Ermənistanda insident: Rusiya əsgəri başından yaralandı

Ermənistanda rus əsgəri özünü başından vurub. Sozcu.az Bakupost.az-a istinadla xəbər verir ki, iyulun 10-da başından güllə yarası alan əsgər Gümrü şəhərinin tibb mərkəzinə aparılıb. Zərərçəkmiş təcili əməliyyat olunub və hazırda reanimasiya şöbəsində komadadır. Həkimlər onun vəziyyətini son dərəcə ağır qiymətləndirirlər. İlkin məlumata görə, yaralı Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazasının hərbçisidir. Onun Rusiya vətəndaşı Aleksey Q. (2002-ci il təvəllüdlü) olduğu müəyyən edilib. İntihara cəhd variantı nəzərdən keçirilir.

Tehranda partlayış oldu

Tehranın Çitqar bölgəsində hündürmərtəbəli yaşayış binasında partlayış olub. Sozcu.az xəbər verir ki, bu haqda yerli media məlumat yayıb. Şahidlərin sözlərinə görə, partlayışa səbəb kiçik ölçülü pilotsuz uçan aparat zərbəsi olub. Tehran Fövqəladə Hallar Təşkilatı isə partlayışın qaz sızması nəticəsində baş verdiyini bildirib.

ABŞ-dan Azərbaycanın qonşusu ilə bağlı xəbərdarlıq

ABŞ vətəndaşları heç bir səbəbdən İrana səfər etməməlidir. Sozcu.az xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamenti xəbərdarlıq edib. “Biz vətəndaşlarımıza, xüsusən də ikili vətəndaşlığı olan şəxslərə İrana səfər etməməyi tövsiyə edirik”,- xəbərdarlıqda bildirilib.

Bu müəllimlərin yarısı qiymətləndirmədən KƏSİLİB

Məktəbəqədər təhsil müəssisəsində çalışan 4977 müəllim diaqnostik qiymətləndirmədən 30-dan az bal toplayıb. Sozcu.az xəbər verir ki, 2024-cü ildə məktəbəqədər təhsil müəssisələrində çalışan 11 218 nəfər tərbiyəçi-müəllimin ilk dəfə diaqnostik qiymətləndirilməsi keçirilib. Müəllimlərdən sadəcə 1-i maksimum – 60 bal toplayıb. Digər göstəricilər isə aşağıdakı kimidir: 50 baldan yuxarı toplayanların sayı – 324 nəfər (2.9%) 46 baldan 51 bala qədər – 911 nəfər (8.1%) 41 baldan 46 bala qədər – 1380 nəfər (12.3%) 36 baldan 41 bala qədər – 1624 nəfər (14.5%) 30 baldan 36 bala qədər – 2002 nəfər (17.8%) 30 baldan aşağı toplayanların sayı – 4977 nəfər (44.4%)

Kansler: Almaniya "Patriot"ları alıb, Ukraynaya göndərməyə hazırdır

Almaniya ABŞ-dan “Patriot” sistemlərini alaraq Ukraynaya göndərməyə hazırdır. Sozcu.az xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Mertz Romada keçirilən Ukraynaya dəstək konfransında deyib. Mertz ötən həftə ABŞ Prezidenti Donald Trampla bu barədə danışdığını, lakin qəti qərar verilmədiyini bildirib.

SON DƏQİQƏ: “Azərbaycanda əsgərlik yaşı 20-yə qaldırıla bilər”

“Azərbaycanda hərbi xidmət yaşı ilə bağlı uzun müddətdir müzakirələr aparılır. Artıq hərbi xidmət yaşının 18-dən 20-yə qaldırılmasının vaxtı çoxdan çatıb.” Bu fikirləri hərbi ekspert Üzeyir Cəfərov KONKRET.az-a açıqlamasında səsləndirib. Ekspertin fikrincə, 18 yaş məktəbli yaşına uyğun gəlir və bu dövrdə gənclər hələ həyat təcrübəsi qazanmamış olur: Toyuqlu pizza “Məktəbi yeni bitirən gənc ali təhsil ala bilmədikdə dərhal orduya göndərilir. Bu, olduqca ciddi rejimli bir mühitdir. Halbuki, həmin şəxslərə bir şans verilməlidir. Ola bilər ki, imtahanda uğur qazanmayıb və ya başqa səbəbdən ali təhsil ala bilməyib. Bu, o demək deyil ki, dərhal hərbi xidmətə aparılmalıdır”, – deyə ekspert bildirib. Üzeyir Cəfərov hesab edir ki, bu məsələdə Elm və Təhsil Nazirliyi güc strukturları ilə birgə çalışmalıdır: “Komandirlər hərbi xidmətə yeni gələn gənclərin yaşadığı çətinliklərlə üzləşir. Hərbi xidmətin 20 yaşdan başlaması insanın bir qədər də formalaşması baxımından daha məqsədəuyğundur. Təhsilini davam etdirmək istəyənlərə şərait yaradılmalıdır. Peşə təhsili müəssisələrinə də üstünlük verilməlidir. Əgər biri ali məktəbə daxil ola bilməyibsə, ən azından bir peşəyə yiyələnə bilər”. Ekspert bildirib ki, çağırış dövründə 18 yaşlı gənclərin əsgər gedərkən yaşadığı psixoloji sarsıntılar da nəzərə alınmalıdır: “Zar-zar ağlayan çağırışçılar görürük. Səhər rejimi, nizam-intizam, gigiyenik qaydalar, bunların hamısı böyük psixoloji gərginlik yaradır. Ona görə də bu yaşın 20-yə qaldırılması zəruridir”. Üzeyir Cəfərovun sözlərinə görə, inkişaf etmiş ölkələrdə bu cür yanaşma mövcuddur və Azərbaycanda da bu model tətbiq olunmalıdır. O, hərbi xidmət yaşının tez bir zamanda 18-dən 20-yə qaldırılmasının vacibliyini vurğulayıb”.

Putin müharibədən çıxış yolları axtarmır - Zelenski

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı mübarizəni davam etdirməyi planlaşdırır. O, müharibədən çıxış yolları axtarmır. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib. "İlin ortasıdır və onun birinci yarısı bir neçə şeyi aydınlaşdırdı. İndi bütün tərəfdaşlara aydındır ki, Rusiya bütün sülh səylərinə mane olur. Və atəşkəslə bağlı bütün təklifləri, o cümlədən ABŞ-ın təklifini rədd edən Putindir. Rusiya nəinki cəbhəyə təzyiq edir, müharibəni genişləndirməyə çalışır, silah istehsalı üçün böyük resurs sərf edir”, - deyə Zelenski bildirib.

Starmer və Makron Rusiyanı müzakirə etdi

Böyük Britaniyanın Baş naziri Keyr Starmer və Fransa Prezidenti Emmanuel Makron arasında Londonda görüş baş tutub. Sozcu.az xarici mediaya istinadən xəbər verir ki, Londonda keçirilən görüşdə diplomatiya ilə yanaşı, Rusiyaya təzyiqlərin artırılmasının zəruriliyi müzakirə olunub. Starmer qeyd edib ki, Avropanın Ukraynada sülhməramlı qüvvələri yaratmaq planları bir neçə aylıq planlaşdırmadan sonra nəhayət formalaşıb. Makron isə atəşkəs razılaşması əldə olunarsa, onların həyata keçirilməyə hazır olduğunu vurğulayıb.

Kimsə bərkdən qışqırırsa, qorxub imtahanı ləğv etməliyik? - Nazir narazı müəllimlərə cavab

Kimya müəllimlərinin sertifikasiya prosesində heç bir qeyri-adi hal olmayıb. Sozcu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim–keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib O bildirib ki, həmin suallara nəzər yetirilib:  “Küçədən keçən insanlar da sertifikasiya prosesinə etiraz edir. Sertifikasiya prosesində iştirak etməyən şəxslərin də etiraz etməsi düzgün deyil”. Nazir kimya fənnindən sertifikasiya imtahanında iştirak edən müəllimlərin narazılıqlarına belə reaksiya verib: "Biz imtahanlardan sonra testləri təhlil edirik. Bu o demək deyil ki, kimsə bərkdən qışqırsa, biz ondan qorxub imtahanı ləğv edəcəyik.  20 min müəllimi sertifikatlaşma etmişik. Onlardan 5-i imtahana telefon keçirmək istəyib. Biz telefonu alıb, onları imtahandan kənarlaşdırmışıq. Bu o demək deyil ki, sertifikatkaşma prosesi düzgün deyil. Kimya fənninə gəlincə isə, 350 nəfər yüksək bal toplayıb. Biz yavaş-yavaş T test şkalalarına keçirik. Bunu zamanla hamı öyrənəcək".

Liderlərin görüşündə fasilə elan edildi

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla təkbətək formatda görüşünə fasilə verilib. Sozcu.az xəbər verir ki, görüş fasilədən sonra davam edəcək.

Azərbaycanda 7318 müəllim İŞDƏN ÇIXARILDI

7318 müəllimin işinə xitam verilib. Növbəti il bütün müəllimlər sertifikasiyadan keçmiş olacaq. Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib. O, prosesdən əvvəl yaranan narazılıqları xatırladıb: “Amma bu gün növbəti mərhələ uğurla yekunlaşır. Ötən il 31 852 nəfər ibtidai sinif üzrə sertifikasiyadan keçib”. “Ümumilikdə bugünə 7 318 müəllim uğursuz nəticə göstərib. 700 ə qədər müəllim birinci iştirakdan sonra uğursuzluqdan ikinci mərhələdə iştirak etməyib və özü işdən aurılıb. Biz başa düşürük ki, proses ağırdır, amma 30 suala cavab verməyğn müəllimin məktəbdə tədris aparması düzgün deyil. Sertifikatlaşıdırmada verilən suallar xüsusi çətin deyil. Mərhələli şəkildə müəllimlər standartlara cavab verən mütəxəssislər olsun”.

50 min ana və körpə ac qalır – Qəzzada insanlıq faciəsi

Qəzza zolağında yaşayan 50 mindən çox ana və körpə aclıq təhlükəsi ilə üz-üzədir. Bölgədə körpələr üçün nəzərdə tutulan mama və qida ehtiyatlarının tükənməsi səbəbindən ac uşaq sayının artması ciddi narahatlıq doğurur. Sozcu.az xarici mətbuata istinadən xəbər verir ki, beynəlxalq humanitar təşkilatlar və yerli yardım qurumları ərzaq çatışmazlığı və blokadalar nəticəsində ana və körpələrin qida təminatının kəskin şəkildə azaldığını bildirir. Bu, körpələrin sağlamlığının və həyatının təhlükə altında olduğunu göstərir. Humanitar kömək çağırışları gücləndirilsə də, bölgədə vəziyyət hələ də kritik olaraq qalır və beynəlxalq ictimaiyyətin dərhal müdaxiləsi zəruridir. Qida qıtlığı səbəbindən körpələr arasında zəiflik və xəstəlik hallarının artması müşahidə edilir. pizza sifarişi Beynəlxalq təşkilatlar Qəzza zolağında yaşayan insanların həyatını xilas etmək üçün qida və tibbi yardımın artırılmasını tələb edir. Eyni zamanda, bölgədə blokadaların yumuşaldılması və humanitar yardımın maneəsiz çatdırılması üçün siyasi addımların atılması çağırılır.

55 yaşlı kişi faciəvi şəkildə öldü

Hacıqabulda 55 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Sozcu.az xəbər verir ki, hadisə rayonun İkinci Udulu kəndində baş verib. Kənd sakini, 1970-ci il təvəllüdlü Yusif Əli oğlu Ağayev yaşadığı evin həyətyanı sahəsində yerləşən artezian quyusundan su götürmək istəyən zaman, nasosa qoşulmuş və gərginlik altında olan elektrik naqilinin izolyasiyasız hissəsinə toxunması nəticəsində cərəyan vurmasından hadisə yerində ölüb. Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırma aparılır.

Yoxsul vətəndaşları taleyin ümidinə qalan, yavan çörəyə möhtac olan məmləkət...

Yoxsul vətəndaşları taleyin ümidinə qalan, yavan çörəyə möhtac olan məmləkət... Milyonlar səltənətinin vətəndaşları nə üçün işsiz və ac-yalavac qalmalıdır öz yurdunda? Birbaşa mətləbə keçim. Gün kimi aydındır ki, Azərbaycanda neçə illərdir işsizlik tüğyan edir. Şəxsən mən, dövlətin aidiyyatı qurumlarında işsiz vətəndaş kimi rəsmi olaraq qediyyatdan keçmişəm. İşsizlik statusum var. Amma dövlət tərəfindən mənə işsizlik müavinəti verilmir. Niyə axı? Nə üçün belə olmalıdır ki? Qərbdə, Avropa ölkələrində işsiz vətəndaşlara dövlət tərəfindən müəyyən olunmuş sosial müavinət verilir. Yəni işsiz vətəndaşlar bu maliyyə hesabına sosial baxımdan həyatını  idarə etsin və yaşaya bilsin. Söz düşmükən, bir ciddi nüansı da demək istyirəm. Ali təhslliyəm. Bir neçə sahə üzrə təhsilim var. Amma neçə illərdi ki, işsizəm, işləmirəm. Çünki ölkədə iş yerləri yoxdur işləmək üçün. Bu yerdə sual olunur ki, işləməyən vətəndaşlar necə yaşamalıdır sosial-iqtisadi baxımdan?  İşsiz olduğu üçün pulsuz qalan vətəndaşlar ac-yalavac qalıb həyatı ilə vidalaşa bilər axı. Sizcə, yavan çörəyə möhtac olan ac insan uzun müddət necə yaşaya bilər sosial baxımdan? Məmurlar çox yaxşı bilir ki, bu, qəti şəkildə mümkün deyil. Cənab məmurlar, ölkə əhalisini yüksək rifah halında yaşatmaq lazımdır. Çünki bizlər milyonlar səltənəti, neft-qaz ölkəsi olan Azərbaycanın vətəndaşlarıyıq. Bukimi amilləri niyə nəzərə almırsınız ki?  Azərbaycanda həm bakalavr, həm də migistratura təhsili olan minlərlə gənclər iş tapa bilmədikləri üçün işsizdir. Çox böyük ürək yanğısıyla qeyd edim ki, bu gənclərin çoxusu məcburiyyət qarşısında ana dediyi öz doğma Vətənini tərk edib uzaq Avropa ölkələrinə üz tuturlar.  Yəni gənclər buna məcbur olur. Cənablar, sizcə, zəngin ölkəsi olan XALQı belə yaşatmaq lazımdırmı? Yaxşı bilirsiniz ki, bu ölkənin saysız-hesabsız təbii sərvətləri var. Bu sərvətlərdən ölkə büdcəsinə daxil olan yüsək məbləğdə maliyyə vəsaiti hara xərclənir, kimlərin cibini doldurur bəs? Ümumiyyətlə, ölkədə zavodlar, fabriklər açılmır, istehsalat sahələri yaradılmır, iri sənye müəssisələri tikilmir. Axı nə üçün, hansı səbəblərə görə yeni iş yerləri açmırsınız ki, işsiz vətəndaşlar da işlə təmin olunsun. Nədən belə laqeyd yanaşırsınız ölkə vətəndaşlarının həyatına?  Bəzi xəbər saytlarının yazdığını oxuyanda xəbərdar oluruq ki, qeyri-rəsmi məlumata görə Azərbaycanda 650 minə yaxın əmək qabiliyyətli işsiz olan vətəndaşlar var.  Bu isə ürəkaçan xəbər deyil amma. Hökumət üzvləri, eləcə də məmurlar, sizlər idarəçiliyi necə edirsiniz? Cənablar, necə düşünürsünüz, idarəçilik belə olurmu? Mənim kimi ali təhsilli minlərlə vətəndaşlar işsizdir. Hökumət isə 1 qara qəpik də olsa işsizlik müavinəti ödəmir ölkənin işsiz qalan vətəndaşlarına. Bu, nə dərəcədə düzgündür sizcə, vəzifəli şəxslər, məmurlar. Cənab Baş nazir və hökumət üzvləri, eləcə də Azərbaycan dövlətinin bu məsələlərlə bağlı aidiyyatı qurumlarının rəhbərləri.... İşlə təmin etmədiyiniz, ölkədə iş yerlərinin olmamasına görə iş tapa bilməyən minlərlə vətəndaşların həyatından, işsiz olanların ac-yalavac qalmasından, ürək yandıran sosial vəziyyətindən niyə xəbəriniz yoxdur? Nə üçün belə olmalıdır? Hökumət olaraq bu ciddi məsələlərdən xəbəriniz olmalıdır axı... Niyə xəbərsizsiniz əhalinin çox hissəsinin ağrılı-acılı, əzablı gün-güzaranından? Xəbəriniz olsaydı yəqin ki, XALQın əksər hissəsinin sosial durumu bu qədər acınacaqlı gündə olmazdı. Amma bukimi məsələlərə cavabdeh olsaz da təəssüflər ki, sizlər vətəndaşların ağır, çətin və dözülməz sosial durumundan xəbərsizsiniz. Çox-çox təəsüf olsun belə xoşagəlməz hallara.  Şair jurnalist kimi məni şox təəccübəndirir ki, hökumət üzvlərinin, həmçinin yüksək vəzifəli şəxslərin məmurların işinin adı nədir görəsən? Sizlər nə işlə məşğulsunuz bəs?  Hökumət olaraq ölkə vətəndaşlarının sosial-iqtisadi baxımdan necə yaşamasına və hər bir vətəndaşın öz ayaqları üstündə dura bilməsinə, firavan həyat yaşamasına  cavabdehsiniz. Cavabdehliyinizi bu formada yerinə yetirirsinizmi cənablar? P. S. Həzrəti Süleymana qalmayan dünyadı. P. S. Sərvət, pul-para bu dünyada qalacaq... XATİRƏ ƏZİZ Rəhimli Şair-jurnalist

Artur Sərkisyan həbs edildi

Ermənistanda “Hayastan” fraksiyasının deputatı Artur Sərkisyan həbs edilib. Sozcu.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumata görə, onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, bundan öncə prokurorluğun müraciəti ilə A.Sərkisyanın deputat toxunulmazlığı ləğv edilmişdi.

Putindən Boqdanovla bağlı gözlənilməz qərar...

Mixail Boqdanov Rusiya xarici işlər nazirinin müavini, habelə Rusiya Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi vəzifələrindən azad edilib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin rəsmi hüquqi informasiya portalında yayımlanmış müvafiq fərmanlarında deyilir.

Zelenski Roma Papası ilə bir arada

İtaliya Prezidenti Sercio Mattarella Romada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Sozcu.az xəbər verir ki, görüşdə iki ölkə arasında dostluq, İtaliyanın Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hərtərəfli dəstəyi ilə bağlı fikir mübadiləsi aparılıb. Sercio Mattarella ölkəsinin mövqeyinin tamamilə qəti olduğunu və Ukraynaya hərtərəfli dəstək olacağını bildirib. Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo isə Ukrayna Prezidentini İtaliyanın paytaxtından təxminən 25 kilometr məsafədə yerləşən Kastel Qandolfo qəsəbəsindəki iqamətgahında qəbul edib. Papa Leo Rusiya və Ukrayna nümayəndələrini danışıqlar üçün Vatikanda qarşılamağa hazır olduğunu bir daha qeyd edib. Görüşdə sülhə aparan ədalətli və davamlı yolların aktuallığı, bunun üçün də dialoqun vacibliyi vurğulanıb. Qeyd edək ki, Volodimir Zelenski iyulun 10-11-də Romada keçiriləcək Ukraynanın Bərpası Konfransında iştirak etmək üçün İtaliyaya gəlib.

Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın bəzi rayonlarında iyulun 10-da şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. pizza sifarişi Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Moskvada Azərbaycan diasporunun rəhbəri deportasiya edilir

Azərbaycan diasporunun Moskvada rəhbəri Elşən İbrahimov ölkədən deportasiya edilir. "Report"un “Baza” telegram-kanalına istinadən verdiyi xəbərə əsasən, bir neçə gün bundan əvvəl o Rusiya vətəndaşlığından məhrum edilib. Məlumata əsasən, hazırda E.İbrahimov Moskvanın Şeremetyevo aeroportundadır və “Aeroflot”un gecə reysi ilə Bakıya göndəriləcək.

Torpaq üzərindəki hüquqların qeydiyyat qaydaları DƏYİŞİR

Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarında dəyişiklik edilir. Sozcu.az xəbər verir ki, məsələ Milli Məclisin iyulun 14-də keçiriləcək iclasının gündəliyinə daxil edilən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksinin tapıb. Qanun layihəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası (məqsədli təyinatı) dövlət torpaq kadastrında saxlanılan məlumatlara uyğun gəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparılacaq. Həmçinin, araşdırmanın nəticəsinə əsasən təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınacaq və dövlət torpaq kadastrında müvafiq düzəlişlər edilir. Bundan əlavə, yuxarıda nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə biləcək.

Bu rayonlarda həkimlərin maaşları verilmir

Mingəçevir, Bərdə, Tərtər, Ağdam, Qəbələ və Ağcabədi rayonlarında fəaliyyət göstərən Təcili və Təxirəsalınmaz Tibbi Yardım mərkəzlərinin əməkdaşlarına ötən ayın məvacibləri verilməyib. Sozcu.az xəbər verir ki, bu barədə "Teleqraf"a işçi heyəti məlumat verib. Bildirilib ki, eyni problem ölkənin digər şəhər və rayonlarında da mövcuddur.

Meyiti aşkarlanan şəxsin kimliyi məlum oldu

Yuxarı Qarabağ kanalından aşkarlanan naməlum meyitin kimliyi məlum olub. Sozcu.az xəbər verir ki, meyiti aşkarlanan şəxs Yevlax rayon sakini, 1985-ci il təvəllüdlü Səxavət Novruz oğlu Abdullayevdir. Qeyd edək ki, ötən gün Bərdə rayonunda Yuxarı Qarabağ kanalından naməlum meyit aşkar edilib. Naməlum meyit kanalın Həsənqaya kəndi ərazisindən keçən hissəsində tapılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Azərbaycanda xərçəng xəstələrinin sayı artdı

Ötən il Azərbaycanda 73 875 nəfər xərçəng xəstəsi kimi qeydiyyatda olub. Sozcu.az xəbər verir ki, bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, 2024-cü ildə tibb müəssisələrində bədxassəli yenitörəmə diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı 73 875 olub. Məlumata əsasən onlardan 28 098 nəfəri kişi, 45 777 nəfəri isə qadın olub. Qeyd edilib ki, 2023-cü ildə isə qeydiyyatda olan xərçəng xəstələrinin sayı 69 435 nəfər olub ki, onlardan 25 840 nəfəri kişi, 43 595 nəfəri isə qadın olub.

Trampın şok səs yazısı: Moskva və Pekini bombalayacam!

ABŞ Prezidenti Donald Trampın Moskva və Pekini bombalamaqla təhdid etdiyinə dair səs yazısı yayılıb. Sozcu.az APA-ya istinadla xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Səs yazısının Trampın prezidentlik kampaniyasına dəstək verən maliyyəçilər tərəfindən yayıldığı bildirilir. Tramp Rusiya Prezidenti Vladimir Putinlə danışığında onu Ukraynaya hücumdan çəkindirməyə çalışdığını bildirir, əks təqdirdə Moskvanı bombalayacağını deyir: “O (Putin), mənə dedi ki, sənə inanmıram. Məncə, o, həqiqətən də mənə inanmadı”. ABŞ lideri Çin Xalq Respublikasının Sədri Si Szinpini də Tayvana hücumdan çəkindirməklə bağlı xəbərdar etdiyini vurğulayır: “Ona (Si Szinpin) dedim ki, Tayvana hücum etsən, Pekini bombalayacağam. O da mənə inanmadı. Onlar, sadəcə, mənim sözlərimin 10%-nə inandılar. Amma bizim problemimiz olmadı”. CNN-in verdiyi xəbərdə səs yazısının 2024-cü ilə aid olduğu bildirilir. Tramp administrasiyası yayılmış səs yazısına hələ ki münasibət bildirməyib.