Ermənistan silahlanır, təcili addımlar atılmalıdır – XİN rəhbəri

Ermənistanın hərbi büdcəsini kəskin artırması, həm ənənəvi, həm də yeni təchizatçılardan külli miqdarda hücum silahları alması, keçmiş münaqişəyə əsaslanan tezisləri və strukturları saxlamaq cəhdləri ilə birlikdə konstitusiya dəyişikliklərinin həyata keçirilməsi xüsusunda səhlənkarlığı normallaşma prosesini xələl gətirir.

Sozcu.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının Ümumi Müzakirəsində çıxışı zamanı deyib.

“Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınması məsələsi hüquqi boşluqda qaldığı, habelə, daxili hüquqi və ya siyasi ssenarilərdən asılı olduğu təqdirdə, sülh və mehriban qonşuluq münasibətlərinin qurulması dayanıqlı və dönməz ola bilməz. Qonşulara qarşı irredentizm və ərazi iddialarının səbəb olduğu bu qədər ağrı və iztirablardan sonra “yarımçıq sülh” seçim ola bilməz. vakansiyalar

Azərbaycan bu kritik məqamda normallaşma prosesinin başa çatdırılması üçün qalan əngəlləri aradan qaldırmağa məqsədilə tam məsuliyyət hissi ilə təcili addımlar atmağa çağırır.

Ermənistanın beynəlxalq hüquqdan irəli gələn, habelə sülh prosesində öncədən üzərinə götürdüyü öhdəliklərə əməl etməklə bağlı məsuliyyəti ilə yanaşı, bütün beynəlxalq ictimaiyyət də tərəfləri həqiqi, dayanıqlı və əbədi sülhün bərqərar olmasına təşviq etmək məsuliyyəti daşıyır. Belə bir sülhə nail olunması tərəflərdən birinin digərinə qarşı manipulyasiya edilməsi və ya onlar arasında bölücü xətlərin çəkilməsi yolu ilə əldə edilməsi gözlənilən hər hansı dividentdən üstün tutulmalıdır. Dünyanın başqa bölgələrində iztirablara səbəb olmuş uğursuz təcrübələrin revanşizmi qızışdırmaq yolu ilə Cənubi Qafqaza sınaqdan keçirmək cəhdlərinə son qoyulmalıdır”, C.Bayramov bildirib.

Share on Facebook