ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə Ukraynanı dəstəkləyəcək.
Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"ABŞ-da seçkilərdən sonra kimin prezident olacağını bilmirəm. Amma mən Donald Trampdan onun bizim tərəfimizdə olacağı, Ukraynanı dəstəkləyəcəyi barədə birbaşa məlumat aldım", - Zelenski bildirib.
Qeyd edək ki, Tramp Ukraynaya külli miqdarda hərbi-iqtisadi yardımın ayrılmasına qarşıdır.