Ukraynada müharibə davam edir, dondurmaq olmaz

Ukraynada müharibə davam edir və kifayət qədər uzun müddət davam edə bilər, lakin onu dondurmaq olmaz. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Baş nazirinin Avropa və Avro-Atlantik inteqrasiya məsələləri üzrə müavini Olqa Stefanişina bildirib. Onun sözlərinə görə, bu, dövlətin mövcudluğu uğrunda müharibədir və o, Avropanın müharibə şəraitində yaşadığı normallığa keçə bilməz. "Ona görə də hesab edirəm ki, zaman keçdikcə müttəfiqlər də Ukraynanı dəstəkləmək üçün səfərbər olacaqlar".

Göyçayda ağır qəza: ölən var

Göyçayda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə gecə saatlarında, rayonun Ləkçıplaq kəndində qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza nəticəsində sürücülərdən biri hadisə yerində ölüb.

Ukraynaya 42 milyon dollarlıq dron veriləcək

Niderland Ukraynaya 42,6 milyon avro dəyərində kəşfiyyat PUA-ları təhvil verəcək. Sozcu.az xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, "DeltaQuad" şirkəti tərəfindən istehsal olunan PUA-lar kəşfiyyat, müşahidə və nəzarət üçün nəzərdə tutulub. Niderland Müdafiə Nazirliyi vurğulayır ki, aparatların sayı və dəqiq çatdırılma tarixləri təhlükəsizlik səbəbi ilə açıqlanmır.

Minik maşını avtobusla toqquşdu - Yaralı var

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az-ın məlumatına görə, hadisə şəhərin Bakı prospektində qeydə alınıb. Hərəkətdə olan minik avtomobilinin avtobusla toqquşması nəticəsində sürücülərdən biri xəsarət alıb. Yaralı təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Qəza zamanı avtomobillərə ciddi ziyan dəyib.

NATO ABŞ-ın rolunu azaldır: yükü özü çəkəcək!

NATO Ağ Evin yeni rəhbəri seçildikdən sonra ABŞ-ın Ukraynaya dəstək rolunu azaltmağı planlaşdırır. Sozcu.az xəbər verir ki, bu barədə CNN alyansının yüksək rütbəli şəxsinə istinadən məlumat yayıb. “Baş katib Mark Rutte NATO-nu təhlükəsizlik məsələlərində yardım sahəsində lider kimi görmək istəyir, nəinki bu rolu öz üzərinə götürən bir müttəfiq”, – nəşrin həmsöhbəti bildirib.

Xəzərdə zəlzələ oldu

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Xəzər dənizində 3.1 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Sozcu.az-a Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Bildirilib ki, zəlzələ yerli vaxtla 01:02 -də, 68 km dərinlikdə qeydə alınıb.

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

Dünya birjalarında neft yenidən ucuzlaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 73,06 dollara, yüngül neftin bir barreli isə 69,22 dollara satılır.

ABŞ və Britaniya husilərin olduğu şəhəri vurdu

ABŞ və Böyük Britaniya husilərin Ənsarullah hərəkatının nəzarətində olan Yəmənin Hüdeyda şəhərinə zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə “Əl Masirah” telekanalı məlumat yayıb. Bildirilib ki, koalisiya qüvvələri Qırmızı dəniz sahillərində yerləşən Ras İsa limanının ərazisinə azı 2 zərbə endirib. Qeyd edək ki, hücumun nəticələri, o cümlədən mümkün itkilər və dağıntılar barədə məlumat verilmir.

Bakıda qatar adam vurdu

Bakı-Sumqayıt qatarı adam vurub.  "Yeni Sabah"ın əldə etdiyi məlumata görə, bu gün saat 19 radələrində Bakı- Sumqayıt qatarı adam vurub. Sərnişinlərin bildirdiyinə görə, saat 18:25-də qrafiki üzrə hərəkət olan qatar Xırdalan stansiyasından çıxdıqdan sonra qəfil dayanıb. Maşinist və polis ərazidə müşahidə aparıb. Hərəkət yalnız 20 dəqiqə sonra bərpa olunub.   socar vakansiya Hadisə ilə bağlı hələlik Azərbaycan Dəmiryolları QSC-dən hər hansı bir açıqlama verilməyib.

Qarabağa 4 ildə 14,6 milyard manat vəsait xərclənəcək

Azərbaycanın işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası ilə bağlı xərclərin (Böyük qayıdış I planının layihəsi) 2025-2028-ci illərdə 14,612 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. Sozcu.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2025-2028-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir. Sənədə əsasən, bunun da əsaslı xərclərdə xüsusi çəkisi 28,9 % təşkil edəcək. Dövlət büdcəsinin əsaslı xərclərinin ortamüddətli dövrün sonuna 2024-cü ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 3 milyard 581,4 milyon manat və yaxud 23,3 % azalma ilə 11 milyard 794,4 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. Ortamüddətli dövrdə dövlət büdcəsinin əsaslı xərclərinin mühüm hissəsini Böyük Qayıdış Proqramının icrası və ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi təşkil edir.

Cadugər

Əmim oğlu yüksək vəzifəli dövlət məmuru idi. Mən onu tez-tez televiziya ekranlarından görürdüm. Onunla uşaqlığımız bir yerdə keçmişdi. Anam bizə fərq qoymazdı. Amma neynəmək olar ki, illər bizi bir-birimizdən ayırdı. Əmim oğlu ölkədə tanınmış adamlardan oldu. Hər dəfə vəzifəsi yüksəldikcə bizdən uzaqlaşdı. Demək olar ki, heç görüşmürdük. Bir gün mənə gizli nömrədən zəng gəldi. Tərəddüd içində telefonu açdım. Səsi tanıdım. Əmim oğlu idi. Maraqlıdır, görəsən nömrəmi haradan bilir, nə üçün zəng edib?! - Deyə, düşündüm. Salamlaşıb harada olduğumu soruşdu. Evdə olduğumu bildirdim. “Heç yerə getmə, dalınca maşın göndərirəm. Səninlə vacib işim var”- dedi. Fikir məni götürdü, görəsən əmim oğlu məni neyləyir? Birdən, qapımızın ağzında əmim oğlunun göndərdiyi maşın siqnal verdi. Pencəyimi götürüb, tez evdən çıxdım. Maşına oturdum və avtomobil sürətlə evdən uzaqlaşdı. Bir neçə dəqiqədən sonra artıq əmim oğlunun yanında idim. O, məni bahalı restoranların birində gözləyirdi. Hiss olunurdu ki vaxtı azdı. Qısa hal-əhvaldan sonra tələm-tələsik dərdini danışmağa başladı: - Əmioğlu, axır vaxtlar işlərim düz gətirmir. Bir-iki ay bundan əvvəl cənab nazir başladı mənimlə soyuq danışmağa. Nazir mənimlə soyuq danışdıqca obyektlərimə gələnlərin sayı azaldı. İndi isə mənimlə ümumiyyətlə danışmır. Əmioğlu bilirsən nə elədim? - Nə elədin? - Yaman elədim. Axırda bu zəlilliyin səbəbini tapdım. Quran açtırdım. Molla baxıb dedi –“Nə qədər ki, dünya aləmində nazir dediyin şəxs, yəni Allahın o hökümlü qulu səninlnlə telefonda danışırdı, müştərilərin bol idi. Elə ki, o hökümlü şəxs səninlə rabitəni kəsdi, rızkın azaldı. Allahu-təala səni başqa müsibətlərdən qorusun!” - Böyük dərddir əmioğlu. - Allah eləmir ki, nazir eləyir. Əmioğlu sən hələ dalına qulaq as.e.e.e. Bir neçə şadlıq evlərim var a kişi, orada toy eləmək istəyən tapılmır. Tibb mərkəzim var, xəstə üzünə həsrət qalıb. Təhsil mərkəzlərim bu gün – sabaha bağlanacaq. Yas mərasim evim var. O boyda pul tökmüşəm. Bir köpəyoğlu gəlib, ölüsünü orada ağlamır. Kimə deyirəm dərdimə bir çarə tapan yoxdur. Son ümidim sənsən, əmioğlu!  Mən heyrətimdən donub qaldım. Bu nə danışır, ə.ə.ə?! Mənim əlimdən nə gəlir axı? Yenicə ağzımı açıb danışmaq istəyirdim ki, dedi: - Mən bir neçə baxıcıların da yanında olmuşam. Hamısı deyir ki, “evinizdə cadu var”. Deyirlər ki, Dilşadı gətir, evini cadulardan təmizləsin. Dilşad da, sizin qonşunuzdur. Onu yaxşı tanıyırsan. Onun da, hörmətini edəcəm, sənin də. – Əmioğlu, sən bu boyda dövlətin yüksək vəzifəli məmurusan, niyə belə şeylərə inanırsan? - Səni bilmirəm, and olsun qara kresloma, mənim bu vəzifəyə gəlməyimdə molla Binyətin çox böyük rolu var. Nə olsun vəzifəliyəm? Bizim çoxumuz buna inanırıq. Sən sabah Dilşadı da götürüb, bizə gəl – deyib cibindən bir ovuc pul çıxardıb ovucuma basdı. Tamah mənə güc gəldi. Dilşadı onlara aparacağıma söz verdim. Evə gəlib Dilşadla danışdım. Dilşad təklifimdən sevinərək:- “Sən məni onlarla calaşdır, gör sənə necə hörmət edəcəm” - dedi.  Vədələşdiyimiz vaxtda dünənki maşın bizi əmimoğlugilə apardı. Əmim oğlu və arvadı bizi gülərüzlə qarşıladı. Dilşad xanıma hazırlaşmaq üçün otaq ayırdılar. Çox keçmədi ki, Dilşad xanım əcaib bir görkəmdə otaqdan çıxdı. O, dizinə kimi qara rəngli dar şalvar, qolları dirsəkdən qatlanmış qara köynək geyinmişdi. Saçları dağınıq halda üzünə və çiyninə yayılmışdı. Zahiri görünüşü adamı qorxudurdu. Dilşad dodağının altında nəsə deyə-deyə əvvəlcə balıncları, sonra yorğanların içini eşib yerə tökdü. Bir şey tapmayıb döşəkləri sökdürdü. Əlini bir döşəyin içinə salıb “tapdım”- deyib qışqırdı. Döşəyin içindən sağ əlində göy rəngli parçaya bükülmüş kiçik bir bağlama çıxartdı. Mən diqqətlə onu izləyirdim. Dilşad əllərini döşəyin içərisindən çıxardanda sol qolu biləyinə qədər görünmürdü. Beləliklə o, əmim oğlunun evindən caduları “təmizləyib”qurtardı. Növbə gəlib çatdı Dilşadın hoqqa verməyinə. Hoqqa da, nə hoqqa! Budur, möhtəşəm kahin və sehrpozan Dilşad, caduları zərərsizləşdirməyə başlayıb. Əmim oğluna üzünü tutub, gözlərini bərəldib dedi: - A gədə, bu cadunu apar güngörməz yerə, üstünə işə! Sonra ver uşaqlarına, onlar da hər biri bir cıqqağ olmaq şərti ilə üstünə kak eləsinlər. Bununla da bu cadu qiyamətə qədər pozulacaq və... Əmim oğlu Dilşadın sözünü ağzında qoyub dedi: - Bacı, sən bunu birdəfəlik elə, qiyamətdən sonraya da saxlama. Pul nə qədər lazımdır mən verəcəm! Dilşad üzünü mənə tutub, təəccüblə soruşdu: - Qonşu, bu məzlum əmin oğlu hansı dövlət vəzifəsini icra edirdi? - Dövlətimizin mötəbər şəxslərindəndir... - Hm.m.m...Əla!  Pis qazanmadım, həm əmim oğlu, həm də Dilşad mənə yaxşı “hörmət”elədilər. Əmim oğlunun sayəsində sifarişlərimizin sayı artır, artdıqca da qazancımız çoxalırdı. Pul sel kimi gəlirdi. Yığıb-yığışdırmaq olmurdu. İş o yerə çatmışdı ki, müştərilər falçı Dilşadı onlara aparmaq üçün mənə pul əvəzinə obyekt boyun olurdular. Biri maqazin, digəri kafe, bir başqası isə avto-servis bağışlayırdı. Dilşad xanım mənsiz bir yerə getmirdi, çünki onun fırıldaqlarından xəbərdar idim – açardım sandığı, tökərdim pambığı. Biz bəzən müştərilərin ölkə xaricində olan evlərində də “təmizlik”işləri aparırdıq. Xülasə, bir gün müştərilərdən biri Dilşad xanımın onun evindən cadu çıxartması müqabilində nazirliklərin birində mənə “yağlı” bir vəzifə verdi. Mənim obyektlərimin sayı artmışdı. Artıq kənddən şəhərə köçmüşdüm. Nəinki şəhərin görkəmli yerlərində, hətta müxtəlif xarici ölkələrdə də evlərim var idi. İldən-ilə vəzifəm yüksəlirdi, mən respublikanın tanınmış bir adamına çevrildim.Televiziya ekranlarından düşmürdüm. Artıq Dilşad xanımı unutmuşdum, işlərim yağ kimi gedirdi. Lakin günlərin bir günü mənim də başımın üstünü qara buludlar aldı. Nazir mənimlə soyuq görüşməyə başlamışdı. Sonra heç görüşmədi də. Neçə illərdir itirib-axtarmadığım bibim oğlunu axtarmağa başladım. Birtəhər telefon nömrəsini tapıb, zəng etdim: - Bibioğlu, salam! - Salam! - Bibioğlu, səndən bir nəfəri soraqlamaq istəyirəm. - Buyur, əlbəttə! - O Dilşad var idi e.e.e, Dilşad xanım. - Hə. - O sağdırmı? - ... Əbil Həsən

Ceyhun Bayramov və Hakan Fidan Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə etdi

18 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İstanbul şəhərinə işgüzar səfəri çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanla görüşüb. XİN-dən verilən məlumata görə, görüşdə, Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, habelə qlobal təhlükəsizlik problemləri müzakirə olunub. Nazir Ceyhun Bayramov qardaş Türkiyə Respublikasına 3+3 formatının növbəti görüşünə ev sahibliyinə, görüşün təşkilatçılığı və səmimi qonaqpərvərliyə görə təşəkkür edib. Bölgədə və dünyada sürətlə dəyişən təhlükəsizlik vəziyyətinin fonunda bu kimi məşvərət mexanizmlərinin əhəmiyyətinin daha da artdığı, bölgəmiz üçün ortaq təhdidlərlə mübarizədə əməkdaşlığın vacibliyi qeyd olunub. Bu istiqamətdə, Azərbaycan-Türkiyə müttəfiqliyinin, regional və beynəlxalq platformalar çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin əhəmiyyəti diqqətə çatdırılıb. Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov, sülh prosesinin qarşısında duran çağırışların hələ də qalmaqda olduğunu bildirib. Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının davam etdirilməsinin, habelə Ermənistan tərəfindən bu istiqamətdə sistematik işlərin görülməsi yerinə, problemin gözardı edilməsinin narahatlıq mənbəyi olaraq qaldığı diqqətə çatdırılıb. Nazir Ceyhun Bayramov, həmçinin həmkarını BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyimiz, görülən hazırlıq işləri barədə məlumatlandırıb. Türkiyənin qardaş Azərbaycanın bölgədəki sülh və quruculuq səylərini hər zaman dəstəklədiyi, habelə prosesin tezliklə yekunlaşmasına dair ümidvarlıq ifadə olunub. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

"Kurtlar Vadisi" ilə bağlı ŞOK HƏQİQƏT - Oktay Kaynarca illər sonra etiraf etdi

Serialda Süleyman Çakır obrazı ilə yadda qalan Oktay Kaynarca “Kurtlar Vadisi” serialı ilə bağlı illərdir bilinməyən bir həqiqəti açıqlayıb. Bu təəccüblü etiraf televiziya aləmində böyük əks-səda doğurub. Oktay Kaynarca Türkiyə televiziya tarixində iz qoyan "Kurtlar Vadisi" serialı ilə bağlı diqqət çəkən açıqlamalar verib. Kafa TV-də Candaş Tolqa Işığın "Fenomen" verilişində qonaq olan məşhur aktyor, "Kurtlar Vadisi"nin əslində Amerika serialından çəkildiyini bildirib. Kaynarcanın açıqlamaları, "Kurtlar Vadisi"nin əslində orijinal bir istehsal olmadığını, Amerikanın "Böyük Trap" serialından ilhamlandığını ortaya çıxardı. Bu etiraf serialın pərəstişkarları arasında sürprizlə qarşılanıb. “Kurtlar Vadisi” yayımlandığı dövr ərzində geniş tamaşaçı kütləsi toplayıb və Türkiyə televiziyası tarixində iz qoyan əsərlərdən biri kimi yadda qalmağa davam edib. Kaynarca verilişdə bunları qeyd edib: " "Əslində o zaman TRT-də "Büyük Trap" adlı serial var idi. Amerika formatı idi və böyük maraqla baxırdıq. Daha sonra Osmanın yanına gedib dedim, bu serial formatlansa, Türkiyədə çox diqqət çəkəcək. Ancaq bu mövzu bir müddət gündəmdə olmadı, sonra Osman mənə zəng edərək layihəni etməyə qərar verdiklərini söylədi"./Manset.az

Hərbçimiz özünü ÖLDÜRDÜ

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Gözəlov Novruz Fikrət oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olub. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib. Daxil olmuş məlumat əsasında Gəncə hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib. Fakt üzrə Gəncə hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq, zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır. Allah rəhmət eləsin!

Azərbaycana qar yağır - FAKTİKİ HAVA

Gədəbəyin yüksək dağlıq ərazilərinə qar yağır. Sozcu.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 18-i saat 18:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi Göygöl, Şəki, Qəbələ, İsmayıllı, Şamaxı, Quba, Qusar, Qrız, Xaltan, Şabran, Şahdağ, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış, Gədəbəyin yüksək dağlıq ərazilərinə qar yağır. vakansiya Sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.

"Ronaldonu ələ salıb deyirdik ki..."

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Rio Ferdinand həmin vaxt komanda yoldaşlarından biri olan Kriştiano Ronaldo haqqında danışıb. Sozcu.az xəbər verir ki, o, "qırmızı şeytanlar"a keçərkən hələ 18 yaşında olan hücumçunu dəfələrlə ələ saldıqlarını söyləyib:   “Biz onu 7 nömrəli formanı geyindiyi üçün danlayırdıq. Çünki Ronaldo 7 nömrəli formanın əvvəllər Devid Bekhemə məxsus olduğunu bilərək bunu qəbul etmişdi. Biz ona dedik ki, əsl 7 nömrə Bekhemdir. Ronaldo əhvalı pis olanda özünü itirirdi. Onu tez-tez ələ salırdıq. Ronaldo həmin vaxt bizdən çox gənc idi. Bizim əməlimizi zorakılıq kimi qiymətləndirə bilərdi. Amma bu, sadəcə onu sərtləşdirmək, inkişaf etdirmək üçün bir cəhdi idi". Qeyd edək ki, Ronaldo 2003-2009-cu illərdə "Mançester Yunayted"də oynayıb. O, 2021-ci ildə yenidən bu kluba qayıdıb və 2022-ci ilin noyabrında ayrılıb. 39 yaşlı forvard hazırda "Əl-Nəsr"in formasını geyinir.

Aeroporta getmək istəyənlər bu yollardan istifadə etsin!

Oktyabrın 19-u və 19-dan 20-sinə keçən gecə saat 02.30-dan 05.30-dək COP29 tədbirinə hazırlıq məqsədi ilə Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin keçirilməsi üçün avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək. Sozcu.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. "Heydər Əliyev Beynəlxalq Aeroportuna gedəcək vətəndaşlardan 8 Noyabr prospekti və Zığ Şosesi, həmçinin Novxanı, Zuğulba, Mərdəkan yolundan istifadə etmələri xahiş olunur", - məlumatda qeyd edilib.

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Türkiyə XİN Müstəqilliyin Bərpası Günü münasibət ilə Azərbaycanı təbrik edib. Sozcu.az xəbər verir ki, nazirlik bu barədə rəsmi X hesabında paylaşım edib. “Dost və qardaş Azərbaycanın Müstəqilliyinin Bərpası Günü qutlu oslun”, - paylaşımda bildirilib.

Çaylardan sel keçir - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 18-i saat 10:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yağan leysan xarakterli intensiv və güclü yağış nəticəsində Zaqatala rayonu ərazisindən axan Talaçaydan, Qax rayonu ərazisindən axan Kürmükçaydan, Tovuz rayonu ərazisindən axan Zəyəmçaydan sel keçir.

Minimum əməkhaqqı və pensiyalar bu qədər artırılacaq - AÇIQLAMA

Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyi təkliflər hazırlayıb və noyabr ayında büdcə müzakirələri zamanı Milli Məclisə təqdim olunacaq. Belə ki, minimum əməkhaqqının və təqaüdlərin artırılması gözlənilir”. Sozcu.az xəbər verir ki, bunu açıqlamasında REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, bu artımın 8-10 faiz civarında olacağını düşünür: “Hər il maaş və təqaüdlər 8-10 % civarında artırılır. Məncə, bu konsepsiyaya uyğun hərəkət olunacaq. Davamlı şəkildə bundan sonrakı illərdə də bu addımlarla gedilməsi nəzərdə tutulur. Hazırda minimum əməkhaqqı 345 manatdır, artımla təqribən 380-390 manat civarında ola bilər”, – deyə partiya sədri vurğulayıb. (Unikal.az)

Evin içində ocaq yandırdı, öldü

Balakəndə yanıq xəsarətləri alan 34 yaşlı kişi ölüb. Sozcu.az "Report"a istinadən xəbər verir ki, rayonun Xalatala kənd sakini 1990-cı il təvəllüdlü Ramazan Məhəmməd oğlu Qarayev evdə tək olduğu zaman evin içərisində ocaq yandırıb və yanıq xəsarətləri alıb. 34 yaşlı R.Qarayev aldığı xəsarətlərdən xəstəxanada ölüb. kapital bank vakansiya Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda tələbə qəfil ÖLDÜ

Azərbaycanda tələbə ürəktutmadan qəfil vəfat edib. Sozcu.az bildirir ki, bu barədə BAKU.WS-in "qaynar xətti"nə mərhumun sinif yoldaşı Kənan Yunisli məlumat verib. O, bildirib ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin III kurs tələbəsi Murad Bayramlı 17 oktyabr tarixində ürəktutmadan qəfil vəfat edib. vakansiya 2023 Dostu daha əvvəl Muradın səhhəti ilə bağlı heç bir problemi olmadığını deyib. Vəfat edən tələbə ailədə 3 övlad olub, 1 bacı, 1 qardaşı var.

Səbail məhkəməsindən Vardanyan haqda qərar

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Ruben Vardanyan barədə davam edən cinayət işi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qərar qəbul edilib. Sozcu.az xəbər verir ki, qərara əsasən, R.Vardanyanın həbsdə saxlanma müddəti uzadılıb. Cinayət işi üzrə Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü R.Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib. azal vakansiya Xatırladaq ki, ötən müddətdə bir sıra beynəlxalq təşkilatlar və xarici media qurumları Ermənistan vətəndaşı olan yeganə milyarder kimi tanınmış, Rusiya Federasiyası vətəndaşlığından çıxıb Ermənistan vətəndaşlığını qəbul edərək qondarma “Dağlıq Qarabağ respublikasının dövlət naziri” olmuş Ruben Vardanyanın müxtəlif ölkələrdə çirkli pulların yuyulması mexanizmləri barədə və digər əməllərini ifşa edən geniş araşdırma materialları ilə çıxış edib.

Kəlbəcərlilərə şad xəbər: İlk köç bu tarixdə başlayacaq

1993-cü il aprelin 3-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilən Kəlbəcər rayonu işğal altında olan digər rayonlarımız kimi rəşadətli ordumuzun qəhramanlığı nəticəsində azad edildi.  Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən erməni işğalçıları, 10 noyabr 2020-ci ildə üç tərəfli bəyanətə uyğun olaraq 25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdilər. Hazırda Kəlbəcər rayonunda quruculuq işləri gedir. Kəlbəcərlilər doğma yürdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.   Milli Məclisin Kəlbəcər rayonundan olan sabiq deputatı Aqil Məmmədov mətbuata verdiyi müsahibəsində,  "Kəlbəcər vətəndaşlarının doğma ata-baba yurdlarına köçünə, inşallah bu yaxın günlərdə baş tutacaq. Dəqiq desək, bu ilin İyun ayında köç başlayacaq. Məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdacaqlar. Cənab prezindet Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı qəbul edib. Bu proqrama əsasən də yenidənqurma işləri sürətli və keyfiyyətli şəkildə icra olunur" - deyərək, qayıdışla bağlı dəqiq vaxt bildirmişdir. Mətbuatda yayılan digər məlumatlarda da,  240 ailənin sentyabr ayında öz döğma yurdlarına köçəcəkləri haqqında məlumat verilmişdir. Buna baxmayaraq, kəlbəcərlilərin yürdlarına qayıdışı hansısa səbələrdən deyilən tarixlərdə baş tutmadı. Sozcu.az saytının əldə etdiyi məlumata görə, bu ilin noyabr ayında Kəlbəcərə ilk qayıdış baş tutacaq.  Əldə etdiyimiz məlumata görə, ikinci qayıdış dekabr ayında həyata keçiriləcək. Kəlbəcərlilər Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İli öz doğma ocaqlarında qeyd edəcəklər.  Qeyd edək ki noyabrın 25-i Kəlbəcərin işğaldan azad edilməsi günü olaraq tarixə qızıl hərflərlə düşüb.  bu il 12534 nəfərin rayona köçürülməsi gözlənilir. Bunlardan 5268 nəfərin Kəlbəcər şəhərinin özündə tikilən evlərdə yerləşdirilməsi planlaşdırılır. Kəlbəcər rayonunda 2026-cı ilədək 3450 evin (1927 fərdi yaşayış evinin və 1523 mənzilin) tikilərək istismara verilməsi nəzərdə tutulur. 2024-cü ildə - 1115 evin, 2025-ci ildə - 725 evin, 2026-cı ildə  610 evin inşası həyata keçirəcəyi bildirilir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki,  işğaldan azad edilmiş ərazilərə köç prosesi Qayıdışa Dair I Dövlət Proqramının icrası çərçivəsində 2024-cü il üzrə davam etdiriləcək. Həmçinin, Kəlbəcər rayonundan olan məcburi köçkünlərin mərhələli köçü planlaşdırılır. Qeyd etmək istərdik ki, ilin yekununadək  ağır şəraitdə yaşayan ailələrə üstünlük verilməsi şərti ilə növbəlilik prinsipi ilə köçə başlanılacaq.  Anar Rəsullu