Goranboyda bir ailənin 4 üzvü dəm qazından zəhərləndi

Goranboyda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.

Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Faxralı kəndində qeydə alınıb. Kənd sakinləri - 1983-cü il təvəllüdlü Ş.Əsgərov, 1987-ci il təvəllüdlü H.Qocayeva, 2014-cü il təvəllüdlü Ç.Əsgərov və 2016-cı il təvəllüdlü Ə.Əsgərov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilib.

Məlumata görə, ailə üzvləri yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

Share on Facebook