edəcək. Xüsusilə, mədəniyyət və incəsənət sahələrində dövlət dəstəyinin azalması və özəl sektorun marağının aşağı olması bu ixtisaslar üzrə iş tapmaq imkanlarını məhdudlaşdırır. Bunun səbəbləri əmək bazarında bu sahəyə olan tələbatın azalması, mədəniyyət və incəsənət sahələrində dövlət dəstəyinin az olması, bu sahədə işləmək üçün yüksək ixtisas və xüsusi bacarıqların tələb olunmasıdır. Politologiya və beynəlxalq münasibətlər ixtisasları üzrə məzunlar üçün dövlət və beynəlxalq təşkilatlarda iş yerləri olsa da, rəqabət çox yüksəkdir və çox az sayda iş imkanı mövcuddur. Diplomatik sahədə işə qəbul prosesləri adətən çox mürəkkəbdir və ciddi tələblər irəli sürülür. Səbəblər rəqabətin çox yüksək olması və məhdud iş yerləri, xarici dillərə və spesifik sahə biliklərinə olan tələbin yüksək olması, özəl sektorda bu ixtisasa olan tələbatın aşağı olmasıdır. Marketinq və reklam sahəsində rəqəmsal texnologiyaların inkişafı və süni intellektin tətbiqi ilə bir çox işlər avtomatlaşdırılır. Bu, marketinq və reklam sahələrindəki iş imkanlarının azalmasına səbəb ola bilər. Həmçinin, bu sahələrdə artıq çox sayda məzunun olması rəqabəti artırır. Səbəblər rəqəmsal marketinq texnologiyalarının və avtomatlaşdırmanın artması, reklam sahəsində işlərin rəqəmsal mühitə keçməsi və buna görə də iş yerlərinin azalması, marketinq sahəsində artıq çox sayda mütəxəssisin olması və rəqabətin artmasıdır. Biologiya və təbiət elmləri üzrə ixtisaslaşan məzunlar üçün iş imkanları, adətən, akademik və ya tədqiqat sahələri ilə məhdudlaşır. Ancaq bu sahələrdə də rəqabət çox yüksəkdir və maliyyə dəstəyi məhduddur. Tətbiqi sahələrdə, məsələn, biotexnologiyada iş imkanları olsa da, burada da ciddi rəqabət mövcuddur. Səbəblər təbiət elmləri sahəsində iş imkanlarının məhdud olması və yüksək rəqabət, akademik və tədqiqat sahələrində maliyyə resurslarının çatışmazlığı, sürətlə inkişaf edən texnologiyaların və yeni sahələrin tələblərinə uyğunlaşmaq çətinliyidir. Bu ixtisaslar üzrə iş tapmaqda çətinlik çəkmək ehtimalı yüksək olsa da, hər sahədə fərdi bacarıqlar, ixtisaslaşma və praktiki təcrübə önəmlidir. Gələcəkdə iş tapmaq perspektivləri üçün tələbələrin dəyişən iş bazarına uyğunlaşmaları, əlavə bacarıqlar öyrənmələri və müxtəlif sahələrdə təcrübə qazanmaları vacibdir. İş bazarının dinamikliyi və dəyişən tələblər səbəbindən hər bir məzunun çevik və adaptiv olması önəm kəsb edir", - ekspert vurğulayıb. yenisabah)
Ermənistanın Hrazdan vilayətində istilik elektrik stansiyasında baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 5-i xəsarət alıb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin məlumatında deyilir. Partlayışın İES ərazisində fəaliyyətdə olmayan tökmə sexində baş verdiyi bildirilib. Əraziyə xilasedicilər cəlb edilib.
İqlim dəyişmələrinin artan təsiri həm temperatur göstəricilərində, həm də yağıntı rejimində müşahidə olunur. Son 10 ilin yay aylarında respublika ərazisində ən çox yağıntı 2024-cü ildə qeydə alınıb. Belə ki, bu ilin yayında 67 gün yağıntılı keçib və yağıntılar əsasən qısamüddətli, leysan xarakterli olaraq aylıq normanın bir neçə mislinə bərabər olub. Ölkə üzrə ən çox yağıntı Zaqatala rayonu ərazisinə düşüb və yağıntının miqdarı 470 mm təşkil edib. Sozcu.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov bildirib. O qeyd edib ki, bu yay ildırım-dolu atmosfer proseslərinin də intensivliyi artıb və nəticə olaraq ölkə üzrə 69 dolu hadisəsi baş verib: “Bu ilin yayında dəniz səviyyəsindən 3000 metr hündürlükdə yerləşən Şahdağda hətta 2 dəfə qar yağması qeydə alınıb. Bu ilin yay fəslində yağıntıların leysan xarakterli, davamlı və intensiv olması sel hadisələrinin rekord həddə çatmasına səbəb olub və ölkə üzrə 90 sel hadisəsi qeydə alınıb ki, bu da son 50 ilin ən maksimal göstəricisidir”. Xidmət rəsmisinin sözlərinə görə, ölkə ərazisində bu ilin iyun ayında orta temperatur 2.2 dərəcə (norma 20.7), iyul ayında 1.5 dərəcə (norma 23.9), avqust ayında isə 1.9 dərəcə (norma 23.1) normadan yüksək olub. Bu statistik analiz iqlim dəyişmələrinin göstəricisidir. Ə.Əsgərov bildirib ki, ölkə ərazisində son 10 ildə ən isti yay 2018-ci ildə qeydə alınıb: “Həmin il maksimal temperatur iyul ayının 1-də Bakıda və Abşeron yarımadasında 44.5 dərəcə, bölgələr üzrə isə iyul ayının 12-də Culfada 45 dərəcə isti müşahidə edilib.
Sentyabrın 9-u gündüz və 10-da bölgələrdə küləkli hava şəraiti gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb. Sarı xəbərdarlığa uyğun olaraq Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustanda fasilələrlə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Araşdırmalar bu il dünyada ən isti yay fəslinin olduğunu ortaya çıxarıb. Adətən, insanlar yay qızmar keçəndə, qışın da sərt olacağını iddia edir. Bəs bu iddialarda doğruluq payı varmı? Qış fəslində hava şəraitinin necə olacağı haqqında ilkin məlumatlar nə deyir? Meteoroloq Cavid Hüseynov bu barədə “Yeni Sabah”a açıqlama verib. Bildirib ki, deyilənlər reallığı əks etdirmir: “Mövcud praktikada yay fəslinin isti və ya sərin keçməsinə əsaslanaraq qışın necə keçəcəyini proqnozlaşdırma metodikası yoxdur. Bu yanaşma çox yanlışdır. Mövsümü proqnozlar riyazi (dinamik və statistik) modellər, həmçinin iqlim xüsusiyyətləri əsasında tərtib olunur”. Meteoroloq qış aylarında bizi hansı hava şəraitinin gözlədiyi barədə də məlumat verib: “Ölkəmizdə qış fəslinin nisbətən mülayim, bəzi günlərdə isə hava şəraitinin şaxtalı və qarlı keçməsi istisna olunmur. Qış fəslinin iqlim xüsusiyyətlərinə görə, adətən yanvar və fevral aylarında bölgəmiz tez-tez Arktik hava kütlələrinin təsirinə məruz qalır. Belə ki, qış fəslinin ortaları və sonunda temperaturun bəzi günlərdə qısa müddətə normadan aşağı düşəcəyi, yağıntıların isə əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur”.
Azərbaycanda avqustun 15-dən etibarən internet bahalaşıb. Bundan sonra sakinlər 18 AZN deyil, 25 AZN ödəniş edəcəklər. Bununla bağlı özəl internet provayderləri də müştərilərinə xəbərdarlıq ediblər. Lakin 1 aya yaxın müddət keçsə də internetin sürəti ilə bağlı şikayətlər dayanmır. İstifadəçilər bildirirlər ki, qiymət qalxsa da, internetin sürətində heç bir dəyişiklik yoxdur. “Çox pisdir. Dünən axşam bir neçə dəfə fasilə yarandı. Qiymət qalxıb, keyfiyyət düşüb”, “Mən də 25 manat ödəniş etmişəm. 15 manat olanda sürət daha yaxşı idi”, “Bizdən 27 manat alırlar, keyfiyyət də yaman gündə...”, “25 AZN ancaq internet üçündür. Telefon, TV birlikdə 33 AZN ödəyirik”, “Dünən 27 manat ödədim, keyfiyyət çox pis... Əvvəl bundan yaxşı idi” , deyə sosial şəbəkələrdə şikayətlər yazılır. Bəs internetin sürəti nə zaman düzələcək? Problemin həlli üçün nə etmək lazımdır? Məsələ ilə bağlı Rəqəmsal sahə üzrə mütəxəssis Vasif Qəhrəmanov Bakupost.az –a açıqlama verib. Ekspert bildirib ki, şikayətlərin olması normaldır: “Son zamanlar əhali arasında şikayətlər artıb. Qiymət qaldırılsa da, keyfiyyət yoxdur. Bunların baş verməsi normaldır. Çünki sistem hələ oturuşmayıb. Sistemə yeni keçmişik. İnternet sürətinin artırılması üçün hər bir provayder öz “Data Center”lərinin miqdarını çoxaltmalıdırlar. Keçiricilik səviyyəsini artırmalıdırlar. Əminəm ki, qısa müddətdə problem aradan qalxacaq”. Xatırladaq ki, GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətlərin 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırıldığı qeyd olunub. Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayır. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilir.
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin aşağı sinifli əmək miqrantlarının ailələrini Rusiyaya gətirməsinə qadağa qoymağa çağırıb. Onun sözlərini Rusiya parlamentinin aşağı palatasının mətbuat xidməti sitat gətirib. Deputatın fikrincə, Rusiya Federasiyasına gələn əcnəbi vətəndaşa görə məsuliyyət onu dəvət edən müəssisənin üzərinə düşməlidir. Volodin qeyd edib ki, Rusiya qanunvericiliyində miqrantlara ailələrini özləri ilə aparmağa icazə verən "boşluq" var, ona görə də bu məsələ hazırda müzakirə olunur. Dövlət Dumasının sədri əlavə edib ki, əmək miqrantlarının ölkə qanunvericiliyinə və ənənələrinə riayət etməklə Rusiya iqtisadiyyatına kömək etmələrini təmin etmək lazımdır. Bu vəziyyətdə "heç bir problem olmayacaq" deyə Volodin bildirib. Sentyabrın əvvəlində Rusiya Federasiyasının İstintaq Komitəsi 2024-cü ildə ölkədə əcnəbilər tərəfindən törədilən ağır cinayətlərin sayının 12% artdığını bəyan edib. Ümumilikdə, ağır cinayətlər də daxil olmaqla 23 847 cinayət törədilib./ BAKU.WS
Avqustun 28-i saat 06:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Hazırda paytaxt ərazisində kirayə mənzil bazarında həm bahalaşma, həm də qıtlıq müşahidə olunur. Yeni tədris ilinin başlamasına az bir vaxtın qaldığını və universitetlərdə təhsil almaq üçün Bakıya axın edən tələbələrin sayını nəzərə alsaq indiki tendensiya heç də ürəkaçan görünmür. Bəs çıxış yolu nədir? Məsələ barədə “Yeni Sabah”a açıqlama verən əmlak eksperti Vüqar Oruc mənzillərin satış və kirayə qiymətlərini bahalaşdıran amillərdən söz açıb: “İyun-iyul aylarında keçirilən imtahanlardan sonra tələbə adını qazanan abituriyentlər artıq avqustun sonu və sentyabrda Bakı şəhərinə üz tuturlar. Bu da daşınmaz əmlak bazarının kirayə seqmentində çox böyük tələbat yaradır. Hər il bu məsələ qiymətlərə təsir göstərir. Hazırda bir az fərqli situasiya ilə üz-üzəyik. Təkcə sözügedən amil yox, eyni zamanda COP29, həmçinin, digər beynəlxalq tədbirlər, ölkəmizə artan investisiya maraqları qiymətlərin bahalaşmasına gətirib çıxarır. Bu səbəbdən qiymətlərin yüksəlməsi mövsümi xarakter daşımayacaq və bu tendensiya davam edəcək. Bakı artıq bir müddətdən sonra kirayə mənzillərin baha olduğu bir məkana çevriləcək. Həkim tap Söhbət təkcə kirayə qiymətlərindən getmir. Alqı-satqı sahəsində də çox ciddi bahalaşma var. Bazarda fantastik dərəcədə təklif qiymətləri yüksəlir. Ötən ilin bu vaxtı ilə müqayisədə qeyri-yaşayış sahələri, metro yaxınlığında yerləşən, yaxud ticari əhəmiyyətli ərazilərdə inşa edilən əmlaklar 30-35 faiz yüksək qiymətlə təklif olunur. Kirayə mənzillər də 10-15 faiz artıma məruz qalıb. Əsas məsələ isə bazarda müəyyən qıtlığın hiss olunmasıdır”. V.Oruc bildirib ki, artıq təkliflər tələblərə uyğun deyil və bu, tələbələri çox çətin vəziyyətdə qoyur: “Böyük iş adamları, sahibkarlar istifadə olunmayan böyük yaşayış evləri, villaların daxili planlamasında dəyişikliklər edərək, müəyyən otaqlara ayrılması və kirayəyə verilməsi prosesinə start veriblər. Bu özü bazardakı situasiyanın aydınlaşması üçün ciddi faktordur. Problemi aradan qaldırmaq üçün yataqxanaların, yaxud bu tipli yaşayış məkanlarının tikilməsinə start verilməlidir. Tələbələr adətən, tədris müəssisələrinə daha yaxın yerlərdə mənzil kirayələmək fikrində olublar. Amma hazırda təhsil müəssisələrinin yerləşdiyi yerlər şəhər müəssisələridir. Düzdü, belə bir layihə var idi ki, tədris müəssisələrini kamp variantina keçirsinlər və şəhərdən kənara daşısınlar. Beləliklə, şəhərciklər salınsın və tələbələr də həm yaşayış yeri ilə təmin olunsun, həm də təhsil ala bilsinlər. Bu məsələ Bakıda tıxacların və hərəkət məhdudiyyətinin aradan qaldırılması üçün çox ciddi həll yoludur. Təbii ki, bu proyekt gündəmdə olsa da, yaxın müddətdə reallaşacağı gözlənilmir”.
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Saratov vilayətinə “Bober” PUA-ları ilə hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Saratov və Engels şəhərlərində iki hündürmərtəbəli yaşayış binası PUA-larla vurulub. Qeyd edək ki, Ukrayna istehsalı olan “Bober” PUA-ların uçuş məsafəsi 800 km, maksimal sürəti isə 150 km/saatdır.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında havanın küləkli olacağı, küləyin arabir güclənəcəyi gözlənilir. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. "Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır", - məlumatda bildirilib
"Kurskda hərbi əməliyyat başlanandan USQ 90-dan artıq yaşayış məntəqəsini və 1250 kv.km ərazini nəzarətə götürüb..." Rusiyada gizli səfərbərlik planlaşdırılır. Bu, cəbhədə böyük sayda itkilərlə bağlı zəruridir. Sozcu.az xəbər verir ki, bu barədə "Bild" nəşrinin baş redaktoru Janna Plaumann və nəşrin hərbi analitiki Yulian Repke fikir söyləyib. Beynəlxalq dəyərləndirmələrə görə, 2022-ci ilin fevralından 110-140 min rusiyalı hərbçi həlak olub. Vladimir Putinin Ukraynada döyüşən qoşunların sayını artırmaq niyyəti aydındır, kişilər yüksək ödənişlərlə xidmətə cəlb edilir, müddətli hərbi qulluqçalara müqavilə bağlamaq üçün təzyiq göstərilir. Ukrayna müdafiə nazirinin müavini İvan Qavrolyuk bəyan edib ki, Rusiya Ukraynada öz qoşunlarının sayını ilin əvvəlindən 400 mindən 600 minədək artırıb, ilin sonunadək bunu 800 min hərbi qulluqçuyadək artırmağı planlaşdırır. Lakin regionların müqavilə üzrə xidmətə cəlb etmək üçün vəsaitləri tükənməkdədir. "Geniş səfərbərlik yetişir. Güman edilir ki, Putin USQ-nin Kursk vilayətində hücumundan daha çox rusiyalıların hərbi xidmətə çağırışı üçün istifadə edə bilər. Doğrudur, böyük ehtimalla, bunu "rəsmən elan etmədən, gizli şəkildə" etməyə cəhd göstəriləcək", - nəşr yazıb. Kursk əməliyyatı - son xəbərlər Xəbər verildiyi kimi, USQ Kursk vilayətində hərbi əməliyyat başlanandan işğalçıların 90-dan artıq yaşayış məntəqəsini nəzarətə götürüb, bu da 1250 kv. km-dən artıq ərazi deməkdir. Hazırda orada hərbi komendatura fəaliyyət göstərir. Hərbi analitik Andrey Kramarov qeyd edib ki, rusiyalılar Ukraynanın cənubunda Zaporojye vilayətində işğalçıların ön cəbhədə ehtiyat qüvvəsi olan bölmələri buraya göndərilir. Bu, ukraynalı döyüşçülər üçün vəziyyəti bir qədər yüngülləşdirir. Bu arada isə Britaniya kəşfiyyatı məlumat verib ki, Kreml Kursk vilayətini USQ-nin hücumundan müdafiə etmək üçün mütəxəssislərdən ibarət formalaşan hissələri cəlb edir. Belə bölmələrdən biri Hava-Kosmik Qüvvələrinin şəxsi heyətindən formalaşan xüsusiləşdirilmiş motoatıcı alaydır. Qərb KİV-lərinin məlumatına görə, Kreml USQ-nin irəliləməsinin qarşısını almaq üçün cəbhədən hərbçiləri, habelə səthi hazırlıq keçmiş və azsaylı texnika və şübhəli rəhbərliyi olan gənc çağırışçıları bu regiona göndərir.