Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Sozcu.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;
2. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
3. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;
4. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
5. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
6. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
7. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;
8. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
9. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;
10. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində;
11. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
12. Koroğlu Rəhimov küçəsi, Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
13. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Həsən Əliyev küçəsi istiqamətində;
14. Neftçilər prospekti, "Azneft" dairəsi istiqamətində;
15. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;
16. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
17. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
18. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
19. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
20. Heydər Əliyev prospekti kənar yol, metronun "Koroğlu" stansiyası istiqamətində;
21. Heydər Əliyev prospekti, köməkçi yol, metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq müşahidə olunur.