Ermənistanda təhlükəsizlik qüvvələri həbs olunan iş adamı Samvel Karapetyanın "Taşir" şirkətinin mərkəzi ofisində axtarış aparmağa başlayıb.
Sozcu.az xəbər verir ki, bu barədə TASS müxalif deputat Vardanyana istinadən məlumat yayıb.
Qeyd edək ki, Ermənistan polisi “Taşir” Şirkətlər Qrupunun rəhbəri, rusiyalı biznesmen Samvel Karapetyanın evində axtarışlara başlayıb.
Hər şey iş adamı Erməni Apostol Kilsəsinin müdafiəsinə qalxdıqdan sonra başlayıb.
Məhkəmə Samvel Karapetyanın barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçib.