Yekaterinburqda həbs olunan azərbaycanlılara ittiham irəli sürüldü

Yekaterinburqda sifarişli qətllər törətməkdə şübhəli bilinərək həbs edilən 6 nəfərdən 5-nə ittiham irəli sürülüb. Onlardan biri təqsirini etiraf və cinayət ortaqlarını ifşa edib.

Sozcu.az interfax-a istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası İstintaq Komitəsinin (İK) rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

Cinayətlərin törədilməsində rolundan və iştirak dərəcəsindən asılı olaraq, onlardan beşi artıq Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “g”, “z” bəndləri, Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 105-ci maddəsinin 2-ci hissəsi ilə ittiham olunur. Marqarita pizza

Petrenko qeyd edib ki, “təqsirləndirilən şəxslərdən biri ifadələri yerindəcə yoxlanılan zaman cinayətin baş vermə şəraiti ilə bağlı ətraflı ifadə verib və cinayət ortaqlarını ifşa edib”.

Mətbuat katibinin sözlərinə görə, cinayət işi üzrə təqsirləndirilən şəxslər arasında Rusiya vətəndaşları Məzahir Səfərov, Akif Səfərov, Ayaz Səfərov, Əhliman Gənciyev, Şahin Lalayev və Bəkir Səfərov var. Məhkəmə istintaqın tələbi ilə onları həbs edib:

“İstintaqın məlumatına görə, cinayətkar qruplaşmanın tərkibində olan təqsirləndirilən şəxslərin 2001-ci ildə bıçaq xəsarətlərindən dünyasını dəyişən Y.Paşayevin qətlində, 2010-cu ildə F.Şirinovu öldürməyə cəhddə və 2011-ci ildə Azərbaycan vətəndaşı İ.Hacıyevin qətlində əli olublar”.

İstintaq Komitəsinin nümayəndəsi bildirib ki, motiv biznesdə təsir sferalarının bölünməsi, eləcə də şəxsi intiqam olub.

Share on Facebook