Qubada 3 nəfər göbələkdən ZƏHƏRLƏNDİ

Quba rayonunun Səbətlər kəndində 3 nəfər göbələkdən zəhərlənib. Sozcu.az xəbər verir ki, bir ailənin üzvləri - İqlimə Seyidova, onun əri Seyid Seyidov və övladları Ümman Seyidov meşədən topladıqları göbələyi yedikdən sonra özlərini pis hiss ediblər. Onlar Quba rayon Mərkəzi Xəstəxanasına gətiriliblər. Onlara tibbi yardım olunub və ambulator müalicəyə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.

Bəşər Əsədi Moskvada zəhərlədilər

Moskvada Suriyanın keçmiş prezidenti Bəşər Əsədi zəhərləmək istəyiblər. Sozcu.az xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, Bəşər Əsəd Moskvadakı xəstəxanaların birindən sentyabrın 29-da evə buraxılıb. Onun vəziyyətinin stabil olduğu bildirilir. Qeyd edək ki, Suriyanın keçmiş prezidenti Bəşər Əsəd ötən ilin dekabrından Moskvada yaşayır.

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

Tanınmış türkiyəli yutuber Onur Naci Öztürklər TRT də daxil olmaqla, bəzi kanalların futbol şərhçilərini tənqid edib. Sozcu.az xəbər verir ki, Öztürklər adıçəkilən kanalların aparıcılarını “Qarabağ” klubunun oyunlarını zəif şərh etməkdə ittiham edib. “Azərbaycanda “Qalatasaray”ın, “Beşiktaş”ın oyunları yayımlanan zaman spikerlər bizim klublarımız qol buraxanda pis olur, rəqib komandanın hücumunu sakit şəkildə şərh edirlər. Bizim qollarımıza isə öz qolları qədər sevinirlər. Amma “Benfika” “Qarabağ”a qol vuranda bizim spikerlər qışqıraraq, həyəcanlanaraq şərh etdilər. “Kopenhagen”in hücumunu həyəcanla şərh edirlər. O insanların ölkələrində sizin klubların oyunlarını şərh etməsinə baxmısınız? Bu nə hörmətsizlikdir?” – Öztürklər bildirib.

İlham Əliyev Paşinyanla görüşdü

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub. Sozcu.az xəbər verir ki, görüşdə tərəflər ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmaların əhəmiyyətini vurğulayıblar. Onlar Ermənistan və Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsi istiqamətində səy göstərməyə hazır olduqlarını bir daha təsdiq ediblər. Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri regionda nəqliyyat kommunikasiyalarının faydalarını vurğulayıblar, Azərbaycan ərazisində infrastrukturun inkişafı ilə bağlı cari işlərin gedişatı və Ermənistan ərazisində TRIPP layihəsini müzakirə ediblər, Vaşinqton Bəyannaməsinin icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər bu xüsusda ATƏT-in Minsk prosesinin və onunla əlaqəli strukturların ləğv olunması ilə bağlı yekdilliklə qəbul edilmiş qərarı alqışlayıblar. Görüşdə tərəflər etimad quruculuğu tədbirlərinin bundan sonra da həyata keçirilməsinin vacibliyini vurğulayıb və təmasları davam etdirmək barədə razılığa gəliblər.

400 minlik qaçaqmalçılıq: vəzifəli şəxslər saxlanıldı

İranla Azərbaycan arasında dərman və tütün qaçaqmalçılığına şərait yaradan vəzifəli şəxslər saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Dövlət Gömrük Komitəsi birgə məlumat yayıb. Qeyd olunub ki, istintaqla Dövlət Komitəsinin Biləsuvar Gömrük İdarəsinin 1-ci şöbəsinin inspektoru Vüsal Hüseynov və həmin şöbəyə təhkim olunmuş "Azərterminalkompleks" Birliyinin instruktor-kinoloqu Asif Hacımuradovun Etibar Hatəmli və İran vətəndaşı Jafar Rezeyan ilə qabaqcadan əlbir olaraq öz qulluq mövqelərindən istifadə etməklə aralarındakı razılaşmaya uyğun sonuncunun İrandan əldə etdiyi ümumilikdə 400 min manat dəyərində dövlət qeydiyyatından keçməyən, o cümlədən tərkibində güclü təsir edən və psixotrop maddələr olan dərman vasitələrini və aksiz markasız tütün məmulatlarını gömrük nəzarətindən kənar keçirib Azərbaycan ərazisində aidiyyəti şəxslərə təhvil verilməsini təmin etmələrinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış ilkin sübutlar əsasında Vüsal Hüseynov, Asif Hacımuradov, Jafar Rezeyan və Etibar Hatəmliyə müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda qaçaqmalçılıq), 213-1.2.1, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan idxal etmə), 234.4.1, 234.4.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda psixotrop maddələrin qanunsuz dövriyyəsi), 240.3.2 (külli miqdarda güclü təsir edən maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib. İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Vüsal Hüseynov, Asif Hacımuradov və Etibar Hatəmli barəsində məhkəmənin qərarı ilə həbs, Jafar Rezeyan barəsində isə istintaq orqanının qərarı ilə həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Kəskin istilər gəlir

3-9 oktyabr tarixləri arasında Azərbaycan ərazisində havanın temperaturu tədricən yüksələcək. Sozcu.az xəbər verir ki, bu barədə məlumat beynəlxalq hidrometeoroloji mərkəzlərin proqnozunda yer alıb. Bildirilib ki, havanın soyumasına səbəb olan Qara dəniz siklonu regionu tərk edir və sabahdan başlayaraq temperatur 8 dərəcəyə qədər yüksələcək. Hətta oktyabr ayının isti və quru keçəcəyi də qeyd olunub.

Səfərbərliyin 75 əməkdaşının işi prokurorluğa göndərildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 2025-ci ilin III rübündə 75 nəfər barəsində toplanmış materiallar Baş Prokurorluğa göndərilib. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Xidmətinin korrupsiya ilə mübarizəyə dair 2025-ci ilin III rübünü əks etdirən statistik məlumatlarında bildirilib. Məlumata görə, əməkdaşların qeyri-qanuni hərəkətləri və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə aparılmış xidməti araşdırmalar nəticəsində 2023-cü ildə 78, ötən ildə 249, 2025-ci ilin müvafiq dövründə 143 əməkdaş (onlardan 54-ü rəhbər heyət) barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb. Qeyd olunub ki, cari ildə 9 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb və ya əmək müqaviləsinə xitam verilib. 2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə 51 fakt üzrə 95, cari ildə isə 35 fakt üzrə 75 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib.

Nyu Yorkda sərnişin təyyarələri toqquşdu

Nyu Yorkun “La Quardiya” hava limanında “Delta” aviaşirkətinə məxsus iki sərnişin təyyarəsi toqquşub. Sozcu.az xəbər verir ki, bu barədə Nyu York Liman İdarəsi məlumat yayıb. Toqquşma “Delta”nın törəmə şirkəti olan “Endeavor Air”ə məxsus iki təyyarə arasında baş verib. Onlardan biri eniş etdiyi, digəri isə uçuşa hazırlaşdığı vaxtda toqquşub. Liman idarəsinin məlumatına görə, insident nəticəsində bir nəfər – “Delta”nın stüardessası xəsarət alıb və xəstəxanaya aparılıb. İki təyyarədə birlikdə 93 sərnişin və ekipaj üzvü olub.

ABŞ Putini cəzalandırır: Bu məlumatlar Ukraynaya veriləcək

ABŞ administrasiyası Ukraynaya Rusiyanın enerji infrastrukturlarına zərbələr endirmək üçün kəşfiyyat məlumatları ötürəcək. Sozcu.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb. Məlumata görə, bu barədə qərar ABŞ Prezidenti Donald Trampın administrasiyası tərəfindən qəbul edilib. Qərar ABŞ-ın Ukraynaya uzaqmənzilli silahlar vermək imkanını nəzərdən keçirdiyi bir vaxtda verilib: “Yeni addım Ukraynaya neftayırma zavodları, boru kəmərləri, elektrik stansiyaları və digər infrastruktur obyektlərinə zərbələr endirməyi asanlaşdıracaq. Məqsəd Kremlin neft gəlirlərini kəsməkdir”. Bildirilib ki, ABŞ NATO müttəfiqlərinə də Ukraynaya oxşar dəstək göstərmələri üçün müraciət edib.

AB Rusiyaya qarşı mövqeyini sərtləşdirməlidir - Makron

Avropa Birliyi Rusiyaya qarşı mövqeyini sərtləşdirməlidir. Sozcu.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib. “Bizim iki əsas məqsədimiz var: Ukraynaya yardım və Avropa müdafiəsinin qurulması. Əsas olan müdafiə proqramları üçün kreditlərin ayrılmasına imkan verən yeni maliyyə alətlərinin yaradılması barədə qərarlar qəbul edilib”, - Makron qeyd edib.

Tramp imzaladı: Bu ölkəyə hücum - ABŞ-a hücumdur!

ABŞ Prezidenti Donald Tramp Qətərə təhlükəsizlik zəmanəti verən order imzalayıb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, sənədə əsasən, ABŞ Qətərə qarşı istənilən silahlı hücumu Vaşinqtona təhdidi olaraq qiymətləndirəcək və Qətəri təhlükəsizlik zəmanəti ilə təmin edəcək. Qətərə qarşı edilən hücum Amerikanın təhlükəsizliyinə təhdid hesab olunacaq. “Qətər dövlətinə qarşı xarici aqressiyadan qaynaqlanan təhdidlər fonunda, Qətər dövlətinin təhlükəsizliyini və ərazi bütövlüyünü zəmanət altına almaq və onu xarici hücumlara qarşı qorumaq ABŞ-ın siyasətidir. Qətərə hücum halında ABŞ diplomatik, iqtisadi və lazım olarsa, hərbi xarakterdə olmaqla, bütün qanuni tədbirləri həyata keçirəcək və Amerikanın maraqlarını qoruyacaq”, - Trampın imzaladığı orderdə qeyd olunub.

Bu ölkələr İsrailə çağırış etdi: Onlara toxunma!..

İtaliya və Yunanıstan İsraildən Qəzzaya humanitar yardım aparan beynəlxalq donanmadakı fəalların təhlükəsizliyini təmin etməyi tələb edib. Sozcu.az xəbər verir ki, bu barədə iki ölkənin xarici işlər nazirlərinin birgə bəyanatında deyilir. “İsrail hakimiyyətini iştirakçıların təhlükəsizliyini və konsulluq müdafiəsi tədbirlərinin həyata keçirilməsini təmin etməyə çağırırıq”, - bəyanatda bildirilib. Roma və Afina həmçinin fəalları yardımın Qəzzada paylanması üçün onu Katolik Kilsəsinə təhvil verməyə və İsraillə birbaşa qarşıdurmadan çəkinməyə çağırıb. Lakin donanma üzvləri bu təklifi rədd edib. Onlar bildiriblər ki, əsas məqsədləri İsrailin Qəzzaya tətbiq etdiyi dəniz blokadasını ifşa etmək və ona etiraz bildirməkdir.

Ya Amerikada öləcəyəm, ya da... - Mask

Mənim bir pasportum var və o, həmişəlik Amerikadır. Mən ya burada yaşayıb öləcəyəm, ya da Amerikanın bir hissəsi olacaq Marsda. Sozcu.az xəbər verir ki, bu barədə amerikalı iş adamı İlon Mask X sosial şəbəkə hesabında yazıb. Qeyd edək ki, İlon Mask “Starship” kosmik gəmisinin ilk uçuşunun 2026-cı ilin sonunda həyata keçirilə biləcəyini açıqlamışdı. Sözügedən missiyada “Optimus” robotunun da Marsa göndərilməsi planlaşdırılır. Əgər bu sınaq uğurlu alınarsa, milyarderin proqnozuna görə insanların Qırmızı planetə enişi 2029–2031-ci illərdə mümkün ola bilər.

Avropanın vahid qərarı olmalıdır - Sançesdən təxribat açıqlaması

Avropa misli görünməmiş təhlükəsizlik çağırışı ilə üzləşib. Sozcu.az xəbər verir ki, bunu İspaniya Baş naziri Pedro Sançes deyib. Polşa, Danimarka və Baltik ölkələrindəki təxribatlardan danışan Sançes Avropanın təhlükəsizliyi məsələsində ümumi baxış və vahid qərarın vacibliyini qeyd edib.

Xəzərdə atom elektrik stansiyası yarana bilər

Qazaxıstan gələcəkdə Xəzər dənizinin sahilində aşağı gücə malik atom elektrik stansiyası tikə bilər. Sozcu.az xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Almasadam Satkəliyev deyib. “Xəzər sahili kiçik və orta tutumlu reaktorlara malik atom elektrik stansiyası üçün potensial yer kimi nəzərdən keçirilir. Bütün əsas prinsiplərə - texnologiyaya, təhlükəsizlik və su obyektlərinə əsaslanan atom elektrik stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı yaxın gələcəkdə müvafiq araşdırma aparılacaq. Biz başa düşürük ki, bu, perspektivli platformadır”, - o bildirib.

Erməni konsul azərbaycanlı ilə sevgili olub – Həbs edildi

Xəbər verdiyimiz kimi, erməni mediası bir müddət öncə Avstriyaya yeni təyin olunmuş konsul Aşxen Aleksanyanın İrəvana gələrkən həbs olunduğu barədə məlumat yaymışdı. Sozcu.az xəbər verir ki, “Hraparak” nəşri həbslə bağlı rəsmi açıqlamanı tirajlayıb. “2025-ci il iyunun 20-də Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətindən, Dövlətə qarşı Cinayətlərin İstintaqı Baş İdarəsindən, Konstitusiya quruluşunun əsasları və İctimai Təhlükəsizlikdən daxil olan məlumat əsasında Ermənistan Respublikası İstintaq Komitəsində cinayət işi başlanıb. Ermənistan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşının casusluq yolu ilə dövlətə xəyanət etməsi, xarici dövlətin nümayəndəsinə dövlət sirrini təşkil edən məlumatlarla tanış olmasına və düşmənçilik fəaliyyətinin həyata keçirilməsinə köməklik göstərməsi ilə bağlı Cinayət Məcəlləsinin 424-cü maddəsi ilə cinayət işi açılıb”, - Ermənistan İstintaq Komitəsiundən bildirilib.  Nəşrin iddiasına görə, bu həbsi gizli saxlamağa çalışıblar, buna baxmayaraq, mediaya bəzi informasiya və təfərrüat sızıb. İddiaya görə, Aşxen Aleksanyan azərbaycanlının sevgilisi olub və bəzi məxfi məlumatlar ötürüb. “Həbs xəbərinin yayılmaması üçün internetdən, bütün açıq mənbələrdən Aşxen Aleksanyanla bağlı məlumatları, hətta təyinat xəbərlərini siliblər. İş üzrə yeganə təqsirləndirilən şəxs Xarici İşlər Nazirliyinin əməkdaşı A.Aleksanyandır. İstintaq Komitəsi artıq iş üzrə ibtidai istintaqın başa çatdığını elan edib və təsdiqlənməsi üçün prokurorluğa göndərib, bundan sonra məhkəməyə göndəriləcək”. Aleksanyan ittihamları rədd edib, vəkilləri isə onun həbsdən azad edilməsi üçün yuxarı instansiya məhkəməsinə müraciət edib.axar.az)

Qeyri-sabit hava şəraiti BU TARİXƏDƏK davam edəcək

Oktyabr ayının birinci ongünlüyündə hava qeyri-sabit keçəcək. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayın ilk günlərində ölkə ərazisində hava şəraitinin qeyri-sabit, arabir yağıntılı keçəcəyi gözlənilir. Şimal-qərb küləyi üstünlük təşkil edəcək.

Heç bir imperiya Ukraynanı silə bilmədi və Rusiya da bunu bacarmayacaq – Zelenski

Ukraynanın Prezidenti Volodimir Zelenski, Ukraynanın tarix boyunca bir çox imperiyalar tərəfindən işğal edilməyə çalışıldığını, lakin hər dəfə yenidən doğulduğunu vurğulayıb. Sozcu.az-ın məlumatına görə o, bildirib ki, heç bir imperiya Ukraynanı silə bilmədi və Rusiya da bunu bacarmayacaq. Zelenski keçmiş imperiyaların Ukraynanı məhv etmək cəhdlərinin yalnız o imperiyaların dağıldığı ilə nəticələndiyini qeyd edib. "Ukrayna bir çox təcavüzkar gücləri, o cümlədən bu günkü Rusiya qarşısında qalib gəldi və hələ də qalib gələcək", – deyə Ukrayna lideri bildirib. Ukrayna prezidenti ölkəsinin mübarizliyini və möhkəmliyini vurğulamaqla yanaşı, Ukraynanın bu dəfə də Rusiyaya qarşı dayandığını qeyd edib.

"Prokurorluğun fəaliyyətində müəyyən nöqsanlar var" - Kamran Əliyev

Prokurorluğun fəaliyyətində müəyyən nöqsan və qüsurlar var. Sozcu.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev 1 Oktyabr Azərbaycan prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun yaradılmasının 107-ci ildönümünə həsr olunmuş tədbirdə deyib. O, prokurorluq orqanlarının fəaliyyətindəki mövcud nöqsanların aradan qaldırılması üzərində işlədiklərini vurğulayıb

Bakıda 42 yaşlı kişi faciəvi şəkildə öldü

Bakıda 42 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, 1983-cü il təvəllüdlü Nurlan Rəfail oğlu Məmmədov yaşadığı M.Hadi küçəsi ev 103 mənzil 86-da elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır.

"Qarabağ"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 2-ci turunun bu gün keçiriləcək bəzi matçlarına Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. Sozcu.az xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd olunan kanallar vasitəsi ilə nümayiş etdiriləcək. Azərbaycan "CBC Sport" 20:45. "Qarabağ" (Azərbaycan) - "Kopenhagen" (Danimarka) 23:00. "Borussiya" (Dortmund, Almaniya) - "Atletik" (İspaniya) "İctimai TV" 23:00. "Barselona" (İspaniya) - PSJ (Fransa) Türkiyə "TRT Spor" 20:45. "Yunion" (Belçika) - "Nyukasl" (İngiltərə) TRT-1 23:00. "Vilyarreal" (İspaniya) - "Yuventus" (İtaliya)

Kəlbəcər və Şahdağa qar yağdı

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yüksək dağlıq ərazilərə - Kəlbəcər və Şahdağa isə qar yağıb. Düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 13, Lerikdə 11, Daşkəsən, Oğuz, Qax (Sarıbaş), Gədəbəydə 9, Astara, Yardımlıda 7, Zaqatala, Göygöldə 6, Mingəçevirdə 5, Qusar, Şəmkir, Balakəndə 4, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Yevlax, Naftalan, Quba, Lənkəran, İsmayıllı, Gəncə, Sabirabad, Xaçmaz, Qəbələ, Şamaxı, Xınalıq (Quba) Şabran, Ceyrançöl, İmişli, Göyçay, Tovuz, Tərtər, Ağdam, Cəlilabad, Bərdə, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 3 mm-dək qeydə alınıb. Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Neftçalada 20, Culfada 18, Şabranda 16 m/s-yə çatıb. Şamaxı, Daşkəsən, Qax (Sarıbaş), Qusar, Qrız (Quba), Şəki, Zaqatala, Balakən, Şahdağ, Lerikdə duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Nobel almamaq ABŞ üçün təhqir olar – Tramp

Nobel Sülh Mükafatını almasam, bu, ABŞ üçün böyük təhqir sayılacaq. Mən mükafatı özüm üçün istəmirəm, istəyirəm ki, bu mükafatı ölkəmiz alsın. O, buna layiqdir, çünki belə bir şey heç vaxt baş verməyib. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda yüzlərlə yüksək rütbəli hərbçinin qarşısında çıxışı zamanı səsləndirib. “Nobel mükafatını alacağam? Əsla. Onlar onu heç nə etməyən birinə verəcəklər”, - deyə Tramp bildirib. Nobel Sülh Mükafatının qalibi oktyabrın 10-da açıqlanacaq.

Ukrayna Xersonda “şura rəhbəri”ni məhv etdi

Ukraynanın Xerson vilayətinin işğal altında olan Novaya Kaxovka şəhərinin “Deputatlar Şurası”nın “rəhbəri” Vladimir Leontyev ölüb. Sozcu.az xəbər verir ki, bu barədə Xerson vilayətinin “qubernatoru” Vladimir Saldo məlumat verib. Onun sözlərinə görə, Leontyev Ukraynanın PUA hücumu nəticəsində ağır yaralanıb və xəstəxanada keçinib.