Bağışla, Şuşa, ölmədik, bağışla!

Bülbül, nə ağlarsan,  sənin də əsirlikdə şəhərin qalıb. ?

28 ildir Şuşasız, Laçınsız. .. Qarabağsızıq. 28 il ! Ağlımıza gəlməyənlər başımıza gəldi!  Qibləgahımız -Şuşamız Üzeyir Bəysiz  Xansız, Bülbülsüzdür. 192 ildir Pənah xanın pənahına sığınan düşmən 28 ildir Qarabağda XAN -BƏY dədə-babalarımızın gorlarını eşir. Niyə gorunuz çatlamır, DƏDƏLƏR!

Böyük Bülbülün rus (başlı) səfir oğlu Rusiyanı, fars(başlı) baş mollamız İranı qoruyur!  İndi bu boş mollanı birtəhər başa düşdük, özü açıq şəkildə Qarabağ kökənli din işləri məmuruna “mənim yurdum-kəndim işğal olunmayıb ha, səninki olub” deyir, ay Bülbülün səfir oğlu, səni dədənin doğulduğu Şuşadan səfil edən elə rus olub axı! Heç bülbülün yanıqlı oxumasına, sızlamasına qulaq vermisiniz? Elə oxuyur, elə ağlayıb-sızlayır ki, elə bil molla şəhidlərə ağı deyir! Nə ağlarsan, bülbül, sənin də mənim kimi əsirlikdə yurdun qalıb yoxsa? Sənindəmi Şuşan işğal olunub, elin-oban yurd-yuvasından perik düşüb? Sən dəmi bu 28 ildə hər gün-hər gecə “kaş Şuşada öləydim” peşmançılığını yaşayırsan? !

28 ildir hər gün ölüb-dirilirik. 28 ildə Şuşasız ölənləri -qalanları “Şuşa” ölüm-şadlıq sarayılarında molla yasini,  bülbül cəh-cəhi ilə yad edirik. Amma ölməyə Vətən, Qarabağ, Şuşa. .. yaxşı idi.

Bağışla, Şuşa! Ölmədik, bağışla!

Məğrur Bədəlsoy

 

Facebook Comments