“Büdcənin xərc hissəsinə yenidən baxmalı, qənaət rejiminə keçməliyik”

Vahid Əhmədov: “Müzakirə olunması gərəkən məsələlər çoxdur”

Koronavirus təhlükəsi, eləcə də dünya bazarında neftin qiymətinin hələ də aşağı səviyyədə qərarlaşması beynəlxalq iqtisadiyyat üçün təhdid olaraq qalmaqdadır

Bəs Azərbaycanda vəziyət necədir? Yaxın gələcəklə bağlı mütəxəssislərin gözləntisi nədən ibarətdir?

Moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov büdcənin xərclər hissəsinə yenidən baxmağın zəruri olduğunu vurğuladı:

“Bütün dünyada olduğu kimi, ölkəmizdə də baş verən proseslərin iqtisadiyyata ciddi təsirlər var. Ölkə başçısı bunun qarşısını müəyyən iqtisadi amillərlə almağa çalışır. Yardımlar edir və s. Amma Azərbaycan iqtisadiyyatı neftdən asılıdır. Ona görə də neftin qiymətindəki dəyişikliklər iqtisadiyyatımıza təsirsiz ötüşmür. Neftin qiyməti isə hazırda 30 dollardan yuxarı qalxmır. Ona görə də burada iqtisadiyyatımız üçün problem var. Buna görə də büdcəyə baxmalı, onun xərc hissəsinə nəzər yetirməliyik, qənaət rejiminə keçməliyik. Burada baxılası məsələlər həddindən artıq çoxdur”.

Sozcu.az

Facebook Comments