Avropaya qaz təchizatı iki dəfə artırılır - Əliyev

Enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Biz bu hədəfə doğru irəliləyirik. Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev iyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində keçirilən “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib. Dövlətimizin başçısı bildirib: “2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir”.

Hansı travmalardan qurtulmaq mümükün deyil?- psixoloq AÇIQLADI

İnsanların müxtəlif yaş dönəmlərindən qalma travmaları olur və həmin travmalar onları həyatı boyunca narahat edir və pis hiss etdirir. Bəs, belə travmalardan qurtulmağın hansı yolları var? Həmçinin, elə bir travmalar varmı ki, onu unutmaq ümumiyyətlə mümkün deyil? Mövzu ilə bağlı Amerika Psixoloqlar Assosasiyasının üzvü, psixoloq-konsultant Şirin Məmmədli Moderator.az-a danışdı: “Birinci növbədə, travma anlayışına nəzər yetirək. Ümumiyyətlə, travma çox geniş anlayışdır. Yəni psixiatr, psixoterapevt və ya psixoloqa müraciət edən pasiyentdən 10, ya da 20%-i uzaqbaşı bilmiş olar ki, onun həmin an düşdüyü durum hansı travması ilə əlaqədardır. Çünki travma yaşanmış bir hadisə və həmin hadisənin bizim gələcəyimizə təsiridir. Bizim gələcəyimiz bu günümüzdür, yəni bu gün verdiyimiz qərarlar gələcəyimizi inşa edir. Bir situatsiya yaşanıb və onun etkisi bizim xarakterimizdə oturubdur. Biz fərqində deyilik ki, bu insanı seçməyimizdə, hansısa qərarı verməyimizdə yaşadığımız həmin olayın təsiri var.  Beləliklə də çox az insan hansı qərarı niyə verdiyini, hansı insanı niyə seçdiyinin fərqində olur. Fərqində olsa, bu, travma olmaz. Son dönəmdə travma anlayışını çox populyarlaşdırırlar, yəni guya hər kəs öz travmasını bilir,amma elə bir şey deyil. Travma anlayışı qətiyyən ağır və yüngül deyil, bu hər kəs üçün daim dəyişir”. Psixoloq travmaların 2 növünü qeyd edərək bildirir ki, məruz qalmaq yolu və psixoloji, fiziki şiddət yolu ilə yaranan travmalar var: “İki cür travma var ki, biz bunlardan qurtula bilərikmi, bilmərikmi sualının altında durur. Bunlar nədir? Biri var ki, insan açıq-aşkar şəkildə travma alır, yəni bu fiziki və ya psixoloji şiddətdir. İkinci isə məruz qalma ilə, məsələn narsist ana ilə böyüyən uşaq. Həmin insan bütün uşaqlığı boyu həmin anaya məruz qalıb. Yəni bir insanın xarakterindən və yaxud da bir situatsiyanın gedişindən alınan travmadır. Məsələn, ata-anası boşanma ərəfəsində olub və bu ərəfə çox uzun çəkib, uşaq həyatının müəyyən bir periodunda buna məruz qalıb, amma bu onun problemi deyil, yəni uşağa heç bir şiddət göstərilməyib, sadəcə uşaq yaşananları görüb, məruz qalıb.  İki tip travmanı böldükdə düşünülənin əksinə  (təbii ki, situasiyaya görə dəyişir) birbaşa fiziki və psixoloji şiddətdən qurtulmaq daha rahatdır, nəinki daimi məruz qaldığı bir olaydan. Çünki daimi məruz qaldığı hadisə insanın xarakterinə çevrilir. Amma fiziki və psixoloji şiddət görən birinin isə təbii ki, xarakterindən yan ötüşmür, amma onu atlatması daha rahat olur. Yenə də dediyim kimi, burada situasiyaya baxılmalıdır. Amma ümumilikdə travmaları atlatmaq olarmı? Əlbəttə olar. Burada birinci növbədə travmanın harada olması seans zamanı bilinir. Yəni bir pasiyent seansa getməli, psixoterapevt və ya psixoloqa müraciət etməlidir. Bu zaman seansda biz psixokorreksiya zamanı görürük ki, bu insanın travması hardadır, hansı dönəmdədir və onun aradan qaldırılması üçün psixokorreksiya işləri görülür”.

Dənizdə boğulanların sayı artır: Çimərliklər bağlanır? - Mühüm açıqlama

“Azərbaycan Respublikasının hər bir vətəndaşı fərdi istirahət və idman məqsədilə çimərliklərdən istifadə etmək hüququna malikdir. Çimərliklərdən istifadə zamanı insanlar şəxsi təhlükəsizlik qaydalarına riayət etməli, çimərlikləri və onun sahələrini məişət və digər tullantılarla çirkləndirməməli, yanğın təhlükəsizlik qaydalarının tələblərinə əməl etməlidirlər. Çimərliklərdən istifadə zamanı qadağan olunmuş davranış və hərəkətlər barədə insanlar məlumatlı olmalıdırlar”.  Bu sözləri Yenisabah.az-a təhlükəsizlik eksperti Orxan Musayev deyib. Ekspert deyir ki, çimərliklərdə boğulma halları tez-tez baş verir. Müsahibimiz bu cür vəziyyətlərdə insanların hansı təlimatları yerinə yetirməli olduğu barədə məlumat verib:  “Belə ki, çimmək üçün ayrılmamış yerlərdə çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara çıxmaq, su axınlarında sahildən 20 metrdən artıq məsafədən uzaqlaşmaq, müxtəlif növ gəmi, qayıq və texniki qurğulara üzüb yanaşmaq və ya toxunmaq, texniki qurğuların, xəbərdarlıq nişanlarının üstünə dırmaşmaq və oradan suya atlanmaq, körpü, qayıq, bərə və digər texniki qurğular vasitəsilə suya tullanmaq, çimərliyə spirtli içkilər gətirmək, sərxoş halda çimərlik ərazisində gəzmək və çimərlikdən istifadə etmək, suda kobud hərəkətlərə və qarşı tərəfdə olan insanlarla zarafatlar yol vermək, sahil hissəsini və suyun dibini müxtəlif cisimlərlə çirkləndirmək və zədələmək, çimmə zonasında balıq və digər bioresursları ovlamaq kimi hərəkətlər və davranışlar çimərlikdən istifadə zamanı qadağan olunmuş hərəkətlər sırasına daxil edilmişdir. Çimərliklərdən istifadə zamanı xüsusilə də, uşaqlar valideyn nəzarəti altında çimərlik ərazisində istirahət etməli və suya daxil olmalıdırlar. Uşaqları və azyaşlıları valideyn nəzarətindən kənar saxlamaq qadağandır. Çimərliklərdən istifadə zamanı mütləq fikir verilməlidir ki, xilasedicilərin mövcud olduğu vaxt aralığında çimərliklərdən istifadə olunsun. Çünki xilasedicilərin çimərliklərdə olmadığı vaxtlar əsasəndə, axşam saatlarında çimərliklərdən istifadə etmək həyat üçün təhlükəlidir. Bir daha insanlarımızı  təhlükəsizlik qaydalarına riayət etməyə və qaydaların tələblərinə əməl etməyə dəvət edirik”.  Ekspert çimərliklərdə baş verən boğulma hallarının böyük əksəriyyəti çimmək üçün nəzərdə tutulmamış və qadağan olunan yerlərdə baş verdiyini bildirib: “Bəzən lövhələrin və xəbərdarlıqların qeyd olunmasına baxmayaraq hələ də, çimərlik üçün nəzərdə tutulmayan ərazilərdə insanlar tərəfindən suda çimmə halları, yəni çimərlik kimi istifadə halları qeydə alınır. Qeyd edim ki, bu cür qeyri-çimərliklərdə boğulma halları baş verərsə orada xilasetmə xidməti daimi olaraq olmadığından insanların həyatı təhlükə altında olur. Yəni insanların vaxtlı-vaxtında xilas edilməsi mümkün olmur. Ona görə də çimərliklərdən istifadə edərkən mütləq xilasedicilərin mövcud olduğu çimərliklərdə və xilasedicilərin orada mövcud olduğu vaxt aralığında çimərliklərdən istifadə olunmalıdır. Belə ki, səhər 9-dan axşam saat 8-ə qədər çimmək üçün nəzərdə tutulmuş çimərliklərdə daimi olaraq Fövqaladə Hallar Nazirliyi əməkdaşları tərəfindən xüsusi xilasedicilər təşkil olunur. Bu xilasedicilər tərəfindən çimmə sərhədinə yaxınlaşan və yaxud keçən şəxslərə dərhal xəbərdarlıqlar edilir. Hər hansı bir boğulma halının baş verdiyi an müdaxilə olunur və insanların həyatının xilas edilməsi istiqamətində işlər aparılır. Çimmək üçün nəzərdə tutulmayan çimərliklərdə isə nəzarət olmadığından hər hansı bir fövqaladə hal baş verərsə müdaxilə etmək dərhal mümkün olmur. Xüsusən də çimərliklərdən kənar su kanallarında, su hövzələrində boğulma hallarının çoxalmasının şahidi oluruq. Bu qeyri-çimərliklərdən istifadə edən şəxslərin də azyaşlıların, məktəblilərin olmasını görürük. Bununla bağlı maarifləndirici təbliğat işlərinin daha geniş aparılmasına ehtiyac var. Bundan əlavə olaraq valideynlərin bu barədə xüsusi məsuliyyəti ondan ibarətdir ki, övladlarına xüsusi olaraq yay mövsümündə çimərliklərlə bağlı məlumat verməlidirlər”.

876-cı gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 876-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 563 640 hərbçi, 8 245 ədəd tank, 15 883 ədəd zirehli döyüş maşını, 15 465 ədəd artilleriya sistemi, 1 120 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 893 hava hücumundan müdafiə sistemi, 361 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 20 833 ədəd avtomobil texnikası, 12 274 ədəd PUA, 2 398 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 593 xüsusi avadanlıq itirib.

Ermənistan MN-də ABŞ-ın nümayəndəsi çalışacaq

Ermənistan Müdafiə Nazirliyində ABŞ ordusunun xüsusi nümayəndəsi çalışacaq. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya məlumat yayıb. “Bu, Ermənistan və ABŞ münasibətlərində tərəfdaşlığın yeni-strateji mərhələsinə keçiddə tarixi faktdır”, - Zeya bildirib.

İran nüvə silahı əldə etmək ərəfəsindədir - Xəbərdarlıq

“Amerikaya ölüm” deyən İrandakı dini diktatura hökuməti nüvə silahı əldə etmək ərəfəsindədir. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş sədri Nyut Qinqriç xəbərdarlıq edib. O, ABŞ və başqa dövlətləri Tehran hökumətinin bu istiqamətdəki fəaliyyətlərinin qarşısını almağa çağırıb.

Argentina prezidenti İranı “terror dövləti” adlandırdı

Argentina prezidenti Xavyer Miley İranı “terror dövləti” adlandırıb . Sozcu.az-ın məlumatına görə, prezident deyib ki, onun hökuməti Buenos Ayresin 1994-cü ildə yəhudi mədəniyyət mərkəzinə törədilmiş terror aktında əli olduğuna inandığı İran rəsmilərinin mühakimə olunmasını istəyəcək. “Vəziyyət “terror dövləti” İranın oynadığı rolun ört-basdır edilməsi, bəşəriyyətə qarşı cinayətləri ört-basdır etmək üçün şahidlərə rüşvət vermənin ağırlığını nəzərə alaraq, törədilmiş cinayətlərə uyğun cəza tələb edir”, - o deyib. Xavyer Miley İranı fələstinli radikalların 2023-cü il oktyabrın 7-də İsrail ərazisinə etdiyi və 25 Argentina vətəndaşının ölümünə səbəb olan hücumda əli olmaqda ittiham edib. “İran hökuməti, “Hizbullah”, “Həmas” ilə əlaqəli dövlətdir. Buna görə də İran terrorunun milli maraqlara toxunan və argentinalıların həyatına birbaşa təsir edən məsələ olduğuna heç bir şübhə ola bilməz”, - prezident bildirib.

BMT-nin Baş katibi dünya ictimaiyyətinə MÜRACİƏT ETDİ

BMT-nin Baş katibi Antonio Quterreş Beynəlxalq Nelson Mandela Günü münasibətilə dünya ictimaiyyətinə müraciət edib. Sozcu.az xəbər verir ki, Baş katib görkəmli ictimai xadim Mandelanın bəşəriyyət qarşısında xidmətlərini vurğulayıb. O əlavə edib: “Nelson Mandela bizə daha yaxşı bir dünya qurmaqda bir insanın edə biləcəyi fövqəladə fərqi göstərdi. Builki Beynəlxalq Nelson Mandela Gününün mövzusu yoxsulluq və bərabərsizliyin aradan qaldırılmasının bizim öz əlimizdə olmasıdır”. Dünyamızın qeyri-bərabər bölündüyünü diqqətə çatdıran Quterreş qeyd edib ki, hazırda bir çox ölkələrdə aclıq və yoxsulluq hökm sürür. “Ən varlı ölkələrin planeti məhv edən istixana qazlarına bəşəriyyətin üçdə ikisini təşkil edən yoxsul dövlətlərlə eyni dərəcədə cavabdeh olması ədalətsizdir. Bunlar təbii faktlar deyil, bəşəriyyətin seçimlərinin nəticəsidir. Biz başqa cür qərar verə bilərik; yoxsulluğu aradan qaldırmağı, bərabərsizliyə son qoymağı, beynəlxalq iqtisadi və maliyyə sistemini təkmilləşdirməyi seçə bilərik. Biz irqi ayrı-seçkiliyə qarşı vahid cəbhədə birləşməyi, insan hüquqlarına hörmət etməyi, iqlim dəyişikliyi ilə mübarizə aparmağı və bütün bəşəriyyət üçün faydalı olacaq bir dünya yaratmağı seçə bilərik. Hər birimiz böyük və kiçik tədbirlərlə öz töhfəmizi verə bilərik”, -deyə Baş katib vurğulayıb. Antonio Quterreş müraciətinin sonunda deyib: “Mən hamını Nelson Mandela Fonduna qoşularaq, Beynəlxalq Nelson Mandela Günündə 67 dəqiqə ictimai xidmət göstərməyə çağırıram. Bu, onun ədalət uğrunda mübarizə apardığı hər il üçün bir dəqiqə deməkdir. Gəlin, birlikdə Mandelanın irsinə hörmət edək və səylərimizi hamı üçün daha yaxşı bir dünya qurmağa yönəldək”. 1918-ci il iyulun 18-də doğulmuş Nelson Mandela 1994-1999-cu illərdə Cənubi Afrika Respublikasının (CAR) Prezidenti olub. Ömrünün əksər hissəsini haqsız yerə həbsxanada keçirən azadlıq fədaisi bütün həyatı boyu irqi ayrı-seçkiliyə qarşı davamlı mübarizə aparıb. BMT 2009-cu ilin noyabrında 18 iyul tarixini CAR-ın sabiq Prezidentinin doğum günü şərəfinə Beynəlxalq Nelson Mandela Günü elan edib.

"Ölkəyə valyuta daxilolmaları kəskin azalacaq, sosial problemlər artacaq" - Natiq Cəfərli

Yaxın 2-3 ildə ölkə iqtisadiyyatında ciddi böhranlı dalğalar olacaq, manat dəyərdən düşəcək, inflyasiya yüksələcək, ölkəyə valyuta daxilolmaları kəskin azalacaq, sosial problemlər artacaq.  Sozcu.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli bildirib. "Paralel olaraq ölkənin xərcləri də kəskin artır, yəni, gəlirlərin azalması ilə paralel məcburi xərclərin də artması, əlavə yük yaradacaq. Və bu problemlərin sadə və tez həlli yolları yoxdur, təəssüf ki, hökumət ciddi zaman itirdi, 2015-ci il böhranından nəticə çıxartmadı. Nəticə olaraq iqtisadi-sosial problemlərin sancılı həllidən başqa yol qalmayıb, əsas məsələ də idarəetmə sisteminin islahıdır ki, buna hökumət getmək istəmir. Hökumətin köhnə sistemlə davam etmək israrı böhran dalğalarını daha dərin, qaçılmaz olacaq sancılı islahat sürəcini daha uzun edəcək", - o qeyd edib.

Azərbaycanlı turist Türkiyədə "Duty free"də 12,7 milyonluq alış-veriş edib

Azərbaycanlı turist Türkiyədə "Duty-Free" mağazalar şəbəkəsində böyük məbləğdə pul xərcləyib. Axşam.az xəbər verir ki, bu haqda Türkiyənin "Duty-Shop Tax Free" mağazalarında satınalmalar və digər əməliyyatlar haqqında məlumat toplayan "Global Blue" şirkətinin baş direktoru Selim Şeyxun deyib. "Bu ilin ilk 4 ayında edilən alışlar arasında ən təəccüblü olanı bir nəfərin 7,5 milyon dollarlıq alış-veriş etməsi olub (təxminən 12,7 milyon manat-red.). O, bu məbləğə saatlar və zinət əşyaları alıb" deyə, şirkət rəhbəri qeyd edib. Turistin Türkiyəyə Azərbaycandan gəldiyi ehtimal edilib. 

İki nəfəri öldürüb evi yandırmaqda ittiham olunan şəxsə ömürlük cəza verildi

Xaçmaz rayonu Yalama kəndində 2 nəfəri öldürərək evi yandırmaqda təqsirləndirilən Ağaxanov Ramin Rəhman oğlunun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, Ağaxanov Ramin Rəhman oğlu ömürlük azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı Orxan Rüstəmov onun ömürlük azadlıqdan məhrum edilməsini istəmişdi. Qeyd edək ki, aprelin 9-da Xaçmaz rayonu Yalama kəndində evlərdən birinin yanması və içərisində olan 2 nəfərin yanaraq ölməsi ilə bağlı polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri ilə müəyyən edilib ki, evdə yanan şəxslər əvvəlcə öldürülüb, daha sonra izi itirmək məqsədilə ev qəsdən yandırılıb. Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini 1996-cı il təvəllüdlü Ağaxanov Ramin Rəhman oğlu saxlanılaraq istintaqa təhvil verilib.

Arif Hacılı da seçkilərə qatılmayacaq

Müsavat Məclisinin sədri Arif Hacılı da sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində deputatlığa namizədliyini verməyəcək. O, APA-ya açıqlamasında bildirib ki, belə bir planı yoxdur.

İsa Qəmbər seçki ilə bağlı qərarını verdi

Müsavat Partiyasının başqanı İsa Qəmbər sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.  Sozcu.az-ın xəbərinə görə, bu barədə İsa Qəmbər özü məlumat verib.  “Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak üçün namizədlərin irəli sürülməsini, əsasən, yekunlaşdırıb. Artıq 34 namizədimiz var. Mən bu dəfə namizədliyimi irəli sürməyəcəyəm, Müsavat Partiyasının seçkilərdə iştirakına ümumi rəhbərlik edəcəyəm və namizədlərimizə dəstək verəcəm”, - deyə o bildirib./Apa 

YAP namizədlərinin adlarını açıqladı – Tam siyahı

Xəbər verdiyimiz kimi, hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin bu gün keçirilmiş iclasında 2024-cü il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə namizədlərini müəyyənləşdirib. Sozcu.az Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa irəli sürülmüş namizədlərin tam siyahısını təqdim edir: 1 saylı Şərur-Sədərək - Əsgərov Ziyafət Abbas oğlu 2 saylı Şərur-Kəngərli - Novruzov Siyavuş Dünyamalı oğlu 3 saylı Babək-Şahbuz-Kəngərli - Babayev Asiman Əli oğlu 4 saylı Naxçıvan şəhər - İbrahimov Eldar Rza oğlu 5 saylı Babək-Naxçıvan-Culfa - Həmzəyeva Ülviyyə Tapdıq qızı 6 saylı Ordubad-Culfa - Rəhimzadə Vüqar Gəncəli oğlu 7 saylı Səbail - Qarayev Əhliman Paşa oğlu 8 saylı Binəqədi birinci - Mirzəyeva Həcər Niyazi qızı 9 saylı Binəqədi ikinci - Qafarov Kəmaləddin Nəsrəddin oğlu 10 saylı Binəqədi üçüncü - Hüseynov Hümbət Rəhim oğlu 11 saylı Binəqədi-Qaradağ - Xasayeva Səbinə Səməd qızı 12 saylı Xəzər birinci - Maniyeva Aygün Şaitdin qızı 13 saylı Xəzər ikinci - Əliyev Cəlahir Mirzəbala oğlu 14 saylı Xəzər-Pirallahı - Rəsulova Vüsalə Elman qızı 15 saylı Yasamal birinci - Quliyev Əli Dilən oğlu 16 saylı Yasamal ikinci - Mirzəyev Həbib Adil oğlu 17 saylı Yasamal üçüncü - Məmmədov Zaman Rəşid oğlu 18 saylı Nərimanov-Nizami-Binəqədi - Babaşov Nizami Babaş oğlu 19 saylı Nərimanov birinci - Məmmədov Hikmət Baba oğlu 20 saylı Nərimanov ikinci - Vəliyev Samir Əhməd oğlu 21 saylı Nəsimi-Binəqədi - İbrahimqızı Məlahət İbrahim qızı 22 saylı Nəsimi-Yasamal - Hüseynov Xaliq İsa oğlu 23 saylı Nəsimi-Səbail - Rəhimov Elnur Fidail oğlu 24 saylı Nizami birinci - Rüstəmov Ramil Şahsuvar oğlu 25 saylı Nizami ikinci - Əhmədov Əli Cavad oğlu 26 saylı Sabunçu birinci - Hacıyeva Afaq Şirzad qızı 27 saylı Sabunçu ikinci - Qasımova Səbinə Məmmədağa qızı 28 saylı Sabunçu üçüncü - Qurbanov Taleh Mərifət oğlu 29 saylı Sabunçu dördüncü - Abdullazadə İlahə İntiqam qızı 30 saylı Suraxanı birinci - Fətəliyeva Sevinc Həbib qızı 31 saylı Suraxanı ikinci - Quliyev Etibar Əliağa oğlu 32 saylı Suraxanı üçüncü - Həsənova Afət Əbil qızı 33 saylı Xətai birinci - Əliyev Yengibar Sərraf oğlu 34 saylı Xətai ikinci - Zabelin Mixail Yuryeviç 35 saylı Xətai üçüncü - Vəliyeva Pərvanə Bulut qızı 36 saylı Xətai-Suraxanı - Hacıyeva Nərminə Aslan qızı 37 saylı Qaradağ - Hüseynov Aydın Nəsir oğlu 38 saylı Gəncə birinci - Həmzəyev Naqif Ələşrəf oğlu 39 saylı Gəncə ikinci - Kərimzadə Pərvin Orxan qızı 40 saylı Gəncə üçüncü - Quliyev Musa İsa oğlu 41 saylı Gəncə-Samux-Goranboy - Cəfərov Müşfiq Cəfər oğlu 42 saylı Sumqayıt birinci - Hüseynova Hicran Kamran qızı 43 saylı Sumqayıt ikinci - Mirkişili Tahir Famil oğlu 44 saylı Sumqayıt üçüncü - Vəliyeva Mehriban Hidayət qızı 45 saylı Sumqayıt dördüncü - Hacıyev Naib İsmixan oğlu 46 saylı Sumqayıt beşinci - Akimova Elnarə Seydulla qızı 47 saylı Sumqayıt-Abşeron-Qaradağ - Mustafayev Musa Musa oğlu 48 saylı Abşeron birinci - Məmmədova Nigar Fikrət qızı 49 saylı Abşeron ikinci - Xudayev Faiq Allahverdi oğlu 50 saylı Abşeron üçüncü - Namazov Ramid Zakir oğlu 51 saylı Şirvan - Əsədov Heydər Xanış oğlu 52 saylı Yevlax - Məmmədov İlham Kazım oğlu 53 saylı Yevlax-Mingəçevir - Hüseynli Əli Məhəmməd oğlu 54 saylı Mingəçevir - Mirzəzadə Aydın Böyükkişi oğlu 55 saylı Siyəzən-Quba-Xızı - Məmmədli Müşfiq Fazil oğlu 56 saylı Şabran-Xaçmaz - Süleymanlı Mahir Tahir oğlu 57 saylı Xaçmaz şəhər - Vəliyev Ağalar İsrəfil oğlu 58 saylı Xaçmaz kənd - Əskərova Könül Rəcəb qızı 59 saylı Quba - Məhərrəmzadə Əlibala Səttar oğlu 60 saylı Quba-Qusar - Bağırova Fidan Yusifəli qızı 61 saylı Qusar - Badamov Azər Camal oğlu 62 saylı Kürdəmir - Kazımova Yadigar Təvəkgül qızı 63 saylı Hacıqabul-Kürdəmir - Aslanov Aqil Rahil oğlu 64 saylı Salyan - Qurbanov Sadiq Haqverdi oğlu 65 saylı Salyan-Biləsuvar-Neftçala - Ağayev Emin Zülfüqar oğlu 66 saylı Saatlı - Ələkbərov Əziz Yusif oğlu 67 saylı Sabirabad - Əmiraslanov Əhliman Tapdıq oğlu 68 saylı Sabirabad-Şirvan - Cəfərov Kamal Xaqani oğlu 69 saylı Biləsuvar - Əliyev Elməddin Saməddin oğlu 70 saylı Neftçala - Baxışov Fərhad Ceyhun oğlu 71 saylı Cəlilabad şəhər - Həsənov Malik Əvəz oğlu 72 saylı Cəlilabad kənd - Nəsirov Elman Xudam oğlu 73 saylı Masallı-Cəlilabad - Əliyeva Aytən Ədalət qızı 74 saylı Masallı - Məmmədov Məşhur Şahbaz oğlu 75 saylı Yardımlı-Masallı - Əliyev Sərvər Məlikməmməd oğlu 76 saylı Lənkəran-Masallı - Paşazadə Cavanşir Hümmət oğlu 77 saylı Lənkəran şəhər - Əliyev Əlimərdan Ələkbər oğlu 78 saylı Lənkəran kənd - İsgəndərov Anar Camal oğlu 79 saylı Astara - Mahmudov Rəşad Məmmədqulu oğlu 80 saylı Lerik-Astara - Rəcəbov Elman Əliheydər oğlu 81 saylı İmişli - Məmmədov İsrafil Zakir oğlu 82 saylı İmişli-Saatlı - Salahlı Səyyad Adil oğlu 83 saylı Beyləqan - İsmayılov Şahin Əmir oğlu 84 saylı Füzuli - Məmmədov Namiq İbrahim oğlu 85 saylı Füzuli-Ağcabədi - Cəfərov Dəyanət Cəmil oğlu 86 saylı Ağcabədi - Rzayev Tahir Musa oğlu 87 saylı Qobustan-Şamaxı-İsmayıllı - Novruzov Rasim Ramis oğlu 88 saylı Şamaxı - Tağızadə Rəfail Vahid oğlu 89 saylı İsmayıllı - Allahverdiyeva Xavər Şahı qızı 90 saylı Ağsu - Hüseynov Əli Abbas oğlu 91 saylı Göyçay - Əkbərov Fərid Əkbər oğlu 92 saylı Göyçay-Ağdaş - Məmmədyarova Firəngiz Rafiq qızı 93 saylı Ağdaş - Şahmuradov Anar Raqif oğlu 94 saylı Ucar - Həsən Ramil Sahib oğlu 95 saylı Zərdab-Kürdəmir-Ucar - İsmayılova Səliqə Oruc qızı 96 saylı Goranboy-Naftalan - Bədəlov Bədəl Şamil oğlu 97 saylı Tərtər-Ağdərə-Goranboy - Məmmədov Anar İlyaz oğlu 98 saylı Bərdə-Tərtər - Fətiyev Xanlar Nuru oğlu 99 saylı Bərdə - Yıldırım Fatma Vidadi qızı 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər - Bayramov Kamran Fərhad oğlu 101 saylı Samux-Şəmkir - Qurbanlı Mübariz Qəhrəman oğlu 102 saylı Şəmkir şəhər - Qafarova Sahibə Əli qızı 103 saylı Şəmkir kənd - Həsənov Nurlan Urfan oğlu 104 saylı Gədəbəy - Hüseynova Sevinc Əmirəhməd qızı 105 saylı Tovuz-Gədəbəy - Hüseynov İlkin Abbas oğlu 106 saylı Tovuz - Səfərov Nizami Abdulla oğlu 107 saylı Tovuz-Qazax-Ağstafa - Aslanova Humay Tofiq qızı 108 saylı Ağstafa - Kərimov Gülgün Kərim oğlu 109 saylı Qazax - Seyidov Səməd İsmayıl oğlu 110 saylı Balakən - Məhəməliyev Nəsib Məhəmməd oğlu 111 saylı Zaqatala-Balakən - Mahmudova Vüsalə Yusif qızı 112 saylı Zaqatala - Əsgərov Asif Yunis oğlu 113 saylı Qax-Şəki - Sayadov Mithad Bəhərçi oğlu 114 saylı Şəki şəhər - İskəndərov Vüqar Yapon oğlu 115 saylı Şəki kənd - Yusibov Niymət Yusif oğlu 116 saylı Qəbələ - Tağıyeva Ədilə Əli qızı 117 saylı Oğuz-Qəbələ-Şəki - Qurbanov Eyvaz Daşdəmir oğlu 118 saylı Ağdam-Xocalı - Məmmədov Elman Camal oğlu 119 saylı Ağdam - Məmmədov İbrahim Raqif oğlu 120 saylı Cəbrayıl-Qubadlı - Məmmədov Ceyhun Valeh oğlu 121 saylı Laçın - Muradov Rövşən Şahbaz oğlu 122 saylı Xankəndi - Məmmədov Aqil Kamran oğlu 123 saylı Kəlbəcər - Əhmədova Aidə Ələsgər qızı 124 saylı Şuşa-Ağdam-Xocavənd - Babışova Leyla Adil qızı 125 saylı Zəngilan-Qubadlı - İsmayılov İmamverdi İbiş oğlu

İran mediası təhrif etdi- Ağrı dağını "Ararat" adlandırdı

İranın rəsmi dövlət mediası Azərbaycan və Türkiyə ilə bağlı dərc etdikləri materiallarda davamlı olaraq yer adlarını təhrif edirlər. Bu qəbildən olan növbəti təhrifi İRNA xəbər agentliyi edib. Agentlik Qərbi Azərbaycan əyalətindən olan alpinistlərin Türkiyənin Ağrı dağına dırmanışı barədə xəbər dərc edib. "2 alpinist 5 günlük yürüşdən sonra Türkiyənin ən yüksək dağı olan Ararat dağının zirvəsinə qalxdılar",- xəbərdə Ağrı dağı "Ararat" verilib.

"Traxtur" klubuna yeni baş məşqçi gətirildi

Təbriz təmsilçisi "Traxtur" klubunun yeni xorvatiyalı baş məşqçisi Draqan Skoçiç Təbrizə gəlib. Bu barədə idman mediası məlumat yayıb. Bildirilib ki, başməşqçi "Traxtur" futbilçularının məşqlərinin yeni mərhələsinə başlayıb. Qeyd edək ki, Draqan bundan əvvəl də İranda olub və üst-üstə 5 il 4 klubu çalışdırıb.

"Necəsiniz, kasıblar?" - Səidə Sultandan maraqlı paylaşım - FOTO

Müğənni Səidə Sultan Hindistanlı milyarder, iş adamı Mukeş Ambaninin 28 yaşlı oğlu Anant Ambaninin və nişanlısı Radika Merçantın toyu ilə bağlı paylaşım edib. Sozcu.az xəbər verir ki, sənətçi toyu izlədiyini deyərək, bunları yazıb: "Hindistandakı toyu görəndən sonra istədim hamınıza sual verim: Necəsiniz, kasıblar?".

Həyət evi almaq istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər 100 mindən başlayır

Evlərin qiymətində artım müşahidə olunur. Sozcu.az bildirir ki, əmlakçı Vüqar İsmayılovun Baku Tv-yə açıqlmasına görə, mənzil bazarında durğunluq olsa da qiymətlərin enməsi gözlənilmir: "Hazırda sənədli həyət evlərinin qiyməti 100 min manat təşkil edir. Belə davam edərsə, qiymətlərin daha da artması gözlənilir". Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, mənzillərin qiymətində qalxma olsa da bu, əvvəlki illərlə müqayisədə xeyli azdır: "Qiymət artımı daha çox yeni tikili binalardadır. Köhnə binalardakı mənzillərin qiymətinin artması sünidir. Alıcı qıtlığı bir müddət də davam edərsə, qiymətlər enəcək".

Trampa yeni sui-qəsd olacaq - Politiko

ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı növbəti həftələrdə yeni sui-qəsd cəhdləri ola bilər. Sozcu.az xəbər verir ki, bu barədə “Politiko” yüksək rütbəli amerikalı məmurlara istinadən məlumat yayıb. Nəşr İran tərəfdən Trampa qarşı sui-qəsd planlarının olması barədə kəşfiyyat məlumatına da istinad edib. Qeyd edək ki, İran CNN-in yaydığı məlumatı qətiyyətlə təkzib etmişdi.

Bu məşhurlar YAP siyahısından çıxarıldı

Yeni Azərbaycan Partiyası VI çağırış Milli Məclisin bəzi deputatlarının növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürməyib. Sozcu.az xəbər verir ki, bu barədə partiyanın İdarə Heyətinin bugünkü iclasında qərar qəbul edilib. Belə ki, partiyanın İdarə Heyətinin qərarı ilə VI çağırış Milli Məclisin deputatları Vasif Talıbov və İsa Həbibbəylinin namizədliyi irəli sürülməyib. Bundan başqa Səttar Möhbalıyev və VI çağırış Milli Məclisin deputatı, sabiq sədr Oqtay Əsədovun növbədənkənar parlament seçkilərində namizədliyi irəli sürülməyib. Musa Quliyev hazırkı deputatlardan Aqiyə Naxçıvanlı və Sədaqət Vəliyevanın da adının namizədlər siyahısında olmadığını bildirib.

Həmid Qasımov Gülnisə Ələkbərovanı işindən azad etdi - Foto

Daglıq Şirvan Regional Təhsil İdarəsinin müdir sələhiyyətlərini icra edən Həmid Qasımov İnzibati Təşkilat Sektorunun müdiri Gülnisə Ələkbərovanı işindən azad edib. Saytımıza bu barədə etibarlı mənbə məlumat verib.

İlham Əliyev və Paşinyan Britaniyada görüşəcək?

İyulun 18-də Böyük Britaniyada Avropa Siyasi Birliyinin 4-cü sammiti keçiriləcək. Modern.az-ın məlumatına görə, sammitə Avropa İttifaqının (Aİ) üzvləri, Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan daxil olmaqla 50-yə yaxın ölkənin liderləri dəvət edilib. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer Vudstok şəhərindəki Blenheim sarayında 50-yə yaxın ölkənin liderlərini qəbul edəcək. Avropa Siyasi Birliyinin Sammitində müzakirə olunacaq əsas məsələlər Ukraynada baş verən hadisələr və qeyri-qanuni miqrasiyadır. Sammit çərçivəsində tematik müzakirələr də nəzərdə tutulub. Ətraflı Məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin də sammitdə iştirak etməsi gözlənilir. Dövlətimizin başçısı Avropa Siyasi Birliyinin Çexiya və Moldovada keçirilən sammitində iştirak edib. Azərbaycan Fransanın təxribatçı mövqeyinə görə  İspaniyada keçirilən sammitdə iştirak etməkdən imtina edib. Ermənistan Baş naziri Nikol Paşinyan artıq Britaniyaya yola düşüb. Gürcüstanın Baş naziri İrakli Kobaxidze də sammitdə iştirak edəcək.  Qeyd edək ki, Çexiya və Moldovada keçirilən sammit çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında görüşlər keçirilib. Britaniyadakı sammitdə İlham Əliyev və Paşinyanın görüşüb-görüşməyəcəyi hələlik məlum deyil.

Vasif Talıbovla İsa Həbibbəylinin adı YAP-ın namizədlər siyahısına SALINMADI

Yeni Azərbaycan Partiyası VI çağırış Milli Məclisin bəzi deputatlarının növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürməyib. Sozcu.az xəbər verir ki, bu barədə partiyanın İdarə Heyətinin bugünkü iclasında qərar qəbul edilib. Belə ki, partiyanın İdarə Heyətinin qərarı ilə VI çağırış Milli Məclisin deputatları Vasif Talıbov və İsa Həbibbəylinin namizədliyi irəli sürülməyib. Bundan başqa Səttar Möhbalıyevin də namizədliyi hakim partiya tərəfindən irəli sürülməyib.

COP29: Azərbaycanda toy-nişan qadağan edilir?

Xəbər verdiyimiz kimi, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Noyabr ayının 11-22 tarixlərində baş tutacaq beynəlxalq tədbirin keçirilməsi Bakının müxtəlif istiqamətlərində planlaşdırılıb. Tədbirlə əlaqədar Bakıda bəzi məhdudlaşdırıcı addımların atılacağı da açıqlanıb. Məhdudlaşdırıcı tədbirlər çərçivəsində bəzi ərazilərdə distant təhsilə keçiləcəyi, o cümlədən təntənəli mərasimlərin keçirilməsinin müvəqqəti təxirə salınacağı, hətta bununla bağlı şəhərdə fəaliyyət göstərən şadlıq evlərinə xəbərdarlıq edildiyi bildirilir. Sozcu.az xəbər verir ki, mövzu ilə əlaqədar “Qaynarinfo” Bakıda fəaliyyət göstərən şadlıq evlərinə sorğu ünvanlayıb. Nizami rayonundakı şadlıq saraylarından birinin nümayəndəsi COP29 ərəfəsində şənlik mərasimləri ilə bağlı məhdudiyyətlər qoyulduğunu təsdiqləyib: “Bakıda böyük tədbir keçiriləcək. Bununla bağlı noyabrın 11-dən 25-nə kimi heç bir sifarişimiz yoxdur”. Babək prospektində yerləşən şadlıq evlərindən birinin əməkdaşı da həmin tarixə sifariş qəbul edilmədiyini deyib: “Bir neçə günə bizə məlumat verəcəklər. Bu səbəbdən də sifarişi dayandırmışıq”. Binəqədi rayonundakı şadlıq evinin nümayəndəsi isə hələlik məsələ ilə bağlı onlara hər hansı bir məlumatın verilmədiyini diqqətə çatdırıb: “Şayiəni camaat yayır. COP29-un toya nə aidiyyəti? Tədbirlər ayrı-ayrı məkanlarda baş tutacaq. Belə məlumatları yayıb camaatın toyunu ləngidirlər”. Nəsimi rayonun da şadlıq evlərindən birinin nümayəndəsi vurğulayıb ki, hər hansı xəbərdarlıq almadıqları üçün həmin tarixə sifariş götürürlər.