Tverdə azərbaycanlılar saxlanıldı

Rusiyanın Tver vilayət prokurorluğu saxta içki və qanunsuz tütün məmulatlarının dövriyyəsi ilə məşğul olan cinayətkar dəstənin ifşa olunduğunu açıqlayıb.

Sozcu.az Bakupost.az-a istinadla xəbər verir ki, rəsmi məlumata görə, cinayətkar qrupun təşkilatçısı və 8 üzvü saxlanılıb. İstintaq onların 2022–2025-ci illər ərzində qeydiyyatsız, markasız tütün və spirtli içkilərin satışını həyata keçirdiyini müəyyən edib.

Qeyd olunur ki, saxlanılanlar arasında Azərbaycan əsilli şəxslər də var.

Share on Facebook