Azərbaycanda sement BAHALAŞDI - VİDEO

Sementin qiyməti yüksəlib. Xezerxeber.az-ın məlumatına görə, iki həftə bundan əvvəllə müqayisədə qiymətlərdə artım müşahidə edilir. Sahibkarların sözlərinə görə, sementin bahalaşması bir neçə gün ərzində digər mallara da təsir göstərəcək. Onlar bildirir ki, əvvəllər sementin 1 kisəsi 7 manata satılırdısa, indi artıq 7.40 manata təklif edilməkdədir. Bu tendensiyanın hələ nə qədər davam edəcəyi bilinmir. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

VOMA Qarabağda partizan mübarizəsinə başlayacaqlarını açıqladı

Erməni silahlı təşkilatı VOMA Qarabağda silahlı partizan mübarizəsinə başlayacaqlarını açıqlayıb. Sozcu.az xəbər verir ki, Gucci-nin erməni modeli Armine Arutyunyan da “Azərbaycanla qeyri-adi döyüşə hazırlaşırıq” deyərək təşkilata qoşulub.konkret)

Şahramanyan hələ də Xankəndidədir

Qarabağdakı keçmiş və artıq ləğv edilmiş separatçı-terrorçu xuntanın “başçısı” Samvel Şahramanyan hələ də Azərbaycanın Xankəndi şəhərindədir. Sozcu.az xəbər verir ki, bu barədə erməni mediası yazıb. Qeyd olunur ki, Şahramanyan Ermənistana köçmək istəyən və müxtəlif səbəblərdən hələ də Qarabağda olan ermənilərin problemini (? – red.) həll etməyə çalışır. Xatırladaq ki, Şahramanyanla bərabər, keçmiş xuntanın keçmiş başçıları – Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyan da Azərbaycanı tərk edə bilməyiblər.

Azərbaycanlılar Xocalıda! Düz 31 il sonra ilk QAYIDIŞ - VİDEO

Xocalı 31 ildən sonra öz hüzuruna qovuşub. Sozcu.az xəbər verir ki, 31 ildən sonra soydaşımızın ayağı öz doğma yurduna dəyib. Həmin görüntüləri təqdim edirik:

Şəhidin nişanlısından ürəkdağlayan sözlər: “Kim bizi görürdü...” - Video

"Bir arzusu var idi, deyirdi bu döyüşlərdən qayıdandan sonra əllərini açıb məni gözləyərsən. Məni elə bil heç qucaqlamamış kimi qucaqlayarsan”. Bunu şəhid Ramazan Nurməhəmmədovun nişanlısı Laiyat Ayıbova deyib. O bildirib: "Kim görürdü, deyirdi bu nə gözəl cütlükdür, bu nə gözəl sevgidir belə. Oktyabrın yeddisi toyumuz olmalıydı. Sentyabrın 20-i şəhid xəbərini eşitdim. Bütün arzularımız yarımçıq qaldı”. Daha ətraflı Baku TV-nin süjetində:

Yaralı hərbçimiz şəhid oldu

Azərbaycan Ordusunun keçirdiyi lokal antiterror tədbirləri zamanı yaralanan hərbi qulluqçumuz Qasımov Cahan Xəqani oğlu şəhid olub. “Qafqazinfo”nun məlumatına görə, Xocavənd rayonu istiqamətində yaralanan hərbçimiz bir neçə gün idi hospitalda müalicə olunurdu. Həkimlərin bütün səylərinə baxmayaraq hərbi qulluqçumuz bu gün şəhid olub. Şəhid Qasımov İsmayıllı rayonunun Qalınçaq kənd sakinidir. Kənd icra nümayəndəliyindən saytımıza bildirilib ki, Cahan Qasımov bu gün dəfn ediləcək. Allah rəhmət eləsin!

Xankəndidə bu Nazirliyin və Xidmətin əməkdaşları işə başladı - RƏSMİ

Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin edilməsi və Azərbaycan dövlətinin himayəsindən istifadə etmələrinə imkan yaradılması məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli üzrə İşçi qrupa həmin şəxslərin hüquqi statusunun müəyyən olunması ilə bağlı verilən müvafiq tapşırıqlar çərçivəsində Dövlət Miqrasiya Xidmətinin (DMX), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşları Qarabağ iqtisadi rayonunda fəaliyyətə başlayıblar. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyası məlumat yayıb. Bildirilib ki, DMX əməkdaşları Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ilkin qeydiyyatına dair müraciətlərinin yerində qəbul edilməsi və bununla əlaqədar maarifləndirmə tədbirlərinin yerində təşkili, ƏƏSMN əməkdaşları isə sakinlərin sosial-humanitar ehtiyaclarının müəyyənləşdirilməsi ilə bağlı fəaliyyət göstərirlər. Reinteqrasiya prosesinə qoşulmaq məqsədilə ilkin qeydiyyat üçün müraciətlərin qəbulu DMX-nın əməkdaşları tərəfindən Xankəndi şəhərində yerləşən keçmiş “polis” binasında aparılır. Həmçinin ilkin qeydiyyata dair müraciətlərin qəbulu və qeydiyyata alınma prosesi DMX tərəfindən bu məqsədlə yaradılmış xüsusi portal (reintegration.gov.az) vasitəsilə elektron həyata keçirilir. Dövlət orqanları əməkdaşlarının bölgədə fəaliyyəti Qarabağda yaşayan erməni sakinlərin yerli cəmiyyətə reinteqrasiyasının daha sürətli həyata keçirilməsinə, həmçinin sosial-humanitar ehtiyaclarının qarşılanmasında səmərəliliyin artırılmasına imkan yaradacaq.

Şəmkirlilərə şad xəbər: sürət qatarı artıq Şəmkirdə də dayanacaq

Azərbaycan Dəmir Yolları” QSC ölkədaxili sərnişindaşımanın daha da genişləndirilməsi və sərnişin məmnunluğunun təmin edilməsi məqsədilə 1 oktyabr 2023-cü il tarixindən etibarən Bakı-Ağstafa-Bakı marşrutu üzrə Şəmkir rayonunun Dəllər stansiyasına dayanacağın verilməsini həyata keçirir. Bununla da Şəmkir rayonu daxil olmaqla Gədəbəy və qonşu rayonların sakinləri də ADY-nin müasir “Stadler” qatarlarından istifadə etməklə səfərlərini rahat və təhlükəsiz təşkil edə biləcəklər.  Qeyd edək ki, vaxtilə ölkədaxili sərnişindaşımada yataq tipli vaqonlardan ibarət sərnişin qatarları fəaliyyət göstərdiyi zaman Dəllər stansiyasında da həmin növ qatarlara dayanacaq verilirdi. Hazırda Bakı-Ağstafa-Bakı marşrutu üzrə “Stadler Rail Group” şirkətinin istehsalı olan sürətli qatarlar hərəkət edir və həmin qatarların standartlarına uyğun hündür sərnişin platformaları bütün stansiyalarda mövcüd deyil. Sərnişinlərin tələbatının qarşılanması məqsədilə hündür sərnişin platformasının olmadığı sözügedən stansiyada sürətli sərnişin qatarlarına dayanacağın verilməsi məqsədilə zəruri tədbirlər görülüb. “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşıma xidmətinin rəisi Təranə Bədəlova Dəllər stansiyasına dayanacağın verilməsinin sərnişin məmnunluğunun artmasına müsbət təsirini qeyd edərək bildirib ki, qərb zonasında yaşayan yüzlərlə sakin gündəlik olaraq sürətli qatarların xidmətindən istifadə etmiş olacaq: “Sərnişindaşıma xidmətinin Dəllər stansiyasında da bərpa olunması üçün tərəfimizdən dəmir yolu infrastrukturunda müvafiq təmir-bərpa işləri aparılıb, platformada sərnişinlərin ‘’Stadler’’ qatarına rahat minib-düşmələri üçün xüsusi konstruksiyalı mobil pilləkənlər quraşdırılıb. Bu stansiyaya dayanacağın verilməsi Şəmkir və Gədəbəy ilə yanaşı qonşu rayonların sakinlərinə də qatarlarımızla rahat səfər üçün geniş imkanlar yaradır”. İlkin hesablamalara əsasən müvafiq marşrutun bərpa olunması Şəmkir-Gədəbəy rayonlarından illik təxminən 40 minə yaxın sakinin sürətli sərnişin qatarlarından istifadəsini təmin edəcək.  Qeyd edək ki, ölkədaxili sərnişindaşımada böyük paya malik Dəllər stansiyasından Covid-19 pandemiyasından öncə 2019-cu il ərzində ümumilikdə 30 minə yaxın sərnişin Bakıya və əks istiqamətə səfər edib.  Sözcü.az 

Şəmkirdə şəhid Vacib Məmmədov məzarı başında anılıb

Bu gün şəhid Vacib Məmmədovun anım günü ilə bağlı Şəmkir rayon Sərxan qəbirstanlığında məzarı başında anım tədbiri keçirilib. Tədbirdə şəhid ailələri, şəhidin yaxınları, oxuduğu Morul məktəbinin şagirdləri və müəllimləri iştirak edib. Şəhidlərimizin qəhrəmanlığı, rəşadəti, bizlər üçün miras buraxdığı dəyərlərlə bağlı nitqlər söylənib, şəhidlərin ruhuna dualar oxunub, ölümsüz əməlləri və xatirələrinə sayğı duruşu təşkil olunub. Sözcü.az

“Onlar xalqımızın timsalında bütün insanlığa qarşı cinayət törədib”

“Ermənistanın hərbi-siyasi rəhbərliyi, eləcə də Qarabağdakı erməni separatçıları yalnız Azərbaycan xalqına qarşı deyil, xalqımızın timsalında bütün insanlığa qarşı cinayət törədib”. Bunu Moderator.az-a açıqlamasında politoloq İlqar Vəlizadə bildirib. Ekspert qeyd edib ki, erməni cinayətkarlarının törətdikləri cinayətlərin  miqyasına da, onların cəzalandırılmasına da məhz bu aspektdən yanaşılmalıdır: “Ermənilər uzun illər ərzində xalqımıza qarşı çoxsaylı soyqırımları, qətliyamlar həyata keçirib, 30 ilə yaxın müddətdə bir çox ərazilərimizi işğal altında saxlayıblar. Hərbçilərimizlə yanaşı, mülki şəxslərimizin hədəfə alınması, yaşayış məntəqələrimizin bombalanması, əsir və girovların amansız işgəncələrə məruz qalması da yaxın tariximizin acı reallıqlarındandır. Təbii, bu cinayətlərin başında Ermənistanın hərbi-siyasi rəhbərli, vaxtiylə Qarabağda mövcud olan separatçı rejim dayanmışdı. Hansı ki, bu gün dövlətimizin, onun əlaqədar qurumları xalqımıza qarşı cinayət törədən separatçıları ələ keçirməkdə, onları qanun qarşısında məsuliyyətə cəlb etməkdədir. Onlar bütün bəşəriyyətə qarşı cinayət törətmiş şəxslərdir. Bu şəxslər insanlıq tarixində misli görünməmiş vəhşiliklərə imza atıb, barbarlıq və vandalizm aktları törədiblər. Ona görə də onların cəzalandırılması bütün insanlığın marağı və mənafeyi, yerli və beynəlxalq qanunlar baxımından zəruri və mütləqdir”.

Axtarışda olan separatçıların sayı açıqlandı

“Qarabağda 300-dən çox cinayət törətmiş erməni separatçısı beynəlxalq axtarışa verilib”. Sozcu.az Report-a istinadla xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Qarabağ münaqişəsi başlayandan erməni separatçıları tərəfindən törədilən cinayətlərin hamısı qeydə alınıb: “Tərəfimizdən həmin cinayətlərlə bağlı sübutlar toplanıb. Ümumilikdə belə 300 cinayət işi açılıb. 300-dən çox cinayət törətmiş şəxs beynəlxalq axtarışa verilib. Həmin işlərlə bağlı sübutlar var”.

Rusiyanın itkiləri 279 minə yaxınlaşır

Ukrayna müharibənin 585-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 278 570 hərbçi, 4702 ədəd tank, 8991 ədəd zirehli döyüş maşını, 6477 ədəd artilleriya sistemi, 798 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 537 hava hücumundan müdafiə sistemi, 316 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 8883 ədəd avtomobil texnikası, 5043 ədəd PUA, 1529 qanadlı raket, 20 gəmi/kater, 1 sualtı qayıq, 933 xüsusi avadanlıq itirib.

Türkiyə DİN-in binasına terror hücumu olub, ölən və yaralılar var

Türkiyə Daxili İşlər Nazirliyi Mühafizə Baş İdarəsinə terror hücumu olub. APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib. O qeyd edib ki, yerli vaxtla saat 09.30 radələrində bina girişinə avtomobillə gələn iki terrorçu bombalı hücum həyata keçirib. Terrorçulardan biri özünü partladıb, digər terrorçu isə zərərsizləşdirilib. Açılan atəş nəticəsində 2 polis yüngül xəsarət alıb *** Türkiyə DİN-in binası yaxınlığında partlayış baş verib Türkiyənin paytaxtı Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında partlayış baş verib, yaralı var. APA xəbər verir ki, bu barədə "CNN Türk"ə istinadən xəbər verir. Hadisə yerinə çoxlu sayda polis və həkim briqadası gəlib. Hadisə zamanı ölüm və yaralılarla bağlı məlumat verilmir. Partlayışdan əvvəl atışma olduğu barədə məlumat yayılıb.

BMT-nin missiyası Qarabağa gəlib

BMT-nin missiyası Qarabağa gəlib. Sozcu.az xəbər verir ki, missiyanın üzvləri səhər saatlarında Ağdamdan keçərək, Əsgəran-Xankəndi istiqamətində hərəkət edib. Missiyanın məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir. Missiyanın tərkibinə təşkilatın müxtəlif qurumlarının nümayəndələri daxildir. Qeyd edək ki, BMT missiyası Qarabağda sonuncu dəfə təxminən 30 il əvvəl olub.

Movses Akopyan: “Azərbaycan məni də tələb edəcək”

Ermənistanın silahlı qüvvələri baş qərargahının keçmiş rəisi, keçmiş baş hərbi müfəttiş, general-polkovnik Movses Akopyan yerli mətbuata müsahibəsində bildirib ki, Azərbaycanın növbəti hədəfi o olacaq. “Bilirəm ki, onlar məni də tələb edəcəklər. Ola bilər ki, Ermənistan rəhbərliyi məni təhvil verməyə çalışsın, amma buna nail olmayacaqlar”, - Akopyan qeyd edib. Xatırladaq ki, Akopyan Azərbaycanın Xocavənd rayonunda anadan olub. O, 2007-2015-ci illərdə qondarma separatçı rejimin “müdafiə naziri” işləyib. Bununla yanaşı, Akopyan həm də Ermənistanın təhlükəsizlik şurasının hazırkı katibi Armen Qriqoryanın dayısıdır. O, sonuncu dəfə Ermənistan müdafiə nazirliyinin hərbi nəzarət xidmətinin rəisi vəzifəsində işləyib və baş nazir Nikol Paşinyanla ziddiyyətlərinə görə vəzifəsindən istefa verib.

Xankəndidə separatçıların "bayrağ"ı yığışdırılıb

Xankəndinin mərkəzindən yeni görüntülər yayılıb. Sozcu.az xəbər verir ki, yayılan görüntülərdə artıq buraxılan, keçmiş qondarma "respublika"nın əski parçası gözə dəyməyib. Bu isə o deməkdir ki, artıq separatçılar Azərbaycanın mərkəzi hakimiyyətinin tələblərini qeyd-şərtsiz yerinə yetirməyə davam edirlər. Belə ki, qondarma respublikanın əski parçasının mərkəzi binaların önündən yığışdırıldığı aydın şəkildə görülür.

Ermənistan Krımı, Soçini və Armaviri almalıdır - Poqosyan

Ermənistan Krımı, Soçini və Armaviri almalıdır. Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistan Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Vladimir Poqosyan deyib. “Əgər sərhədlər yoxdursa, o zaman gəlib Armavir, Soçi və Krımı götürə bilərik. Krımın ümumən 70%-i ermənidir”, - Vladimir Poqosyan “Noyan Tapan TV” Yutub kanalında bildirib.

Mənim qayğıya ehtiyacım var - Beqlaryan

Qarabağın erməni sakinlərinin son qrupları hazırda Ermənistana yollanır. Bu sözləri Azərbaycanın Qarabağ bölgəsindəki bir neçə gün əvvəl özünü buraxdığını elan edən qanunsuz qondarma qurumun "nazir"i olmuş Artak Beqlaryan deyib. “Qarabağda ən çox bir neçə yüz nəfər qalıb ki, onların da əksəriyyəti məmurlar, fövqəladə hallar xidmətinin işçiləri, könüllülər, bəziləri isə xüsusi qayğıya ehtiyacı olan insanlardır. Onlar da getməyə hazırlaşırlar”,- deyə separatçı bildirib./Ölkə.Az 

Ermənilər əsgərimizi snayperlə vurdu - Şəhidimiz var

Sentyabrın 30-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açılıb. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Atəş nəticəsində hərbi qulluqçumuz Orucov Vüsal Xeybalı oğlu şəhid olub. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

"Biz güclü millətik, biz cəsarətli xalqıq, biz mütləq qalib gələcəyik!" - Zelenski

"Alyans beynəlxalq hüquq və təhlükəsizliyin gerçək müdafiəsi üçün yaradılır..." "Rusiya özünün Ukraynaya qarşı cinayətkar təcavüzü ilə planetdə istənilən xalqın suverenliyi və normal həyatına təhlükə törədə biləcəyini göstərib..." "Ukrayna artıq döyüş meydanında zəruri olan silah və "NATO kalibrli" mərmilər istehsal etməyə başlayıb..." Zelenski "bütün millətlərin təcavüzdən müdafiəsi" barədə səs-küylü bəyanat verib Ukrayna prezidenti Vladimir Zelenski Beynəlxalq Müdafiə Sənayeləri Alyansının yaradılması barədə elan edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna lideri Kiyevdə işinə başlayan Beynəlxalq Müdafiə Sənayeləri Forumunda çıxış edərkən bəyan edib. Tədbirdə 30 ölkədən 252 müdafiə şirkətləri iştirak edir, Ukrayna prezidentinin mətbuat xidməti məlumat verib. Zelenskinin fikrincə, Alyans "beynəlxalq hüquq və təhlükəsizliyin gerçək müdafiəsi" üçün yaradılır. "Mən təkcə Ukrayna deyil, həm də dünyada bütün millətlərin təcavüzdən təhlükəsizliyi haqqında danışıram", - Zelenski bəyan edib. O, forum iştirakçılarını, "Ukrayna ilə birlikdə heç bir təcavüzkara şanslar saxlamayan azad dünya arsenalını yaratmağa hazır olanları" salamlayıb.  Zelenski vurğulayıb ki, məhz Ukraynada ən güclü müdafiə sənayesi komplekslərinin, onların prioritetlərinin və dünyada müdafiə standartının necə olması müəyyən edilir. "Rusiya özünün Ukraynaya qarşı cinayətkar, təhrik edilməyən təcavüzü ilə hər bir millətə planetdə istənilən xalqın siverenliyinə və normal həyatına təhlükə törədə biləcəyini göstərib", - Ukrayna lideri qeyd edib. Zelenski qeyd edib ki, Ukrayna Alyansın əsası olaraq müvafiq baza bəyannaməsini işləyib hazırlayıb, bu bəyannaməyə istənilən ölkənin silah və hərbi texnika istehsalçıları qoşula bilər. "Bu gün başlanğıcda biz artıq Ukrayna ilə birlikdə azad dünyanın yeni arsenalını yaratmağa hazır olan 13 görkəmli şirkətləri ilə bəyannamə imzalamışıq", - o, deyib. Zelenski əlavə edib ki, Ukrayna öz ərazisində xarici şirkətlərin silah və texnika istehsalının lokallaşdırılmasında maraqlıdır. Bunun üçün Kiyev Ukraynada silah istehsal etməyə qərar verən firmalara "xüsusi şərait" təklif etməyə hazırdır. Həmçinin Ukrayna hakimiyyəti müdafiə sənayesi müəssisələri üçün xüsusi iqtisadi rejim işləyib hazırlayır. Bu zaman Zelenski qeyd edib ki, Ukrayna da silah istehsalı sahəsində yerində dayanmayıb və ölkəsi artıq döyüş meydanında zəruri olan silah və "NATO kalibrli" mərmilər istehsal etməyə başlayıb. "Biz özümüzə, öz vətəndaşlarımıza, öz tərəfdaşlarımıza inanırıq. Biz güclü millətik. Biz cəsarətli xalqıq. Biz qlobal əhəmiyyəti olan dövlətik. Biz mütləq qalib gələcəyik. Biz Ukrayna üçün, deməli, bütün azad dünya üçün elə müdafiə potensialı yaradacağıq ki, bu, bizim gücümüzün əksi olacaqdır", - Zelenski deyib. Öz növbəsində Ukrayna XİN dəqiqləşdirib ki, Alyansa artıq 19 ölkədən 38 şirkət qoşulub. Həmçinin forum çərçivəsində Ukrayna tərəfi xarici tərəfdaşlarla 20 sənəd imzalayıb.  Söhbət dronlar istehsalı, zirehli texnika və döyüş sursatlarının təmiri və istehsalı üzrə saziş və memorandumlardan gedir. Əməkdaşlıq formatları arasında birgə istehsal, texnologiyalar mübadiləsi, komplektləşdiricilər tədarükünü qeyd etmək olar.

"100 min erməninin Qarabağı tərk etməsi fantaziyadır"- Elxan Mehdiyev

Elxan Mehdiyev: "100 min erməninin Qarabağı tərk etməsi fantaziyadır. 1992-ci ildən bəri Qarabağda heç bir zaman 90 min əhali olmayıb" Ermənistanın hökumət saytında dərc olunan rəsmi məlumatda deyilir ki, guya dünən -sentyabrın 29-u saat 22.00-a olan məlumata görə, Qarabağın dağlıq hissəsindən Ermənistana 98 min 929 erməni gəlib.   Tədqiqatçı-alim Elxan Mehdiyev son hadisələrlə bağlı Moderator.az -ın suallarını cavablandırıb: Elxan bəy, Qarabağı tərk edən erməni əhalisinin sayının şişirdildiyi deyilir. Sizin bu barədə məlumatınız necədir? Mən ilk gündən, erməni əhalisinin Laçından çıxış yapdığı 24 Sentyabrdan bu haqda hesabat hazırlayıram. Təbii ki, erməni mənbələri əsasında. Bu statistikanı sizlərə təqdim etsəm hər kəs üçün də aydın olar.  Gəlin statistikaya baxaq: 24 Sentyabda ilk çıxanlar. Saat 14:27 - də  30-40 nəfər Laçın keçid məntəqəsini keçib  Saat 18:00 - də  377 nəfər keçib. Saat 22:00 - də 1050 nəfər demək 1 saatda 168 nəfər keçib Saat 00:00 - da 1510 nəfər demək 1 saatda 230 nəfər keçib Bunlar normaldır. Sonrasına baxın: 25 Sentyabr saat 06:00 –da 2906 nəfər keçib, demək 1 saatda 232 nəfər keçib saat 12:00 –də 4850 nəfər, demək 1 saatda 324 nəfər keçib saat 17:00 –də 6650 nəfər ,demək 1 saata 360 nəfər keçib Burda da normal görünür. 26 Sentyabr saat 08:00 –də 13550 nəfər , demək 1 saata 460 nəfər keçib  saat 16:00 -da  19000 nəfər , demək 1 saata 681 nəfər keçib  saat 20:00 -də  28120 nəfər , demək 1 saata 2280 nəfər keçib Burada 30 saat tıxac ola –ola,1 saata bu qədər adam necə keçib?  27 Sentyabr  saat 08:00-də 42500 nəfər, demək 1 saata 1198 nəfər keçir  saat 12:00 də 47115 nəfər, demək 1 saata 1153 nəfər keçir  saat 15:00-də  50243 nəfər , demək 1 saata 1042 nəfər keçir  saat 20:00 –də 53629 nəfər ,demək 1 saata 677 nəfər keçir  28 Sentyabr saat 08:00-də 65036 nəfər, demək 1 saata 951 nəfər keçir  saat 10:00 –da 66500 nəfər , demək 1 saata 732 nəfər keçib saat 12:00-də 68368 nəfər, demək 1 saata 934 nəfər keçib Saat 14:00-də 70500 nəfər , demək 1 saata 1066 nəfər keçib Saat 18:00-də 74400 nəfər , demək 1 saata 975 nəfər keçib  Saat 20:00-də 76407 nəfər,demək 1 saata 1004 nəfər keçib Saat 22:00-də 78354 nəfər,demək 1 saata 974 nəfər keçib 29 Sentyabr Saat 06:00 -da 84770 nəfər, demək 1 saata 802 nəfər keçib Saat 10:00 -da 88780 nəfər,demək 1 saata 1003 nəfər keçib Saat 16:00 -da 93000 nəfər ,demək 1 saata 703 nəfər keçib Saat 18:00 -də 97735 nəfər ,demək 1 saata 2368 nəfər keçib Saat 22:00 -da 98929 nəfər ,demək 1 saata 299 nəfər keçib Bu statistikanı analiz edərkən 1 saatda 360 nəfərin keçməsini qəbul edirik. Halbuki bu da yüksəkdir. Yəni 1 dəqiqədə 1 maşın keçir. Maşın dayanır, onun yükünə və içərisinə baxırlar və ondan sonra keçməyə izn verirlər. Başqa gecikmə halları da olur. Yük maşını gələndə daha çox zaman alır və başqaları da dayanır. Tutaq ki 1 maşında heç 5 yox, 6 nəfər olursa, o zaman 1 saatda 60 maşın keçir və 360 nəfər keçmiş olur. Bunu birxətli keçidə aid edirik. Çıxış üçün ikinci xətt də işə salınarsa, o zaman 720-750 olur. Bunun mümkün olub -olmadığını orada işləyənlər daha dəqiq deyər. Ermənilər özləri ən azı 20 saat və sonra isə 30 saat yolda qaldıqlarını deyirsə, bu cür sürətlə sərhəd keçid məntəqəsini keçmək mümkün deyil. 1 saata 400-450 maşın keçə bilərmi? Bu 1 dəqiqədə 7-8 maşın edir. 1 saata 2280 və 2368 adam keçirsə, bu 1 dəqiqədə 38-40 nəfər edir. Bu mümkünmü? Onların bu şişirdilmiş rəqəmlərini nəzərə alıb, yuxarıda mənim də apardığım şişirdilmiş hesablamaya görə ən azı 30 min artıq göstərilir. Burada görülən odur ki, əhalinin sayı Sentyabrın 26-da Samanta Pauerin bölgəyə gəlməsi ilə aşırı dərəcədə artırılır. Və sonra də həndəsi silsilə ilə artırılır. Burada Azərbaycanın uyğun dövlət xidmətləri hər gün öz statistikasını verməli idi. Yəqin bizimkilər bunu sonda verəcəklər. Bunun da effekti indiki dünyada gedən propoganda fonunda az olacaq. Çünki bizlərdə atalar sözü var, “daldan atılan daş topuğa dəyər” və ikincisi, “zərbəni birinci vuran qalib gəlir”. Bütün dünyanın TV və qəzetləri artıq xəbərlər verir ki, Qarabağı 100 min erməni tərk edib. Bizdən isə heç bir səs çıxmır. Biz burada informasiya müharibəsini yenə uduzuruq. Sizcə Qarabağda neçə min əhali var idi? 1-cisi Qarabağda 1992-ci ildən bəri heç bir zaman 90 min əhali olmayıb. Orada erməni ekspertlərinin də maksimum boynuna aldığı 70 min olub. Mən orada keçirilən seçkilər zamanı apardığım hesablama 70 minə heç bir zaman çatmırdı. Hələ ora bütün işğal olunmuş 7 rayonda yaşayanlar da daxil idi. 1992-ci ildə bütün Agdərə rayonu çıxıb getmişdi. Ən böyük rayon idi. Sonralar da onların üçdə biri qayıtdı. O vaxtkı Stepanakertdən də çox köçüb gedən oldu. Sadəcə Ermənistan ordusu faktiki orada yerləşirdi, oradakı Universitet tələblələri (ermənistandan gələn) və zabitlər və onların ailələri də yerli əhali kimi sayılırdı. İndiki zamanda özlərinin dediyi kimi 22 min Hadrut qaçqını var və onlar da Ermənistandadır. Bir neçə ailə Qarabağda qalmışdı. 2021-ci ilin əvvəlində Rusların verdiyi statistikaya görə Qarabağa 53 min əhali qayıdıb. O da doğru deyildi. Lap tutag ki, 53 min qayıdıb. Sizcə 10 Noyabrda Qarabağda 50 min əhali qalmışdı? Yox idi. Əsgəran tərəfdə bir neçə kənd var idi. Bir də Ağdamın kəndlərinə bitişik Xocavend rayonunun bir neçə kəndində adam qalmışdır. Toplam olaraq 4 min ola bilməzdi. İndi hardan çıxdı 120 min və ya indiki 100 min? Tam yalandır. Bu ancaq yardım almağa və Azərbaycana qarşı beynəlxalq təzyiq kimi istifadə edilmək üçün şişirdilib. Bu 30 ildə oradakı korrupsion liderlər əhalinin sayını yuxarı yazmaqla daha çox büdcə və yardım alaraq dolanırdılar. Sonda özləri qaçıb, yazıq camaatı çöllərdə qoydular. İndi də onlardan istifadə edib bu cür dolanmağa çalışacaqlar.

Qarabağdan “son erməni sakin” çıxdı: Bəs, “liderlər”?

Erməni mediası bu gecə Qarabağdan “son erməni sakinlərin” çıxdığı haqda məlumat yayıb. Sozcu.az xəbər verir ki, “Son erməni sakinlər Qarabağdan çıxdı” başlığı ilə paylaşılan məqalələrdə Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, Samvel Şahramanyan və digərləri – separatçı-terrorçu qurumun “deputatları”, o cümlədən Əsgəranda olduğunu bildirib, ünvanını elan edən qatil, azərbaycanlı əsirlərə xüsusi amansızlıqla davranan və onları doğrayan Vitali Balasanyanın adı yoxdur. Ermənistanın “Hraparak” nəşri isə onların hələ də Qarabağda olduğunu iddia edib. Maraqlıdır ki, “Son erməni sakin də Qarabağdan çıxdı” yazan erməni mediası da bu terrorçu-separatçıları “sakin” hesab etmir.axar)

BMT: "Qarabağı tərk edən erməni sakinlərə qarşı pis rəftar halları qeydə alınmayıb"

"Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanın Qarabağ bölgəsini öz istəkləri ilə tərk edərək Ermənistana köçən erməni sakinlərə qarşı pis rəftarla bağlı heç bir fakt qeydə almayıb". Bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ermənistandakı nümayəndəsi Kavita Belani BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında onlayn çıxışı zamanı bildirib. “Bilirəm ki, indiyədək heç bir insident, pis rəftar halları ilə bağlı heç bir fakt yoxdur. Bu, uzun yoldur, tıxaclar insanlar üçün çətinlik yaradır. Lakin azərbaycanlılar tərəfindən pis rəftar halları qeydə alınmayıb”, - o deyib. BMT nümayəndəsinin sözlərinə görə, bir həftədən az müddətdə 88,7 mindən çox insan Qarabağı tərk edərək Ermənistana gedib.

Bakı Lyovanı ələ keçirdi: məşhur qatil nələr edib?

Ötən gün Qarabağdan Ermənistana gedərkən “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılan keçmiş separatçı-terrorçu dəstənin keçmiş “müdafiə naziri”, “general-leytenant” Lyova (Levon) Mnatsakanyan 1991-1994-cü illərdə ermənilərin işğalçı dəstələrinin komandirlərindən olub, Xocalı və Meşəli soyqırımlarında aktiv iştirak edib. Kəlbəcərin işğalı zamanı yüzlərlə dinc azərbaycanlını qətlə yetirənlərdən biridir. Sozcu.az xəbər verir ki, bu barədə tarixçi alim, dosent Zaur Əliyev qeyd edib. O bildirib ki, Lyova Mnatsakanyan 1965-ci il sentyabrın 14-də Azərbaycan SSR-in Əsgəran rayonunda anadan olub, 1983-1985-ci illərdə sovet ordusunda xidmət edib: “Lyova Mnatsakanyan Rusiya Baş Qərargah Akademiyasında təhsil alıb. Kəlbəcər döyüşlərində Xankəndi (“Stepanakert”) alayının komandiri idi və 6 mindən çox azərbaycanlının qətlində günahkar sayılır. Qarabağ döyüşçüləri bu qatili yaxşı tanıyırlar. Kəlbəcər uğrunda döyüşlərdə bu terrorçu komandir uçqun yaratmaq üçün dağ zirvələrini atəşə tutur və nəticədə bir çox azərbaycanlı hərbçi şəhid olur. Çox əsgər donaraq ölür. Bəzi Azərbaycan əsgərləri soyuqdan dəli olur, bəziləri donmuş çaylarda “üzməyə” başlayır. Məhz bu qatilin əmri ilə bu əsgərlər hamısı ağır silahlardan atəş nəticəsində şəhid edilir. Kəlbəcər döyüşündən sonra Lyova ölmüş əsgərləri qarət edir. 1990-cı illərdə Qarabağda azərbaycanlı əhaliyə qarşı xüsusi amansızlıq göstərən Lyova əsir və girov düşənlərə qarşı xüsusi amansızlıqla davranıb. O, vedrənin altında deşik açır, tərsinə çevirib içinə siçovul yerləşdirir, vedrənin üstündə azərbaycanlıları lüt otuzdurur, vedrəni qızdırırdı; siçovul istidən qaçmaq üçün deşikdən birbaşa orda oturan şəxsin anus dəliyinə girirdi. Bu dəhşətli cəza üsulu ən qəddar növlərdən sayılırdı və qədim Çindən götürülmüşdü. Lyova əsirləri ağır zirehli maşınlardan atılan silahla vurmaqla məşhur idi. Əsirləri hədəf kimi qoyub onları parça-parça edirdi mərmi zərbələri ilə. Xocalı soyqırımı günü Mnatsakanyan qaçmağa çalışan insanların üstündən zirehli maşınla keçib. Məhz Çingiz Mustafayevin çəkdiyi kadrlarda meyitlərin təhqir edilməsini Mnatsakanyan təşkil edib. Xocalıda dinc əhalinin tövlələrə yığıb yandıranlardan biri də bu idi”. Alim xatırladıb ki, Mnatsakanyan BTC çəkiləndə terror qrupu toplayıb, kəməri partlatmaqla Azərbaycanı hədələyib.