Ağsuda bir ailənin 3 üzvü dəm qazından zəhərləndi

Yanvarın 13-də Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə, 2 kişi, 1 qadın olmaqla, 3 nəfər hospitalizasiya olunub.

Sozcu.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Hadisə rayonun Qaraqoyunlu kəndində baş verib.

Dəm qazının toksiki təsiri diaqnozu ilə sözügedən şəxslərə zəruri tibbi yardımlar göstərilib.

Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində müalicələri davam etdirilir, vəziyyətləri stabildir.

Zərər çəkənlər 2014-ci il təvəllüdlü Dəniz Hacızadə, 2018-ci il təvəllüdlü Yusif Hacızadə və 2013- ci il təvəllüdlü Xəqani Hacızadədir.

Share on Facebook