NATO-Rusiya toqquşması

Alı Balayev,
Bütöv Azərbaycan Ocaqlarının Siyasi Analitik Mərkəzinin rəhbəri

Postsovet məkanını özünün milli maraq ları naminə və milli təhlükəsizliyi dairəsinə aid edən Rusiya bu bölqələrdə baş verən prosesləri daim diqqət mərkəzində saxlayır.

SSRİ dövləti 8 dekabr 1991-ci il-ci il Belovejsk müqaviləsindən sonra 15 Müstəqil Respublikaya bölünəndən sonra, Azərbaycan Respublikasında Dağlıq Qarabağ, Gürcüstan Respublikasında Abxaziya və Cənubi Osetiya, Moldova Respublikasında isə Dnestryanı ərazilərdə yerləşən separatçı qüvvələrə istər ərzaq, istərsədə silah-sursat cəhətdən hərtərəfli kömək etmiş və etməkdədir. Yuxarıda sadaladığımız hadisələr 90-cı illərin əvvəlin də baş vermişdisə, Donbass və Krımın işğa lı Ukrayna Respublikasının müstəqilliyinin 23 il dönümündə, 2014-cü ildə baş vermiş di. Bu hərəkətləri ilə Rusiya həmin dövlətlə rə təzyiq altında saxlamaq la Avroatlantik məkana inteqrasiyanın qarşısını almağa calışır .

Rusiya yarandığı gündən ərazilərini qonşu dövlətlərin hesabına genişləndir mək, qeyri-rus xalqlarını əzmək siyasəti yürütmüşdür. Bütün beynəlxalq qanunların tanıdığını bildirməsi və dövlətlər arası müqavilələrə imza atmasına baxmayaraq Rusiya qonşu dövlətlərə ərazi iddiası qoyur.

Bu prosesdə Rusiya Dumasına seçilən Rusiya Liberal Demokratik Partiyasının sədri Vladimir Jirinovski və Sergey Mironov kimi millətçilər Rusiya ərazilərini “genişləndirmək” haqqında “düşünürlər”. Postsovet məkanındakı münaqişə zonalarına “sülhməramlı qüvvə lər” yeridən Rusiya bu qüvvələrin həmin zonalardan çıxarılmasını hələ tez olduğunu iddia edir. Ən maraqlısı isə Rusiya bu konfliktlərdə tərəf kimi iştirak edir. 2019-cu ildən başlayaraq Cənubi Qafqazda, Orta Asiyada proseslər daha intensiv sürətdə cərəyan edir. 44 günlük müharibə Qafqazda yeni qeosiyasi vəziyyət yaratdı. Rusiya Ukrayna qarşıdurması artıq pik formasındadı. Bu qarşıdurmanın nəticəsindən asılı olaraq Rusiyanın gələcək taleyinə cavab veriləcək.

Facebook Comments