Ukraynada heç kim ərazilərin verilməsini dəstəkləməyəcək, çünki on minlərlə ukraynalı bu torpağı müdafiə edərkən həlak olub.
Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Biz Donbası tərk edə bilmərik. Bu, mümkün deyil. Bu, bizim ərazimizdir. Əlbəttə ki, hazırda işğal altında olan hissələr də bizim ərazimizdir”, - Zelenski bildirib.
Qeyd edək ki, sülh danışıqları çərçivəsində Ukrayna ordusunun Donbasdan geri çəkilməsinin müzakirə edildiyi bildirilir.
