Bakıda temperatur 11 dərəcəyə düşəcək - DƏHŞƏTLİ SOYUQLAR GƏLİR

Oktyabr ayında keçid dövrünə xas olan hava şəraiti müşahidə edilir. Tutqun günlərin sayı çoxalır, düşən yağıntıların miqdarı və havanın temperaturu ötən aylardan fərqlənir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. vakansiyalar Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur. Birinci ongünlüyün ilk günlərində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 16-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 11-16 dərəcə isti, gündüzlər 20-25 dərəcə isti, bəzi günlərdə 28 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 26-40 mm). Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 15-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 8-13 dərəcə isti, gündüzlər 19-24 dərəcə isti, bəzi günlərdə 29 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 19-32 mm). Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəyrayonlarında havanın orta aylıq temperaturunun 10-14 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 20 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir ( norma 47-56 mm). Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 10-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 17-20 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 53-56 mm). Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 14-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 8-13 dərəcə isti, gündüzlər 18-23 dərəcə isti, bəzi günlərdə 27 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir ( norma 31-61 mm). Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 13-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 6-11 dərəcə isti, dağlarda 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüzlər 14-19 dərəcə isti, bəzi günlərdə 22-25 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 33-126 mm). Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 17-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüzlər 19-24 dərəcə isti, bəzi günlərdə 28 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 31-46 mm) olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 14-18 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 9-14 dərəcə isti, dağlarda 4-9 isti, gündüzlər 19-24 dərəcə isti, bəzi günlərdə 27 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 96-274 mm).

Vidadi İsgəndərliyə hücum edənlər kimdir? - Qardaşı danışdı

“Həkimlər mənə onunla 1 dəqiqə görüşməyə icazə verdilər. Çünki reanimasiyadadır. Dedi ki, səhər saat 7 radələrində 3 nəfər pəncərədən evinə daxil olub. Yataq otağında bir nəfər ona bıçaq çəkib, 2 nəfər də qapını bağlayıb". Sozcu.az xəbər verir ki, bunu Fransada bıçaqlandığı xəbəri yayılan Vidadi İsgəndərlinin qardaşı Oqtay İsgəndərli i Qənimət Zahidin verilişində bildirib. O bildirib ki, hücim edən şəxs bıçaqla qardaşına alın nahiyəsindən zərbələr endirib: "Zərbələrin çoxu qardaşımın əlinə dəyib. Qardaşım hücum edən şəxsi itələyib yerə yıxıb. Daha sonra polisi çağırıb və içəri girən şəxslər qorxub qaçıblar. Onlar maskalı olub və heç bir dildə danışmayıblar. Ona görə də kim olduqları bilinmir”.

Gəncədə ŞOK: Mədəkiçiltmə əməliyyatı keçirən qadın öldü

Gəncədə mədəkiçiltmə əməliyyatı olunan qadın ölüb. Sozcu.az xəbər verir ki, hadisə sentyabrın 21-i Gəncə şəhərindəki özəl klinikalardan birində qeydə alınıb.  Üzərində mədəkiçiltmə əməliyyatı həyata keçirilən, Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü G.Bayramova əməliyyatdan bir həftə sonra dünyasını dəyişib. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

8-ci mərtəbədən yıxılan 12 yaşlı qız öldü

Sumqayıtda çoxmərtəbəli binadan yıxılan qız xəstəxanada dünyasını dəyişib. Sozcu.az Unikal.az-a istinadən xəbər verir ki, 12 yaşlı Kiçikxanım Burcəliyeva müalicə olunduğu klinikada vəfat edib. Xatırladaq ki, hadisə sentyabrın 28-də baş verib. K.Burcəliyeva ehtiyatsızlıq nəticəsində yaşadığı 9 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılmışdı.

82 yaşlı kişi qoz ağacından yıxılaraq öldü

Ağcabədi rayonunda bədbəxt hadisə baş verib. Sozcu.az Trend-ə istinadən istinadən xəbər verir ki, rayon sakini, 1942-ci il təvəllüdlü Nəsib Süleymanov yaşadığı evin həyətində qoz ağacından yıxılaraq ölüb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.

Bakıda dava düşdü: Bıçaqlananlar var

Bakının Xəzər rayonunda dava zamanı iki nəfər bıçaqlanıb. DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı BAKU.WS-ə bildirib ki, sentyabrın 29-da saat 23 radələrində paytaxtın Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakinləri 1997-ci il təvəllüdlü Nicat Hüseynovun və 1990-cı il təvəllüdlü Zaur Sultanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bir-birilərinə kəsici alətlə xəsarətlər yetirmələri barədə polisə məlumat daxil olub. Hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır. *** Bakının Xəzər rayonunda dava zamanı iki nəfər bıçaqlanıb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb. Binə Sovxoz ərazisində yaşayan 1997-ci il təvəllüdlü Nicat Hüseynov tanışı 1990-cı il təvəllüdlü Zaur Sultanovla əlbəyaxa dava edib. Dava zamanı hər iki şəxs bir-birinə bıçaq zərbələri vurub. Yaralanan N.Hüseynov və Z.Sultanov xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, Z.Sultanovun vəziyyəti ağırdır. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Göygöldə azyaşlının üzərinə dəmir qapı düşdü - Vəziyyəti ağırdır

Göygöldə bədbəxt hadisə baş verib. Sozcu.az APA-ya istinadla xəbər verir ki, rayon sakini 2019-cu il təvəllüdlü qızın üzərinə dəmir qapı düşüb. Azyaşlı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.

Nəsrullahın yerini İsrailə iranlı casus DEYİB

İranlı casus İsrailə öldürülən “Hizbullah” təşkilatının baş katibi Həsən Nəsrullahın Beyrutun cənub ətraflarında olması barədə məlumat verib. Sozcu.az xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti Livanın təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb. “İsraillilər mümkün olan hər şeyi etdilər, hədəflərini qaçırmaq istəmədilər”, - qəzet mənbəyə istinadən yazıb. Qeyd edək ki, sentyabrın 28-də İsrail Müdafiə Qüvvələrinin Beyrutun cənub ətrafına endirdiyi zərbələr nəticəsində Həsən Nəsrullah öldürülüb.

Həsən Nəsrullahın meyiti dağıntılar altından ÇIXARILDI

"Hizbullah" lideri Şeyx Həsən Nəsrullahın meyiti dağıntılar altından çıxarılıb.  Sozcu.az “Al Nahar” qəzetinə istinadən xəbər verir ki, Beyrutda hospitallardan birində Şeyx Həsən Nəsrullahın meyiti üzərində tibbi ekspertiza aparılıb. Qeyd edilib ki, "Hizbullah" lideri bombalanmanın yol açdığı güclü partlayışlar zamanı başından və bədənindən aldığı küt travma nəticəsində ölüb.

Qəzzada ölənlərin sayı AÇIQLANDI

İsrail ordusunun endirdiyi zərbələr nəticəsində Qəzzada həlak olan fələstinlilərin sayı 41 min 595 nəfərə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb. Ümumilikdə 96 251 insan zərər çəkib. Yalnız son sutkada 9 nəfər ölüb, 41 nəfər yaralanıb. Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.

İranda spirtli içkidən kütləvi zəhərlənmə: ölənlər var

İranın şimalında yerləşən Gilan vilayətinin Rəşt şəhərində saxta spirtli içkidən istifadə nəticəsində 4 nəfər ölüb. Sozcu.az xəbər verir ki, bu barədə İranın Gilan vilayəti Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Tağı Aşubi məlumat verib. Onun sözlərinə görə, ölənlər 22-40 yaşları arasında şəxslərdir və etanol və yaxud metanoldan istifadə nəticəsində zəhərləniblər. Aşubi bildirib ki, ümumilikdə Rəşt şəhərində saxta içkilərdən istifadə nəticəsində 20 nəfər zəhərlənib. Onlardan 6 nəfərinin vəziyyəti ağırdır.

ABŞ Yaxın Şərqdə hərbi təyyarələrinin sayını artırır

ABŞ yaxın günlərdə Yaxın Şərqdə yerləşdirdiyi hərbi təyyarələrin sayını artıracaq. Sozcu.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Ermənistan silahlanır, təcili addımlar atılmalıdır – XİN rəhbəri

Ermənistanın hərbi büdcəsini kəskin artırması, həm ənənəvi, həm də yeni təchizatçılardan külli miqdarda hücum silahları alması, keçmiş münaqişəyə əsaslanan tezisləri və strukturları saxlamaq cəhdləri ilə birlikdə konstitusiya dəyişikliklərinin həyata keçirilməsi xüsusunda səhlənkarlığı normallaşma prosesini xələl gətirir. Sozcu.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının Ümumi Müzakirəsində çıxışı zamanı deyib. “Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınması məsələsi hüquqi boşluqda qaldığı, habelə, daxili hüquqi və ya siyasi ssenarilərdən asılı olduğu təqdirdə, sülh və mehriban qonşuluq münasibətlərinin qurulması dayanıqlı və dönməz ola bilməz. Qonşulara qarşı irredentizm və ərazi iddialarının səbəb olduğu bu qədər ağrı və iztirablardan sonra “yarımçıq sülh” seçim ola bilməz. vakansiyalar Azərbaycan bu kritik məqamda normallaşma prosesinin başa çatdırılması üçün qalan əngəlləri aradan qaldırmağa məqsədilə tam məsuliyyət hissi ilə təcili addımlar atmağa çağırır. Ermənistanın beynəlxalq hüquqdan irəli gələn, habelə sülh prosesində öncədən üzərinə götürdüyü öhdəliklərə əməl etməklə bağlı məsuliyyəti ilə yanaşı, bütün beynəlxalq ictimaiyyət də tərəfləri həqiqi, dayanıqlı və əbədi sülhün bərqərar olmasına təşviq etmək məsuliyyəti daşıyır. Belə bir sülhə nail olunması tərəflərdən birinin digərinə qarşı manipulyasiya edilməsi və ya onlar arasında bölücü xətlərin çəkilməsi yolu ilə əldə edilməsi gözlənilən hər hansı dividentdən üstün tutulmalıdır. Dünyanın başqa bölgələrində iztirablara səbəb olmuş uğursuz təcrübələrin revanşizmi qızışdırmaq yolu ilə Cənubi Qafqaza sınaqdan keçirmək cəhdlərinə son qoyulmalıdır”, C.Bayramov bildirib.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Sentyabrın 28-i saat 23:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Almalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Sozcu.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb. Xatırladaq ki, sentyabrın 26-da da saat 16:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Ərəvus yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iri çaplı pulemyotlardan atəşə tutub.

949-cu gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 949-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 651 810 hərbçi, 8 869 ədəd tank, 17 476 ədəd zirehli döyüş maşını, 18 795 ədəd artilleriya sistemi, 1 205 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 962 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 328 ədəd helikopter, 25 495 ədəd avtomobil texnikası, 16 186 ədəd PUA, 2 610 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 297 xüsusi avadanlıq itirib.

Tramp qalib gəlsə, Ukrayna… - Zelenskidən sürpriz

ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə Ukraynanı dəstəkləyəcək. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. "ABŞ-da seçkilərdən sonra kimin prezident olacağını bilmirəm. Amma mən Donald Trampdan onun bizim tərəfimizdə olacağı, Ukraynanı dəstəkləyəcəyi barədə birbaşa məlumat aldım", - Zelenski bildirib. Qeyd edək ki, Tramp Ukraynaya külli miqdarda hərbi-iqtisadi yardımın ayrılmasına qarşıdır.

İranda helikopter qəzaya uğradı: ölənlər var

İranın cənub-şərqində helikopter qəzası baş verib. Sozcu.az xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb. Təsdiq edilməmiş məlumata görə, helikopter qəzasında Yəmən husilərinin İrandakı koordinatoru Məhəmməd Əbdüs-Salam və bir neçə nəfərin həlak olduğu bildirilir. Qəzanın sırf texniki, yaxud kənar müdaxilə səbəbindən baş verdiyi məlum deyil.

Hər il milyonlarla insan bu xəstəlikdən ölür

Ümumdünya Ürək Günü ilk dəfə 1999-cu ildə Ümumdünya Ürək Federasiyasının təşəbbüsü ilə təşkil edilib. Ümumdünya Səhiyyə Təşkilatı, UNESCO və digər mühüm təşkilatlar həmin təşəbbüsü dəstəkləyib. Əvvəlcə onu sentyabrın son bazar günü qeyd edirdilər, 2011-ci ildən isə sentyabrın 29-da keçirirlər. Sozcu.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində Ümumdünya Ürək Federasiyası 100-dən çox ölkədə tədbirlər keçirir. Həmin günün proqramına kütləvi sağlamlıq yoxlamaları, ictimai mühazirələr, tamaşalar, elmi forumlar, sərgilər, konsertlər, gəzintilər və idman yarışları daxildir. Hər il keçirilən Ürək Günü ürəyin sağlamlığı ilə bağlı müəyyən mövzuya həsr edilir. Hazırda ürək-damar xəstəlikləri dünyada ölümün və əlilliyin əsas səbəblərindən biri sayılır və hər il 20,5 milyon nəfər həyatını itirir. Ürək-damar xəstəliklərinə ürəyin və qan damarlarının xəstəlikləri, ürəyin işemik xəstəliyi, beyinin damarlarının xəstəliyi, arteriyaların periferik xəstəliyi, revmokardit, anadangəlmə ürək qüsuru, vena damarların trombozu və sair xəstəliklər aid edilir. Ürək-damar xəstəlikləri və insultun yaranmasının risk amilləri qan təzyiqinin yüksəlməsi, qanda xolesterinin və qlükozanın miqdarının artması, siqaret çəkmək, artıq çəki, piylənmə və fiziki hərəkətsizlik, meyvə və tərəvəzlərlə qidalanmanın azlığıdır. Yeri gəlmişkən, ürək-damar xəstəliklərinin inkişafına gətirib çıxaran qeyri-sağlam həyat tərzi ən çox uşaqlıq və yeniyetməlik dövründə inkişaf edir və yaşlandıqca həmin xəstəliklərə tutulmaq riski getdikcə artır. Ona görə də xəstəliyin profilaktikasına uşaq yaşlarından başlamaq lazımdır. Ümumdünya Ürək Federasiyasının məlumatına görə, sağlam həyat tərzi keçirmək, tütün istifadəsini məhdudlaşdırmaq, qidalanmanı nəzarətdə saxlamaq və fiziki fəallığı artırmaq hesabına infarkt və insult nəticəsində baş verən erkən ölüm hallarının qarşısını 80 faiz almaq olar.

Maye qaz balonu partlayıb, xəsarət alan var

Gəncədə evdə maye qaz balonu partlayıb. Hadisə nəticəsində 1958-ci il təvəllüdlü Y.Vəliyev yuxarı ətrafının yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.APA

Bakıda yolu keçən 7 yaşlı uşağı avtomobil vurdu

Bakının Xətai rayonunda 7 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Sozcu.az xəbər verir ki, 2017-ci il təvəllüdlü Ə.B yolu keçərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. socar vakansiya Faktla bağlı araşdırma aparılır.

Dolu düşəcək, qar yağacaq - Hava ilə bağlı XƏBƏRDARLIQ

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.  Sozcu.az xəbər verir ki, havanın temperaturu gecə 15-19° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-45 % olacaq.  Sentyabrın 28-da Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. vakansiya 2023 vakansiya Havanın temperaturu gecə 14-18° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq. 

Toyuna hazırlaşan qız faciəvi şəkildə öldü

Tərtərdə toyuna hazırlaşan 21 yaşlı qız faciəvi şəkildə ölüb. Hadisə Tərtər şəhərində yerləşən beşmərtəbəli binaların birində baş verib. 2003-cü il təvəllüdlü rayon sakini Arzu İlqar qızı Niftalıyeva yaşadıqları binanın dördüncü mərtəbəsində paltar sərərkən müvazinətini itirərək hündürlükdən yıxılıb. O, Mingəçevir Şəhər Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, vəfat edən qız nişanlı imiş, yaxın aylarda toyu olacaqmış.//Qafqazinfo.az

Elektrik şəbəkəsinin dispeçirini elektrik cərəyanı vuraraq öldürdü

Ağcabədi Elektrik Şəbəkəsinin dispeçirini elektrik cərəyanı vuraraq öldürüb. Ağcabədi Elektrik Şəbəkəsinin dispeçiri vəzifəsində işləyən, Hindarx sakini Səlim İsmayılov qəsəbə ərazisində elektrik dirəyindəki naqilləri təmir edərkən elektrik cərəyanı vurub. Nəticədə o hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.Report

Bakıda güclü yanğın: qadın zəhərləndi

Bakı şəhər, Xətai rayonu, NZS qəsəbi, S.Əhmədov küçəsində yanğın baş verməsi nəticəsində bir nəfər (qadın cinsli) şəxs tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub. Sozcu.az xəbər verir ki, bununla bağlı Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat yayıb. O bildirib ki, xəstəyə zəruri ilkin tibbi yardım xidmətləri göstərilir, vəziyyəti orta-ağırdır.