Tiflis meriyası ABŞ-ın İrana sanksiyalarını pozdu

Tiflis meriyası ABŞ sanksiyaları altında olan İran şirkətindən minlərlə ton inert material alıb.

Sozcu.az xəbər verir ki, bu məlumatı Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının Tiflis Şəhər Şurasının deputatları Levan Xabeişvili və İrakli Nadiradze yayıb.

İran şirkətindən Kaxetiya şossesinin ayırıcı zonasının tikintisi üçün istifadə edilən inert material kimi ağ daş alınıb. Bu material üçün İranın neft-kimya holdinqi olan PGPİC-in törəmə şirkəti “Arvand Petrochemical”a meriya 43 milyon lari ödəyib.

Qeyd edək ki, “Arvand Petrochemical” 2019-ci ilin iyununda ABŞ sanksiyalarından məruz qalan 40 İran şirkətindən biridir. Şirkət SEPAH tərəfindən dəstəkləndiyi üçün ABŞ sanksiyalarına məruz qalmışdı.

Facebook Comments