Qarabağdakı separatçı rejimin mövqeyinin təqdim edildiyi 14 ölkə hansılardır?..

Qarabağdakı separatçı-terrorçu rejimin mövqeyi 14 ölkənin aparıcı mediası vasitəsilə müxtəlif ölkələrin ictimaiyyətinə təqdim edilib.

Sozcu.az xəbər verir ki, bu haqda erməni mediasına qondarma rejimin qanunsuz “xarici işlər naziri” David Babayan bu gün- yanvarın 19-da keçirilən yekun mətbuat konfransında çərənləyib.

“Ötən il 14 ölkənin aparıcı KİV-ləri ilə əlaqəmiz olub. Müxtəlif şərhlər, məqalələr, müsahibələr dərc olunub. Biz həm yerli, hə m dəErmənistan, Rusiya, ABŞ, Fransa, İspaniya, Kataloniya, Avstraliya, Argentina, İtaliya, Livan, Səudiyyə Ərəbistanı, İsrail, Yunanıstan, Uruqvayda media qurumları ilə sıx əməkdaşlıq etdik. Biz görürük ki, coğrafiya kifayət qədər böyükdür. Bu da bizə öz nöqteyi-nəzərimizi, Qarabağın mövqeyini, mövcud problemləri, müxtəlif ölkələrin ictimaiyyətinə təqdim etməyə imkan verir. Biz işimizi davam etdirməyə çalışırıq” – deyə D.Babayan bildirib.

P.S. Nə qədər ki, CM-nin 8 maddəsi ilə İnterpolla axtarışa verdiyimiz Araik Arutyunyan və V.Balasanyan başda olmaqla keçmiş rejim başçıları Bako Saakyan, Arkadi Qukasyan, eləcə də həmin David Babayan, Samvel Babayan və digərlərini həbs edib məhkəmə qarşısına çıxarmamışıq. Başımızı hələ çox aparacaqlar…moderator

Facebook Comments