Nərminlə Narinin taleyində oxşarlıq: Hər ikisinin anası... - ŞOK DETAL

Birbaşa sənəd və mənbələri oxumayanda hadisəyə münasibət bildirmək çətin olur. Amma istər Tovuzun Dondar Quşçu kəndində azyaşlı Nərminin ölümü ilə bağlı hadisədə, istərsə də Türkiyədəki azyaşlı Narinlə bağlı hadisədə oxşarlıq var. Təəssüf ki, Azərbaycanda istintaq qrupu Nərminlə bağlı hadisədə mümkün halları araşdırmadı. Türkiyədə isə peşəkarlıqla yanaşdılar, foksu Narinin yaxınlarına qarşı çevirdilər. Bu sözləri Teleqraf.com-a açıqlamasında yazıçı Qan Turalı deyib. “Lakin Nərminin yaxınları televiziyada şou göstərdilər və onlarla bağlı ehtimallar araşdırılmadı, istintaqı şüurlu şəkildə azdırmağa çalışdılar. Narin olayında da ailə ilk vaxtlarda istintaq orqanları ilə əməkdaşlıq etmirdi. Narinlə bağlı ekspertizanın ilkin nəticələri açıqlandı, məlum oldu ki, qızcığaz 15 gün suda qalıb, ayağında qırıq var, boğulma əlamətləri qeydə alınıb. Bu cür cinayətlər əksər hallarda yaxın çevrədəkilər tərəfindən törədilir. Cinayətin çəmbərini daraldanda ən azı ailənin xəbərdar olduğu bəlli idi. Variantlar da son nəticədə gətirib ona çıxardı ki, valideynləri dünən saxlanıldıqları üçün onun dəfn mərasimində iştirak edə bilmədilər. Hər bir halda son dərəcədə dəhşətli haldır”, - deyə qeyd edib. socar vakansiya Qan Turalının fikrincə, Türkiyədə hər hansı hadisə olanda gec aşkarlananda, hüquq-mühafizə orqanları ləng fəaliyyət göstərirsə, ya o məsələnin arxasında təriqətlər var, ya da siyasi məsələlər dayanır: “Təəssüf ki, neqativ meyllər hələ də qalmaqdadır. Narinin anası da eynilə Nərminin anası kimi istintaqı azdırmağa çalışırdı, deyirdi oğurlayıblar. Nərminin anası da deyirdi sarı taksi ilə aparıblar. Polis araşdırması nəticəsində kamera görüntüləri ilə aydınlaşdı ki, nəinki sarı rəngdə, ümumiyyətlə hadisə yerindən taksi keçməyib. Görürsünüzmü, bu və ya digər məsələlər bir-birinə necə bənzəyir. Ailə istintaqı azdırmağa çalışır, amma gərək istintaq yolundan azmaya. Tam səmimi deyim ki, Türkiyədə də ictimaiyyət, mətbuat bu məsələnin üstündə durmasaydı, asanlıqla bunun üstündən keçərdilər”. Onun sözlərinə görə, uşaqlar barədə bu qədər çağırışlar edilsə də, əfsuslar olsun ki, onlara qarşı törədilən bu cinayətlər dayanmır, əksinə artır: "Ən pisi də odur ki, bu iyrənc hadisələr uşaqları birbaşa qorumaq konstitusion vəzifəsi olan valideynlər və ya yaxınlar tərəfindən törədilir. O qədər dəhşətli hadisədir ki, bir insanın xarakteri üzə çıxır, insan öz övladına qarşı bu qədər amansız davrana, digərləri də buna qarşı susqunluq nümayiş etdirə bilərmi?.. Dünən televiziyada baxdım, məsciddəki imam xütbə zamanı bildirib ki, həm cinayəti törətmək, həm də bilib gizlətmək böyük günahdır. Çox təəssüf ki, özlərini dindar hesab edən, 8 yaşlı uşağını Quran kursuna göndərən ailələr bu cür amansız şeylər edirlər. Quran bir insanı öldürməyi bütün bəşəriyyəti öldürməyə bərabər sayır. Onlar Qurandan da, o əxlaqdan da bir şey başa düşməyiblər". Xatırladaq ki, Türkiyənin Diyarbəkir şəhərində 19 gündür itkin düşən 8 yaşlı Narin Güranın meyiti dünən Tavşantəpə kəndi ərazisində tapılıb, bu gün dəfn edilib. Qeyd edək ki, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci ilin yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Gerasimovun tələbə yoldaşı qətlə yetirildi

Kazan Tank Məktəbinin keçmiş rəis müavini, polkovnik-leytenant Valeri Xaxin öz evində ölmüş vəziyyətdə tapılıb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Xaxinin çoxsaylı bıçaq zərbələrindən öldüyü bildirlib. Onun meyiti xalçaya bükülmüş vəziyyətdə qazanxanada arvadı tərəfindən aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb. Qeyd edək ki, Valeri Xaxin Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun tələbə yoldaşıdır.

Paşinyan: "Sülh müqaviləsinin razılaşdırılmış bəndlərini imzalamağı təklif edirik"

"Azərbaycan və Ermənistan sülh sazişi layihəsində 13 maddə və müqəddiməni razılaşdıra biliblər, Ermənistan hakimiyyəti artıq razılaşdırılmış bəndləri imzalamağı təklif edir". Sozcu.az bu barədə "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirilən "İrəvan Dialoqu" beynəlxalq forumu zamanı bildirib. "Sülh sazişi layihəsinin 13 maddəsi və müqəddiməsi tam razılaşdırılıb, üç maddə qismən razılaşdırılıb, onlar cəmi iki cümlədən ibarətdir. Biz qısa müddətdə razılaşdırılmış maddələri imzalamağı təklif edirik", - deyə Paşinyan bildirib və əlavə edib ki, Cənubi Qafqazda sülh təkcə mümkün deyil, həm də realdır. Baş nazirin fikrincə, bu, təsdiqlənmiş sənədin əldə olmasına və ona uyğun olaraq irəliləməyə imkan verəcək. Sülh müqaviləsinin razılaşdırılmış maddələri arasında Ermənistan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulması ilə bağlı müddəa da var.

Moskvaya kütləvi hücum oldu: hava limanları bağlıdır, çoxmərtəbəli binalar yanır...-VİDEO

Bu gün Moskvaya pilotsuz təyyarələr tərəfindən kütləvi şəkildə hücum edildiyi bildirilir. Sozcu.az "UNİAN"-istinadla xəbər verir ki, İlk dron  yerli vaxtla saat 2:20-də Lyubertsı şəhər rayonunda vurulub. Sonra pilotsuz təyyarələr Moskva yaxınlığındakı Jukovskidə vurulub - yerli əhalinin dediyinə görə, əvvəlcə onlar ən azı 6 partlayış səsi eşidiblər. Moskva vilayətinin qubernatoru Vorobyov saat 05:23-də bildirib ki, Rusiya hava hücumundan müdafiə qüvvələri Podolsk, Ramenskoye, Lyubertsı, Domodedovo və Kolomna şəhər dairələrində 14 PUA-nı vurub. Sonradan Rusiya mediası Ramenskoyedə çoxmərtəbəli binaların zədələndiyini, 11-12-ci mərtəbələr ərazisindəki mənzillərin yandığını bildirib. Əvvəlcə 9 yaşlı uşağın öldüyü bildirilsə də, sonradan bu məlumat təsdiqini tapmayıb. Hücum nəticəsində çoxmərtəbəli binalardan birində ən azı 20 mənzilə ziyan dəyib. Hündürmərtəbəli binalara edilən hücum nəticəsində üç qurbanın hamısının qəlpə yaraları olduğu bildirilir. Jukovski hava limanı yaxınlığında PUA-nın qəzaya uğradığı da bildirilir. Bundan əlavə, PUA Moskva vilayətinin Ramenski rayonunun Prudki kəndində fərdi yaşayış binasının yaxınlığında düşüb. Hadisə şahidlərinin sözlərinə görə, o, binanın arxasındakı meşəyə düşüb. Heç kim xəsarət almayıb. "Mash" telegram-kanalı yazır ki, Moskva bölgəsinə hücum üçün “Fierce” təyyarə tipli pilotsuz uçaqlardan istifadə edilib.

Rusiyanın Ukraynadakı itkiləri 627 mini ötdü

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1380 hərbçisini itirib. Sozcu.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 627 790 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 1 tank, 19 zirehli döyüş maşını, 50 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Bu müəllimlər DİM-in adından istifadə edir - Valideynləri belə aldadırlar

Son vaxtlar ölkədə bahalaşma müşahidə olunur. Valideynlər isə epititor və hazırlıq kurslarında qiymətlərin artdığını iddia edirlər.  Bəs deyilənlər doğrudur? Bahalaşma bu sektora təsir edibsə, qiymətlərdə nə qədər fərq müşahidə olunur?  Mövzu ilə bağlı “Yeni Sabah”a danışan təhsil eksperti Ramil Nurəliyev bildirib ki, qiymətlər bazar meyarlarına və mövcud şəraitə uyğun olaraq tənzimlənir:  vakansiya 2023 “İstər repititor hazırlığı, istər hazırlıq kurslarındakı qiymətlər bazara uyğun tənzimlənir. Hər hansı birinin standart qiyməti yoxdur. Yəni, hər repititor öz bilik səviyyəsinə görə qiyməti tənzimləyə, öz biliyini istədiyini qiymətə sata bilər. Burada heç bir məhdudiyyət yoxdur. Hesab edirəm ki, qiymətlərin artması mövcud bahalaşmaya görə ola bilər. Ancaq Bakı şəhərində olan qiymətlərlə bölgədəki qiymətlər eyni deyil. Çünki paytaxt və rayonlardakı şərait arasında bir sıra fərqlər var. Qiymətlərin tənzimlənməsi məsələsinə hər bir repititor özü cavabdehdir. Məsələn, Bakı şəhərində 50-70 manata, hətta 30 manata belə hazırlıq keçən müəllimlər var. 100-120 manat arası qiymətləri dəyişən repititorlar da var. Ancaq onlara qarşı çıxaraq, bu qiymətə dərs keçdikləri irad tutmaq doğru yanaşma deyil. Çünki heç bir müəllim valideyni məcbur etmir ki, uşaq mütləq onun yanına hazırlığa gəlsin. Hər bir müəllim öz qiymətini təyin etməkdə sərbəstdir. Əgər məcbur edirsə, deməli, problem elə buradadır. Yəni, həmin şəxs məktəbdə müəllim olaraq çalışır və şagirdlərini öz yanına hazırlığa gəlməsi üçün məcbur edir və 120 manat qiymət müəyyənləşdirirsə, bu, düzgün deyil”.  Ekspert vurğulayıb ki, hər bir məhsulun maliyyə dəyəri olduğu kimi, müəllimlərin də özünəməxsus bilik çatdırma forması var və bu formaya görə hər bir müəllim öz biliyinə uyğun qiymət təklif edə bilər:  “Hazırlıq kurslarının da qiymətində dəyişiklik müşahidə olunur. Müəyyən artımlar var. Hər bir kurs qeydiyyatdan keçərək, vergisini ödəyir  və qiymətləri də ürəyi istədiyi kimi tənzimləyə bilər. Tənzimlədiyi qiymətlərə görə isə, heç kimi məcbur etmir ki, gəlib bu kursda hazırlıq keçsin. Təkliflə razılaşan müştərilər övladlarını bura göndərəcək, digərləri isə daha münasib qiymətə olan kurslara müraciət edəcək.  Qiymət artımı ilə bağlı fərdi valideyn müraciət və şikayətləri ilə qarşılaşmamışam. Müşahidələrimə əsasən deyə bilərəm ki, daha çox qiymət artımına Dövlət İmtahan Mərkəzində çalışan ekspert və marker müəllimlərində daha çox rast gəlmək mümkündür. Digərlərinə nisbətən onlar daha baha qiymətə abituriyent hazırlığı keçirlər. DİM-in adını reklam edərək, özünü ön plana çıxaran və qiymət artıran müəllimlər var. Lakin bunu hamıya şamil etmək olmaz. Bu isə tamamilə reklam xarakteri güdür. Ancaq DİM ilə əməkdaşlıq etməsə belə, işinin peşəkarı olan müəllimlər var. Lakin sözügedən qurumun adı ilə özünü təqdim edənlər valideynlərin diqqətini daha çox cəlb etdiyi üçün müəyyən bahalıq nəzərə çarpır. Beləliklə, baha olsa belə, DİM-in adı keçdiyi üçün əksər valideynlər övladlarını həmin repititorların hazırlığına göndərirlər”. 

Bu yayda son 10 ilin ən çox yağıntısı qeydə alındı

İqlim dəyişmələrinin artan təsiri həm temperatur göstəricilərində, həm də yağıntı rejimində müşahidə olunur. Son 10 ilin yay aylarında respublika ərazisində ən çox yağıntı 2024-cü ildə qeydə alınıb. Belə ki, bu ilin yayında 67 gün yağıntılı keçib və yağıntılar əsasən qısamüddətli, leysan xarakterli olaraq aylıq normanın bir neçə mislinə bərabər olub. Ölkə üzrə ən çox yağıntı Zaqatala rayonu ərazisinə düşüb və yağıntının miqdarı 470 mm təşkil edib. Sozcu.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov bildirib. O qeyd edib ki, bu yay ildırım-dolu atmosfer proseslərinin də intensivliyi artıb və nəticə olaraq ölkə üzrə 69 dolu hadisəsi baş verib: “Bu ilin yayında dəniz səviyyəsindən 3000 metr hündürlükdə yerləşən Şahdağda hətta 2 dəfə qar yağması qeydə alınıb. Bu ilin yay fəslində yağıntıların leysan xarakterli, davamlı və intensiv olması sel hadisələrinin rekord həddə çatmasına səbəb olub və ölkə üzrə 90 sel hadisəsi qeydə alınıb ki, bu da son 50 ilin ən maksimal göstəricisidir”. Xidmət rəsmisinin sözlərinə görə, ölkə ərazisində bu ilin iyun ayında orta temperatur 2.2 dərəcə (norma 20.7), iyul ayında 1.5 dərəcə (norma 23.9), avqust ayında isə 1.9 dərəcə (norma 23.1) normadan yüksək olub. Bu statistik analiz iqlim dəyişmələrinin göstəricisidir. Ə.Əsgərov bildirib ki, ölkə ərazisində son 10 ildə ən isti yay 2018-ci ildə qeydə alınıb: “Həmin il maksimal temperatur iyul ayının 1-də Bakıda və Abşeron yarımadasında 44.5 dərəcə, bölgələr üzrə isə iyul ayının 12-də Culfada 45 dərəcə isti müşahidə edilib.

Qarabağda SES sahibi olmuş separatçı özünü öldürdü

Qarabağdakı separatçı rejimin keçmiş liderlərindən biri Arşavir Qaramyanın keçmiş kürəkəni Loris Yeqoyan intihar edib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Bildirilib ki, həmin şəxs “Beretta” tapançasından atəş açaraq özünə qəsd edib. Nəşrin məlumatına görə, Yeqoyan və Qaramyanın qızı bir neçə ildir ki, boşanıb. O, uzun illər Qarabağda su elektrik stansiyasının sahibi, eləcə də kollektor agentliyinin direktoru olub.

Masallıda 6 aylıq uşaq arabadan yıxılaraq öldü

Masallıda 6 aylıq uşaq bədbəxt hadisə nəticəsində ölüb. Sozcu.az xəbər verir ki, hadisə Digah yaşayış massivində qeydə alınıb. 2024-cü il təvəllüdlü N. Bədəlbəyli uşaq arabasından yıxılıb. Başı arabanın konstruksiyasında qalan uşaq boğularaq ölüb. vakansiyalar Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Sumqayıtda universitet tələbəsi 7-ci mərtəbədən yıxıldı

Sumqayıtda 21 yaşlı oğlan 7-ci mərtəbəsindən yıxılaraq ölüb. Sozcu.az xəbər verir ki, hadisə 9-cu mikrorayonda qeydə alınıb. 2003-cü il təvəllüdlü Fuad Şirin oğlu İsmayılov ölüb. socar vakansiya Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir. F. İsmayılov universitet tələbəsi olub. Fakt araşdırılır.

Ədliyyə nazirinə iki müavin TƏYİN OLUNDU

Mübariz Əhmədov və Toğrul Hüseynov ədliyyə nazirinin müavinləri təyin olunublar. Sozcu.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, Mübariz Hüseyn oğlu Əhmədov 1980-ci ildə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2002-ci ildə magistr dərəcələrini fərqlənmə diplomları ilə bitirib. 2002-2005-ci illərdə Sumqayıt və Qazax hərbi prokurorluqlarında müstəntiq, 2005-2011-ci illərdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində, Hüquqi təminat şöbəsində, Dövlət ittihamının müdafiəsi üzrə idarədə prokuror və böyük prokuror vəzifələrində çalışıb. 2011-2015-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Müraciətlərə baxılması idarəsinin rəis müavini-Vətəndaşların qəbulu şöbəsinin rəisi vəzifəsində, 2015-2017-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorunun böyük köməkçisi, 2017-2020-ci illərdə Qusar rayon prokuroru vəzifələrində işləyib. 2020-ci ildən son təyinata qədər Mübariz Əhmədov Baş prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi vəzifəsində işləyib və ölkə başçısının müvafiq sərəncamı ilə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib. “Dövlət qulluğunda fərqlənməyə görə medalı”, eyni zamanda Baş Prokurorluğun, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin müvafiq medalları ilə təltif edilib. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür. Toğrul Aydın oğlu Hüseynov 1986-cı ildə anadan olub. 2003-2007-ci illərdə Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə magistr təhsili alıb. Bununla yanaşı, Amerika Birləşmiş Ştatlarının Missuri Universitetində Dövlət idarəetməsi üzrə, eyni zamanda Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi üzrə magistr təhsili alıb. Toğrul Hüseynov 2010-2016-cı illərdə Ədliyyə Nazirliyinin İcra xidmətində, Qanunvericilik baş idarəsində, 2016-2017-ci illərdə Azərbaycan Dəmir Yolları QSC-də, 2017-2024-cü illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində, Qanunvericilik və hüquq siyasəti şöbəsində və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyində baş məsləhətçi vəzifələrində çalışıb. Son təyinata qədər Toğrul Hüseynov Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi vəzifəsində işləyib.

7 nəfəri ildırım vurdu, hamısı öldü

Hindistanın Çhattisqarh ştatında ildırım vurması nəticəsində 7 nəfər ölüb.  Sozcu.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Balodabazar-Bhatapa rayonunda axşam saatlarında baş verib. Əkin sahəsində işləyənlər şiddətli yağışdan qorunmaq üçün ağacın altına toplaşıblar. İldırımın ağaca düşməsi 7 nəfərin ölümünə, 3 nəfərin ağır yaralanması ilə nəticələnib.  Qeyd edək ki, Hindistanda hər il musson yağışları mövsümündə minlərlə adam ildırım qurbanı olur.  

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 929-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 626 410 hərbçi, 8 639 ədəd tank, 16 906 ədəd zirehli döyüş maşını, 17 830 ədəd artilleriya sistemi, 1 180 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 942 hava hücumundan müdafiə sistemi, 368 ədəd hərbi təyyarə, 328 ədəd helikopter, 24 262 ədəd avtomobil texnikası, 14 897 ədəd PUA, 2 588 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3049 xüsusi avadanlıq itirib.

Bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sentyabrın 9-u gündüz və 10-da bölgələrdə küləkli hava şəraiti gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb. Sarı xəbərdarlığa uyğun olaraq Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustanda fasilələrlə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Avtomobil hissələri bazarında xaos: saxta mallar tüğyan edir, heç kimin vecinə deyil!

Azərbaycanda avtomobillərin ehtiyat hissələri bazarında saxta mallar baş alıb gedir. Belə mallar əksər hallarda orijinal adı ilə müştərilərə sırınır. Bununla bağlı məlumatları Azad İstehlakçılar Birliyindən (AİB) də təsdiqləyiblər. AİB sədri Eyyub Hüseynov Modern.az saytına bildirib ki, uzun müddətdir, onlara əmtəə bazarında saxta, standartlara uyğun olmayan avtomobil hissələrinin satıldığına dair şikayətlər daxil olur. Onun sözlərinə görə, hökumətin sahibkarlar üçün yaratdığı rahat şəraitdən sui-istifadə edən bir çox “işbazlar” saxta avtomobil hissələrinin satışını özləri də təsdiqləyirlər. Yəni bir çox hallarda satıcılar müştəriyə “bu, əsl ehtiyat hissəsidir, bu isə onun oxşarıdır” etirafını edirlər. Saxta malların isə heç bir mənşəə sənədləri olmur. “Təsadüfi deyil ki, “Hyundai” avtomobillərini istehsal edən Cənubi Koreya şirkətinin mütəxəssisləri də Azərbaycanda saxta ehtiyat hissələrinin satışından narahat olmuş, bu işlərə nəzarət etməyə cavabdeh olan dövlət orqanlarının əməkdaşlarına 23 avqust 2023-cü ildə treninqlər keçirmişdilər. Lakin vəziyyət düzəlmədi”, - E.Hüseynov vurğulayıb. AİB sədri təəssüflə qeyd edib ki, ”Hyundai” şirkətinin Azərbaycandakı rəsmi  distrübüteri olan “Avto Azərbaycan” MMC bazarda baş verən bu xaosa qarşı heç bir iş aparmır, seyrçi mövqe nümayiş etdirir. E.Hüseynov deyib ki, Azad İstelakçılar Birıliyinin bazardakı araşdırması “Hyundai” avtomobil hissələrinin aşağıda adları qeyd olunan saxta variantlarını üzə çıxarıb: Əyləc qəlibləri; yanacaq filteri; yağ filteri; hava filteri; mühərrik qayışı; hidravlik tarımlayıcı; sükan lenti; yağ karteri; yağ nasosu; salniklər; porşenlər; val;  vanus (valın boyunluğu); mühərrik təmir dəsti; mühərrik yastığı; muftalar; alışqan şamları; əyləc diski; amartizatorlar; sürgü qolları; porşen üzlüyü; zəncir dəsti və s. Qeyd olunan saxta avtomobil hissələrinin hər biri sürücülərin həyatına təhlükə yaradır, onları maddi itkilərə salır, eyni zamanda avtomobillərin sıradan çıxmasına təsir göstərir. E.Hüseynov deyib ki, saxta malların satışı ilə məşğul olan fiziki və hüquqi şəxslər rəsmi kassa çeki də vermirlər. AİB Babək prospektindəki mağazalarda, “Maşın bazarı” kimi tanın ticarət mərkəzində çoxlu belə faktlar aşkarlayıb. “Əksər saxta mal satışı yerlərində istehlakçı hər hansı maliyyə sənədi tələb etdikdə, hətta saxta “qaimə faktura”nı da vermirlər, yəni iz qoymurlar! Saxta hissələrin markalanmasında istehlakçıları aldatmaq məqsədilə əksər hallarda “Mobis” haloqramından istifadə olunur”. Müsahibimizin sözlərinə görə, mövcud şəraitdən sui-istifadə edən çoxsaylı fiziki və hüquqi şəxs müxtəlif ölkələrdən - Çin, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Koreya, Rusiyadan “Hyundai” markalı avtomobillərə  məxsus müxtəlif növdə saxta hissələr idxal edirlər.  “Saxta avtomobil ehtiyat hissələri satıldığı yerlər əsasən Bakı şəhərindəki Babək prospektində yerləşən “Avto Mall” ticarət mərkəzində, “Koreya avtomobil hissələri” (Köhnə adı “Fovarit”) mağazasında və həmin prospektdəki çoxsaylı dükanlardır. Ümumiyyətlə, saxta avtohissələr ölkəmizin bütün ərazisində geniş şəbəkə ilə satılır! Bazardakı bu sahədə olan xaos haqsız rəqabət mühiti yaratmaqla, istehlakçıların hüququnun pozulması, onların aldadılması ilə müşayiət olunan keyfiyyətsiz mallarla təminatına səbəb olur”. AİB sədri bildirib ki, yol-nəqliyyat hadisəsi baş verdikdə, sığorta şirkətləri də bu “fürsəti” əldən vermir, yəni saxta avtomobil hissələrinin istifadəsindən yararlanır və ödənilən məbləğdə bunu nəzərə alırlar: “Bununla bağlı digər problem avtotəmir məntəqələrinin əksəriyyətində saxta avtomobil hissəsindən geniş istifadə olunması, avtomobilini təmir etdirən şəxslərlə heç bir müqavilənin bağlanılmaması, ödənilən məbləğ müqabilində rəsmi maliyyə sənədinin verilməməsidir. Xidmətdən istifadə etmiş sürücünün ustanın səhvi üzündən hadisə törədib hətta dünyasını dəyışsə belə, sonuncu dəfə avtomobilini harada təmir etdirdiyinə dair heç bir faktın olmamasıdır. Bunlar hamısı ciddi istehlakçı və dövlətin qanunlarının pozulmasıyla bağlı məsələlərdir. Araşdırma göstərir ki, təkcə “Hyundai” saxta hissələrinin mal dövriyyəsi illik təqribən 2 000 000 manatdan yüksəkdir”. E.Hüseynov bildirib ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində saxta və ya keyfiyyətsiz malların idxal edilməsinə görə cəzalar nəzərdə tutulub. Saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə, saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. “Tək “Hyundai” avtomobil hissələrinin deyil, digər markalı avtomobil hissələrinin də saxtaları əmtəə bazarında geniş şəbəkə ilə satılır, nə üşün müsadirə edilmir, niyə dövlətin qanunlarına əməl edilmir?! Biz “Hyundai” markalı saxta avtomobil hissələrinin geniş şəbəkə ilə satıldığı ticarət məkanlarını araşdıraraq, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, Gömrük Komitəsinə, Daxili İşlər Nazirliyinə, Vergi Xidmətinə, Əqli Mülkiyyət Agentliyinə rəsmi məlumatlar göndərmişik”, - Eyyub Hüseynov vurğulayıb.

Biləsuvarda faciə: Sınıqçı 2 yaşlı qızı masaj etdi, azyaşlı öldü

Biləsuvar rayonunda faciəvi hadisə baş verib. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Bəydili kəndində sınıqçı kimi tanınan 1961-ci il təvəllüdlü Nərgiz Şahverən qızı İmanova yaşadığı evdə Biləsuvar şəhər sakini, 2022-ci il təvəllüdlü Nəzrin Emin qızı Qubadlının sümüklərini masaj edərkən azyaşlının vəziyyəti pisləşib. Nəticədə 2 yaşlı N.Qubadlı ölüb. Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.

ABŞ-də atışma zamanı beş nəfər yaralanıb

ABŞ-nin Kentukki ştatında kütləvi atışma nəticəsində beş nəfər yaralanıb. Sozcu.az-ın məlumatına görə, bu barədə CNN telekanalı hüquq-mühafizə orqanlarına istinadən xəbər verib. "Şerif ofisinin məlumatına görə, şübhəlinin axtarışı başlayıb", - məlumatda deyilir. Hadisə Lorel dairəsində baş verib. Polis atıcının axtarışını davam etdirir. Ştatın qubernatoru Endi Beşir magistral yolu hər iki istiqamətdə bağlatdırıb. O, yerli sakinləri təhlükəli zonadan qaçmağa çağırıb.report)

Ağdaşda 28 yaşlı gənc öldürüldü

Sentyabrın 8-də saat 00:05 radələrində Ağdaş şəhərində 1996-cı il təvəllüdlü İlkin İsgəndərlinin kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin regional qrupundan məlumat verilib. Əməli törədən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirilir.

"Bəsdir Putindən qorxdunuz!.." - Amerika kəşfiyyatının rəhbəri

Bill Börns Qərbi Rusiya hər dəfə nüvə silahı ilə hədələməyə başlayanda qorxmağı dayandırmağa çağırıb... Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Börns Londona səfəri zamanı deyib ki, Qərb liderləri Rusiyanın nüvə şantajı cəhdlərinə təmkinlə yanaşmalı və bunun Kremlin dayandırmaq fikrində olmadığı adi bir praktikası olduğunu başa düşməlidirlər. Sozcu.az "TSN"-ə istinadla  xəbər verir ki, bu barədə "The Guardian" yazır. “Putin bir xuliqandır. O, zaman-zaman öz silahlarıyla hamını hədələməkdə davam edəcək... Biz bunu yadda saxlamalıyıq”, - deyə MKİ rəhbəri bildirib. Eyni zamanda, Börns etiraf edib ki, o, vaxtilə Rusiyanın Ukraynaya nüvə zərbəsi endirə biləcəyi ilə bağlı təhdidlərinə inanıb. “2022-ci ilin payızında elə bir məqam var idi ki, mən Rusiyanın Ukraynada taktiki nüvə silahından potensial istifadəsinin real riskinin olduğuna inanırdım”, - deyə o bildirib. Börns indi əmindir ki, Kremlin bu cür bəyanatlarına çox da ciddi yanaşmaq olmaz. MKİ rəhbəri həmçinin bildirib ki, 2022-ci ilin noyabrında o, Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə şəxsən Türkiyədə görüşüb və Rusiyanın nüvə silahından istifadəsinin hansı nəticələrə gətirib çıxaracağını ona “aydın şəkildə izah edib”. Xatırladıılır ki,  Ukrayna lideri Zelenski də Putin nüvə silahından istifadə etməyəcəyini düşünür. Rusiyanın nüvə təhdidləri hədə-qorxudan başqa bir şey deyil. Rusiya həm ruslara, həm də beynəlxalq ictimaiyyətə gücünü göstərmək üçün bu taktikaya əl atır.

Rusiyanın itkiləri 625 mini ötdü

Ukrayna müharibənin 928-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 625 260 hərbçi, 8 636 ədəd tank, 16 897 ədəd zirehli döyüş maşını, 17 804 ədəd artilleriya sistemi, 1 180 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 942 hava hücumundan müdafiə sistemi, 368 ədəd hərbi təyyarə, 328 ədəd helikopter, 24 218 ədəd avtomobil texnikası, 14 864 ədəd PUA, 2 588 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3047 xüsusi avadanlıq itirib.

Gəncədə zəlzələ oldu

Göygöl şəhərində 3,2 maqnitudalı zəlzələ olub. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Yeraltı təkanlar saat 10:25-də Tovuz stansiyasından 29 km şimal-şərqdə qeydə alınıb. Zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib. Zəlzələ episentrdə və ətraf yaxın rayonlarında 3 bala qədər hiss olunub.

Bakıdakı yaşayış evində partlayış: xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 50 m² olan birmərtəbəli ikiotaqlı fərdi yaşayış evində ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib. Hadisə nəticəsində evə ziyan dəyib, 1 nəfər xəsarət alıb. FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

“Bəzi müəllimlər nəşriyyatlarla əlbirdir, onlardan faiz alırlar” - AÇIQLAMA

Tədris ilinin başlanmasına sayılı günlər qalıb. Hər il olduğu kimi bu il də şagirdlərdən müxtəlif vəsaitlərin, iş dəftərlərinin alınması tələb olunacaq. Bəzi valideynlər bunu normal qarşılasa da, bəziləri maddi cəhətdən çətinlik yaşadıqları üçün bütün bunları lazımsız hesab edir. Maraqlıdır, bu əlavə dərs vəsaitlərinin alınmasına ehtiyac varmı? Mövzu ilə bağlı KONKRET.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, əlavə vəsaitlərin alınmasını tələn edən müəllimlər bəzi nüanslara diqqət yetirməlidirlər: Elmin Nuri: “BDU kimi nəhəng universitet hətta öz tələbələrini belə  magistraturaya cəlb etmək imkanına malik deyil” Pravda.az “Həmişə balansı qorumağa çalışmışam. Lakin bu mövzuda valideynləri müdafiə edəcəm. Müəllimlər deyəcəklər ki, bu vəsaitlər mövzunun daha yaxşı mənimsənilməsi üçün alternativ variantdır. Mən bununla razı deyiləm. Doğrudur, onların müəyyən qədər faydası var, lakin müəllimlər alternativ vəsaitlərə qaçmaqla yanaşı anlayışlı olmalıdır. Çünki repetitorluq ilə məşğul olub, müəyyən miqdar gəlir əldə edən biri üçün bu vəsaitlərin alınması problem deyil, amma uşağına hər ay müəyyən büdcə ayıran bir valideyn üçün o büdcədən kənar xərcin olması problemdir. Bu gün ölkəmizdə orta statistik  valideyn üçün maddi sıxıntılar kifayət qədərdir. Bu səbəbdən onların maddi sərfiyyatını da düşünmək lazımdır”. O həmçinin əlavə edib ki, uşaqların zehni tutumunu yükləmək olmaz: “Hər bir insanın qavrayış tutumu, zehni götürmə qabiliyyəti var. Əlavə vəsaitlərlə uşağın zehni tutumunu pis vəziyyətə salırıq. Biz 10 kiloqram yükdaşıma qabiliyyəti olan birinə 15 kiloqram yük verməklə ona zülm etmiş olarıq”. Tədqiqatçının sözlərinə görə, bəzi müəllimlər nəşriyyatlarla əməkdaşlıq edirlər: “Bəzi müəllimlər, məktəb rəhbərliyi nəşriyyatlarla əlbir olaraq dərs dedikləri siniflərdə onların vəsaitlərini şagirdlərə satır və buradan müəyyən faizlər əldə edirlər”.

Sentyabrın 7-si ilə bağlı əhaliyə RƏSMİ XƏBƏRDARLIQ

Bir neçə gün ərzində Bakıda və Abşeron yarımadasında, həmçinin Xəzər dənizi sahili boyu ərazilərdə müşahidə olunan tozun konsentrasiyası hazırda norma həddinə düşüb. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib. O qeyd edib ki, sentyabrın 7-si səhər saatlarından başlayaraq sinoptik vəziyyətlə əlaqədar yenidən ölkə ərazisinə şərq istiqamətindən transsərhəd toz-dumanının daxil olması gözlənilir:  "Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq iki gün ərzində davam edəcək".