Fransa Ermənistanı Azərbaycana qarşı hücuma hazırlaşdırır - ŞOK SSENARİ

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə telefon danışığında bildirdi ki, “Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq”. Bununla Azərbaycan lideri Aİ rəhbərliyinə Fransanın Cənubi Qafqazda nəyə xidmət etdiyini çatdırdı və bu, həm də bölgədəki hadisələrin sabitliyin pozulması istiqamətində inkişaf edəcəyi təqdirdə əsas səbəbkarın da Fransa olduğu haqda öncədən xəbərdarlığın edilməsidir. Fransanın Ermənistanın maraqlarını açıq şəkildə müdafiə etdiyi sirr deyil. Bu, Azərbaycan torpaqları işğalda olduğu müddətdə də belə idi, 44 günlük müharibədə də, ondan sonra da. Vətən müharibəsində Makronun özünü “Baqramyan 33”-ün mətbuat xidmətinin rəhbəri kimi aparmasını təkcə biz yox, bütün dünya gördü. Müharibədən sonra aparılan sülh danışıqlarında Fransa prezidenti nəinki ermənipərəst kimi çıxış edir, hətta bir çox hallarda Paşinyanın demədiklərini də səsləndirir, onun etmədiklərini edirdi. Qarabağda artıq məhv edilmiş erməni separatizminin əsas dəstəkçilərindən biri də məhz Fransa idi. Bunun nəticəsi olaraq, Azərbaycan Fransanın vasitəçiliyindən imtina etdi. Lakin Qarabağda istədiyinə nail ola bilməyən Makron Cənubi Qafqazı eskalasiya ocağına çevirməkdə israrlı görünür. Və hələ ötən ilin sentyabrından başlayaraq, hərbi müstəvidə Ermənistanla əməkdaşlığın genişləndirilməsinin yekun hədəfi də məlumdur: - Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanmasının qarşısını almaq; - Ermənistan üzərindən bölgədə yeni hərbi toqquşmalar yaratmaq; Bu hədəfə çatmaq üçün bütün imkanlarından istifadə edən Fransanın birdən çox siyasi məqsədi var. Birincisi, Ermənistanı Rusiyanın orbitindən uzaqlaşdırmaq; İkincisi, Rusiyanın Ermənistanın təhlükəsizliyində boşalan yerini tutmaq; Üçüncüsü, Avrasiyanın nəqliyyat şəbəkələrində əsas hablardan birinə çevrilən Cənubi Qafqazı hərbi eskalasiyaya sürükləməklə bu layihələri pozmaq; Fransa Ermənistanı bölgədə özünün plasdarmı kimi görür. Burada Fransadakı erməni diasporunun qisasçılıq siyasəti də təsirsiz deyil və aydındır ki, terrorizmi dəstəkləyən Papazyan kimi daşnaklara hesabat verəcək qədər zəif olan Makronun ermənilər qarşısında öhdəlikləri də var. Bunu onun özü də gizlətmir. Digər tərəfdən, Ermənistan Fransaya Afrikadakı məğlubiyyətin kompensiyası üçün lazımdır. Makron hakimiyyəti fransızlara ölkənin təsir imkanlarını uzaq coğrafiyalara qədər yaydığını isbatlmaq istəyir. Və “paket” olaraq əldə etmək istədiyi bu məqsədlər üçün Afrikadakı zəngin təcrübəsindən istifadə edərək, Cənubi Qafqazı “qan çanağına” çevirməyə hazırlaşır. Ermənistana səfər edən Fransanın xarici işlər naziri Katrin Kolonna bunu açıq şəkildə bəyan etdi. O bildirib ki, “Fransa Ermənistanın özünü müdafiə edə bilməsi üçün hərbi texnikanın tədarükü ilə bağlı müqavilələr imzalayacaq”. Sual yaranır, kimə qarşı? Azərbaycana, Türkiyəyə, yoxsa Rusiyaya qarşı? Torpaqlarını erməni işğalından azad edən Azərbaycan Ermənistan ərazisinə iddiasının olmadığını ən yüksək səviyyədə bəyan edib və bundan sonra əsas prioriteti bölgədə sülhə nail olmaqdır. Bu məqsədlə Ermənistanla sülh müqaviləsini imzalamaq niyyətindədir. Lakin rəsmi İrəvan müxtəlif iddialar və bəhanələrlə sülh sazişindən yayınır və aydındır ki, onu buna sövq edən əsas qüvvə məhz Fransadır. Cənubi Qafqazda Ermənistan üzərindən “yuva qurmaq” istəyən Makron hakimiyyətinin tətbiq edəcəyi ssenari də aydın görünür: - Ermənistan sərhəddə Azərbaycana hücum edəcək və yeni eskalasiya yaranacaq; - Beynəlxalq müstəvidə “Azərbaycan Ermənistana hücum edir” kampaniyası başlanacaq və rəsmi Bakıya təzyiq cəhdləri ediləcək; - İrəvan KTMT-nin “Azərbaycana qarşı çıxmadığını” əsas gətirərək, təşkilatdan ayrılmağı gündəmə gətirəcək; - Rusiyanın erməniləri müdafiə etmədiyini əsas götürərək, Ermənistanın təhlükəsizliyini Fransaya həvalə edəcək, hətta Gümrüdəki 102-ci bazanın ölkədən çıxarılması tələbini irəli sürəcəkləri də gözləniləndir; - Türkiyəyə qarşı ərazi iddialarının yenidən aktuallaşması da istisna deyil: Fransa xarici işlər nazirinin Ermənistana səfəri zamanı Ağrı dağının fotosunu “biz qayıtdıq” qeydi ilə paylaşması da bu kontekstdə təsadüfi deyil; Fransanın “müdafiə olunmaq” adı altında Ermənistanı silahlandırması, İrəvana hərbi attaşşe təyin etmək və Zəngzurda, məhz Azərbaycanla sərhəddə konsulluq açmaq istəyi də tətbiq ediləcəyi gözlənilən bu ssenarinin tərkib hissəsidir. Fransa artıq Ermənistanda hərbi missiya açıb. Bu ölkənin müdafiə naziri Sebastyan Lekornyu bildirib ki, “missiya bizə gündəlik olaraq Ermənistan ordusu və hakimiyyəti ilə əlaqədə olmaq, onarın müdafiə sahəsində tələbatlarını öyrənməyə imkan verəcək”. Eyni zamanda, o bəyan edib ki, “Fransa Ermənistanın müdafiə sahəsində tələbatlarını araşdırır. Prezidert (Makron – red) şəxsən prosesləri izləyir, çünki bu məsələ Fransa üçün çox vacibdir. O, (Makron – red) bildirib ki, bizim üçün əsas məqsəd Ermənistanın ərazi bütövlüyü, suverenliyi və ölkə əhalisinin müdafiəsidir”. Göründüyü kimi, Fransa Ermənistanı “müdafiə olunmaq” məqsədilə silahlandırır və Azərbaycana qarşı hücuma hazırlaşdırır. Bunun nəticəsi Ermənistan üçün ağır olacaq, çünki Azərbaycan istənilən təxribata “dəmir yumruq”la cavab verəcək. 44 günlük müharibə və ondan sonra baş verənlər Ermənistanın Azərbaycanla bacarmasının mümkünsüz olduğunu təsdiq edir. Bunu Parisdə də anlayırlar, lakin Makronun məqsədi Ermənistanı qorumaq, yaxud gücləndirməkdən daha çox, ondan Cənubi Qafqazı qan çanağına çevirmək üçün istifadə etməkdir. Afrikada da maraqlarını təmin etmək üçün məhz bu ssenridən - bir ölkəni digər ölkəyə qarşı hücuma təhrik etmək - yararlanıb. İndi Cənubi Qafqazda Afrika ssenarisini tətbiq etməyə hazırlaşır. (Publika.az)

İsrailə hücumla bağlı SENSASİON AÇIQLAMA

“Fələstinin silahlı HƏMAS qruplaşmasının onlarla israillinin ölümü, yüzlərlə yaralı və ya əsir götürülməsi ilə nəticələnən misli görünməmiş hərbi hücumu İsrail ordusu və kəşfiyyat xidmətlərindəki “qarışıqlıq” səbəbindən baş verib”. Sozcu.az xarici agentliklərə istinadən xəbər verir ki, bu fikrin müəllifi İsrailin keçmiş milli təhlükəsizlik müşaviri Çak Freylixdir. “Qəzzaya cavabdeh olan bölmənin qərargahı işğal olunub, orada xaos hökm sürür və buna görə də bütün cavab tədbirləri təxirə salınıb”, - deyə ekspert qeyd edib. 2000-ci illərin əvvəllərində milli təhlükəsizlik müşaviri vəzifəsində çalışan və hazırda Təl-Əviv Universitetinin Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun professoru olan Freylix HƏMAS-ın ələ keçirdiyi kəndlərin hamısının geri qaytarılacağına inandığını ifadə edib. “Bunun ardınca HƏMAS-a qarşı çox genişmiqyaslı hücumlar olacaq. Lakin əsas məqsədin Qəzzanın tamamilə tutulması, HƏMAS-ın devrilməsi, yoxsa onlara çox sərt zərbələr endirilməsi olacağını zaman göstərəcək”, - deyə Çak Freylix bildirib. Təhlükəsizlik analitiki və “Le Beck International” adlı risklərin idarə edilməsi firmasının kəşfiyyat rəhbəri Maykl Horovitzin sözlərinə görə, çoxlu girov götürmə insidentləri hələ də davam edir və bir sıra ərazilər HƏMAS-ın nəzarəti altındadır. “Bu o deməkdir ki, biz hələ hücumun miqyasını, ölənlərin və girovların sayını bilmirik”, - deyə Horovitz vurğulayıb.musavat)

İsraildən SON DƏQİQƏ açıqlaması - 2150-dən çox...

Fələstinin HƏMAS (Hərəkət əl-Müqavəmə əl-İslamiyyə) yaraqlılarının hücumu nəticəsində yaralanan israillilərin sayı 2156 nəfərə çatıb. Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, 338 nəfər ağır, daha 421 nəfər isə orta dərəcəli xəsarət alıb.

Bu istiqamətdə rusların 241 hərbçisi məhv edildi

Sutka ərzində Tavriya istiqamətində 240-dan çox rus hərbçisi məhv edilib. Sozcu.az xəbər verir ki, bu barədə “Tavriya” qoşun qruplaşmasının komandanı, briqada generalı Aleksandr Tarnavski məlumat verib. Onun sözlərinə görə, hazırda Ukrayna müdafiə qüvvələri Melitopol istiqamətində hücum əməliyyatını davam etdirir: “Nəticədə 241 rus hərbçisi məhv edilib, daha 2 nəfər təslim olub. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri düşmənin 21 hərbi texnikasını məhv edib. O cümlədən, 2 tank, 8 zirehli döyüş maşını, 3 artilleriya sistemi, 4 PUA, 4 avtomobil texnikası sıradan çıxarılıb”.

İlham Əliyev Gürcüstana getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə oktyabrın 8-də Gürcüstana işgüzar səfərə gedib. Sozcu.az xəbər verir ki, Azərbaycanın və Gürcüstanın Dövlət bayraqlarının dalğalandığı Tiflis şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidentini Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili və digər rəsmi şəxslər qarşılayıblar.

HƏMASI hücuma aparan Putindir - Kemp

HƏMAS-ı hücuma aparan əl Moskvadadır. Sozcu.az xəbər verir ki, bunu Britaniya ordusunun ehtiyatda olan polkovniki Riçard Kemp deyib. “İsraildəki müharibə təkcə Qəzzadan olan terrorçuların amansız hücumu deyil. NATO-nu birbaşa qarılaşmaq istəməyən Putin əvəzində Azərbaycanla Ermənistan, Serbiya və Kosovo arasında, Qərbi Afrika və indi də İsraildə münaqişəni qızışdırır”, - Kemp bildirib.

Hərbi əməliyyatın birinci mərhələsi BAŞA ÇATDI

“Dəmir Qılınclar” əməliyyatının birinci mərhələsi başa çatıb. Sozcu.az xəbər verir ki, bu barədə məlumatı İsrailin Baş naziri Benyamin Netanyahu açıqlayıb. O bildirib ki, Qəzza zolağından hücuma cavab olaraq həyata keçirilən əməliyyat nəticəsində terrorçuların əksəriyyəti məhv edilib. Netanyahu bəyan edib ki, qarşıya qoyulan məqsədlərə çatana qədər hücumlar davam edəcək.

İsrail ordusu Livana zərbələr endirdi

İsrail ordusu Livan ərazisini atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələrinin X səhifəsində məlumat yayılıb. “Artilleriya hazırda Livandan İsrail ərazisinə atəş açılan mövqelərə zərbələr endirir”, - məlumatda qeyd olunub.

Rusiyanın itkiləri 282 mini ötdü

Ukrayna müharibənin 592-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 282 280 hərbçi, 4821 ədəd tank, 9123 ədəd zirehli döyüş maşını, 6705 ədəd artilleriya sistemi, 808 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 542 hava hücumundan müdafiə sistemi, 316 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 9111 ədəd avtomobil texnikası, 5190 ədəd PUA, 1530 qanadlı raket, 20 gəmi/kater, 1 sualtı qayıq, 959 xüsusi avadanlıq itirib.

50 il sonra MOSSAD-ın ən böyük uğursuzluğu... - Blumberq

Həmas terrorçularının İsrailə gözlənilməz hücumu 1973-cü il müharibəsindən sonra İsrailin kəşfiyyatının ən böyük uğursuzluqlarından biri ola bilər. Sozcu.az xəbər verir ki, bu barədə “Blumberq” yazıb. “Hücuma quruda və dənizdə onlarla əməliyyat, eləcə də raket hücumları daxildir. Buna görə də, bu hücumun hazırlığı özündə dərin planlaşdırma və koordinasiyanı ehtiva edir ki, bu da İsrailin kəşfiyyat xidmətləri tərəfindən nəzərdən qaçırıla bilməzdi”, - nəşr bildirib. Karneqi Fondunun baş elmi əməkdaşı Aaron Devid Miller isə deyib ki, israillilər HƏMAS-ın belə hücum edəcəyinə inanmırdılar: “Heç kim onların sərhədi keçməyə risk edəcəyinə inanmırdı. Bu regionlarda kifayət qədər İsrail qüvvələrinin olmaması ciddi səhv idi”.

İsrail aviasiyası HƏMAS kəsfiyyatının binalarını vurdu

İsrail aviasiyası Qəzza zolağında HƏMAS-ın kəşfiyyat bölməsinin rəhbərinə məxsus binalar kompleksinə zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə İsrail Ordusundan məlumat verilib. “İsrail Müdafiə Qüvvələri hazırda Qəzza zolağında terrorçuların hədəflərinə zərbələr endirməkdə davam edir”, - məlumatda qeyd olunub.

"İsrailin müdafiə olunmaq hüququ şübhə altına alına bilməz" - Zelenski

"Terror hər zaman təkcə bir ölkəyə qarşı deyil, insanlığa və bütün dünyamıza qarşı cinayətdir..." Ukrayna prezidenti Vladimir Zelenski HƏMAS-ın yəhudi dövlətinə hücumuna münasibət bildirib. Sozcu.az xəbər verir ki, bu barədə "pravda.com.ua" nəşri məlumat yayıb. "İsraildən dəhşətli xəbərlər gəlməkdədir. Terror hücumu nəticəsində doğmaları və yaxınları həlak olan hər kəsə başsağlığı verirəm. İnanırıq ki, qayda-qanun bərpa ediləcək və terrorçular məhv ediləcək", - Ukrayna lideri bəyan edib. O, vurğulayıb ki, dünyanın heç bir yerində terrora şans vermək olmaz, "çünki terror hər zaman təkcə bir ölkəyə qarşı deyil, insanlığa və bütün dünyamıza qarşı cinayətdir". "Terrordan kimin istifadə etməsindən asılı olmayaraq, bu, dünyaya qarşı terrordur. Terrora kimin sponsorluq etməsindən asılı olmayaraq, bu, dünyaya qarşı terrordur. İsrailin müdafiə hüququ şübhə altına alına bilməz", - Zelenski qeyd edib və dünya ictimaiyyətini həmrəyliyə çağırıb. "Terrorun heç vaxt və heç bir yerdə özünə tabe etdirməməsi və ya insan  həyatına son qoymaması üçün dünya birləşməli və həmrəylik nümayiş etdirməlidir", - o, deyib. "Bu terror aktının bütün təfərrüatları aydınlaşdırılmalıdır ki, dünya hücuma sövq edən və onun təşkilinə kömək edən hər kəsi tanısın və məsuliyyətə cəlb etsin", - Ukrayna prezidenti bəyan edib. Bundan öncə Ukrayna Xarici İşlər Nazirliyi yəhudi dövlətinə terror aktlarını pisləyib və İsrailə dəstəyini ifadə edib.

İsrail açıqladı: 22 məntəqədə döyüşlər davam edir!

İsrailin 22 məntəqəsində döyüşlər davam edir. Sozcu.az xəbər verir ki, bu barədə İsrail ordusunun (ÇAXAL) məlumatında deyilir. Əlavə məlumat verilmir. Qeyd edək ki, HƏMAS “İslami-Cihad”la birgə İsrailin cənub zonasına hücum edərək xeyli dinc sakini qətlə yetirib və girov götürüb. İsrail ordusu cavab tədbirləri görür.

Bayden: “Heç kim xəta etməsin! ABŞ əsla İsraili tərk etməyəcək"

İsraili tam dəstəkləyirik, nöqtə! Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden mediaya açıqlamasında deyib. “Heç kim xəta etməsin! ABŞ əsla İsraili tərk etməyəcək. Bu ölkə insanlarının özlərin qoruması üçün hər şeyi edəcəyik!” - deyə Ağ Ev rəhbəri bildirib. Qeyd edək ki, bundan öncə Ağ Ev rəhbəri İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparmışdı. Xatırladaq ki, HƏMAS “İslami-Cihad”la birgə İsrailin cənub zonasına hücum edərək xeyli dinc sakini qətlə yetirib və girov götürüb. İsrail ordusu cavab tədbirləri görür.

Xocalı qatili Balasanyanla bağlı SON DƏQİQƏ məlumatı

Terrorçu və qanunsuz rejimin rəhbərlərindən biri olmuş Vitali Balasanyanın Ermənistan ərazisində olması ilə bağlı erməni mənbələrinin yaydıqları xəbər doğrudur. Sozcu.az musavat.com-a istinadən xəbər verir ki, Balasanyan naməlum şəraitdə və bilinməyən bir zamanda Qarabağ ərazisini tərk edərək Ermənistana keçə bilib. Məlumatı Musavat.com-a verən mötəbər mənbənin rəyinə görə, Qarabağda hərbi cinayətlər törətmiş və əli dinc azərbaycanlıların qanına batmış rejim mənsubu harada olmasından asılı olmayaraq, Azərbaycan dövləti tərəfindən tapılacaq və öz cəzasına çatdırılacaq. Bu baxımdan Vitali Balasanyanın hazırda gizləndiyi Ermənistan o qədər də etibarlı bir yer sayılmır.

Türkiyə ordusundan UĞURLU ƏMƏLİYYAT

Türkiyə ordusu Suriyanın şimalında keçirdiyi əməliyyat zamanı zərərsizləşdirilən PKK terrorçularının sayı 58-ə çatıb. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “X” sosial şəbəkəsində yaydığı məlumatda deyilir. Nazirlik “Fərat Qalxanı”, “Zeytun budağı” və “Sülh çeşməsi” əməliyyatları bölgələrində PKK-nın daha 14 terrorçusunun məhv edildiyini bildirib. (Report)

Bayden Ukrayna üçün 100 milyard tələb edəcək

ABŞ Prezidenti Co Bayden Konqresdən Ukrayna üçün ən böyük hərbi və humanitar yardım paketi tələb etmək niyyətindədir. Sozcu.az xəbər verir ki, bu barədə “Deyli Teleqraf” məlumat yayıb. Bildirilib ki, 2025-ci ilin əvvəlinə kimi çatacaq yardımın həcmi 100 milyard dollar təşkil edə bilər.

İsrail yaşayış məntəqələrini azad etdi

İsrail ordusu ölkənin cənub bölgəsində, Qəzza ilə sərhəddə yaşayış məntəqələrinin böyük hissəsinə nəzarəti bərpa edib. Sozcu.az xəbər verir ki, bu barədə İsrail ordusunun yaydığı məlumatda deyilir. Bildirilib ki, kənd və qəsəbələr HƏMAS silahlılarından təmizlənib. Qeyd edək ki, HƏMAS “İslami-Cihad”la birgə bu gün İsrailə böyük hücum başladıb. Hücum zamanı xeyli mülki sakin öldürülüb, hərbçilərdən əsir götürülənlər var. İsrail ordusu cavab tədbirləri görür.

İsrail zərbə endirdi: Qəzzada 232 nəfər öldü

İsrail qırıcılarının Qəzzaya zərbələr nəticəsində ölənlərin sayı 232 nəfərə, yaralıların sayı isə 1700 nəfərə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd edək ki, HƏMAS “İslami-Cihad”la birgə bu gün İsrailə böyük hücum başladıb. Hücum zamanı xeyli mülki sakin öldürülüb, hərbçilərdən əsir götürülənlər var. İsrail ordusu cavab tədbirləri görür.

Əliyev açıqladı: Buna görə görüşdə iştirak etmədik!

Qranadada Azərbaycanın iştirakı olmadan Azərbaycan adının dördtərəfli bəyanata daxil edilməsi düzgün yanaşma deyil. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı deyib. Prezident İlham Əliyev həmçinin Fransanın məlum mövqeyinə görə Azərbaycanın Qranadadakı görüşdə iştirak etmədiyini bildirdi.

İsrailli komandandan xəbər yoxdur, əlaqə kəsildi

İsrail ordusu (ÇAXAL) Qəzza ilə sərhəddəki bölmənin komandanı ilə əlaqəni itirib. Sozcu.az xəbər verir ki, bu barədə İsrailin “Walla” portalı məlumat yayıb. "Rabitə və koordinasiya bölməsinin komandiri ilə əlaqə tamamilə kəsilib", - məlumatda deyilir.

Fələstin xalqının yanındayıq - Kılıçdaroğlu

Fələstin uzun müddətdir haqq-ədalət axtarışında olan bir ölkədir. Sozcu.az xəbər verir ki, bunu Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu İsraildə baş verən gərginliklə bağlı danışarkən deyib. “Biz hər zaman Fələstin xalqının yanındayıq. Ümumiyyətlə, heç vaxt müharibə olmasını istəmirik. Demokratik standartlar çərçivəsində beynəlxalq təşkilatlar səylə göstərərək həm sülhü təmin etməlidir, həm də Fələstin xalqının hüquqlarını qorumalıdır”, - partiya sədri bildirib.

İsrail ordusunun nümayəndəsi: Günün sonunadək...

Günün sonuna qədər İsraildə bir nəfər də terrorçu sağ qalmayacaq. Sozcu.az xəbər verir ki, bunu İsrail ordusunun nümayəndəsi Riçard Heht deyib. Qeyd edək ki, son məlumata görə, HƏMAS-ın İsrailə son hücumlarında 100 nəfər ölüb, 800-dən artıq şəxs xəsarət alıb.

Azərbaycandan İsrailə dəstək BƏYANATI

Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun İsrailə qarşı genişmiqyaslı hücumlar ilə bağlı bəyanat yayıb. Sozcu.az bəyanatı təqdim edir: “Bu gün Qəzza sektorunun ərazisindən İsrailə qarşı baş vermiş, mülki obyektləri, yaşayış məntəqələrini və şəxsləri qəsdən hədəf alan raket zərbələri ilə müşayiət edilən hücumları qətiyyətlə pisləyirik. Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu bu amansız hücumlarda həyatlarını itirmiş şəxslərin ailələrinə və yaxınlarına başsağlığı verir, yaralananlara isə şəfa diləyir. Bu çətin zamanda İsrail xalqının yanındayıq”