Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Natiq Qasımova "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi ilə bağlı Sərəncam imzalayıb. Sozcu.az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Natiq Səlim oğlu Qasımova "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib (ölümündən sonra).

Paşinyandan Moskvaya zərbə: Rusların Zəngəzura girişinin qarşısı alınır

“Ermənistan hökuməti nəyin bahasına olursa-olsun Qafanda Rusiya konsulluğunun açılmasının qarşısını almağa çalışır”. Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb. “Mülki Müqavilə Partiyasının Qafan şöbəsi bir neçə aydır israrla çalışır ki, Rusiya konsulluğunun açılması baş tutmasın. Konsulluğun açılmasının əsas əleyhdarı partiyanın Qafandan olan deputatı Marina Kazaryan hesab olunur. Məhz o, konsulluğun açılmaması üçün imzatoplama kampaniya aparıb” – deyə qəzet bildirib. Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov konkret tarix göstərmədən yaxın vaxtlarda Rusiyanın Qafanda konsulluq açmaq niyyətində olduğunu bildirib. Bundan sonra 2023-cü ildə noyabrın 2-də Rusiya hökuməti Qafanda baş konsulluğun açılması haqqında razılaşmanı təsdiqləyib. Belə ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvanın Qafanda konsulluq açmaq istədiyini deyib, İrəvan da buna razılaşıb. Xatırladaq ki, hazırda Qafanda yalnız İranın konsulluğu var.

Qadınları İrana apararaq cinsi istismara məruz qoyan şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Sevda Məmmədovanın (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Sozcu.az-ın əldə etdiyi məlumata görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü o, 2 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Sevda Məmmədova azərbaycanlı olan 6 qadın İranın paytaxtı Tehran şəhərində işə düzəltmək vədi verib. Bu məqsədlə onları 2017-2019-cu illərdə Tehrana aparıb. Burada isə onları aldadaraq kişilərlə cinsi əlaqəyə cəlb edib. Sevda Məmmədova barəsində Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci (insan alveri, iki və ya daha çox şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham elan olunub.pravda)

Separatçılara nə cəza veriləcək? - Ömürlük, yoxsa... - Açıqlama

Xəbər verdiyimiz kimi, Azərbaycanın Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunmasından sonra yaradılmış qondarma qurumun separatçı rəhbərləri barəsində cinayət işinin istintaqı başa çatıb və baxılması üçün məhkəməyə göndəriləcək. Bəs Qarabağda yüzlərlə insanın qətlinə səbəb olan separatçıları hansı cəza gözləyir? Bakupost.az -ın sualını millət vəkili Elman Məmmədov cavablandırıb. O, separatçılara ən ağır cəza verilməsinin tərəfdarı olduğunu deyib: “Hazırda həbsdə olan separatçılar insanlığa, dövlətimizə, millətimizə qarşı çox ağır soyqırımı cinayətləri törədiblər. Onların başqa cinayətləri də var və bütün bunlar istintaqa məlumdur. Ona görə hesab edirəm ki, onlar Azərbaycan qanunlarıyla ən ağır cəzaya məhkum olmalıdırlar. Yəni onların törətdiyi cinayətlər elə bir həddədir ki, heç bir güzəşt olunmamalıdır, Azərbaycan qanunları çərçivəsində ən ağır cəza verilməlidir. İndi Azərbaycanda ölüm hökmü yoxdur, amma mən arzu edərdim ki, belələri üçün ölüm hökmü olsun. Yəqin ki, ömürlük həbs vermək lazımdır ki, ömürlərinin axılarına qədər həbsdə qalsınlar”.

Dağıstan hadisələrində ölənlərin sayı ARTDI

RF Dağıstanda terror aktları nəticəsində ölən polis əməkdaşlarının sayı 16-ya çatıb. Sozcu.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb. Belə ki, yaralılardan 24 yaşlı çavuş xəstəxanada ölüb. Bununla ölənlərin ümumi sayı 26 nəfərə çatıb. Yaralılar isə 51 nəfərdir. Yaralı təhlükəsizlik qüvvələrinin ikisinin vəziyyəti hələ də son dərəcə ağırdır.

Maskalı şəxslər Göyçay sakinini döyərək beş min manatını ALDILAR

Göyçay rayonunda quldurluq hadisəsi qeydə alınıb.  Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Sozcu.az-a verilən məlumata görə, zərərçəkən şəxs polisə müraciət edərək üzləri maskalı naməlum şəxslərin onu döyərək avtomobilin yük yerində saxladıqlarını və üzərində olan 5000 manatı götürərək hadisə yerindən uzaqlaşdıqlarını bildirib. Qeyd edilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Əli Piriyev, qohumu Orxan Piriyev, Ruslan Səmədov, İlkin Bəşirov və yetkinlik yaşına çatmayan daha bir nəfər saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər cinayəti Əli Piriyevin təklifi ilə törədiblər. Onlardan quldurluq yolu ilə əldə etdikləri pulun bir qismi aşkarlanıb. Məhkəmənin qərarı ilə saxlanılan 4 nəfər barəsində həbs, yetkinlik yaşına çatmayan şəxs haqqında isə digər növdən olan qətimkan tədbiri seçilib.  Araşdırmalar davam etdirilir. 

25 yaşlı oğlan Kür çayında batdı

Neftçalada 25 yaşlı gənc Kür çayında batıb.  Sozcu.az xəbər verir ki, hadisə iyunun 24-ü günorta saatlarında Bankə qəsəbəsi ərazisində qeydə alınıb.  Belə ki, qəsəbə sakini, 1999-cu il təvəllüdlü Babayev Rəhim Qurbanəli oğlu Kürdə çimmək üçün evdən çıxıb.  Bir neçə saat sonra onun paltarları Kürün sahilində tapılsa da, özünü tapmaq mümkün olmayıb.  Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət dalğıc-xilasediciləri cəlb olunub.  Klinikalar Hazırda axtarışlar davam etdirilir. 

Azərbaycanın quru sərhədləri açılır? - Açıqlama

“Bu gün quru sərhədlərin açılması ən aktual problemlərdən biridir”.  Bu sözləri Manset.az-a açıqlamasında millət vəkili Fazil Mustafa bildirib.  Millət vəkili əlavə edib ki, bu ərəfədə quru sərhədlərin açılması gözlənilmir:  “Buna səbəb odur ki, hökumət var olan bəzi arqumentasiyalar nəticəsində COVID-19  və karantin rejimi ilə bağlı müəyyən təhlükələrin olduğunu vurğulayır. Sözsüz ki, hər bir halda bu məsələdə bir çox güzəştlər olunmalıdır. Elə insanlar var ki, quru sərhədlərin açılması onlar üçün həyati əhəmiyyət daşıyır. Burada biz Gürcüstanda yaşayan soydaşlarımızı fərqləndirə bilərik.  Əgər vətəndaş və soydaşlıq məsələsində fərqlilik olarsa, onların vəziyyəti müəyyən dərəcədə yüngülləşəcək. Çünki hazırkı şərtlərdə bu qədər məhdudiyyətin olması insanları xeyli sıxıntı ilə üzləşdirməkdədir. Biz isə bunun əksinin olması üçün çalışmalıyıq. Hazırda bu məsələ ətrafında bir çox müzakirələr aparılır. Ümid edirəm ki, xəstələrin, tələbələrin, xüsusilə də soydaşlarımızın vəziyyəti nəzərə alınacaq”. 

Dayısı 18 yaşlı gənci GÜLLƏLƏDİ

İyunun 23-də saat 05 radələrində Tərtər rayon sakini 2006-cı il təvəllüdlü Süleymanlı Eltac Bəylər oğlunun ehtiyatsızlıqdan ov silahından açılan atəş nəticəsində xəsarət alması və xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin regional qrupundan Sozcu.az-a verilən məlumata görə, araşdırmalarla hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin dayısı 1988-cu il təvəllüdlü Əhmədov Asiman Vaqif oğlu saxlanılıb. Araşdırma aparılır.

“Biri maral, biri eşşək ferması açır, bu, icra başçısıdır, ya fermer?“ - Rəşid Mahmudov

Şəmkirin həbsdə olan keçmiş icra başçısı Alimpaşa Məmmədovun məhkəmədə son söz deyərkən səsləndiridiyi fikirlər müzakirələrə səbəb olub. Qeyd edək ki, sabiq başçı həbsdə qala bilmədiyini, azad olunmaq və Qarabağda quruculuq işlərində iştirak etmək istədiyini deyib. A.Məmmədovun səsləndirdiyi fikirlərl bağlı Bakupost.az -a açıqlama verən tanınmış ictimai xadim Rəşid Mahmudov onun bu barədə vaxtında düşünməli olduğunu bildirib. R.Mahmudov həbsdə olan sabiq icra başçılarına hansı cəzanın veriləcəyini məhkəmənin müəyyən edəcəyini bildirib: SEO Xidməti "Sözsüz ki, cəza verilməlidir. Bu əməlləri edən məmur uşaq deyil ki, bunu bilməyərəkdən etdiyini desin. O adam maral ferması saxlayanda, dövlətin puluyla özünə topdağıtmaz mülklər, avtomobillər alanda başa düşməliydi ki, bu qanunsuzluqdur, buna yol vermək olmaz. Neftçalanın həbsdə olan keçmiş icra başçısı İsmayıl Vəliyev də eşşək ferması açmışdı. Bilmirsən, bunlar fermerdi, yoxsa icra başçısı?! Axı bir gün adamdan bunun hesabını sorurlar”. Qeyd edək ki, Alimpaşa Məmmədov 7 il Şəmkir rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. O, 29 aprel 2021-ci ildə Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. A.Məmmədov korrupsiya cinayətlərində ittiham olunur. Həmin vaxt çoxşaxəli biznes fəaliyyətiylə məşğul olduğu deyilən A.Məmmədovun maral fermasının olması isə cəmiyyətdə geniş müzakirələrə səbəb olmuşdu.

Ukrayna ordusu Belqorodu vurdu: ölü və yaralılar var

Ukrayna ordusu sutka ərzində Belqorod vilayəti ərazisinə 110-dan çox mərmi atıb. Sozcu.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat verib. Onun sözlərinə görə, nəticədə 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb. “10-dan çox yaşayış evi, 2 kommersiya obyekti, 50 avtomobil və 3 həyətyanı sahəyə ziyan dəyib”, - Qladkov bildirib.

Güclü külək bu iki rayonda fəsadlar törətdi

Gecə saatlarından başlayaraq Zaqatala rayon ərazisində hava şəraitinin kəskin dəyişməsi güclü külək və dolu ilə müşayiət olunub. Rayon Fövqəladə Hallar Komissiyasından Sozcu.az-a verilən məlumata əsasən, güclü külək, leysan və dolu daha çox Makov, Muğanlı, Lahıc kəndləri istiqamətində müşahidə edilib. İri gövdəli ağaclar aşaraq elektrik və rabitə xətlərini zədələyib. Bu səbəbdən Muğanlı, Makov və Lahıc kəndləri istiqamətində avtomobillərin hərəkətində çətinlik yaranıb. İlkin məlumatlara əsasən, dolu daha çox rayonun Yeni Suvagil kəndinə yağıb. Nəticədə meyvə ağaclarına, bostan-tərəvəz bitkilərinə ciddi ziyan dəyib. Təbii fəlakət Balakən rayonundan da yan keçməyib. Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, küləklə müşahidə edilən leysan və dolu Balakən şəhəri də daxil olmaqla ətraf yaşayış məntəqələrinə xeyli ziyan vurub. Əsasən dolu yağan ərazilərdə şəxsi təsərrüfatlara ziyan dəydiyi bildirilir. Bununla yanaşı, güclü külək nəticəsində Balakən şəhəri və yaxın kəndlərdə ağaclar aşıb, elektrik naqilləri və rabitə xətləri zədələnib. Külək və leysan yağışları ara verdiyi saatlardan başlayaraq hər iki rayon ərazisində təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına başlanılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Azərbaycanda bu çaydan sel keçdi

Milli Hidrometeorologiya Xidmətinin iyunun 23-ü saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar Lənkəran Astara bölgəsinin ərazisindən axan Lənkərançayda suyun səviyyəsi 6, Viləşçayda 2, Balakən-Şəki bölgəsi ərazisindən axan Katexçayda 3, Əyriçayda 120, Qarasuçayda 103, Qusar rayonu ərazisindən axan Qusarçayda 43, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin ərazisindən axan Bərgüşadçayda və Oxçuçayda 1, Həkəriçayda isə 4 sm artım müşahidə olunub. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev məlumat verib. Onun sözlərinə görə, gecə saatlarında Şəki rayonu ərazisindən axan Şinçaydan sel keçib: "Hazırda çayda azalma müşahidə olunur".

Sabahın hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, lakin gündüz qısamüddətə havanın tutulacağı, az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-33° isti olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman. Şərq küləyi bəzi dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 19-24° isti olacaq. Lakin gündüz qısamüddətə havanın tutulacağı, az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Xırdalanda yaşayış binasında yanğın: sakinlər təxliyə olundu

Abşeron rayonunun Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 9 ədəd sayğac, 12 ədəd qoruyucu açar və 3 p.m kabel yanıb. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1-i uşaq olmaqla 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qohum evliliyi ilə bağlı qadağa nə vaxt qüvvəyə minəcək?

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova hazırda qan qohumu (əmi, xala, biri, dayısı qızı ilə nişanlı olanlar - red) ilə nişanlı olan, lakin müxtəlif səbəblərdən rəsmi nikaha daxil ola bilməyən şəxslərin Ailə Məcəlləsinə təklif olunan dəyişikliklərin təsdiqlənməsindən sonra rəsmi nikaha daxil ola bilib-bilməyəcəyinə münasibət bildirib. Sozcu.az xəbər verir ki, komitə sədri Report-a açıqlamasında Ailə, Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik edilməsi haqqında qanun layihəsinin 1 il sonra qüvvəyə minəcəyini bildirib. Onun sözlərinə görə, qohum evlilikləri risklidir və əsas məqsəd ailələrin möhkəm və uzunömürlü olmasını təmin etməkdir : "Uşaqlarımız sağlam olsunlar, genetik və irsi xəstəliklərlə doğulmasınlar. Ailədə belə bir uşağın doğulması həm uşağın özü üçün, həm valideynləri üçün çox çətinliklər yaradır. Bir çox hallarda kişi qadını və uşağı atır, boşanır. Ailələr arasında münaqişə yaranır, hər kəs qarşı tərəfi günahlandırır. Bəzən bu mübahisə və münaqişələr daha ağır fəsadlara gətirib çıxarır. Bu və digər səbəblərdən biz mövcud qanunvericiliyə dəyişiklik edilməsini təklif edirik. Qanun qanundur və burada güzəşt ola bilməz". Komitə sədri qeyd edib ki, qan qohumluğu olan şəxslərin tibbi müayinədən keçməsi zəruridir : "Həmin cütlüklər tibbi müayinədən keçiblərmi? Onlar hansı irsi və genetik xəstəliklərin daşıyıcıları olduğunu bilirlərmi? Əgər daşıyıcıdırlarsa, uşaqlarının da xəstə və daşıyıcı doğulacağını anlayırlarmı? Bu xəstəliklərin müalicəsi çox xərc tələb edir. Ailələrin maddi imkanları buna çatacaqmı? Bir ata və bir ana olaraq bu öhdəliyi öz üzərlərinə götürə biləcəklərmi? Buna psixoloji olaraq hazırdırlarmı? Baxın nə qədər suallar yarandı. Ona görə də insanlar bir daha düşünməli və qərar verməlidirlər".

Taksi qiymətləri kəskin artacaq - Böyük narazılıq yaranacaq

Taksilərlə bağlı yeni qaydaların qüvvəyə minməsinə cəmi iki həftə qalıb. İyul ayının 1-dən etibarən Azərbaycanda taksilər yeni qaydalarla fəaliyyət göstərməlidirlər. Qaydalardan ən vacibi isə taksi sürücülərinin təlimlərdən keçməsi və sürücülük fəaliyyəti üçün icazə (buraxılış kartı, buraxılış vəsiqəsi) kağızlarının alınmasıdır. Məlumat üçün bildirək ki, ötən ilin avqust ayından etibarən, taksi sürücüləri təlimlərə cəlb edilir. Lakin indiyə qədər cəmi 5 131 sürücü taksi fəaliyyəti üçün icazə alıb. Bu statistikanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) açıqlayıb. Agentlikdən verilən məlumata görə, təlim keçən sürücülərin sayı isə 21 879-a çatıb. Yeni qaydalarla taksi icazəsi alanlar ölkədəki ümumi taksi sayının cəmi səkkiz faizini təşkil edir. Maraqlıdır, bu rəqəm Bakıda taksi yükünü qaldırmağa kifayət edirmi? Belə davam edərsə, taksi fəaliyyəti ilə bağlı vəziyyət necə olacaq? Sərnişinlər hansı “sürprizlər”lə qarşılaşa bilər? Qaydalar hazırlanıb, amma çatışmazlıqlar var Texnika elmləri üzrə fəlsəfə doktoru, nəqliyyat eksperti Fərhad Eyyubov “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, taksi xidmətindəki çatışmazlıqları azaltmaq üçün görülən tədbirlər sistemi kompleks şəkildə aparılmır və burada narazılıqların olması qaçılmazdır: “Taksi daşımaları ilə bağlı çox ciddi problemlər var idi. İstər media, istərsə də cəmiyyətdə bu məsələlər daim müzakirə olunur, çıxış yolları axtarılırdı. İndi vəziyyətdən çıxış yolu üçün müəyyən qaydalar hazırlanıb, amma çatışmazlıqlar var. İlk olaraq Bakı şəhərində nə qədər taksinin olması müəyyənləşdirilməlidir. Bəzi böyük şəhərlərdə əhalinin sayı bir milyondan artıqdırsa, bunların 7-10 faizi taksi xidmətindən istifadə edir. Əgər həmin şəhərlərdə ictimai nəqliyyat sistemi zəif işləyirsə, tələbatı ödəyə bilmirsə, bu faiz daha da artır. Bizdə hələ bu say dəqiq müəyyən olunmayıb. Hətta Bakıda nə qədər taksinin olması da dəqiq deyil. Bəzən 50-60, bəzən də 100 min taksi olduğu deyilir. Amma qeydiyyatdan keçənlərin sayı beş mindir. Bu, azdır”. “Böyük narazılıq yaranacaq” Mütəxəssis deyir ki, dövlət qurumları taksi problemini həll etmək üçün ciddi addımlar atır və məsələləri dərhal həll etməyə çalışırlar: “Qanuni şəkildə problemlər tənzimlənməlidir. Amma bu zaman həm nəqliyyat vasitələri, həm də sürücülər tələblərə cavab verməlidir. Çünki taksi daşımalarının elmi cəhətdən əsaslandırılması mütləq lazımdır. Əlbəttə, tələbat çox olduğu üçün həm xidmətlərin keyfiyyətində, həm də taksi sayı və qiymətlərlə bağlı böyük narazılıq yaranacaq”. “Əhali buna hazır olmalıdır” Mütəxəssis vurğulayır ki, hazırda görülən tədbirləri birmənalı şəkildə pisləmək olmaz. Biz bu yolu getməliyik və xidmətlərdə qayda-qanun olmalıdır. Amma təbii ki, buna dərhal keçid mümkünsüzdür: “Bu sistemə tədricən keçmək lazımdır. İndi beş min taksi qeydiyyatdan keçib, iki həftəyə maksimum 15-20 min icazə kağızı olsa belə, yenə də narazılıq yaranacaq. Çünki say tələbatı ödəməyəcək. Əsaslı dəyişikliklər edərkən, çatışmayan cəhətlərin olması mümkündür. Ancaq bunlar əhalini narazı salmadan yerinə yetirilməlidir. Məncə, taksi problemi qısa müddətə öz həllini tapmayacaq. Həll olunması üçün çalışmaq lazımdır. Həm əhali buna hazır olmalıdır, həm də taksidən istifadə edən sərnişinlərin və sürücülərin xidmət mədəniyyəti artırılmalıdır”. Tələblərə uyğun sürücülər azdır İcazə kağızı alan taksi sürücülərinin sayının az olma səbəblərinə gəldikdə isə, həmsöhbətimiz vurğulayır ki, tələblərə uyğun sürücülər azdır: “Taksi sürücüləri tələbləri ödəməyəndə ona qeydiyyat sənədi verilmir. Taksi sürücüləri yol hərəkət qaydalarını bilən, sağlam, insanlarla normal rəftar quran, şəhəri tanıyan olmalıdır. Belə sürücülər təəssüf ki, azdır. Kadrlar az olduğu üçün, bu çətinliklərlə qarşılaşırıq” Yeni maşın əvəzinə köhnə “Prius” gəlir... Nəqliyyat eksperti Adil Nəbiyev isə deyir ki, yeni sistem ciddi şəkildə bahalaşmaya səbəb olacaq: “Azərbaycanda 100 min taksi var, onun 70 minə yaxını Bakıdadır. 20 min taksi təlimlərdən keçib, cəmi beş min taksi icazə ala bilib. Bu gün Bakıda taksilərin az olmasının səbəbi budur. Bununla bağlı onlarla şikayət var. Taksi sifariş verirsən gəlmir, yaxud gələn taksinin də qiymət 3-4 qat baha olur. Neqativ hallar bununla kifayətlənmir. Məsələn, sən yeni maşın gözləyirsən, çünki taksi şirkətində təzə maşın kimi qeydiyyatdan keçib, amma ardınca yenə köhnə “Prius” gəlir. Başqa nömrə, fərqli maşın. Bu, çox təhlükəli məqamdır və sürücülər bundan istifadə edirlər. Bizdə bu sahədə çoxlu boşluqlar var və nəzarət sıfıra bərabərdir. Xaricdə bu hallara görə ciddi cərimələr nəzərdə tutulur, bizdə isə bunu rahatlıqla edə bilirlər”. Qaydalar ciddiləşsə də... Mütəxəssis deyir ki, beş min rəsmi rəqəmdir, qanunsuz şəkildə kifayət qədər taksi fəaliyyət göstərir: “Bu gedişlə ilin sonuna kimi taksilərin yarısı belə, icazə kağızı almayacaq. Bu da qiymət artımına gətirib çıxaracaq. Bu normaldır, say azaldıqca qiymət artmalıdır. Keyfiyyətdə isə hələ üstünlük müşahidə olunmur. Fikrimcə, problem həll olunmayacaq, vaxtı uzatmaq məcburiyyətində qalacaqlar. Çünki çox adam işsiz qalır və istənilən yollara əl atırlar ki, iyulun 1-dən sonra fəaliyyət göstərə bilsinlər. Qaydalar ciddiləşsə də, sayın azalması bahalaşmaya gətirib çıxaracaq”. Qeyd edək ki, Nazirlər Kabinetinin taksi minik avtomobilinə dair müəyyənləşdirdiyi çoxsaylı tələblər arasında taksi avtomobillərinin yalnız ağ və qırmızı rəngdə olması, minimum “Avro-5” standartına cavab verməsi, istehsal tarixinin 15 ildən artıq olmaması, taksilərdə daşıyıcı və sürücü haqqında məlumat lövhəsi, taksometr, gediş haqqının nağdsız ödənilməsi üçün POS-terminalın olması var. ("Kaspi" qəzeti)

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 850-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 533 090 hərbçi, 8009 ədəd tank, 15 383 ədəd zirehli döyüş maşını, 14 188 ədəd artilleriya sistemi, 1 106 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 861 hava hücumundan müdafiə sistemi, 359 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 19 204 ədəd avtomobil texnikası, 11 305 ədəd PUA, 2 302 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 369 xüsusi avadanlıq itirib.

Ermənilər Kəlbəcəri atəşə tutdu: Ordumuz cavab verdi

İyunun 21-i saat 12:25-dən 15:35-dək Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdəki mövqelərindən atəşə tutulub. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Yağıntılı hava nə vaxta kimi davam edəcək?

09:09 İyunun 22-si saat 07:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Daşkəsən, Gədəbəy, Naftalan, Gəncə, Balakən, Oğuz, Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şahdağ, Şabran, Tərtər, Bərdə, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Biləsuvar, Yardımlıda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır. Qeyd olunub ki, ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında iyunun 22-si gündüzədək, bölgələrdə isə 23-ü gündüzədək fasilələrlə davam edəcək. *** Saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır. Xidmətin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, bu gün səhər saatlarında Bakıda və Abşeron yarımadasında şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb: "Düşən yağıntının miqdarı aylıq normanın 20%-ni təşkil edib. Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Hazırda zəif şimal-şərq küləyi əsir”. Onun sözlərinə görə, bu gün Bakıda və Abşeron yarımadasında havanın temperaturu 27-32 dərəcə isti, çimərliklərdə dəniz suyunun temperaturu 24-27 dərəcə isti təşkil edəcək.

Coratda silahlı basqın və 3 nəfərin qətli: Məhkəmə başlayır

3 nəfəri qəsdən öldürməkdə, 5 nəfəri öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib. Sozcu.az apa-ya istinadla xəbər verir ki, bu barədə Sumqayıt şəhər prokurorluğunun məlumatında bildirilir. “Ötən il oktyabrın 28-də Sumqayıt şəhəri ərazisində 6 nəfərə odlu silahdan xəsarət yetirilməsi faktı üzrə şəhər prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb. İstintaqla 1987-ci il təvəllüdlü Müşfiq Tağıyevin qonşusu Anar Fərəcovdan qisas almaq məqsədilə sonuncunun ailəsinin yaşadığı həyətə gələrək evin divarlarına benzin töküb yandırması və özünün hazırladığı partlayıcı qurğunu partlatdıqdan sonra odlu silahdan atəş açaraq evdən çıxan Dağbəyi Fərəcov, Susana Karakaş və Serkan Karakaşı qəsdən öldürməsi, sonuncuların evdə aşkar surətdə köməksiz vəziyyətdə olan 2 azyaşlı övladını, eləcə də Tərlan Fərəcovanı və köməyə gələn qonşuları Etibar Sarıyev və Mehman Sarıyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Müşfiq Tağıyevə Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla iki və ya daha çox şəxsi öldürmə), 29,120.2.3, 29,120.2.4, 29, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla ictimai borcunu yerinə yetirən iki şəxsi öldürməyə cəhd), 29,186.2.1, 29,186.2.2 (külli miqdarda ziyan vurmaqla yandırmaqla və partlatmaqla əmlakı qəsdən məhv etməyə cəhd), 228.1, 228.4 (qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə) və 229.1, 229.4-cü (qanunsuz olaraq partlayıcı qurğuları, qaz silahını, soyuq silahı hazırlama) maddələri ilə ittiham elan edilərək barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”, - məlumatda deyilir. Cnayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Qeyd edək ki, cinayət işi hakim Hafiz Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 10-na təyin olunub.

Türkiyə Ordusu İraqda şəhid verib - Üç terrorçu məhv edilib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı “Pənçə-Kilit” əməliyyat bölgəsində şəhid verib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, terrorçularla atışmada çavuş Mehmet Ali Horoz şəhid olub. Əməliyyat zamanı üç terrorçu məhv edilib. Nazirlikdən verilən məlumata görə, bölgədə əməliyyatlar davam edir.

Ruslar tələyə düşdü, bu şəhərdən qovulurlar - Forbes

Rusiya ordusu şəhəri ələ keçirmək və Ukrayna hərbçilərinin əsas təchizat xətlərindən sıxışdırıb çıxarmaq üçün aprelin əvvəlində Çasov Yar şəhərinə hücuma başlamışdı. Ruslar ümid edirdilər ki, şəhəri tutmaq çox vaxt və səy tələb etməyəcək, lakin Ukrayna hərbçiləri hər gün düşmən ordusunu Çasov Yardan mümkün qədər uzaqlaşdırır. Sozcu.az xəbər verir ki, bu barədə “Forbes” yazıb. “Bir vaxtlar 12 min nəfərin yaşadığı və az qala ölü şəhəri ələ keçirmək sayca üstün və daha yaxşı təchiz edilmiş rus ordusu üçün çox çətin olmamalı idi. Lakin hücumdan 10 həftə sonra Rusiyanın həmlələri dayandı. Ukrayna ordusunun son günlər şəhərin cənubundakı əks-hücumları Çasov Yarı mühasirəyə almağa çalışan rusları cənub dayaqlarından biri olan Kleşeyevkadan çıxarıb”, - məlumatda qeyd olunub. Nərş bildirib ki, şəhəri bir neçə Ukrayna briqadası, xüsusən 41-ci və 67-ci mexanikləşdirilmiş, 56-cı motoatıcı, 5-ci hava hücumu, həmçinin 241-ci ərazi müdafiə briqadaları müdafiə edir: “Bu qoşunların uğurlu işi Çasov Yarla bağlı rusların ümidlərini doğrultmadı. Şəhər nəhayət rus qoşunlarının əlindən çıxacaq”. Məqalədə bildirilib ki, aprel ayında rusların şəhərə hücumu zamanı Ukrayna ordusunun ciddi sursat çatışmazlığı və hava hücumundan müdafiə problemi var idi: “İki ay əvvəl Çasov Yardakı Ukrayna qarnizonu raketlərə qarşı o qədər zəif idi ki, Rusiyanın Su-25 təyyarələri bombalamaq üçün şəhərin cəmi bir neçə kilometrliyində uça bilirdi. Ukrayna ordusundakı bu cür problemlərə görə ruslar ilk hücumda uğur qazandılar. Döyüşlərin ilk bir neçə həftəsində Rusiyanın 1-ci Ordu Korpusu və ona bitişik birləşmələr Çasov Yardan bir neçə kilometr şimala və cənuba irəliləyərək, Kleşeyevka və İvanovskoyeni işğal etdilər. Lakin tezliklə vəziyyət xeyli dəyişdi, çünki ABŞ sursatları Ukraynaya gəlməyə başladı. Eyni zamanda ruslar da səhvə yol verdilər. Onlar şərqdə qüvvələrini gücləndirmək əvəzinə, mayın 10-da Ukraynanın şimalına hücuma başladılar və orada da tələyə düşdülər”.

Şəkidə uşaq bağçasında 105 min manat mənimsənilib

Şəki şəhər 16 saylı uşaq bağçasında yol verilən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, araşdırma zamanı həmin uşaq bağçasının direktoru tərəfindən 2019-2023-cü illər ərzində öz qulluq mövqeyindən istifadə edilməklə ona etibar edilmiş 105 min manat məbləğində pul vəsaitinin müxtəlif yollarla mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.