Cahanda sülh olsun, barış olsun!

Həyat çox şirindir, yaşamağa dəyər!

Dünya nə qədər gözəldirsə, gözəl yaşamaq  bir o qədər gözəldir! Həyat gözəlliklə keçsin!

Həyatın gözəlliyi ömrün bəxtəvər olmasıdır!

Demək olar ki, son illər yaşadığımız bu şirin dünyanın siyasi mənzərəsinə bir az diqqətlə nəzər yetirəndə görürük ki, dünyada bir çox məsələlərlə bağlı bəzi qarışıqlıq, eləcə də xoşagəlməz hallar yaranıb.

Hətta bir az dərindən düşündükdə isə belə məlum olur ki, elə bir zamana, elə bir dövrə gəlib çatmışıq ki... Nə deyək vallah...

Belə ki, bəzi ölkələrdə savaşlar baş verir, uşaqlar, qocalar, dinc insanlar bu lazımsız savaşlarda həyatını itirir. Bəziləri isə öz doğma-yurd-yuvasından didərgin düşür, min bir əzab-əziyyət içində qaçqınlıq, köçkünlük həyatı yaşayır. Yəni insanların xoş keçən ömrü-günü qaralır, həyatı cəhənnəmə dönür. 

O da məlumdur ki, artıq elm çox-çox yüksək səviyyədə inkişaf edib. Kompüter əsrində yaşayırıq. Dünyada baş verən bütün hadisələr, olaylar sanki gözlərimizin önündədir. 

Bu baxımdan da hər yanda baş verən bütün hadisələrdən, olaylardan elə tez bir vaxtda, yəni həmin saatda xəbərdar oluruq.

Ey uca Tanrım! Bizlərə bəxş etdiyin bu dünyada sülh, əminamanlıq olsun!

Harda müharibə varsa tez vaxtda sona yetsin! Sülh müqavilələri bağlansın, barış əldə olunsun. Bütün insanlar sülh içində, əminamanlıqla xoşbəxt yaşasın! 

Kaş ki, dünyanın hər tərəfində hər bir insan xoş ömür sürsün. Körpələr müharibələrdə həyatını itirməsin. Heç bir insan öz elindən, obasından, ana Vətənindən ayrı düşməsin, qaçqınlıq, köçkünlük ömrü yaşamasın.

Yerlərin-Göylərin Sahibi olan mərhəmətli, sevgi dolu Allah! Kainatımızı, dünyamızı, ana VƏTƏNimizi, MİLLƏTimizi bəlalardan, savaşlardan qoru! Dünya cənnətə dönsün! 

İnsanlar sülhə gəlsin, dünyada məhəbbət, sevgi, barış, gözəllik olsun hər zaman...

Ürəyimiz sevgiylə, məhəbbətlə döyünsün! 

Həyatımızı başdan-başa gözəl, xoş günlər, bəxtəvər aylar, toy-büsatlı illər bürüsün! 

Qəlbimizdə həmişə sevgi, məhəbbət olsun! Çünki sevgi, məhəbbət olan hər bir yer xoşbəxtliyə və bəxtəvərliyə  bürünür. Onda  həyat da gözəl olur, ömrümüz-günümüz də daha çox gözəlləşir. 

Yaşadığımız bu şirin dünyamıza gözəllik, sakitlik, savaşsız günlər, xoş aylar, sülhə bürünən şadlıq dolu illər arzu edirəm! Həyatımız ömrümüz boyunca firavan olsun!

Allahın bizlərə bəxş etdiyi ömrü-günü sevgiylə, məhəbbətlə sevinərək və sevib-sevilərək doya-doya yaşaya bilək! 

Uca, Böyük Yaradan dünyamızı qorusun!

XATİRƏ ƏZİZ Rəhimli

Şair-jurnalist

Share on Facebook