Rusiya sülhməramlılarının növbəti karvanı Xocalı aeroportunu tərk edib, Goranda qatarlara yüklənir

Bu gün səhər saatlarından Rusiya sülhməramlılarının növbəti hərbi yük maşınlarından ibarət karvanı Xocalı aeroportundakı ərazini tərk edib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, sülhməramlılar Goran dəmir yolu stansiyasına hərəkət edib. Avtomobillər Rusiyaya göndərilmək üçün Goran dəmir yolu stansiyasında qatarlara yüklənir.

Xəzərdə dalğanın hündürlüyü 3 metri ötdü

Mayın 6-sı saat 18:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Gədəbəy, Quba, Şəki, Qax, İmişli, Biləsuvar, Neftçala, Sabirabad, Cəfərxan, Astara, Yardımlı, Lerik, Lənkəranda yağış, Şahdağda zəif qar yağıb. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd olunub ki, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında 17 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.4 metrdir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 9, Aran rayonlarında 22, dağlıq rayonlarda 13 dərəcəyədək isti olub.

Aytən Ələkbərova dəhşətli faktlar açıqladı: “Onlar boşanmış qadınları yoldan çıxarırlar”

Son vaxtlar sosial şəbəkələrdə bəzi psixoloqların boşanmış və ya boşanmaq istəyən qadınlara tamamilə yanlış yol göstərdiyi ilə bağlı iddialar səslənir. Onlar psixoloqların qadınları səhv addım atmağa sövq etdiyini bildirirlər.  Məsələ ilə bağlı Yenisabah.az-a danışan psixoloq Aytən Ələkbərova bu cür psixoloqların kifayət qədər çox olduğunu bildirib:  “Son dövrlər boşanmaların sayının artması ilə qeyri-peşəkar “psixoloqlar” da artıb, mən onları psixoloq belə adlandıra bilmirəm, onlar sadəcə danışmaqla insanları yanlış yola aparırlar. Bu da ondan irəli gəlir ki, həmin şəxsin özünün əxlaqı keyfiyyətləri formalaşmayıb.  Boşanmaq niyyəti olan xanımın müraciətində öncə onun psixi xüsusiyyətini müəyyən edirik, biz onun psixi xüsusiyyətinə görə, onu narahat edə biləcək problemi tapıb önyarğıya çəkirik”.  A.Ələkbərova bildirib ki, öncə pasiyentin psixi durumuna baxılmalı, daha sonra ona düzgün yol göstərilməlidir. Onun sözlərinə görə, 85 faiz hallarda boşanmaq istəyən pasiyentlərini bu fikirdən döndərə bilir:  “Bu gün 3 uşağı olan qadın boşanmaq qərarına gəlirsə, əvvəlcə bilmək lazımdır ki, problem nədir. Əgər səni yoldaşının kobud rəftarı narahat edirsə, nəzərə almalısan ki, sabah boşansan 3 uşağı damın altında qoyub gedib haradasa çalışmalısan ki, o uşaqlara baxa biləsən. Hansı daha çətindir? Biz gələn insana bu sualı veririk.  Bu sualları verdikdən, qarşımızdakı şəxsin psixoloji temperamentini öyrəndikdən sonra ona yardım edirik. 26 ildir ki, bu peşədəyəm. Yanıma boşanma ilə bağlı gələn pasiyentlərin 85 faizinə ailəni möhkəmləndirməyi məsləhət görmüşəm. Ailədə qalıb bir-birinizi tanıdıqca, bir-birinizin psixi xüsusiyyətlərinə alışdıqca, ortada yaranan konfliktləri dərk edərək qəbul etdikdə boşanma ehtiyacı azalır. Yanıma gələn pasiyentlər bunu anladıqca, boşanmadan vaz keçirlər. 85 faiz hallarda bu, belə olur. Digər 15 faiz isə vaz keçmir, çünki buna ciddi səbəblər olur: ya o şəxsiyyət pozuntusundan əziyyət çəkən birinin yanındadır və ya həyat yoldaşı narsist, narkoman, iqraman, kliptoman biridir. Bu kimi hallarda həmin şəxsin yanında qalıb sabah hansısa faciənin baş verməyini gözləmək lazım deyil. Belə situasiyalarda artıq çıxış yolu yoxdur və boşanma mütləqdir. Amma sıradan səbəblərdən ötrü buna gərək yoxdur.  Bəzən elə qadınlar gəlir ki, deyir sizdən əvvəl başqa psixoloqda oldum, dedi ki, ailəni dağıtma, amma sənin də yaşamağa haqqın var. Baxın, öz əxlaqını formalaşdıra bilməyən biri, sabah övladlarına necə tərbiyə verəcək”. 

Nağd 100, ipoteka ilə 200 min – Azərbaycanda dodaquçuqladan faizlər

Ölkədə ipoteka ilə mənzil almaq, sözün əsl mənasında müşkülə çevirilib. İpoteka ödənişlərinin və faizlərin yüksək olması əksər vətəndaşlar üçün çıxılmaz vəziyyət yaradır. Kredit müddəti uzandıqda isə, ödəniləcək məbləğin dəyəri faizlərlə birlikdə alınan mənzilin ümumi dəyərindən minimum 2 dəfə daha baha olur. 100 min manat civarında olan mənzilin ipoteka ilə qiyməti təxminən 200 manata başa gəlir.  Bəs buna səbəb nədir?  Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, bu digər ölkələrlə müqayisədə Azərbaycanda ipoteka faizlərinin xeyli yüksək olması ilə bağlıdır:  “Bu məsələyə 2 aspektdən baxmaq lazımdır. Birincisi, Azərbaycanda ipoteka faizlərinin yüksək olması məsələsidir. Ölkəmizdə ipoteka faizləri olduqca yüksəkdir. Biz alternativ bazarlarla müqayisə etsək, dünya ortalaması təxminən 2.62 faizdir. Bu Avropa ölkələrində 2, 2.5 faiz, ABŞ-da isə 3 faiz ətrafında olur. Azərbaycanda isə ipoteka faizləri Avropa və ABŞ-dan olduqca yüksəkdir. Bunun səbəbi vəsaitin xərci məsələsidir. Çünki İpoteka Fonduna yalnız güşətli ipotekanın verilməsi məqsədi ilə vəsait ayrılır və bu maksimum 4 faizlə olur. Adi ipoteka üçün isə vəsait bazardan cəlb edilməlidir. Cəlb edilən vəsaitin isə xərci vardır. Bu gün ölkədə uçot faiz dərəcəsi 7.25 faizdir. Hansı ki bəzi ölkələrdə bu rəqəm  0, 0.5 faiz ətrafında dəyişir. Belə olduğu təqdirdə daha aşağı xərclə vəsait cəlb etmək olur. Amma Azərbaycanda mövcud maliyyə mənbələrinin imkanlarını nəzərə alsaq, İpoteka Fondu bu vəsaiti cəlb edəndə daha yüksək faizlərlə cəlb etmiş olur. Burada xərclər onun üzərinə əlavə edilir”.  Ekspert qeyd edib ki, ipoteka kreditinin müddətinin uzanması pulun öz dəyərini itirməsi ilə nəticələnir: “Bildiyiniz kimi, burada prosesi icra edən tərəf banklardır. Banklar uzunmüddətli dövrdə məsuliyyəti tam üzərinə götürür. Çünki bizdəki dövlət ipoteka mexanizminə görə, məsuliyyət və ipotekanın gələcəyi tam olaraq bank sektoruna transformasiya olunur. Bank sektoru risklərə görə məsuliyyət daşıyır. Bu məsuliyyətin qarşılığında təbii ki, bank da 3-4 faizli marjasını ipotekanın üzərinə əlavə edir. Pul uzunmüddətli dövrdə öz dəyərini itirir. Biz mənzil alarkən vətəndaşın 2 dəfə daha artıq pul ödədiyini deyirik, amma 25-30 il ərzində həmin vəsaitlər olduqca dəyərsizləşir. Belə olduqda vətəndaşın 120 min manata aldığı mənzil 30 il sonra 250-300 min manat olur. Bununla bağlı hansısa addımlar atmaq olar. Bu barədə resurslar araşdırılmalıdır. Faizlərin aşağı düşməsi üçün dövlət hesabına olan təminata daha çox üstünlük verilməlidir”. 

Bakıda güclü külək əsəcək, intensiv yağış yağacaq

Bakıda və Abşeron yarımadasında mayın 7-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Qeyd olunub ki, mayın 6-sı axşamdan 8-i gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. 7-si axşam yağıntıda fasilə olacaq.

Ukrayna Rusiyaya zərbə endirdi: 6 ölü, 35 yaralı

10:18 Rusiyanın Belqorod vilayətinə növbəti PUA hücumu edilib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Məlumata görə, Ukrayna PUA-sı Borisovsk rayonunda “Aqro-Belqorye” şirkətlər qrupuna məxsus maşına çırpılıb. Nəticədə 33 nəfər yaralanıb, 6 nəfər ölüb. *** Belqorod vilayətinin qubernatoru Vyaçşeslav Qladkov yaralıların sayının 35-ə çatdığını bildirib: “Şirkət işçilərini aparan iki “Qazel” və minik avtomobili Ukrayna Silahlı Qüvvələrinin hücumuna məruz qalıb. Hadisə Borisovsk rayonunun Berezovka kəndi yaxınlığında baş verib. Təəssüf ki, partlayış nəticəsində 6 nəfər aldığı xəsarətlərdən yerindəcə ölüb”.

Ceyhun Bayramov-Ararat Mirzoyan görüşünün yeri və vaxtı açıqlandı

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın Qazaxıstanın Almatı şəhərində görüşünün tarixi bəlli olub. Sozcu.az xəbər verir ki bu barədə Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə məlumat yayıb. Onun sözlərinə görə görüş mayın 10-da Almatıda baş tutacaq.

“Şevrolet”in şüşəsini sındırdı, “Hover”i yandırdı

Mayın 4-ü səhər 05 radələrində Qaraçuxur qəsəbəsi ərazisində “Şevrolet” markalı avtomobilin şüşələrinin sındırılması, “Hover” markalı avtomobilin isə salonunun yandırılması barədə polisə məlumat daxil olub. DİN-dən Sozcu.az-a verilən məlumata görə, Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Elgün Təhməzov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI

Suraxanıda əri tərəfindən dəfələrlə bıçaqlanan həkim Arzu Balabəyovanın vəziyyəti açıqlanıb. Bu barədə “Qafqazinfo”ya Sabunçu Tibb Mərkəzindən məlumat verilib. Bildirilib ki, mayın 4-ü saat 22:10 radələrində 1973-cü il təvəllüdlü şəxs (qadın cinsli) təcili tibbi yardım vasitəsilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya edilib. O, qarının ön divarının, döş qəfəsinin sol yarısının ön divarının, sol çiyin nayihəsinin və sağ budun kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib. Qaraciyər, mədə yaralarının və kəsilmiş-deşilmiş yaraların birincili cərrahi işlənməsi və tikilməsi əməliyyatı icra edilib. Xəstənin müalicəsi davam etdirilir, vəziyyəti ağır stabil qiymətləndirilir. Qeyd edək ki, hadisə rayonun Əmircan qəsəbəsində qeydə alınıb. 1973-cü il təvəllüdlü A. Balabəyova əri ilə mübahisə zamanı bıçaqlanıb. 1970-ci il təvəllüdlü Fikrət Balabəyov ona ümumilikdə 14 bıçaq zərbəsi vurub. Hadisədə şübhəli bilinən F. Balabəyov polis tərəfindən saxlanılıb. Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi tərəfindən faktla bağlı araşdırma aparılır. A.Balabəyova Bakıxanov qəsəbəsində yerləşən özəl klinikaların birində həkim işləyir.

Erməni hərbçi Qazaxda özlərinin basdırdığı minaya düşdü

Erməni əsgər Kirantsda mina partlaması nəticəsində yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat verib. Yaralı İcevan tibb məntəqəsinə köçürülüb. Qeyd edək ki, bu gün səhər saatlarından Ermənistan Milli Təhlükəsizlik Xidməti və polis əməkdaşları Qazaxla sərhəddə yerləşən Tavuş rayonunun Kirants kəndinə gələrək demarkasiya çərçivəsində artıq ölçmə işlərinə başlayıblar. Sakinlərə əraziyə yaxınlaşmaq qadağan edilib.

Cəmil Unal siyasi məhbuslarla bağlı İlham Əliyevə müraciət etdi

Müsavat Partiyasının Xl Qurultayı davam edir.  Qurultayda Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Unal iştirak edib.  Sozcu.az xəbər verir ki, Qurultayda çıxış edən Cəmil Unal Müsavat Partiyasını möhtəşəm qurultayı münasibəti ilə təbrik edib. Hər bir azərbaycanlıda Müsavatın ruhunun dolaşdığını deyən Cəmil Unal, Müsavat Partiyasının hakimiyyətə gəlməyi haqq etdiyini də qeyd edib.  Cəmil Unal çıxışında dövlət başçısı İlham Əliyevə müraciət edərək, siyasi məhbusların azad edilməsini xahiş edib.  Cəmil Unal qeyd edib ki, olan jurnalistlər və siyasi fəaliyyətinə görə həbs olunanlar cinayətkar deyillər. 

Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO

Bakıda yataqxanada tələbə yoldaşını öldürməkdə təqsirləndirilən Rəşad Muxtarova hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, Rəşad Muxtarov 19 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, prokuror Rauf Malışov təqsirləndirilən şəxsin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Qeyd edək ki, hadisə ötən il fevralın 8-də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin yataqxanasında qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Əliəkbər Mərəyev adıçəkilən təhsil müəssisəsinin tələbəsi, otaq yoldaşı, 2007-ci il təvəllüdlü Rəşad Muxtarov tərəfindən bıçaqla yetirilmiş xəsarətlərdən ölüb. Rəşad Muxtarova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi üzrə ittiham irəli sürülüb. /ARBTV/

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

5 ailə üzvünün qətlinə görə saxlanılan Əhməd Əhmədovun cinayət işi üzrə istintaq davam edir. Sozcu.az APA-ya istinadən xəbər verir ki, bunu Xətai rayon prokuroru Sərdar İmanov deyib: “Hazırda həmin iş üzrə istintaq davam edir. İlkin ekspertiza rəyi alınıb. Əlavə komissyon psixiatriya ekspertizası təyin edilib. Ekspertizanın rəyindən asılı olaraq obyektiv ədalətli qərarın qəbul edilməsi təmin ediləcək”. Prokuror Əhməd Əhmədovun hazırda istintaq təcridxanasında saxlanıldığını deyib. Qeyd edək ki, fevral ayının 13-də 5 nəfər ailə üzvünün qəsdən öldürülməsinə dair Xətai rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun barəsində təyin olunmuş komission məhkəmə-psixiatrik ekspertizasının 4 aprel 2024-cü il tarixli rəyinə əsasən, o cinayət əməlini törədən zaman anlaqsız vəziyyətdə olub. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Ə.Əhmədovun cinayətin törədildiyi anda psixi vəziyyətinin yenidən müayinə olunması üçün 5 aprel 2024-cü il tarixdə təkrar komission məhkəmə-psixiatrik ekspertizası təyin olunub və o, məhkəmənin qərarı ilə tibb müəssisəsinə yerləşdirilib. Xatırladaq ki, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası - 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası - 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanı və qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Azad edilmiş 134 min hektar ərazi minalardan təmizlənib - RƏSMİ

İndiyədək Azərbaycanın işğaldan azad edilmiş 134 min hektardan çox ərazisi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Bakıda keçirilən “Minalardan Təmizləmə üzrə Avropa Qrupu Təşəbbüsü” tədbirində çıxışı zamanı bildirib. O xatırladıb ki, Azərbaycan bu gün dünyada minalarla ən çox çirklənmiş ölkələrdən biridir: “Bu günə kimi işğaldan azad edilmiş 134 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. İlk növbədə nəqliyyat və enerji infrastrukturunun keçdiyi ərazilərdə, o cümlədən kənd təsərrüfatı təyinatlı torpaqlarda və yaşayış binalarının tikintisi nəzərdə tutulan ərazilərdə minalardan təmizləmə işləri aparılıb. Ümumilikdə 119 mindən çox mina və partlamamış hərbi sursat aşkar edilərək təhlükəsiz şəkildə zərərsizləşdirilib”.

Gəncədə məktəbli bıçaqlandı

Mayın 2-də Gəncə şəhər 17 nömrəli tam orta məktəbin şagirdləri arasında dərsdən sonra məktəb binasından kənarda insident (şagirdlərin bir-birinə xəsarət yetirməsi) yaşanıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən Sozcu.az-a bildirilib ki, baş vermiş hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib, hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək. Qeyd edilib ki, məktəb rəhbərliyi və kollektivi insident zamanı xəsarət almış şagirdə baş çəkib, vəziyyəti ilə maraqlanıb. Şagirdin vəziyyəti yaxşı olaraq qiymətləndirilir.

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

Ermənistanın Tavuş vilayətinin Kirant kəndindən Qazaxın kəndlərinə gedən yolda minatəmizləmə işləri aparılır. Sozcu.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb. Nəşr yazır ki, polis xüsusi əməliyyat keçirildiyini bildirərək sakinləri yoldan uzaqlaşdırıb. Hazırda Kirantdan keçən dövlətlərarası yol bağlıdır. Məlumata görə, Kirantdan Qazaxın təhvil verilməsi nəzərdə tutulan kəndlərinə gedən yolun əksər hissəsi minalardan təmizlənib, artıq əraziyə sərhəd dirəkləri yerləşdirilib. Nəşr bildirir ki, Ermənistan tərəfi həmin ərazidə demarkasiya prosesinə uyğun olaraq ən mühüm mövqeləri Azərbaycana təhvil verib. Sərhəddə proses yekunlaşana kimi əraziyə, hətta ümumilikdə kəndə girişin məhdudlaşdırılacağı qeyd olunur.

Bu kəndin ərazisi Kəlbəcərə birləşdirilir

Baş plana əsasən, Kəlbəcər şəhəri mövcud məskunlaşma ərazisini və yaxınlığındakı Boyaqlı kəndini əhatə edəcək. Sozcu.az xəbər verir ki, bu, “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nda əksini tapıb. Şəhərin şimal-şərq istiqamətindəki əsas girişindən başlayaraq cənub-qərb istiqamətində uzanan baş küçəsi planlaşdırma strukturunun əsasını təşkil edir. Küçənin başlanğıc nöqtəsində şəhərin sənaye və istehsalat zonası, orta hissəsində şəhər mərkəzi, bitiş nöqtəsində isə turizm və sosial xidmət obyektləri nəzərdə tutulub.

Kamal Kılıçdaroğlu həbs oluna bilər

CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu həbs oluna bilər. Sozcu.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb. Bildirilib ki, Kılıçdaroğlunun Türkiyənin keçmiş ekologiya və şəhərsalma naziri Ərdoğan Bayraqdarı təhqir etdiyi iddiası ilə bağlı məhkəməsi baş tutub. CHP lideri “dövlət məmurunu açıq şəkildə təhqir etmək” cinayəti ilə ittiham olunub. Qeyd olunub ki, təqsirləndirilən şəxsin qarşı tərəfə ünvanladığı sözlər ifadə azaqlığına uyğun deyil. Məhkəmədə K.Kılıçdaroğlunun 1 il 2 aydan 2 il 4 aya qədər həbsi istənilib. Proses mayın 30-na kimi təxirə salınıb.

Makron: Kiyev kömək istəsəydi, ordu göndərərdim!

Rusiya ordusu cəbhə xəttini keçsəydi və Kiyev bizdən kömək istəsəydi, Ukraynaya quru qoşunları göndərmək barədə düşünərdik. Sozcu.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron “Ekonomist”ə müsahibəsində deyib. “Mənim aydın strateji məqsədim var: Rusiya Ukraynada qalib gələ bilməz. Rusiya Ukraynada qalib gəlsə, Avropada təhlükəsizlik olmayacaq. Kim deyə bilər ki, Rusiya orada dayanacaq?” - o bildirib. Makron qeyd edib ki, digər Qərb ölkələri bu variantdan “apriori” imtina etməməlidir, çünki 2022-ci ilin yayında tanklar, uzaqmənzilli raketlər və təyyarələr göndərilməsini istisna edirdilər, lakin indi bütün bunlar Ukraynaya verilir. Qeyd edək ki, Makron Rusiyanın hansı cəbhə xəttini keçməsini nəzərdə tutduğunu dəqiqləşdirməyib.

Bu rayonlarda külək gücləndi

09:24 Mayın 2-si saat 08:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Hazırda küləyin sürəti bəzi yerlərdə 20-25 m/s-yə çatır. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,3 mertdir. Müşahidə olunan küləkli hava şəraitinin mayın 3-ü axşamadək fasilələrlə davam edəcəyi gözlənilir. *** Mayın 2-si saat 16:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında 24 m/s, Goranboyda 19 m/s, Naftalanda 18 m/s-dək güclənib. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.4 metrdir. Daşkəsən, Gədəbəydə arabir yağış yağıb. Qrız, Şəmkirdə duman müşahidə olunub. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 21, Naxçıvan MR-da 26, Aran rayonlarında 27, dağlıq rayonlarda 20, yüksək dağlıq ərazilərdə isə 8 dərəcəyədək isti olub.

İsrail Rəfaha hücum etsə, danışıqlar bitəcək - HƏMAS

İsrail Qəzzada Rəfah bölgəsinə qurudan hücuma keçərsə, məhbus mübadiləsi ilə bağlı danışıqlar başa çatacaq. Sozcu.az xəbər verir ki, bunu HƏMAS-ın Siyasi Bürosunun üzvü Üsamə əl-Həmdan deyib. “İsrail Rəfaha qurudan hücum edəcəyi təqdirdə davam edən əsir mübadiləsi dərhal başa çatacaq. Müqavimət cəbhəsi atəş altında olarkən danışıqlar apara bilməyəcək”, - Həmdan bildirib.

Mirzoyan və Kuleba delimitasiyanı müzakirə etdi

Ermənistan və Ukrayna xarici işlər nazirləri – Ararat Mirzoyan və Dmitri Kuleba arasında telefon danışığı baş tutub. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in məlumatında deyilir. Tərəflər Cənubi Qafqazdakı vəziyyəti və Bakı və İrəvan arasındakı danışıqlar prosesini müzakirə ediblər. Söhbət zamanı Mirzoyan Cənubi Qafqazda davamlı sülh və sabitliyə nail olmaq üçün səy göstərildiyini vurğulayaraq, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasının, xüsusilə delimitasiya prosesində ərazi bütövlüyü prinsipinə qeyd-şərtsiz hörmət edilməsinin vacibliyini qeyd edib.

Saakaşvili türmədən açıqladı: "Gürcüstanda hakimiyyət dəyişəcək"

Məhbus həyatı yaşayan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili hesab edir ki, onun Gürcüstanda olması ölkəsinin demokratiya mübarizəsinə əlavə güc qatır və bir çoxlarına qol-qanad verir. Musavat.com xəbər verir ki, bu barədə Mixail Saakaşvili “Dojd” kanalına yazılı müsahibəsində bildirib. Qeyd edək ki, Gürcüstanın eks-prezidenti 2021-ci il oktyabrın 1-dən həbsdədir. Müsahibəni təqdim edirik. – Aleksey Navalnı Rusiyaya qayıtdı, həbsxanaya düşdü və öldürüldü. Gürcüstana qayıtdınız və həbsxanaya düşdünüz. Hazırda həbsxana xəstəxanasındasınız. Həyatınız üçün qorxmursunuz? – Aleksey Navalnının öz kamerasından mənimlə həmrəylik ifadə etməsi məni çox təsirləndirdi. Mənim üçün o, dünya tarixinin böyük qəhrəmanıdır. Putin Navalnını Saakaşvili adlandırırdı. Putin dəfələrlə məni öldürməklə hədələyib. Deyə bilərik ki, Putinin öldürməklə hədələdiyi yeganə şəxsəm. Amma hələ də sağam. – Ukraynadakı müharibədə dalana dirənən, müxalifətin məhv edildiyi və ya qovulduğu bir vaxtda Putinə nə demək istərdiniz? O qalib gəlir? – Putin öz qoşunları ilə Ukraynaya hücum edən kimi dərhal dedim ki, bu, onun sonudur. Xüsusilə də indi – Vaşinqtonda və Avropada verilən son qərarlardan sonra bu daha aydın görünür. – “Xarici agentlər haqqında” qanun Gürcüstanda hakimiyyət dəyişikliyinə səbəb ola bilərmi? – Gürcüstanda hakimiyyət dəyişikliyi istənilən halda baş verəcək, lakin bu qanun hakimiyyətin dəyişdirilməsi prosesini dərinləşdirəcək və sürətləndirəcək. – Dəfələrlə demisiniz ki, İvanişvili Putin siyasətinin ardıcılıdır. Birbaşa bağlılığa dair sübutunuz varmı? – Çoxlu sayda sübut var. İvanişvili hakimiyyətə gəldikdən sonra Gürcüstanın Rusiyanın “Birinci kanal”ı Qafqaz kanalı dərhal bağlanıb. Amma Rusiyanın “Sputnik”inin Gürcüstan filialının fəaliyyətinə imkan verilib. O, Amerika Texnologiya Universitetini və Gürcüstanda amerikalı müəllimlər proqramını bağladı. Moskvanın göstərişi ilə iki mühüm infrastruktur layihəsi – Lazika-Anaklia liması və Batumidəki “Royal Caribbean” terminalı ləğv edildi. Rusiyaya casusluq ittihamı ilə saxlanılan şəxslər siyasi məhbus kimi azadlığa buraxıldı. 2008-ci il müharibəsinin gürcü iştirakçılarının siyahıları Rusiya xüsusi xidmət orqanlarına təhvil verildi. Ruslara qarşı xüsusi əməliyyatların bir çox iştirakçısı Gürcüstan ərazisində öldürüldü və əksərinə qarşı baş prokuror tərəfindən cinayət işi açılıb. Dövlət Departamentinə görə, həmin prokuror Rusiya Federal Təhlükəsizlik Xidmətinin agentidir. Son illərdə Gürcüstan hökuməti kəskin anti-Ukrayna mövqeyi tutaraq ölkəni rus pullarının yuyulması məkanına çevrilib və ötən həftə bu istiqamətdə ayrıca qanun qəbul edilib. – Oktyabrda keçiriləcək seçkilərlə bağlı proqnozlarınız necədir? – Onların “Arzuları” sarsıdıcı hesabla məğlub olacaq. Baxmayaraq ki, onlar seçkiləri saxtalaşdırmağa çalışacaqlar. – Prezident Zurabişvilidən əfv gözləyirsinizmi? – Zurabişvili indi, bütövlükdə, konstruktiv rol oynayır. Onun görüşdüyü bütün həmkarları, o cümlədən onun mənşəcə aid olduğu ölkənin prezidenti Makron ondan mənim azad olunmağımı tələb edir. Bu tələb yüz minlərlə gürcünün imzası ilə möhkəmləndirilir. Onun bu hərəkəti etməyə cəsarəti çatacaqmı, bilmirəm. Axı, Ukrayna kəşfiyyatına görə, mən Putinin şəxsi məhbusuyam. – Özünüzü Gürcüstan müxalifətinin lideri hesab edirsiniz? – Mənim çoxlu sayda sadiq tərəfdarlarım var. İndiki mərhələdə müxalifətin birliyinin təmin olunmasında öz şəxsi rolumu görürəm. – Özünüzü necə hiss edirsiniz? – İki ildən artıqdır günəşi görmürəm, təmiz hava udmuram. Ağır metal zəhərlənməsinin izləri hələ də qalmaqdadır. Mən Vladimir Kara-Murza ilə yazışıram və əlamətlərimiz çox oxşardır. Mən işləməyə çalışıram. Gürcü və ukrayna dilində yayımlanan kanallara baxıram. Qanunlara zidd olaraq deputatları mənim yanıma buraxmırlar, mənə həm də qanunsuz olaraq istənilən telefon danışığı qadağan edilib. – Partiyanızın reytinqi düşür. Niyə? – Mən belə düşünmürəm. O əvvəlki kimidir. Amma nəzərə alsaq ki, partiyanın bir hissəsi ayrılıb, ayrıca partiya yaradıb və seçicilərin əksəriyyəti də onları “mənim layihəm” hesab edir (baxmayaraq ki, bu, belə deyil) – bu iki partiya “Arzu”ya asanlıqla qalib gəlir. Bütün sorğulara görə, “Arzu”nun rusiyapərəst təbliğatının uzun illər demonizasiyasına baxmayaraq, mənim şəxsi dəstəyim xeyli artıb. – Gürcüstana qayıtdığınız üçün təəssüflənmirsiniz ki? – Mən yalnız ona təəssüflənirəm ki, Ukraynaya daha fəal şəkildə kömək edə bilmirəm. Orada hələ də prezident Zelenskinin yanında İslahatlar üzrə Milli Şuranın sədriyəm. Digər tərəfdən, mənim Gürcüstanda olmağım ölkədəki insanları çox ruhlandırır.

İcra hakimiyyətləri bu tarixdə ləğv ediləcək

Azərbaycanda icra hakimiyyətləri parlament seçkilərindən dərhal sonra arxivə göndəriləcək. Sozcu.az xəbər verir ki, bu barədə “Yeni Sabah” öz mənbələrinə istinadla məlumat yayıb. Mənbənin iddiasına görə, yaxın 2-3 ay ərzində keçirilməsi planlaşdırılan parlament seçkiləri icra hakimiyyətlərinin sonunu gətirəcək. Qeyd edək ki, Azərbaycanda icra hakimiyyəti strukturunun ləğv ediləcəyi, əvəzində 14 iqtisadi rayon üzrə Prezidentin xüsusi nümayəndəliklərinin yaradılacağı haqda bir müddətdir ekspertlər iddialar səsləndirirlər. Ancaq İH-lərin ləğvi və yeni struktur üçün Konstitusiya dəyişikliyinə ehtiyac var.