"Bu gün üzdəniraq "xüsusi hərbi əməliyyat"ın 522-ci günüdür, Rusiya təcavüzü döyüş meydanında iflasa uğrayıb..."
"Bəşəriyyətin Rusiyanın tarixində, nəhayət, nöqtə qoyulması üçün həm gücü, həm də əzmi kifayət qədərdir..."
Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, rusiyalıların törətdiyi müharibə Rusiya Federasiyasının ərazisinə keçir.
Sozcu.az xəbər verir ki, bu barədə "QORDON" internet nəşri yazıb.
O, vurğulayıb ki, Rusiyanın təcavüzü döyüş meydanında "iflasa uğrayıb".
"Bu gün Rusiya rəhbərliyinin bir-iki həftəliyə bel bağladığı üzdəniraq "xüsusi hərbi əməliyyat"ın 522-ci günüdür. Ukrayna getdikcə möhkəmlənir. Müharibə Rusiyanın ərazisinə, onun rəmzi mərkəzləri və hərbi bazalarına dönür. Bu, labüd, təbii və tamamilə ədalətli prosesdir", - Zelenski deyib.
Eyni zamanda o, xəbərdarlıq edib ki, rusiyalılar qışda yenidən ukraynalılara qarşı energetika terroruna əl ata bilər.
"Biz anlamalıyıq ki, ötən qışda olduğu kimi, bu qışda da rusiyalı terrorçular bizim energetikamıza, kritik obyektlərimizə zərbə vura bilər", - Ukrayna prezidenti əlavə edib.
Zelenski bu bəyanatla iyulun 30-a keçən gecə
Rusiya paytaxtına dronlar hücumundan sonra çıxış edib.
Rusiya MN bəyab edib ki, Moskvaya iki dron hücum edib. HHM qüvvələri onlardan birini Moskva vilayətinin Odintsovo ərazisinin üzərində məhv edib.
"Daha iki dron REM vasitələri ilə məhv edilib, onlar idarəetməni itirərək "Moscow City"-nin qeyri-yaşayış binalar kompleksi ərazisinə düşüb", - nazirlik bəyan edib.
Təcili ximətlər məlumat verib ki, partlayış nəticəsində "Oko-2" qülləsinin mühafizəçisi zərər çəkib. Binanın özündə 1-4-cü mərtəbələrində şüşələr sınıb. "Q-məhəlləsi"nin çoxmərtəbəli binasının 5-6-cı mərtəbələrində ciddi dağıntılar var.
Partlayış həmçinin "nazir qülləsi"ndə də baş verib. Orada eyni zamanda Rusiyanın üç nazirliyinin ofisi yerləşir.
Rusiyalı jurnalist Aleksandr Nevzorovun sözlərinə görə, Moskvda gecə bombardmanından "nədənsə, narahat olublar".
"Qəribə münasibətdir. Yalnız qonşularının işğalı, kütləvi qətllər və şəhərlərin dağıdılmasından qayğılı olan rejim özünün qurğuları ilə, Kremli ilə, "City"-lərilə Yer üzündən silinəcəyinə "mənəvi cəhətdən hazır olmalıdır". Başqa cür ola bilməz", - Nevzorov qeyd edib.
Onun dəyərləndirməsinə ğörə, bəşəriyyətin "Rusiya tarixində", nəhayət, nöqtə qoyulması üçün "həm gücü, həm də əzmi kifayət qədərdir".
"Rusiya könüllü olaraq bəşəriyyətə birbaşa təhlükə rolunu seçib". Lakin bu statusda həm də məhvolma riski var. Öz prezidentinə quldurluq etmək hüququ verən xalq böyük problemlərə və məhrumiyyətlərə hazırlaşmalıdır.
Putinoidlər indiyədək dünya xəritəsini öz zövqünə görə "yenidən çəkmək" hüququna malik olduğuna əmindir. Lakin heç kim onlara bu hüququ verməyib. Onların bütün hərəkətləri beynəlxalq cinayətkarlıqdır", - Nevzorov deyib.