"Biz güclü millətik, biz cəsarətli xalqıq, biz mütləq qalib gələcəyik!" - Zelenski

"Alyans beynəlxalq hüquq və təhlükəsizliyin gerçək müdafiəsi üçün yaradılır..."

"Rusiya özünün Ukraynaya qarşı cinayətkar təcavüzü ilə planetdə istənilən xalqın suverenliyi və normal həyatına təhlükə törədə biləcəyini göstərib..."

"Ukrayna artıq döyüş meydanında zəruri olan silah və "NATO kalibrli" mərmilər istehsal etməyə başlayıb..."

Zelenski "bütün millətlərin təcavüzdən müdafiəsi" barədə səs-küylü bəyanat verib

Ukrayna prezidenti Vladimir Zelenski Beynəlxalq Müdafiə Sənayeləri Alyansının yaradılması barədə elan edib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna lideri Kiyevdə işinə başlayan Beynəlxalq Müdafiə Sənayeləri Forumunda çıxış edərkən bəyan edib.

Tədbirdə 30 ölkədən 252 müdafiə şirkətləri iştirak edir, Ukrayna prezidentinin mətbuat xidməti məlumat verib.

Zelenskinin fikrincə, Alyans "beynəlxalq hüquq və təhlükəsizliyin gerçək müdafiəsi" üçün yaradılır.

"Mən təkcə Ukrayna deyil, həm də dünyada bütün millətlərin təcavüzdən təhlükəsizliyi haqqında danışıram", - Zelenski bəyan edib.

O, forum iştirakçılarını, "Ukrayna ilə birlikdə heç bir təcavüzkara şanslar saxlamayan azad dünya arsenalını yaratmağa hazır olanları" salamlayıb. 

Zelenski vurğulayıb ki, məhz Ukraynada ən güclü müdafiə sənayesi komplekslərinin, onların prioritetlərinin və dünyada müdafiə standartının necə olması müəyyən edilir.

"Rusiya özünün Ukraynaya qarşı cinayətkar, təhrik edilməyən təcavüzü ilə hər bir millətə planetdə istənilən xalqın siverenliyinə və normal həyatına təhlükə törədə biləcəyini göstərib", - Ukrayna lideri qeyd edib.

Zelenski qeyd edib ki, Ukrayna Alyansın əsası olaraq müvafiq baza bəyannaməsini işləyib hazırlayıb, bu bəyannaməyə istənilən ölkənin silah və hərbi texnika istehsalçıları qoşula bilər.

"Bu gün başlanğıcda biz artıq Ukrayna ilə birlikdə azad dünyanın yeni arsenalını yaratmağa hazır olan 13 görkəmli şirkətləri ilə bəyannamə imzalamışıq", - o, deyib.

Zelenski əlavə edib ki, Ukrayna öz ərazisində xarici şirkətlərin silah və texnika istehsalının lokallaşdırılmasında maraqlıdır.

Bunun üçün Kiyev Ukraynada silah istehsal etməyə qərar verən firmalara "xüsusi şərait" təklif etməyə hazırdır. Həmçinin Ukrayna hakimiyyəti müdafiə sənayesi müəssisələri üçün xüsusi iqtisadi rejim işləyib hazırlayır.

Bu zaman Zelenski qeyd edib ki, Ukrayna da silah istehsalı sahəsində yerində dayanmayıb və ölkəsi artıq döyüş meydanında zəruri olan silah və "NATO kalibrli" mərmilər istehsal etməyə başlayıb.

"Biz özümüzə, öz vətəndaşlarımıza, öz tərəfdaşlarımıza inanırıq. Biz güclü millətik. Biz cəsarətli xalqıq. Biz qlobal əhəmiyyəti olan dövlətik. Biz mütləq qalib gələcəyik. Biz Ukrayna üçün, deməli, bütün azad dünya üçün elə müdafiə potensialı yaradacağıq ki, bu, bizim gücümüzün əksi olacaqdır", - Zelenski deyib.

Öz növbəsində Ukrayna XİN dəqiqləşdirib ki, Alyansa artıq 19 ölkədən 38 şirkət qoşulub. Həmçinin forum çərçivəsində Ukrayna tərəfi xarici tərəfdaşlarla 20 sənəd imzalayıb. 

Söhbət dronlar istehsalı, zirehli texnika və döyüş sursatlarının təmiri və istehsalı üzrə saziş və memorandumlardan gedir.

Əməkdaşlıq formatları arasında birgə istehsal, texnologiyalar mübadiləsi, komplektləşdiricilər tədarükünü qeyd etmək olar.

Share on Facebook