Bakıya buna görə 2-3 gün tez gəldim - Mahsun

Konsertimə iki-üç gün öncədən gəldim ki, bir az Bakıda gəzim. Azərbaycanı çox sevirəm.

Sozcu.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan türkiyəli müğənni Mahsun Qırmızıgül jurnalistlərə açıqlamasında deyib.

“Bura mənim ikinci vətənimdir. Azərbaycan mənim ən sevdiyim ölkələrdən biridir. Buranın insanları və torpağı çox fərqlidir. Ona görə burada çoxlu gəzəcəyik. Bakı çox dəyişib. Azərbaycanlılarla çox yaxın dost bağlarım var. Dünyanın hansı ölkəsində oluramsa olum, onlar yanıma gəlirlər. Ona görə də məni başqa sənətçilərlə qarışdırmayın. Buranı çox sevirəm. Keçən dəfə Bakıdakı konsertimdə ölkəmizdə baş verən təbii fəlakətə görə çox üzgün olduğumdan heç yerə gedə bilmədim. Amma indi hamı ilə görüşüb gəzəcəyəm", - o vurğulayıb.

Mahsun Qırmızıgül onu da deyib ki, azərbaycanlı həmkarları ilə də işbirliyi edə bilər:

“Təklif gəlirsə, buradakı həmkarlarımdan hansısa bir layihə edə bilərik”.

Share on Facebook