Yağıntılı hava nə vaxta kimi davam edəcək?

09:09 İyunun 22-si saat 07:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Daşkəsən, Gədəbəy, Naftalan, Gəncə, Balakən, Oğuz, Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şahdağ, Şabran, Tərtər, Bərdə, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Biləsuvar, Yardımlıda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır. Qeyd olunub ki, ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında iyunun 22-si gündüzədək, bölgələrdə isə 23-ü gündüzədək fasilələrlə davam edəcək. *** Saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır. Xidmətin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, bu gün səhər saatlarında Bakıda və Abşeron yarımadasında şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb: "Düşən yağıntının miqdarı aylıq normanın 20%-ni təşkil edib. Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Hazırda zəif şimal-şərq küləyi əsir”. Onun sözlərinə görə, bu gün Bakıda və Abşeron yarımadasında havanın temperaturu 27-32 dərəcə isti, çimərliklərdə dəniz suyunun temperaturu 24-27 dərəcə isti təşkil edəcək.

Şəkidə uşaq bağçasında 105 min manat mənimsənilib

Şəki şəhər 16 saylı uşaq bağçasında yol verilən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, araşdırma zamanı həmin uşaq bağçasının direktoru tərəfindən 2019-2023-cü illər ərzində öz qulluq mövqeyindən istifadə edilməklə ona etibar edilmiş 105 min manat məbləğində pul vəsaitinin müxtəlif yollarla mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

İki nazirlik güclü küləklə bağlı əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın bəzi rayonlarında gözlənilən güclü küləkli hava şəraiti ilə bağlı Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirlikləri əhaliyə müraciət edib. Sozcu.az xəbər verir ki, hər iki nazirlik əhalini gözlənilən güclü küləkli hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb, riayət olunmalı mühüm təhlükəsizlik tədbirlərini xatırladıb: "İlk növbədə uşaqları küləkli havada nəzarətsiz buraxmayın, nəqliyyat vasitələrini irigövdəli ağacların altında saxlamayın, yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durun, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmayın. Güclü külək hətta sağlam, irigövdəli ağacların aşmasına, budaqlarının sınmasına səbəb ola bilər. Güclü küləklə müşayiət olunan hava şəraitinin fəsadlarından qorunmaq üçün ehtiyatlı olub, qabaqlayıcı təhlükəsizlik tədbirlərinə əməl etmək olduqca vacibdir və vətəndaşlarımızı bir daha maksimum dərəcədə diqqətli olmağa çağırırıq", - deyə məlumatda qeyd olunub. Qeyd edək ki, iyunun 21-22-də ölkənin bəzi rayonlarında gözlənilən güclü küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı, narıncı və qırmızı xəbərdarlıq edilib.

Güclü külək ağacları aşırdı: 5 nəfər xəsarət aldı

Mingəçevir şəhərində güclü külək nəticəsində bir neçə ağac aşıb. Sozcu.az-ın Report-a istinadən məlumatına görə, hadisə şəhərin müxtəlif ərazilərində qeydə alınıb. Küləyin ağacları aşırması nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Qeyd edək ki, hadisə nəticəsində nəqliyyat vasitələrinə də zərər dəyib.

Azərbaycanda 12 nəfəri gün vurdu

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Mərkəzinə günvurma ilə bağlı iyunun 1-dən bu günə qədər ümumilikdə 12 nəfərin müraciəti qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Qeyd olunub ki, onlardan 10 nəfərə yerində yardım göstərilib, digər iki şəxs isə hospitalizasiya olunub.

Bakıda su borusu partladı

Nəsimi rayonunda su borusu partlayıb. Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Məlumatda qeyd olunub ki, Nəsimi rayonu, Xan Şuşinski küçəsi ilə Hənifə Ələsgərov küçəsinin kəsişməsində su xəttinin partlaması nəticəsində dünən gecədən başlayaraq su yola axır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Neyman Səfərəliyev bildirib ki, həmin ərazidə 200 mm diametrli xətdə qəza baş verib: "Uzun müddət istismarda olan köhnə xətdir. Çox güman ki, bu səbəbdən olub. Amma dəqiq səbəb qazıntı zamanı məlum olacaq. Qəzanın fəsadları yaxın saatlarda aradan qaldırılacaq".

Bu ərazilərə leysan yağdı – Faktiki hava

İyunun 19-u saat 10:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar arabir leysan xarakterli olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Balakəndə 46 millimetr, Şəkidə 24 millimetr, Zaqatalada 12 millimetr, Ağstafada 8 millimetr, Ordubadda 7 millimetr, Qax (Sarıbaş), Ağdamda 6 millimetr, Ceyrançöl, Göygöl, Şəmkir, Şahdağ, Yardımlı, Qəbələ, Naxçıvan, Culfa, Daşkəsən, Tovuz, Gəncə, Balakən, Qusar, Qrız və Göyçayda 5 millimetrədək olub. Şimal-qərb küləyi arabir Naftalan, Tərtər, Gəncədə 28 metr/saniyə, Goranboyda 27 metr/saniyə, Ağdamda 22 metr/saniyə, Beyləqan, Bərdə, Culfada 20 metr/saniyə, Mingəçevir, Şəmkirdə 18 metr/saniyə, Zaqatalada 17 metr/saniyə, Ceyrançöl, Naxçıvanda 16 metr/saniyə, Yevlaxda saniyədə 15 metrədək güclənib. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 38, Naxçıvan Muxtar Respublikasında 37, Aran rayonlarında 38, dağlıq rayonlarda 26 dərəcəyədək isti olub.

39 dərəcə - Ölkədə FAKTİKİ HAVA

Bakıda və Abşeron yarımadasında 37, Naxçıvanda 39, Aran rayonlarında 38, dağlıq rayonlarda isə 26 dərəcəyədək isti olub. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. İyunun 18-i saat 10:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti sabit, əsasən yağmursuz keçib, lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxıb, arabir qısamüddətli yağış yağıb. Düşən yağıntının miqdarı Göygöl, Gədəbəydə 1 mm-dək olub.

Bakıda 34 dərəcə isti var – Faktiki hava

İyunun 16-sı saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da və Aran rayonlarında 35, dağlıq rayonlarda 26 dərəcəyədək isti olub.

Azərbaycanda bədbəxt hadisə: metal qarmaq ürəyinə batdı

Kür çayında balıq tutan şəxs bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Çayın Şəmkir rayonu ərazisindən keçən hissəsində Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü O.Mamayev qardaşı ilə birgə balıq tutarkən ehtiyatsızlıqdan yıxılıb və əlindəki metal qarmaq onun ürəyinə batıb. O, aldığı xəsarətdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Çimərliklərdə qiymətlər yenə qalxdı: Giriş 30 manat...

Bu gündən Azərbaycanda çimərlik mövsümünə start verildi. Artıq əksər restoran və iaşə obyektləri tam hazır vəziyyətə gətirilib. Stol-stul dəstləri düzülüb, abadlıq işləri isə yekunlaşıb.  “Cebhe.info" dənizkənarı obyektlərdə qiymətləri araşdırıb. SEO Xidməti Bilgəh, Novxanı, Buzovna və Şixov ərazisində olan akvaparklara giriş ara günləri 25 manat, həftəsonu isə 30 manatdır.  Məşhur "Dalga Beach" akvaparkına girişin qiyməti isə həftəiçi 30 manat, həftəsonu isə 40 manat təşkil edir.  Akvaparklara bəzi əlavə qidaları gətirməyə icazə verilsə də, böyük əksəriyyəti isə ümumiyyətlə qida ilə girişə qadağa tətbiq edir.

Xocalı aeroportuna onun adı verilsin! – Təklif

İyunun 12-də Xocalı aeroportunda Azərbaycan bayrağının qaldırılmasından sonra sosial şəbəkə istifadəçiləri hava limanına Milli Qəhrəman Əlif Hacıyevin adının verilməsini təklif edirlər. Sozcu.az xəbər verir ki, buna səbəb kimi Əlif Hacıyevin 1992-ci ilin fevralında həm Xocalı sakinlərinin xilasındakı rolu, həm də şəhərin hava limanının müdafiəsi uğrunda mübarizəsi göstərilir. Belə ki, 1970-ci illərdə inşa edilən Xocalı aeroportundan müxtəlif məqsədlər üçün AN-2 (“Kukuruznik”) təyyarələri uçurdu, Bakıdan Xocalıya, Xocalıdan İrəvana gedirdi. Bundan başqa, kənd təsərrüfatı məqsədilə istifadə olunub. Amma Heydər Əliyev Azərbaycan Respublikasının Mərkəzi Komitəsinin Birinci katibi olduğu zaman – 1975-ci ildə onun rəhbərliyi altında Xocalı hava limanı müasir formada qurulur. 1990-cı ildə isə Əlif Hacıyev Xocalı hava limanı xətt daxili işlər bölməsinə rəis təyin edilir, eyni zamanda Xocalı hava limanının komendantı olur. Bir müddət sonra Azərbaycana qarşı ərazi iddiaları ilə hərəkətə keçən erməni terrorçuların növbəti hədəfi Xocalı olur. Şəhərin hava limanının strateji əhəmiyyətinə görə buranı zor gücü ilə ələ keçirməyə çalışan ermənilər aeroportu mühasiəyə alır və oranı boşaltmaq üçün azərbaycanlılara vaxt verirlər. Əlif Hacıyev isə üstün zəkası ilə həm hava limanı uğrunda mübarizəsini davam etdirir, həm də binadakı azərbaycanlıları xilas etmək üçün hərəkətə keçir. Bu səyləri zamanı da 1992-ci ilin fevralın 25-də erməni gülləsinə tuş gələrək, şəhid olur. Xocalı hava limanına Əlif Hacıyevin adının verilməsi ilə bağlı təklifləri hərbi ekspert Üzeyir Cəfərov da dəstəkləyib: “Ordumuzun hələ qurulmadığı dövrdə Əlif Hacıyev və onun tərəfdarları, polis orqanlarından çalışanlar çox sadə və primitiv silahlarla düşmənə qarşı döyüşdülər, canlarından keçdilər. Dəfələrlə ermənilər onun həyatına sui-qəsdə cəhd edirlər. Əlif isə vətəndaşlarımızın oradan çıxarılması, dinc əhalinin nisbətən təhlükəsiz yerə çatdırılması üçün amalından dönmür. Bu səbəbdən də Əlifin adı Xocalı camaatı üçün əzizdir. Bu gün Əlif Hacıyev əqidəsində minlərlə polis əməkdaşları, hərbçilər, insanlarımız var ki, onun göstərdiyi şücaətdən danışır, yolunu davam etdirirlər. Ona görə deyirik ki, Əlif Hacıyevin adı Xocalı aeroportuna verilsə, həm cəmiyyət, həm də insanlarımız, bir növ, onların hansı amallar uğrunda vuruşduğunun bir daha şahidi olarlar. Düzdür, Əlifin adına Bakıda küçə var, ancaq mənə elə gəlir ki, Xocalımız azaddır deyə, onun adı doğma yurdunda da əbədiləşdirilməli, canını fəda elədiyi aeroporta onun adı verilməlidir. Bir sözlə, Xocalı aeroportunun təzədən qurulması, ora unudulmaz, əfsanəvi qəhrəmanımız Əlif Hacıyevin adının verilməsi həm hərbi vətənpərvərlik, həm də qəhrəmanlarımıza verdiyimiz dəyər nöqteyi-nəzərdən yaxşı olardı. Bu məsələnin həlli əlaqədar qurumlar tərəfindən aktuallaşdırılmalıdır”. Ekspert həmin döyüşlərdə Əlif Hacıyevin qardaşının da şəhid olduğunu xatırladaraq, ümumiyyətlə, böyük qəhrəmanlıq göstərən şəhidlərimizin adının işğaldan azad olunmuş ərazilərdə əbədiləşdirilməsi gərəkdiyini bildirib: “Bilirsiniz ki, artıq Füzulidə, Şuşada, Ağdamda insanlarımızın yaşayışı təmin olunur. Təkliflər hazırlanmalı, o torpaqlar uğrunda qəhrəmanlıq, şücaət göstərən şəhidlərimizin, o cümlədən canlı qəhrəmanlarımızın adları küçələrə, prospektlərə, məktəblərə, uşaq bağçalarına, idman obyektlərinə verilməsi məsələsi gündəmə gətirilməlidir”.axar