Müsavat Partiyasının başqanı Arif Hacılı başqan müavini, tanınmış vəkil Osman Kazımovu 60 yaşının tamam olması münasibəti ilə təbrik edib.
Təbrikdə deyilir.
" Hörmətli Osman bəy!
Sizi doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, işlərinizdə uğurlar arzulayıram.
Siz gənc yaşlarınızdan Milli Azadlıq Hərakatına qoşulmuş, Azərbaycanın istiqlalı və azadlığı uğrunda gedən mübarizənin fəal iştirakçılarından biri olmusunuz.
Sonrakı illərdə Müsavat Partiyasına qoşularaq pariyanın təşkilatlanması, təsir imkanlarının artması üçün yorulmadan çalışmısınız. Ölkədə demokratik cəmiyyətin qurulması üçün müxtəlif siyasi tədbirlərdə, kütləvi aksiyalarda fəal iştirak etmisiniz.
1992-93-cü illərdə, Milli hakimiyət dövründə Füzuli Rayon İcra Hakimiyyətinin başçısının müavini olaraq bacarıqlı vəzifə adamı kimi əhalinin xidmətində durdunuz, ərazi bütövlüyümüzün təmin olunması üçün ön cəbhədə oldunuz.
Siz partiyanın iştirak etdiyi bütün seçkilərdə saxtakarlıqların qarşısının alınması üçün mübarizlik göstərmisiniz və sonrakı proseslərdə üzləşdiyiniz repressiyalar zamanı nümayiş etdirdiyiniz cəsarət və əqidəyə sədaqətiniz xüsusi ilə təqdirəlayiqdir.
Siz bu gün də Divan üzvü və başqan müavini kimi təşkilatın idarə olunmasında, partiyanın fəaliyyətinin güclənməsi, təbliği, müsavatçılıq ideologiyasının yayılması üçün çalışırsınız.
Siz həm də uzun müddətdi peşəkar vəkillik fəaliyyəti ilə də məşğul olursunuz və Azərvaycanın ən tanınmış vəkillərindən birisiniz. Professional vəkil kimi Azərbaycan vəkilliyinin nüfuzunun formalaşdırılmasına,
vətəndaşlarımızın hüquqlarının bərpası, onların müdafiəsi işinə böyük töhfə vermisiniz.
Bir vəkil kimi müdafiə etdiyiniz şəxslərin hüquqlarının tam şəkildə qorunması üçün yorulmadan çalışmış və haqsızlığa qarşı barışmaz olmusunuz. Siz prinsipial, vicdanlı vəkil kimi həmişə haqqın, ədalətin yanındasız.
Bu fəaliyyətinizə görə dəfələrlə təqib və və təzyiqlərə məruz qalmısız.
Peşəkarlığınız və işgüzarlığınız, eyni zamanda fəal həyat mövqeyiniz cəmiyyətdə və Sizi tanıyanlar arasında Sizə böyük nüfuz qazandırıb.
Hörmətli Osman bəy!
Sizi bir daha doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, və apardığınız bu şərəfli mübarizədə uğurlar arzulayıram”