Reabilitasiya mərkəzinin əməkdaşı 2 nəfəri bıçaqlayıb

Bakıda reabilitasiya mərkəzində işləyən şəxs küçədə iki nəfəri bıçaqlayıb.

Sozcu.az Oxu.az-a istinadən, hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini Orxan Aslanov (soyadı şərtidir) narkomaniya xəstəliyinə görə müalicə kursu keçən pasiyentindən mərkəzə olan pul borcunu almaq üçün yaşadığı evə gedərkən yolda Murad və Vüqar adlı şəxslərlə rastlaşıb. Söhbət əsnasında tərəflər arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib və Orxan üzərində gəzdirdiyi bıçaqla Murada 7 zərbə endirib. Hadisə zamanı onları ayırmağa çalışan Vüqar da bıçaq xəsarətləri alıb.

Fakt üzrə cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O.Aslanov 6 il azadlıqdan məhrum edilib.

Share on Facebook