Ağcabədi rayonunda məktəbli qız yaşadığı evdə vəfat edib.
Sozcu.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, Ağabəyli kənd sakini 2015-ci il təvəllüdlü A.Novruzova dünən saat 06 radələrində yaşadığı evdə ölüb.
Onun pnevmoniyanın yaratdığı yüksək qızdırmadan dünyasını dəyişdiyi bildirilir.