Şarl Mişel Paşinyanla sülhdən DANIŞDI

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb. Sozcu.az xəbər verir ki, bu barədə Mişel özünün "X" hesabında yazıb. Telefon danışığı zamanı Aİ-Ermənistan münasibətlərini və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması müzakirə olunub. “Cənubi Qafqaz üçün sülh, sabitlik və rifah gündəliyi Aİ-nin gündəmində əsas yer tutur”, - Mişel bildirib.

Gənclərin sevimli əyləncəsi: Ağ ciyəri, ürəyi sıradan çıxarır - XƏBƏRDARLIQ

Son vaxtlar insanlar arasında elektron siqaretlərdən istifadə xeyli populiyarlaşıb. Bir çoxları elektron siqaretlərin adi siqareti əvəz etdiyini və zərərsiz olduğunu düşünür. Elektron siqaretlərin artımını statistik göstəricilər də əsaslandırır.  Təkcə 2023-cü ildə ölkəyə 1.16 mln. ədəd bir dəfə istifadə edilən elektron siqaret və 1.55 mln. ədəd elektron siqaret mayeləri idxal edilib. Bu isə öncə ildən 61 faiz daha çoxdur. Bəs görəsən elektron siqaretlər insanların düşündüyü kimi həqiqətən zərərsizdirmi?  Mövzu ilə bağlı Yenisabah.az-a danışan həkim-pulmonoloq Əsəd Beydullayev elektron siqaretlərin insan orqanizmində olduqca ciddi fəsadlar törətdiyini qeyd edib:  “Siqaret özü günümüzdə yetərincə ciddi bir bəla olaraq qalır. Digər tərəfdən elektron siqaretlər də insan səhhətində ciddi fəsadlar törədir. Bildiyimiz adi siqaretlərin tərkibində tüstü var və bu tüstünün tərkibində qətran və nikotin mövcuddur. Nikotin asılılıq yaradır, tüstü isə özlüyündə insan bədəninə ziyan vurur. Elektron siqaretlərin də tərkibində nikotin və tüstü olur. Yəni məntiq olaraq eyni şeydir. Ağciyərlər sadəcə təmiz hava qəbul etmək üçün yaradılıb. Tüstü və digər maddələr ağciyərlərin funksiyasına zərərlidir. Elektron siqaretlər yeni-yeni yarandığından zərərlərin tam forması hələki naməlumdur. Bunu tam müəyyən etmək üçün bir müddət müşahidə aparmaq lazəmdır. Ancaq son araşdırmalarda elektron siqaretlərin meydana gətirdiyi xüsusi xəstəlik qrupu aşkarlanıb. Bu onu göstərir ki, elektron siqaretlər adi siqaretlərdən heç də təhlükəsiz deyil. Hətta bəlkə də daha təhlükəlidir. Məsələn, asma və buna bənzər xəstəlikdən əziyyət çəkən insanların elektron siqaretlərdən istifadəsi qətiyyən yolverilməzdir. Elektron siqaretlərin ağciyər və tənəffüs sistemində müxtəlif xəstəlikləri olanlara ciddi dərəcədə yan təsirləri var. Elektron siqaretin zərərsiz olduğunu bildirənlər sadəcə marketinq məsqədləri güdür və bütün deyilənlər yalandır".  Həkim elektron siqaretin ağciyərlərdə su yığılmasına səbəb olması ilə bağlı iddialara da aydınlıq gətirib:  “Siqaret və elektron siqaretlər ağ ciyərlərdə birbaşa su əmələ gətirmir. Ümumiyyətlə, götürdükdə ağ ciyərlərdə su yığılmasının səbəbləri olduqca çoxdur. Bunların başında ağciyər xərçəngi durur. Digər tərəfdən, ürəyin normal işləməməsi də ağ ciyərlərə su yığılmasına gətirib çıxarır. Ürəyin normal işləməməsinin əsas səbəblərindən biri də məhz siqaretlə bağlıdır. Bu səbəbdən siqaret, o cümlədən elektron siqaretlər bu xəstəliyin yaranmasında da yan təsir göstərir”. 

"Nəvəmin başına yumurta vurublar, saçlarını kəsiblər” - Təhqir olunan qızın nənəsi - Video

“Nəvəm ona nəsə pis söz deyib. Sonra 3 qız yığışıb onu söhbətə çağırıblar. Hadisə zamanı yanlarında bir oğlan da olub. O da qızları ayırmayıb. Nəvəmin başına bu oyunu açıblar. Başına yumurta vurublar, saçlarını kəsiblər”. Sozcu.az xəbər verir ki, bu sözləri təhqir olunan qızın nənəsi Cəmilə Hacıyeva Baku TV-yə bildirib.  O əlavə edib ki, nəvəsi hadisədən sonra evə qayıdanda heç kimə heç nə deməyib: “Biz sonradan bu hadisədən xəbər tutmuşuq. Nəvəmin başına oyun açanlar həm qohum, həm də qonşudurlar. Onun atası həmişə bizə gəlib-gedib. İki övladı var, ərköyün və firondurlar. Başlarına nə gəlir edirlər. Həmin qızın bibisi Qala məktəbində direktor işləyib. Həmin qız çox fironluq edir, onunla bacarmırlar”. Qeyd edək ki, qeyri-etik hərəkətləri əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdə yeniyetmə qızın başına yumurta çırpılır, saçı kəsilir və digər bullinq hərəkətləri edilir. Bunu edənlər Şüvəlanda yerləşən 156 saylı məktəbin şagirdləridir.

Məktəblilərin qeyri-etik davranışı: cinayət işi qaldırıldı

156 nömrəli məktəbin XI sinif şagirdinin 2023-cü il, yanvarın 17-si məktəbdən kənarda IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair yayılan görüntülərlə bağlı əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə cinayət işi qaldırılıb. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib. O bildirib ki, hazırda istintaq hərəkətləri davam etdirilir.

Qışqırır, söyüş söyür, məhbusları yatmağa qoymur - ƏHMƏD ƏHMƏDOV TƏCRİDXANA REJİMİNİ POZUR

Bir neçə gün əvvəl ailə üzvlərini qətlə yetirən Əhməd Əhmədov 1 Saylı Bakı İstintaq Təcridxanasına köçürülüb. Gununsesi.info-nun xəbərinə görə, təcridxanada 1 nəfərlik kamerada saxlanılan Əhməd Əhmədov günün bir neçə saatını qışqırmaqla, söyüş söyməklə keçirir. Bu isə Əhmədovun saxlanıldığı II korpusdakı digər məhbusların rejiminə mənfi təsir  edir. Bildirilir ki, Əhmədov bəzən gecə saatlarında kamerasında uca səslə söyüşlər söyür, qapını təpikləyir. Onu sakitləşdirmək cəhdləri isə uğursuz olur.

Şəhid atası vəfat etdi - FOTO

Vətən müharibəsi şəhidi Elçin Süleymanovun atası dünyasını dəyişib. Sozcu.az xəbər verir ki, şəhidin atası Tehran Süleymanov uzunsürən xəstəlikdən vəfat edib. Mərhum Füzuli rayonunda dəfn edilib. Qeyd edək ki, 1991-ci il təvəllüdlü Elçin Süleymanov 30 sentyabr 2020-ci il tarixdə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. O, ailəli olub, bir qız övladı yadigar qalıb.

Qərb Navalnının ölümünə görə hərəkətə keçir

ABŞ rusiyalı müxalif lider Aleksey Navalnının ölümündən sonra Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi imkanını nəzərdən keçirir. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden bildirib. “Artıq sanksiyalarımız var, lakin biz əlavə sanksiyaların mümkünlüyünü nəzərdən keçiririk”, - o qeyd edib. Eyni zamanda, Bayden bu hadisənin Konqresin respublikaçı nümayəndlərinin Ukraynaya yardımın ayrılması ilə bağlı qərarına təsir edəcəyinə ümid etdiyini vurğulayıb. Almaniya da Aleksey Navalnının ölümü ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi təklifi ilə çıxış edəcək. Almaniya xarici işlər naziri Annalena Berbok Navalnının həyat yoldaşı Yuliya Navalnayanın da iştirak etdiyi Avropa Birliyi ölkələrinin XİN başçılarının görüşündən əvvəl belə bir bəyanatla çıxış edib. “Rusiya prezidenti Ukraynaya qarşı etdiyi vəhşiliyi öz ölkəsinin azadlığına qarşı da edir. Aleksey Navalnının ölümü bizi təkcə narahat etmir, biz həm də yeni sanksiyalara başlayacağıq”, - Berbok bildirib.

Rusiyanın Ukraynadakı itkiləri 405 minə çatır

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1230 hərbçisini itirib. Sozcu.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 404 950 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 5 tank, 36 zirehli döyüş maşını, 40 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Fahişələri təbliğ edən cəmiyyətin görəcəyi budur!

“Müəllimi qapazaltı etdiniz, arvadları evdən qaçan kişiləri el-oba arasında gülünc edib hörmətdən saldınız, qaynanalar ana kimi yox, dana kimi müamilə gördü, əl çaldınız. Bir sözlə, ayaqlar oldu baş, başlar oldu ayaq”. Sozcu.az xəbər verir ki, bunu sabiq deputat Gülər Əhmədova Bakıdakı 156 nömrəli tam orta məktəbin XI sinif şagirdlərinin IX sinifdən məzun olmuş qıza qarşı etiyi təhqiramiz hərəkətlərdən danışarkən bildirib. Məktəbli qızların aşağılayıcı videosuna sərt reaksiya verən Gülər Əhmədova fikirlərini belə davam etdirib: “Boşanmayan gəlin qalmadı, hamısına bir ödənməyən emosional ehtiyac tapıb, ərindən ayırdınız. İndi şok keçirirsiniz? Əhməd belə vurdu, qızlar başlarda yumurta sındırır.  Bəyənmədiniz? Bu, hələ jurnaldır. Kino qabaqdadır. Bir donor kişidən onlarla qadını "ana" edib, cəmiyyətə insest yaymağın bədəli olacaqdır.  Fahişələri təbliğ edən cəmiyyətin görəcəyi budur. Onun, bunun ərindən özünə "ər, ailə" düzəldib efirdən ailə, sevgi haqqında xalqa dərs keçən narkoman, pozğun, qadın və kişilərə fanatlıq edəndə belə olmalı idi. Üzrlü sayın, biz gedərik, siz gələcəkdə çox şey görəcəksiniz. Qocalar evlərinin, yetimxanaların, qadın narkotik reabilitasiya mərkəzlərinin sayını indidən çoxaldın. Bu gün 30-40 yaşlarında olan nəslə lazım olacaqdır”.

“Bu eybəcər qızcığazların cəzası nə olacaq?” - Kamil Zeynallı

Sosial şəbəkədə Bakının Şüvəlan qəsəbəsində yerləşən 156 nömrəli məktəbin şagirdlərinin öz məktəb yoldaşını bullinqə məruz qoyduğunu nümayiş etdirən video yayılıb.  Məktəbin şagirdi olduğu bildirilən Rzaguliyeva Dilarə Rza qızı məktəb yoldaşına qarşı etdiyi qısnayıcı hərəkətlərini videoya çəkdirərək sosial şəbəkədə paylaşıb. Həmin videolardan görünür ki, D.Rzaquliyeva məktəb yoldaşının alnına ədəbsiz sözlər yazır, onun başında yumurta qırır və saçlarını qayçı ilə kəsir.  Sozcu.az xəbər verir ki, tanınmış fitness məşqçisi Kamil Zeynallı da məsələyə səssiz qalmayıb. Belə ki, sözügedən görüntülərdən bir hissəni sosial şəbəkə hesabında paylaşan idmançı əsəblərini cilovlaya bilməyib. O, araşdırmanın nəticəsini səbrsizliklə gözlədiyini qeyd edib:  “Araşdırmanın nəticəsi mənə çox maraqlıdır ki, bu tərbiyəsiz, əxlaqsız, səviyyəsiz, ailəsiz, valideyn tərbiyəsi görməmiş, eybəcər qızcığazların cəzası nə olacaq? Bu məsələnin sonu necə olacaq?” 

Yeniyetmə qızı alçaldan məktəbliləri hansı cəza gözləyir? - Hüquqşünas danışdı

Sosial şəbəkələrdə Bakıdakı 156 nömrəli məktəbin XI sinif şagirdinin məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair yayılan görüntülər ciddi müzakirələrə səbəb olub.  Məktəbdən bildirilib ki, məktəb rəhbərliyi və psixoloq tərəfindən şagird və valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb. Hazırda cəmiyyəti ən çox bu sual düşündürür:  IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik hərəkət edən məktəbli qızları hansı cəza gözləyir?  Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev bu barədə "Yeni Sabah"a açıqlama verib:  “Təhqirə məruz qalan uşaq 18 yaşından aşağı olduğu üçün, onun valideynləri təhqirolunma barədə xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməlidir. Üstəlik, bu məsələdə hadisənin görüntüyə alınıb sosial şəbəkələrdə paylaşılması faktoru da var. Təhqirin kütləvi informasiya vasitələrində yayılması ilə bağlı əməl Cinayət Məcəlləsində nəzərdə tutulub. Espertiza nəticələri əsasında hadisənin həqiqətən təhqir olması təsdiq olunsa cinayət işi açılır. Belə olduqda insan ləyaqətini, şərəfini alçaltma ilə bağlı məhkəmə bu əməli törətmiş şəxsləri azadlıqdan hətta məhrum da edə bilər. Əgər təhqirə məruz qalmış şəxs 18 yaşından yuxarıdırsa özü birbaşa məhkəməyə müraciət edə bilər”.  Sonda hüquqşünas bildirib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - 1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  Cinayət Məcəlləsinin 148.1-ci maddəsinə görə, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə - 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

DİQQƏT! Tikinti şirkətləri evləri sökülən vətəndaşları belə aldadır

Bakıda hansısa ərazi plana düşən zamanı sakinlər və söküntünü həyata keçirən şirkətlər arasında müəyyən anlaşılmazlıqlar meydana çıxır. Adətən evlərin ölçülərinin təyin olunması və təyin olunan ölçünün qiymətləndirilməsi zamanı vətəndaşlar nəticədən narazı qalır. Məsələn, sökülən obyektin yaşayış və qeyri-yaşayış sahəsi olmasından asılı olaraq, qiymətləndirmənin düzgün aparılması ilə bağlı mübahisələr yaranır.  Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev söküntülərin 2 formada aparıldığını qeyd edib:  “Hazırda söküntülər 2 formada aparılır. Birincisi, özəl şirkətlər tərəfindən köhnə evlər sökülüb yerində yeni binalar tikilir. Adətən, belə olduqda söküntünü həyata keçirən şirkət vətəndaşa yeni binadan mənzil verir. Bu qanunun tələbidir. Vətəndaş mənzil təklifi ilə razılaşmayanda bazar dəyərinə uyğun pul verilir. Digər söküntü işləri isə dövlət tərəfindən aparılır. Qanunda da qeyd olunduğu kimi, hər hansısa bir ərazi dövlət ehtiyacı üçün tələb olunursa, həmin ərazinin ölçüləri götürülür və bazar dəyərindən 20 faiz artıq kompensasiya verilir. Əgər verilən məbləğ və ölçülərlə bağlı vətəndaşın hansısa narazılığı varsa, hansısa memarlıq şirkətinə müraciət edərək bu məsələni məhkəmədə mübahisələndirə bilər”.  Ekspert qeyri-yaşayış obyektlərinin daha yüksək dəyərdə hesablanmalı olduğunu vurğulayıb:  “Əslində, plana düşən zaman obyektin qiyməti mənzildən daha yüksək dəyərdə hesablanır. Əgər bir ərazinin sənədi qeyri-yaşayış təyinatlıdırsa, təbii ki, mənzildən daha bahadır və əraziyə görə dəyişir. Məsələn, ev söküntüsü zamanı yeni tikilən binadan vətəndaşa 1 mənzil təklif edilirsə, qeyri-yaşayış obyekti söküləndə 2 hətta 3 mənzil də təklif oluna bilir. Digər tərəfdən, yeni tikilən binadan sənə məxsus olan qeyri-yaşayış təyinatlı obyektini yenidən tələb etmək də mümkündür. Əgər bu dövlət əhəmiyyətli söküntüdürsə bu zaman qiyməti dövlət özü təyin edir. Yenə də vətəndaşa verilən məbləğ onu qane etmirsə, qiymətləndirmə şirkətlərinə müraciət edib, nəticə əsasında məhkəmədən real bazar dəyərini tələb edə bilər”. 

Valideynlərin NƏZƏRİNƏ - Məktəblərdə bu arayış TƏLƏB EDİLƏCƏK

“Son günlər orta məktəbdə, kollec və universitetlərdə şagird və tələbələrdən sağlamlıq haqqında arayışın tələb olunması ilə bağlı müraciətlər daxil olur. Hətta sağlamlıq haqqında arayışı təqdim etməyən şagirdlərin buraxılış imtahana buraxılmayacağı deyilir”. Sozcu.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov öz feysbulunda pylaşımında qeyd edib. “Bu istək və tələbin heç bir hüquqi əsası yoxdur. Qüvvədə olan qanunvericilik aktlarına görə şagird ancaq 1-ci sinifə gedəndə, tələbə 1-ci kursa daxil olanda, işçi ilk dəfə işə qəbul olunanda o sağlamlıq haqqında arayışı təqdim etməlidir. Yəni bu o deməkdir ki, həmən şəxs sağlamdır. Daha şagirddən, tələbədən ildə bir dəfə sağlamlıq haqqında arayışı tələb etmək olmaz. Çünki heç bir normativ hüquqi aktlarda belə bir hal nəzərdə tutulmur. Buraxılış imtahanında isə, Dövlət İmtahan Mərkəzi pandemiya dövründə yoluxma ilə bağlı bəyənnamə təqdim edirdi, onu da imtahan iştirakçısı imzalayırdı ki, bütün məsuliyyəti özüm daşıyıram. Sadəcə olaraq, təhsil müəssisələri şagird, tələbə dərsə iştirak etməyəndə ondan mövcud vəziyyəti təsdiq edən xəstəlik haqqında arayış tələb edə bilər. Yəni həqiqətən də sən xəstə idin. Amma universitet və kolleclər o xəstəlik haqqında arayışı üzürlü hal hesab edib sizin qayıblarınızı ləğv etmir. Yəni siz xəstəlik haqqında arayış təqdim edib qayıbdan azad olmursunuz. Təhsil müəssisələrinin mütəmadi olaraq təhsil alanlardan sağlamlıq haqqında arayışı tələb etmək hüququ yoxdur və bu mövcud qanunvericikdə nəzərdə tutulmur”,- deyə ekspert əlavə edib.Redaktor.az

“Putin Alekseyi öldürməklə mənim yarımı, ürəyimi və ruhumu öldürdü" - Navalnının həyat yoldaşı

Fevralın 16-da həbsxanada öldüyü açıqlanan rusiyalı müxalifətçi Aleksey Navalnının qəfil ölümünün üzərindəki sirr pərdəsi hələ də qalxmayıb. Kremlin məsələ ilə bağlı susqunluğu, Navalnının meyitinin harada olması ilə bağlı hələ də qeyri-müəyyənlik var. Sozcu.az xəbər verir ki, Navalnının həyat yoldaşı Yuliya Navalnaya müxalifətçinin ölümündə növbəti dəfə Vladimir Putini günahlandırıb və rus xalqını mübarizədə ona dəstək olmağa çağırıb. Navalyana ərini Putinin öldürdüyünü iddia edərək, bununla onu həyat yoldaşından, iki uşağını isə atasından ayırdığını bildirib. “Putin Alekseyi öldürməklə mənim yarımı, ürəyimi və ruhumu öldürdü. Amma məndə hələ də digər yarısı var və bu mənə deyir ki, mənim təslim olmağa haqqım yoxdur... Navalnının işini davam etdirəcəyəm və ölkəmiz üçün mübarizə aparacağam” - o deyib.

Azərbaycanda bu məhsul da bahalaşdı...

Azərbaycanda toyuq ətində bahalaşma nəzərə çarpır. Gündəlik tələbat məhsulları sırasına daxil olan bu məhsulun qiymətində 1-2 manat arasında dəyişiklik müşahidə edilir. Bəs bu artım əhalinin məhsula olan tələbatı, yoxsa istehsalın azalması ilə bağlıdır?  Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Sabah”a açıqlama verib. O bildirib ki, bahalaşmanın əsas səbəbi əhali arasında toyuq məhsullarına olan təlabatın artmasıdır:  “Toyuq məhsullarının qiymətində müəyyən qədər artım müşahidə edilir. Bunun da əsas səbəbi insanların toyuq ətinə olan təlabatının artmasıdır. Tələbatın artmasına isə mal və qoyun ətindəki bahalaşma səbəb olub. Bu səbəbə görə əhali toyuq məhsullarına üz tutub. Bu da öz növbəsində toyuq əti və bu növdən olan məhsulların qiymətində müəyyən bahalaşmaya gətirib çıxarıb. Çünki təlabat artırsa, qiymət artımı da qaçılmazdır”.  Eyyub Hüseynov qeyd edib ki, bir qrup şəxs toyuq məhsullarındakı qiymət artımına müəyyən dərəcədə təsir edə bilər:  “Azərbaycan özünü quş məhsulları ilə tam təmin edə bilər. Bu barədə müəyyən addımlar atılmalıdır. Onlardan biri də xaricdən gələn bu mallara verilən üstünlüyün aradan qaldırılmasıdır. Quşçuluq məhsullarının istehsalı ilə məşğul olan insanlar bir qrupdur. Bu şəxslər həmin məhsulların bahalaşması üçün qiymət sövdələşməsinə də təsir edə bilər”.  Azad İstehlakçılar Birliyinin sədri onu da vurğulayıb ki, bu məhsulların qiymətində ucuzlaşma müşahidə edilməsi gözlənilən deyil. 

Azərbaycanda bu qanun qəbul edilsə, ölüm halları artacaq - Şok iddia

Evtanaziya xəstənin həyatına öz arzusu ilə son qoymaqdır. Xarici ölkələrdə bu üsul geniş yayılıb. Lakin Azərbaycanda hələ bunu reallaşdıran qanun layihəsi qəbul olunmayıb. Maraqlıdır, ölkəmizdə bu üsula ehtiyac var?  Məsələyə münasibət bildirən həkim, professor Adil Qeybulla “Yeni Sabah”a deyib ki, insanın öz arzusu belə olsa, onun həyatına son qoymaq düzgün deyil:  “Lakin bu normal psixi duruma olan şəxsə tətbiq edilir. Əqli çatışmazlıqları olan adamlar bu üsulu seçə bilməz. Bir çox ölkələrdə müxtəlif xəstəliklər ucbatından dözülməz ağrılara və diskomfort durumlara tab gətirməkdə çətinlik çəkən, yaşam perspektivi çox az olan şəxslər evtanaziya ilə həyatlarına son qoyur. Bu proses müəyyən bir qanun layihəsi əsasında həyata keçirilməlidir. Sözügedən məsələdə komissiya və şahidlik mütləqdir. Çünki insanın dünyasını dəyişmə faktı araşdırılır ki, bu hadisədə qəsd var, ya yox. Sadalananlar evtanaziya haqqında qanun qəbul edən ölkələrə aiddir. Azərbaycanda belə bir qanun yoxdur. Özü arzulasa belə biz heç bir xəstənin həyatına son qoya bilmərik. İnsanın həyatını xilas etmək üçün sona qədər çalışıb-çarpışmaq lazımdır”.  Hüquqşünas Əkrəm Həsənov isə bu qanunun Azərbaycanda qəbul olunmasından sonra mənfi nəticələrlə qarşılaşmağın qaçılmaz olduğunu vurğulayıb:  “Mən bu qanun layihəsinin qəbul olunmasının tamamilə əleyhinəyəm və bu fikirdə olmağımın iki səbəbi var. İlk növbədə həmin üsul bizim milli mentalitetimizə və dinimizə ziddir. İnsanın özünə qəsd etməsi bizdə birmənalı qarşılanmır. İkinci səbəb isə odur ki, bizdə qanunlara əməl etmək çox aşağı səviyyədədir. Düşünürəm ki, həmin qanun qəbul edilərsə, bundan sui-istifadə halları olacaq. Bəlkə də kimsə öz həyatına son qoymaq istəmir, ancaq qohum-əqraba mülk, miras üstündə bu yola əl ata bilər. Bizdə qanunlar normal işləmir. Ona görə də, evtanaziyanın Azərbaycanda tətbiq edilməsinin tərəfdarı deyiləm”. 

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər – Video

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər. Sozcu.az xəbər verir ki, fevralın 19-da Prezident İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış edirlər.

Navalnının xanımı Avropa nazirləri qarşısında çıxış edəcək

Mərhum rusiyalı siyasətçi Aleksey Navalnının xanımı Yuliya Navalnaya Avropa İttifaqı ölkələrinin nazirləri qarşısında çıxış edəcək. Sozcu.az BBC-yə istinadən xəbər verir ki, xanım Navalnaya bu gün Aİ Xarici Əlaqələr Şurasının iclasında çıxış edəcək. Aİ-nin ali nümayəndəsi Jozep Borelin sözlərinə görə, Aİ nazirləri bununla da “Rusiyadakı azadlıq döyüşçülərinə güclü dəstək siqnalı göndərəcək və Aleksey Navalnının xatirəsini ehtiramla anacaqlar”. BBC-yə verdiyi şərhdə Borel bildirib ki, Navalnının ölümünə görə Rusiya prezidenti Vladimir Putin şəxsən məsuliyyət daşıyır. Eyni zamanda o, Qərbin Rusiya liderini məsuliyyətə cəlb etmək üçün yeni yollar tapmasının çətin olacağını etiraf edib və Rusiyada müxalifətə dəstək verməyə çağırıb.

Navalnı 14:17-də ölür, 2 dəqiqə sonra... - Müəmma

Siyasi məhbus Aleksey Navalnının saxlandığı İK-3 “Qütb canavarı” cəzaçəkmə müəssisəsində gərgin hadisələr fevralın 15-də axşam saatlarında başlayıb, bu isə o deməkdir ki, müxalifətçi Rusiyanın bildirdiyindən xeyli tez ölmüş ola bilər. Sozcu.az xəbər verir ki, bu barədə “Novaya qazeta” (Europe) nəşri həmin cəzaçəkmə müəssisəsindəki məhbusa istinadən yayıb. “Navalnının ölüm şəhadətnaməsində müxalifətçinin fevralın 16-da cümə günü saat 14:17-də öldüyü bildirilir. Federal Penitensiar Xidmət bu barədə inanılmaz sürətlə, elə həmin gün saat 14:19-da rəsmi açıqlama yayıb. Çox güman ki, siyasi məhbus bir gün əvvəl dünyasını dəyişib. İK-3-də cəza çəkən məhbus iddia edir ki, fevralın 15-nə keçən gecə cəzaçəkmə müəssisəsində “anlaşılmaz ajiotaj” başlayıb. Onun sözlərinə görə, məcburi axşam yoxlaması “çox sürətləndirilib” və bundan sonra məhbuslar ağır mühafizə altında kazarmalara yollanıblar. Həmin gecə zonaya çoxlu avtomobilin daxil olduğu da eşidilib. Məhkumun dediyinə görə, fevralın 16-da səhər, yoxlamanın gözlənilmədən gəlməsi ilə əlaqədar olaraq, cəzaçəkmə müəssisəsinin işçiləri “ümumi axtarış” aparıblar. Koloniya üçün nəzarət tədbirləri adi haldır, lakin əvvəllər onlara ən azı bir ay əvvəldən məlumat verilirdi. Mənbə iddia edir ki, onlar Navalnının ölümü barədə danışmağa fevralın 16-da səhər saat 10-da başlayıblar. Hakimiyyət müxalifətçinin öldüyünü rəsmən elan etdikdən sonra “Qütb canavarı”nda təcili yardım maşını peyda olub. Federal Penitensiar Xidmətin məlumatına görə, guya Navalnı fevralın 16-da gəzinti zamanı özündən gedib və həkimlər onu xilas edə bilməyiblər. Rəsmi versiyaya görə, həkimlər zəngdən 7 dəqiqə sonra qonşu şəhərdən cəzaçəkmə müəssisəsinə gəliblər. Bu mümkün deyil. Belə məsafəni 7 dəqiqəyə qət etmək üçün təcili yardım maşını 300 km/saat sürətlə getməlidir. Rəsmi versiyadakı bu cür məqsədyönlü uyğunsuzluqlar göstərir ki, Moskva onların sözlərinə etimad göstərməkdən çəkinməyib. Navalnının ölümünün bütün dünya elitasını bir araya gətirən Münhen Təhlükəsizlik Konfransının başlanğıcında açıq şəkildə elan edilməsi də vacibdir...” - məlumatda deyilir.

Goranboyda baş direktoru 4 nəfər döydü

Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Rauf Yəhyayev bir neçə şəxs tərəfindən döyülüb. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, həmin şəxslər baş direktordan ağır ağrıkəsici dərman istəyiblər. O da “yox” cavabı verdiyi üçün döyülüb. Rauf Yəhyayev açıqlamasında bildirib ki, bir neçə şəxs xəstəxanaya gəlib, ağır ağrıkəsici dərman tələb ediblər: “Mənə əllərindəki ağrıkəsicini göstərib, daha artıq dozada olanını tələb etdilər. Bildirdim ki, onsuz da o dərmanlar ağrıkəsicidir. Onlar dedilər ki, o dərmanlar kömək etmir. Ondan ağırı narkotikdir, mən onlara narkotik verəcəkdim? Dedim ki, təcili yardım şöbəsinə getsinlər. Münaqişə başladı və bıçaqla hücum etdilər”. Qeyd edək ki, məsələ barədə Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

Erməni generallar sərhəddə: İrəvan yeni hücuma hazırlaşır?

Ermənistanda yaxın dövrdə yeni müharibə hazırlığına dair informasiyalar peyda olub. “Oragir.news” saytının erməni ordusunun komandir heyətinə müharibəyə hazırlaşmaqla bağlı göstəriş verildiyinə dair məlumatı Ermənistan Müdafiə Nazirliyi tərəfindən təkzib olunub. Təbii ki, müharibəyə hazırlıqla bağlı informasiyalar rəsmi şəkildə təsdiq olunmayacaq. Burada əsas məqam Ermənistanın hərbi rəhbərliyinin praktiki müstəvidə hansı addımlar atmasıdır. Ermənistan MN məlumatları təkzib etsə də, erməni generalların Azərbaycan sərhədinə səfəri xüsusilə diqqət çəkir. Rəsmi məlumata görə, Ermənistan ordusunun Baş qərargah rəisi, müdafiə nazirinin birinci müavini general-leytenant Edvard Arsyan ötən həftənin sonu “sərhədin cənub-şərq və cənub-qərb hissələrinə baş çəkib”. Bir neçə hərbi hissədə olan Arsyan sərhəddəki postlara çıxıb, hərbçilərlə müzakirələr aparıb, mühəndislik işləri ilə tanış olub, daha sonra bölmə komandirlərinin iştirakı ilə iclas keçirib. Arsyanın səfər etdiyi “sərhədin cənub-şərq və cənub-qərb hissəsi” Azərbaycanla sərhədin hər iki istiqamətidir: cənub-şərq Zəngilan-Qubadlı, cənub-qərb isə Naxçıvanla sərhəd ərazisinə düşür; Arsyanın məhz indi bu istiqamətə səfər etməsinin bir neçə mümkün səbəbi ola bilər. Birincisi, Ermənistan son təxribatını sərhədin cənub-şərq hissəsində - Zəngilan istiqamətində etmişdi və Azərbaycan ordusunun adekvat cavabı nəticəsində ağır itkilər verdilər: görünür, Arsyan vəziyyəti birbaşa yerində yoxlamaq qərarına gəlib; İkincisi, sərhəddə təxribatların davam edəcəyi gözləntisi var, xüsusilə Zəngəzur dəhlizi layihəsinin olduğu Zəngilan istiqaməti mümkün toqquşma zonalarından biridir: Arsyanın növbəti təxribat planı ilə bağlı erməni hərbçiləri yerində təlimatlandırmaq üçün sərhədə gəldiyi istisna edilməməlidir;//Publika.az

Qar yağacaq, 10 dərəcə şaxta olacaq - Kəskin soyuqlar gəlir

Fevralın 20-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.  Bu barədə Sozcu.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.  Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.  Havanın temperaturu gecə 1-3° isti, gündüz 4-7° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.  Azərbaycanın rayonlarında da əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək.  Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

2024-CÜ İLDƏ DÜNYA İDMANININ İNKİŞAFINDA YENİ DÖVR BAŞLAYACAQ

2024-cü il fevralın 21-dən martın 3-dək Rusiyada baş tutacaq tədbiri ekspertlər belə qiymətləndirirlər. Dünya idmanı tarixində ilk dəfə olaraq, Kazan şəhərində “Gələcəyin Oyunları” Beynəlxalq Multiidman Turniri keçiriləcək. Yeni formatlı oyunlar planetin ən güclü idmançılarını, o cümlədən İran, Türkiyə, Azərbaycan və İslam dünyasının digər ölkələrini bir araya gətirəcək. Ümumilikdə turnirdə 107 ölkəni təmsil edən 277 komandadan 2000-dən çox iştirakçı iştirak edəcək. Dünyanın hər yerindən ən yaxşı idmançılar və e-idmançılar figital konsepsiyasını dəstəkləyən, yəni klassik idman növlərini, e-idman və texnologiyanı birləşdirən 21 innovativ fənn üzrə yarışacaqlar.  Figital-da qalib gəlmək üçün idmançının yalnız futbol meydançasında, yarış meydançasında, rinqdə və ya sevimli video oyununda ən yaxşı olması kifayət deyil. Figital və rəqəmsal mərhələlərdə toplanan xallar toplanılır, iştirakçılardan isə xüsusi hazırlıq və bir yarışdan digərinə sürətli şəkildə keçmək bacarığı tələb olunur. «Gələcəyin Oyunları» müsabiqəsi beş "çağırışa" bölünür: "İdman" çağırışı klassik idman növlərini rəqəmsal həmkarları ilə birləşdirir: figital-futbol, figital-basketbol, figital-xokkey, figital-döyüş sənəti, figital-avtomobil yarışı, figital-skeytbord, figital-BMX və virtual velosiped yarışı. Oyunların iştirakçıları 2023-cü ilin noyabr-dekabr aylarında Moskvadan Baykonura yola düşən, sonra isə Beynəlxalq Kosmik Stansiyaya gedən “Gələcəyin Oyunları” kuboku uğrunda mübarizə aparacaqlar. O, 2024-cü ildə kosmosdan qayıdacaq və “Gələcəyin Oyunları”-nda təqdim olunacaq. Müsabiqənin ümumi mükafat fondu 10 milyon dollardır.  Oyunlar zamanı Rusiya, Çin, BƏƏ, Vyetnam, Kuba, İtaliya, Suriya, Fransa, Cənubi Afrika, Latın Amerikası və digər ölkələrdən xarici nümayəndə heyətləri və 600-dən çox KİV nümayəndəsi Kazana səfər etməyi planlaşdırır. Müsabiqə bütün qitələrdə, o cümlədən Braziliya və Çili, Çin və Hindistan kimi ölkələr, eləcə də MDB ölkələri üzrə 200 saytda yayımlanacaq.  Açılış və bağlanış mərasimləri müvafiq olaraq fevralın 21-də və martın 3-də Rusiyanın Kazan şəhərində baş tutacaq. Turnirdə 20 ölkədən 7000 ərizəçi arasından seçilən 2000 könüllü iştirak edəcək.

“Putin rejiminə, onun müttəfiqlərinə qarşı adekvat addımlar atılmayıınca belə qətllər Rusiya hüdudlarından kənara çıxacaq...”

“Təəssüf ki, Qərb bunların qarşısında aciz qalıb. Niyə acizdir? Ona görə ki, Qərbdə belə siyasi sifarişli qətllər törətmək mexanizmi olduqca mürəkkəbdir...” “Putin Navalnını öldürməklə hər tərəfə: həm ölkə daxilindəki, həm xaricdəki opponentlərinə ciddi mesajlar verdi...” “Təbii ki, Aleksey Navalnının ölümü qətldir. Bu, birmənalı şəkildə belədir. Və mən bu barədə öz ehtimallarımı bölüşmək istərdim. İndi bu olay ətrafında müxtəlif versiyalar səsləndirilir. Və maraqlıdır ki, yalnız Rusiya daxilində deyil, ölkədən kənarda olan müxalifət nümayəndələri belə, hansısa fikir söyləməkdən çəkinirlər. Bu da onu göstərir ki, cinayətkar Putin rejimi elə bir mühit yaradıb ki, onun opponentləri hətta xaricdə ola-ola bu rejimin cinayət törətməsi haqda fikir söyləməkdən ehtiyat edirlər”.  Bu fikirləri Moderator.az-a açıqlamasında Rusiya müxalifətçisi A.Navalnının həbsxanada həlak olmasına münasibət bildirərkən siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu söyləyib. “Hesab edirəm ki, Navalnının öldürülməsi ilk növbədə Rusiyanın siyasi elitasının daxilində gedən proseslərin nəticəsidir. Məsələ burasındadır ki, Rusiyada real müxalifət yoxdur. Hətta Navalnının özü də Rusiya daxilində yetərincə gücə, nüfuza malik lider deyildi. Faktiki olaraq onun siyasi təşkilatı, partiyası yox idi. Yalnız korrupsiyaya qarşı mübarizə fondu vardı. Özü siyasətçi kimi cəsarətli və qətiyyətli idi. Eyni zamanda Rusiya əhalisinin müəyyən kəsimi arasında populyar idi. Söhbət ondan gedir ki, Rusiya hakimiyyətinin daxilindəki hansısa qruplar Navalnıdan lider kimi istifadə edərək Putinə qarşı təhlükə törədə bilərdi. Bu halda Putin seçki ərəfəsində və ya seçkidən sonra Putini sıradan çıxara bilərdilər”, - deyə analitik davamında bildirib. Həmsöhbətimiz Navalnının ölümündə Putinin birbaşa əli olmasına əminliyini ifadə edərək həmin qətllə Rusiya liderinin öz opponentlərinə vermək istədiyi mesajlardan da bəhs edib. “Eyni zamanda düşünürəm ki, Putin Navalnını öldürməklə hər tərəfə: həm ölkə daxilindəki, həm xaricdəki opponentlərinə ciddi mesajlar verdi. Birincisi, bununla nümayiş etdirdi ki, “Mən qətiyyətliyəm və yolumda maneə olanları öldürməkdə davam edəcəm. Mən hakimiyyəti heç kəsə verməyəcəm və kim hakimiyyətimə qarşı çıxacaqsa, onu öldürtdürəcəm”... Və bu saat Putin rejimi tərəfindən Navalnının ölümü barədə bir çox yanlış versiyalar səsləndirilir. Guya seçki ərəfəsində Navalnının ölümü ən çox Putinə lazım deyildi. Bax, bu Rusiyada belə situasiyalarda daim ortaya atılan yalançı bir versiyadır. Boris Nemtsov öldürüləndə də belə bir versiyaya atıldı ortalığa; dedilər ki, guya bu, Putinə sərf etmir, düz onun pəncərəsinin altında qətlə yetirilib. Lakin sonradan məlum oldu ki, onu məhz Putin öldürtdürüb. Jurnalist Anna Politkovskaya qətlə yetiriləndə də eyni versiya səsləndi... Və s. İndi də dediyim kimi, eyni üsula əl atırlar. Amma mən əminliklə deyirəm ki, Navalnını Putin öldürtdürüb... Və bu, bütün kriminal rejimlərin dəst-xəttidir... Navalnının qətli ilə verilən ikinci mesaj ondan ibarətdir ki, Putin artıq bütün demokratik dünyanı təhdiq edir: sabah o başqa ölkələrin də liderlərini, siyasətçilərini qətlə yetirdə bilər. Və hazırda belə şeylərin də olması mümkündür. Stalin dövründə də bu cür olaylar olub. Və yaxud SSRİ-nin Çexoslavakiyaya, Polşaya, Macarıstana, Əfqanıstana hücumunu da misal çəkə bilərik. Bu dövr mahiyyətcə o dövrdən heç nə ilə fərqlənmir. Putin rejimi və onun satelliti, müttəfiqi olan bütün rejimlərin hamısı cinayətkar, qatil rejimlərdir. Təəssüf ki, Qərb bunların qarşısında aciz qalıb. Niyə acizdir? Ona görə ki, Qərbdə belə siyasi sifarişli qətllər törətmək mexanizmi olduqca mürəkkəbdir. Yəni söhbət, məsələn, Rusiyanın hakimi siyasətçilərinə qarşı cavab tədbirləri görmək. Bu isə onunla bağlıdır ki, ABŞ-da, Avropada hüquqi və siyasi mexanizmlər bu cür əməllərə yol vermir. Fərdi məsuliyyət, hakimiyyət məsuliyyəti məsələsi var. Amma hər bir halda artıq Putin rejiminə, onun müttəfiqlərinə qarşı adekvat addımlar atılmayıınca bu qətllər doğrudan da Rusiya hüdudlarından kənara çıxacaqdır”,-deyə ekspert vurğulayıb.