Türkiyənin Krım mövqeyini qəbul etmirik – Kreml

Rusiya Türkiyənin Krımla bağlı mövqeyini doğru hesab etmir, Moskva bundan sonra da həmkarlarına real vəziyyəti izah etməyə hazırdır.

Sozcu.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Biz türkiyəli həmkarlarımızın bu mövqeyini qəbul etmirik. Hesab edirik ki, bu, tamamilə doğru deyil”, – deyə o bildirib.

Peskov Rusiya-Türkiyə münasibətlərinin tərəfdaşlıq xarakteri daşıdığını söyləyib.

Facebook Comments