"Qorxmaz Əlilicanzadə efirdə əsəbi danışır"

"Nə lazımdırsa bütün işləri görmüşəm. Amma o demək deyil ki, qane olmalısan". Sozcu.az xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov dicey Kazım Sübhanın 106.3 FM-də qonağı olarkən deyib. Sənətçi aktyorluq etməsini qınayanlara cavab verib: "Aktyorluq sənətini bitirib, diplomum olduğu üçün haqqımdı aktyorluq etmək". İ.Bağırov küsülü olduğu Əməkdar artist Qorxmaz Əlilicanzadə ilə bağlı "Qorxmaz Əlilicanzadə möhtəşəm prodüsserdir. Prodüserlik işini mükəmməl bilir. İndi o qədər öz qabında olmayanlar gəlib keçib ki, qabağa... O, əsəbiləşib efirdə danışır. Bilirəm niyə əsəbiləşir"  sözlərini deyib.  Bayağı ifaçılardan danışan Bağırov "Şikayət etmirəm. Şikayətçi olsam da kimlərin haqqında danışım? Hamısı dostumuzdur. Və də nəticə verməyəcək. Həmin insanların pərəstişkarları səni sürüməyə başlayacaq" sözlərini əlavə edib. axşam.az)

"Tibb Universitetinin məzunları əvvəlcə müəllimlərini müalicə etsinlər"

Azərbaycanın Xalq artisti Faiq Ağayev sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib. Sozcu.az xəbər verir ki, Xalq artisti Tibb Universitetinin məzunları praktiki təcrübələrinin ilk üç ilində yalnız dərs aldıqları müəllimlərinin müalicəsi ilə məşğul olmalı olduqlarını qeyd edib. Faiq Ağayev düşünür ki, bu addım səhiyyənin səviyyəsini qaldıra bilər: “Səhiyyəmizin səviyyəsini yüksəltmək üçün, Tibb Universitetinin məzunları praktiki təcrübələrinin ilk 3 ilini yalnız dərs aldığı müəllimlərinin müalicəsi ilə məşğul olmalıdır.” Paylaşımda xalq artisti tibbi simvol və təcili yardım emojisinə də yer verərək, məsələnin ciddiliyinə diqqət çəkib. Qeyd edək ki, Faiq Ağayev tez-tez cəmiyyətin müxtəlif sahələrinə dair fikirlərini sosial şəbəkə hesablarından bölüşür və ictimaiyyətin marağına səbəb olur.

Samir həmin aparıcıları "bayağı" adlandırdı

Müğənni Samir Cavadzadə verilişlərə getməməyinin səbəbini açıqlayıb.  Sozcu.az xəbər verir ki, "Afaqla 10lar" verilişinə açıqlama verən sənətçi aparıcıları "bayağı" adlandırıb: "Birdəfəlik yox olmamışam, mahnım olanda efirə çıxıram. Bəzi verilişlər var ki, ora ayaq atmaq istəmirəm. Səbəb isə onun aparıcısından tutmuş qonağına qədər, hamısı bayağıdır". 

Röyadan Flora Kərimova ilə bağlı etiraf

Xalq artisti Röya Ayxan Xalq artisti Flora Kərimova ilə bağlı etiraf edib. Sozcu.az xəbər verir ki, müğənni F.Kərimovanın "Tapar məni" mahnısını oxumaq istədiyini deyib. Bu haqda Röya "Səs Azərbaycan" yarışmasında danışıb. "Bu mahnını dəhşətli dərəcədə çox sevirəm. Əlbəttə, Flora xanımın üstünə bir üst yoxdur. Amma həmişə içimdə bir paxıllıq hissi var idi ki, bu mahnı mənim olmalıdır. Oradakı sözlər, çıxışlar, enişlər… Flora xanım bunu aktrisa kimi danışdığı hekayəni yaşadı" deyə, Röya əlavə edib. 

"Niyam məni işdən çıxardıb, yalan danışmasın"

Xəbər verdiyimiz kimi, müğənni Niyam Salami mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülünun ondan qalan evi satması barədə açıqlama verib. Axşam.a-ın məlumatına görə, "xeberci.az_official" intaqram səhifəsinə açıqlama verən Gülü evi satmadığını bildirib: “Niyə yalan danışır? Mən evimdə oturmuşam. İndi də həmin evdəyəm". Gülü Niyamın yanında işləməsi xəbərinə də aydınlıq gətirib: "Niyam məni işdən çıxardıb. 5-6 aydır oturmuşam evdə. Dedi ki, burada sənlik yer yoxdur. Başqa restorana getdi, doğrudan da mənlik iş yox idi. Dedi ki, saat 6-da gəl və gecə 12-də get. Edə bilmədim. Niyam deyir ki, Gülü işləmir, amma yanımdadır. Heç kimin yanında deyiləm. Heç kim acından ölmür, çörəyimi tapıb yeyirəm. Pensiya alıram, onunla dolanıram. Tək adamam, bəs edir. Niyam niyə yalandan deyir, Gülü yanımdadır? Bəlkə kimsə mənə yardım etmək istəyir? Niyə qarşısını alırsınız?". Qeyd edək ki, N.Salami "Bir gün" verilişində Gülünün onun yanında olduğunu deyib.

Azərbaycan “Avroviziya”da neçənci çıxış edəcək?

“Avroviziya 2025” mahnı müsabiqəsinin yarımfinalının püşkatma mərasimi keçirilib. Sozcu.az xəbər verir ki, İsveçrənin Bazel şəhərində keçiriləcək yarışmada Azərbaycan birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək. Qeyd edək ki, yarışmanın birinci yarımfinalı mayın 13-də keçiriləcək. İkinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək. Azərbaycanın təmsilçisi isə hələ açıqlanmayıb. İddialara görə, müğənnilər Murad Arif, Natavan Həbibi və Mehin Hümbətovadan biri Azərbaycanı təmsil edəcək. Müsabiqə ilə bağlı digər iddia isə ölkəmizin duet ilə yarışmaya qatılmasıdır.

Niyam Salami dələduzluqda ittiham olunur

Müğənni Niyam Salami bir nəfəri aldadaraq 21 800 manat dəyərində malını mənimsəmədə ittiham olunur. Sozcu.az Oxu.Az-a istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini E.Abbəkirov 2023-cü ilin avqustunda Novxanı qəsəbəsində yerləşən restoranın icarədarı Niyaməddin Səfərovun (müğənni Niyam Salami - red.) ondan 21 800 manat dəyərində kömür alıb, pulunu verməməsini bildirib. Faktla bağlı araşdırma aparılır.

Məşhur reper bayramda işləyən qadını sevindirdi

Milad ərəfəsində reper Post Malone Texasda bir barda işləyən anaya 20 min dollar pul qoyub. Sozcu.az xəbər verir ki, qadın bu barədə “Music Mayhem” jurnalına danışıb. 36 yaşlı barmen Rene Braun Milad ərəfəsində gecə növbəsində işləyib. O, bayram gecəsini 9 yaşlı qızı İlyanadan ayrı keçirməyə məcbur olub. Əvvəllər o, qızı ilə Milad bayramı üçün peçenye bişirir və Milad filmlərinə baxırdı, lakin Rene bu ənənə ilk dəfə pozmuşdu. Həmin gecə Post Malon da məkanda olub. Bar bağlanan vaxt müğənni hesab istəyib və onun yerinə pulun ödənildiyini öyrənib. Lakin ifaçı bəxşiş vermək üçün ona hesab yazılmasını tələb edib. Braun sonda reperin ona 20 min dollar bəxşiş qoyduğunu öyənib. O bildirib ki, pul ona kirayə haqqını ödəməyə və öz biznesini qurmaq üçün qənaət etməyə başlamağa imkan verəcək.

Cem Yılmaz Bakıya gəlir

Türkiyənin məşhur komediya ustası Cem Yılmaz Bakıda konsert verəcək. Sozcu.az xəbər verir ki, bu barədə İticket.az saytı məlumat yayıb. Məlumata görə, konsert 17-18 yanvar tarixində Bakı Konqres Mərkəzdə baş tutacaq. Konsert üçün biletlərin qiyməti minimum 95, maksimum isə 450 manatdır.

"Atamı ikinci dəfə evləndirdim"

Bir müddət əvvəl anasını itirən müğənni Şəbnəm Tovuzlu atası Ələddinin ikinci dəfə evləndiyini deyib.  Sozcu.az xəbər verir ki, sənətçi bu haqda "Qonaqcanlı" verilişində deyib. O bildirib ki, atasını özü evləndirib: "Ölüncəyə qədər onun qulluğundayam. Yaxşı ki, varsan. Anam 5 ildir rəhmətə gedib. Atama nə qədər gözəl baxsa da, təkliyini hiss etdim. Onu Günəş xanımla evləndirdim. Atama gözəl baxır". Qeyd edək ki, Ələddin Şəbnəmin doğma atası deyil. İfaçı 1 yaşında olarkən anasını itirib və onu xalası ilə həyat yoldaşı saxlayıb. Şəbnəm uzun illər onları doğma valideyn bildiyini deyib. 

Ağadadaş Ağayev 450 min manat İSTƏYİR

Xalq artisti Ağadadaş Ağayevin “Medera Hospital”a qarşı qaldırdığı mülki iddia üzrə məhkəmə prosesi keçirilib. Sozcu.az-ın "Report"a istinadən verdiyi məlumata görə, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə iddiaçı tərəf iştirak etməyib. Mülki işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub. Proses yanvarın 16-da davam edəcək. Qeyd edək ki, xalq artistinin iddiasında hospitalda baş verən insidentlə şərəf və ləyaqətinə, həmçinin işgüzar nüfuzuna zərər dəydiyi bildirilir. Ağadadaş Ağayev "Medera Hospital"dan ona dəyən 450 min manata yaxın mənəvi ziyanın ödənilməsini tələb edir. Həmçinin “Medera Hospital”da Ağadadaş Ağayevə qarşı mülki iddia qaldırıb. Xatırladaq ki, hadisə bu ilin iyul ayında baş verib. Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva xalq artistinin cinayət işində zərərçəkən qismində tanınıb. Eləcə də, onun mübahisə etdiyi Nurəddin Cəlilov barəsində də cinayət işi açılıb. Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq,silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.

"Kurtlar vadisi"nin aktyoru finala hazırlaşan serialda

TRT1 kanalında yayımlanan "Kara ağaç destanı" serialının final tarixi ilə bağlı qərar dəyişməyib. Sozcu.az xəbər verir ki, ekran işinin reytinqlərə görə 32-ci bölümdə izləyicilərinə vida edəcəyi təxmin edilsə də, serialın 30-cu bölümdə final edəcəyi dəqiqləşib. Bundan əlavə, "Kurtlar vadisi" serialındakı "Hikmət" obrazı ilə məşhurluq qazanan Erdem Ergüney də final bölümündə layihədə rol alacaq. Qeyd edək ki, serialın baş rolunu Olqun Şimşeklə Emre Kıvılcım paylaşır.