Almaniyada Xocalı Soyqrımı ilə bağlı yürüş-mitinq keçiriləcək

Almaniyada yaşayan azərbaycanlı mühacirlər tərəfindən yaradılmış “Kölgə” Yardım Birliyinin təşkilatçılığı ilə Xocalı Soyqırımının ildönümü ilə bağlı yürüş-mitinq keçiriləcək.
Sozcu.az-ın xəbərinə görə, yürüş 26.02.2020-ci il tarixdə Berlində Amerika səfirliyinin qarşısından başlayıb, Fransa səfriliyinə qətnamə təqdim etməklə, Rusiya səfirliyinə qədər davam edəcək və orada mitinq keçiriləcək. Marşrutun belə seçilməsi ABŞ, Fransa və Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olmaları ilə əlaqədardır.

Sonra azərbaycanlı mühacirlər Xocalı Soyqırımını birbaşa törədən Ermənistanın Berlindəki səfirliyi qarşısına toplaşacaqlar.

“Kölgə” Avropada yaşayan bütün azərbaycanlılara səslənir: Əsrin ən böyük faciələrindən biri olan Xocalı Soyqırımını dünyaya tanıtmaq üçün gəlin, Azərbaycanın haqq səsini birlikdə dünyaya duyduraq!

Facebook Comments