KİV: "Oskar" mərasimini 20 milyona yaxın insan izləyib - REKORD

96-cı Amerika Kino Akademiyası Mükafatları - "Oskar" mərasiminin yayımını son dörd ildə rekord sayda - 19 milyon 500 min insan izləyib. Sozcu.az xəbər verir ki, bu barədə "Variety" jurnalı məlumat yayıb. Bu il mərasim Şərqi Sahil vaxtı ilə saat 19:00-da (Bakı vaxtı ilə 11 mart 03:00), yəni əvvəlki illərdən bir saat tez başlayıb. Veriliş ABC telekanalı tərəfindən yayımlanıb. 2021-ci ildə mərasimə baxış ən aşağı səviyyədə olub. Həmin vaxt mükafatın təqdimat mərasimini 10 milyon 400 min insan izləyib. "Variety" bunu COVID-19 pandemiyasının təsiri ilə əlaqələndirir. 2022-ci ildə tamaşaçıların sayı 16 milyona 600 minə, 2023-cü ildə isə 18 milyon 800 minə yüksəlib.

İkinci xanımı qızımın atası ilə görüşməsinə imkan vermir - Müğənni

Müğənni İlahə İbadova övladının atası ilə bağlı dedikləri ilə gündəmə gəlib. Sozcu.az azxəbər-ə istinadla xəbər verir ki, o, 14 yaşlı qızının öz doğma atası ilə görüşə bilmədiyini deyib. O bildirib: "2 il ailəli olduq, sonra münasibətlər alınmadı ayrıldıq. Keçmiş ərim ikinci dəfə evləndi. Amma xanımı qızımın öz atası ilə görüşməsinə imkan vermir. Uşaq atasını görmədən böyüyüb. Atası da arayıb axtarmır. Sonuncu dəfə uşağını 2 yaşında görüb. 12 ildə 1 dəfə o adam övladı ilə maraqlanmayıb. Zəng etsək, telefonu da açmaz yəqin ki. Ümumiyyətlə, "əhlikef" adam idi, ona uşaq maraqlı deyil".

"Bunu etdim ki, 30-50 il sonra kiməsə ağız açmayım"

Əməkdar artist Bəsti Bəkirova "7 canlı" proqramında qonaq olub. Sozcu.az xəbər verir ki, toylardan danışan sənətçi bir ildən çoxdur el şənliklərinə getmədiyini bildirib: "Çox nadir hallarda əzizlərimin, mötəbər insanların toyuna yarımsaatlıq gedirəm. Əvvəlki zamanlardakı kimi deyil, vaxt var idi hər gün el şənliklərinə gedirdim. İndi ümumiyyətlə toyların mövsümü deyil. Ayaq problemlərimdən və koronavirusdan sonra çox az hallarda toya gedirəm. Bir ildən çoxdur məclislərdə iştirak etmirəm. Vaxtında qazandığımı elə etmişəm ki, bundan sonra 30-50 il ömrüm qalsa, kiməsə ağız açmayım. İşimi əvvəldən elə qurdum ki, özümü o vaxta kimi idarə edə bilim. Bunların hamısını səmərəli və planlı şəkildə etmişəm". Qeyd edək ki, sənətçinin həyat yoldaşının Nabranda otel biznesi var.

Elnarənin jurnalist olma sevgisi

Müğənni Elnarə Xəlilova instaqram səhifəsində dəyişiklik edib.  Sozcu.az xəbər verir ki, sənətçi bir müddətdir profilinin adını dəyişərək "elnarasnews" edib.  Xəlilova eyni zamanda səhifəsində özü və sənət adamları haqda xəbərlər paylaşmağa başlayıb. O, izləyicilərinin "Sayt var" sualına "Gözəl ideyadır. O da olacaq" cavabını verib.

“Bu eybəcər qızcığazların cəzası nə olacaq?” - Kamil Zeynallı

Sosial şəbəkədə Bakının Şüvəlan qəsəbəsində yerləşən 156 nömrəli məktəbin şagirdlərinin öz məktəb yoldaşını bullinqə məruz qoyduğunu nümayiş etdirən video yayılıb.  Məktəbin şagirdi olduğu bildirilən Rzaguliyeva Dilarə Rza qızı məktəb yoldaşına qarşı etdiyi qısnayıcı hərəkətlərini videoya çəkdirərək sosial şəbəkədə paylaşıb. Həmin videolardan görünür ki, D.Rzaquliyeva məktəb yoldaşının alnına ədəbsiz sözlər yazır, onun başında yumurta qırır və saçlarını qayçı ilə kəsir.  Sozcu.az xəbər verir ki, tanınmış fitness məşqçisi Kamil Zeynallı da məsələyə səssiz qalmayıb. Belə ki, sözügedən görüntülərdən bir hissəni sosial şəbəkə hesabında paylaşan idmançı əsəblərini cilovlaya bilməyib. O, araşdırmanın nəticəsini səbrsizliklə gözlədiyini qeyd edib:  “Araşdırmanın nəticəsi mənə çox maraqlıdır ki, bu tərbiyəsiz, əxlaqsız, səviyyəsiz, ailəsiz, valideyn tərbiyəsi görməmiş, eybəcər qızcığazların cəzası nə olacaq? Bu məsələnin sonu necə olacaq?” 

"Kişilər hədiyyəni boş yerə vermirlər. Əvəzini yataqda ödəmək lazım gəlir” - Müğənni

Müğənni Yuliana Karaulova sevmədiyi insanlardan bahalı hədiyyə qəbul etməməyi tövsiyə edib. Lent.az-ın xəbərinə görə, müğənni qızlara sevilməyən kişilərdən bahalı hədiyyə almamalarını söyləyib.  “Bahalı hədiyyələr qəbul etməyi düzgün hesab etmirəm. Həyat yoldaşımla münasibətimdən əvvəl belə hallarım olub. Mən borca düşəcəyimi hiss edirdim, kişilər hədiyyəni boş yerə vermirlər. Əvəzini yataqda ödəmək lazım gəlir”,- deyə o qeyd edib.

Yaqubovdan qalmaqal yaradan konsertinə - Reaksiya

“Əziz izləyicilərim! Bildirmək istəyirəm ki, əyləncə məkanlarından birində 23 fevral tarixinə keçirilməsi planlaşdırılan konsertimin “Kişilər günü” adı altında anons olunmasına qəti qarşıyam və bu haqda iradımı təşkilatçıya bildirmişəm. Sozcu.az xəbər verir ki, bunu xalq artisti Eyyub Yaqubov bildirib. “İlk olaraq bildirim ki, mənim üçün “kişilər günü” deyilən bir anlayış yoxdur. Mən 23 fevral tarixində adi bir gün kimi sevənlərimin qarşısında çıxış etmək üçün bu təklifi qəbul etmişəm. Məkanın və təşkilatçının mənim xəbərim olmadan bu adla konsertimi izləyiciyə təqdim etməsi yalnışdır. 44 günlük müharibədə Qələbə qazanan və 3000 şəhid verən ölkənin vətəndaşları üçün hər gün “Kişilər günü”dür”, - müğənni vurğulayıb. Qeyd edək ki, sosial şəbəkələrdə E.Yaqubovun 23 fevralda “Kişilər günü” adlı konsert verəcəyi ilə bağlı məlumat yayılmışdı.

Kaş o yox, mən ölərdim... - Blogerin MƏHKƏMƏSİ

“Nikosayağı” kimi tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Sozcu.az "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttiham aktında göstərilib ki, hadisə ötən ilin avqustunda qeydə alınıb. Nicat Şakirli içkili vəziyyətdə idarə etdiyi “Porsche” markalı avtomobillə yük maşınına (TIR) çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. Daha sonra söz təqsirləndirilən şəxs Nicat Şakirliyə verilib. Nicat Şakirli ona qarşı irəli sürülən ittihamla özünü tam təqsirli bilib: "Hadisədən əvvəl mərhum Ruslan Məmmədovla avtomobillə şəhər gəzintisinə çıxmışdıq. Hadisələri tam xatırlaya bilmirəm. Mən videoya baxandan sonra hər şey yadıma düşdü. "Joker" adlı mərkəzdə çay içib istirahət edirdik. Mənə qaranlıq qalan məqam qəzanı törətməmişdən əvvəl içkili olmağımdır. Mən içkini bir gün əvvəl barda içmişdim. Hadisə zamanı ölən Ruslan mənim əzizim idi. Kaş o yox, mən ölərdim. Onun ailəsindən dönə-dönə üzr istəyirəm". Məhkəmənin növbəti iclası fevralın 27-nə təyin edilib.

Kənan MM Tiktokdan qazandığı pulu açıqladı

Tanınmış rejissor, aktyor Kənan MM (Mahmudov) Tiktok platformasından qazandığı məbləği ilk dəfə açıqlayıb. Sozcu.az Yenisabah.az-a istinadən xəbər verir ki, "Künc-bucaq" layihəsinin qonağı olan sənətçi bir il ərzində "Tiktok"dan 108 min manat gəlir əldə etdiyini deyib: "Bir gün mənə vergidən məktub gəldi ki, vergi borcun var. Bunu heç vaxt deməmişəm. Düşündüm ki, bu nə borcdur, axı mənim heç bir vergi borcum yoxdur. Mühasib gəldi və dedi ki. Sənin Tiktoka görə vergi borcun var. Sən demə, bir il ərzində mən ordan qazandıqca vergi də gəlirmiş. Sonra o vergini verdim. Məsəl var, hayla gələn, vayla gedər. Tiktokda gələn hədiyyələrin heç biri mənim olmadığı üçün bunun fərqində idim. Halal, haramı anladığıma görə bilirdim ki, o pul mənim deyil. Həmin pulu son qəpiyinə qədər insanlara dağıdırdım. O gün telefonumdan 250-ə yaxın kart silmişəm, hamısı yardım etdiyim insanların kartı idi. Bu haqda heç vaxt danışmamışam, sadəcə üstündən bir il keçib, mövzu açıldığı üçün deyirəm. Bir ildə Tiktokda 108 min manat mənə pul gəlib". O, həmin pulun bir qəpiyini belə özünə xərcləmədiyini etiraf edib: "Sual versəniz ki, o pul hanı? Yoxdur. Çünki o pul mənim olmayıb. Həmişə dua edəndə demişəm ki, mənim olmayan boğazımdan, balalarımın boğazından keçməsin, ailəmə qismət olmasın. Ona görə də mən "Tiktok"a qazanc yeri kimi baxmıram. Ordan qazananlara da pis baxmıram, əsla kimisə qınamıram. Heç kəsin işinə qarışmaq olmaz. Allah şahiddir ki, o pulu mən istifadə etməmişəm, burdan gəlirdi, ordan gedirdi. Bu yaşımda yalan danışası deyiləm. Mənə görə kişi yalan danışmaz. Vergi borcunun nə qədər olduğu isə deməyəcəyəm, bu dövlət sirridir. Amma borcu ödədim".

"Onları ancaq bu qədər aldada bildim"

Xəbər verdiyimiz kimi, "Maska" şousunda "Nar" obrazı ilə çıxış edən tanınmışın aşıq Samirə Əliyeva olduğu ortaya çıxıb.  Axşam.az-ın məlumatına görə, sənətçi şoudakı iştirakı ilə bağlı təəssüratlarını bölüşüb. "Bu da son. Çox çalışdım ki, məni aparıcı, aktrisa hesab etsinlər. Ancaq dedektivləri bu qədər aldada bildim, yarımfinalda yaxalandım. Aşıq sənətinin nümayəndəsi olaraq bu böyük şouda fərqliliyimi inqilab hesab edirəm. Sayənizdə çox həyəcanlı səhnə həyatı yaşadım" deyə, Samirə paylaşımında bildirib.  Qeyd edək ki, şouda münsif kürsüsündə Xalq artisti Faiq Ağayev, Əməkdar artist Coşqun Rəhimov, müğənnilər Murad Arif və Nigar Camal, aparıcı Kamilə Babayeva oturub.

"Sevgi gəlirəm deməz"

Müğənni Günel Zeynalova sevgi ilə bağlı paylaşımı ilə diqqət çəkib.  Sozcu.az xəbər verir ki, sənətçi çiçək şəkli yayımlayaraq "Sevgi gəlirəm deməz" sözlərini yazıb.  Sənətçi daha sonra mahnıdan sözlər yayımlayaraq "Qal, getdiyin yerdə xoşbəxt ol, olacaqsan, ola bilməzsən. Ya da gəl qəlbimi al, sev, çox sev, əziyyət çək, dava edək və sonra barışaq. Sonra da qəbimin sahibi ol" sözlərini yazıb.

Aygün Kazımovanın 1.4 milyonluq səhifəsi oğurlandı

Xalq artisti Aygün Kazımovanın 1,4 milyon izləyicisi olan instaqram səhifəsi oğurlanıb.  Sozcu.az xəbər verir ki, onun bütün paylaşımları silinib. Sənətçinin səhifəsindəki profil fotosu da dəyişdirilib. Məlumatı müğənninin prodüseri də təsdiq edib.