145 milyon manatlıq təbii qaz itkiyə gedib, yoxsa cibə?

2019-cu ildə Azərbaycanda 723,6 milyon kub metr əmtəəlik təbii qaz itkiyə gedib.

Sozcu.az  açıqlanan rəsmi məlumata istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisdə itkiyə gedən təbii qazın həcmi 24,7% və ya 143,6 milyon kub metr artıb. Belə ki, 2018-ci il ərzində 580 milyon kub metr təbii qaz itkiyə gedib.

İtkiyə gedən əmtəəlik təbii qazın dəyərini daxili bazardakı qiymət ilə (limitdən – 2200 kub metrdən artıq olduqda 20 qəpik) hesablasaq, o zaman itkiyə gedən qazın dəyəri 144,7 milyon manata bərabər olacaq.

Məlumat üçün qeyd edək ki, SOCAR və “Azəriqaz”dan verilən açıqlamalarda ölkədə qaz itkisinin azaldılması istiqamətində tədbirlər həyata keçirildiyi dəfələrlə vurğulanıb. Amma açıqlanan sonuncu rəqəm göstərir ki, 2017-ci illə müqayisədə 2018-ci ildə azalnan qaz itkisi 2019-cu ildə yenidən artıb.

Müqayisə üçün son 5 ildə qeydə alınan qaz itkilərinin həcmini təqdim edirik

Yeniavaz.com

Facebook Comments