Hava kəskin dəyişir: Dövlət xidməti xəbərdarlıq etdi

İyulun 11-13-də Azərbaycanda müşahidə ediləcək hava şəraiti ilə bağlı xəbərdarlıq edilib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, bu gün Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, gecə və səhər arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Azərbaycanın rayonlarında iyulun 11-13-də bəzi dağlıq və dağətəyi rayonlarda əsasən gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi 15-18 m/s, bəzi yerlərdə arabir 20-23 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

“Ekspressbank”ın başı dərddə: İctimai fəal Prezidentə MÜRACİƏT EDƏCƏK

İctimai fəal İlkin Rüstəmzadə "Ekspressbank"la bağlı Prezidentə müraciət edəcəyini açıqlayıb. Sozcu.az xəbər verir ki, İlkin Rüstəmzadə bankda ona qarşı haqsızlıq edildiyinə görə bu addımı atacağını qeyd edib. "Gəlmişəm "Ekspressbank"a. Cari hesab açmağa, kart açmağa uyğun bilmədilər. Açıq-aşkar dedilər ki, sən qara siyahıdasan. Dedim ki, heç vaxt heç bir bankda kreditim olmayıb, hansısa şübhəli əməliyyatım olmayıb.  "Məhkumluğa görə sən bizə uyğun müştəri deyilsən" dedilər. "Voobşem", səviyyən uyğun gəlmir bizim banka".  İlkin Rüstəmzadə bankın etdiyinin açıq-aşkar tərbiyəsizlik olduğunu vurğulayıb. O bildirib ki, bu, həm də cinayətdir: "Diskriminasiyanın hər hansı növü və forması Azərbaycan Konstitusiyasına görə qadağandır. Mənə qarşı edilən bu ləyaqətsiz davranışla bağlı Maliyyə, Daxili İşlər Nazirliklərinə və Dövlət Təhlükəsizlik Xidmətinə rəsmi şikayət ünvanladım.  Bir azdan Prezidentə də rəsmi şikayət ünvanlayacam. Sabah isə rəsmi qaydada məhkəməyə müraciət edəcəm. Bankdan mənə qarşı etdikləri davranışa görə 1 milyon manat təzminat tələb edəcəm".

Sentyabrdan məktəblərdə dörd fənn yeni məzmunda tədris olunacaq

2024-2025-ci tədris ilində VI sinif üzrə coğrafiya, VII sinif üzrə isə kimya, fizika, biologiya fənləri yeni məzmunda tədris olunacaq. Sozcu.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu deyib. Şöbə müdirinin sözlərinə görə, bu dərsliklər yeni konsepsiya əsasında tərtib olunub: “Yeni dərsliklər fənnin, elmin həyata tətbiqi məsələlərini qabardır və izafi nəzəri bilikləri azaldır. Misal olaraq, yeni coğrafiya dərsliyi şagirdə məkan anlayışını sadə yolla izah etməklə başlayır. Bu vəsaitlərin hazırlanmasında Sinqapurun dərslik hazırlığı sahəsində qabaqcıl institutları kömək edib”. Nazirlik rəsmisi xatırladıb ki, ötən illərdə informatika fənni bir sıra məktəblərdə yeni məzmunda tədris olunub: “Burada şagirdlərə təkcə nəzəriyyə deyil, praktik kodlaşdırma bacarıqları da öyrədilir. Bundan başqa, təbiət fənlərinin tədrisinə ayrılan vaxt və həcm artırılıb. STEAM məşğələlərinin keçirilməsi də məzmunda yeniliklərə aiddir. Xeyli məktəbdə STEAM laboratoriyaları var və bu sahədə əhatəlilik genişləndirilir. Riyaziyyat və Azərbaycan dili fənlərinin məzmunu ilə bağlı təkmilləşdirmələr davam edir. Əgər əvvəllər Azərbaycan dili fənninin tədrisində şagirdlərə əsasən dil qaydalarını öyrədirdiksə, indi dünyada qəbul olunduğu kimi, dörd əsas məsələni öyrədirik: dinləyib-anlama, oxuyub-anlama, danışma və yazı. Dil qaydaları isə bu istiqamətləri öyrənmək üçün zəruri bilikləri verməlidir. I-V sinif Azərbaycan dili dərslikləri bu istiqamətdə hazırlanır. Eyni hal riyaziyyat fənninə də aiddir. Azərbaycanda riyaziyyat elmi və onun məktəbdə tədrisi hər zaman güclü olub, amma riyaziyyat tətbiqi xarakter daşımayıb. Riyaziyyat fənni üzrə çoxlu misallar həll olunur, ancaq eyni misalın məntiqi hansısa məsələyə, konkret həyati situasiyaya aid olanda şagird cavabı tapa bilmir. Hazırda riyaziyyat fənninin məzmunu şagirdə həyati məsələlərlə riyazi termin və formulları öyrətmək üzərində qurulur”. 

Faktiki hava: Bəzi yerlərə leysan yağdı

Saat 10:00-a olan məlumata görə gözlənildiyi kimi, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxıb, qısamüddətli leysan xarakterli yağış yağıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Gədəbəydə 5 mm, Naxçıvan, Şamaxı, Şəmkir, Qusar, Sabirabadda 1 mm-dək olub. Şərq küləyi iyulun 9-da sarı xəbərdarlığa uyğun olaraq Culfada 17 m/s-dək güclənib. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da 36, Aran rayonlarında 36-40, dağlıq rayonlarda 29 dərəcəyədək isti olub.

“Dövlətimizin imkanı var ki, Qarabağ veteranlarına faizsiz kredit ayırsın...”- General

“Müvafiq  qanun əsasında hər bir tikinti şirkəti qarşısında öhdəlik qoyulmalıdır ki, tikilmiş evlərin, məsələn, 10 faizi Müdafiə Nazirliyinə, 5 faizi Dövlət Sərhəd Xidmətinin balansına keçririlsin. Və həmin evlər hesabına ərazidə yaşayan hərbçilər də mənzillə təmin edilsin...” “Hərbçilərin statusu haqqında qanundakı maddələrdən belə nəticə hasil olur ki,  hərbçi peşəsi başqa peşələrdən üstündür. Ancaq reallıqda bu üstünlük görünmür. Hərbçilərin, o cümlədən veteran və əlil hərbçilərin yaşadıqları, işlədikləri yerlərdə evlə, işlə təmin olunmaq hüququ, istirahət hüququ və s. hüquqlarını mərkəzi və yerli icra hakimiyyətləri həyata keçirməlidir. Amma ötən söhbətimizdə də dediyim kimi, yelri icra hakimiyyətlərində bunun üçün bir çox səlahiyyət və imkanlar yoxdur və nəticədə hərbçilərlə bağlı qanunda qeyd edilən məsələləri icra edə bilmirlər”.  Bu fikirləri Moderator.az-a açıqlamasında sabiq müdafiə naziri, istefada olan general-mayor Tacəddin Mehdiyev dilə gətirib. “Hərbçilərin yaşayış yeri ilə təmin olunmasını asanlaşdırmaq üçün mən təklif edərdim ki, hərbçilərin statusu haqqında qanunda Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və s. qurumların balansına uyğun qaydalar əsasında mənzil tikintisi ilə məşğul olan şirkətlər tərəfindən keçirilmiş mənzillərdən verilməsi də nəzərdə tutulsun. Yəni müvafiq  qanun əsasında hər bir tikinti şirkəti qarşısında öhdəlik qoyulmalıdır ki, tikilmiş evlərin, məsələn, 10 faizi Müdafiə Nazirliyinə, 5 faizi Dövlət Sərhəd Xidmətinin balansına keçririlsin. Və həmin evlər hesabına ərazidə yaşayan hərbçilər də mənzillə təmin edilsin”, -deyə davamında sabiq nazir təklifini irəli sürüb.  “Onu deməliyəm ki, sovet dövründə hərbçilər, xüsusən də “Böyük Vətən” müharibəsi  veteranları daha böyük imtiyazlara malik idi. Onların işləmək, pensiya hüququ, istirahət hüququ və s. xeyli dərəcədə təmin olunurdu. Veteranlar sanatoriyalarda pulsuz müalicə ala bilirdi. Taksilərdən başqa bütün şəhərdaxili nəqliyyat: avtobus, tramvay, metro və s. onlar üçün pulsuz idi.  Veteranlar ildə bir dəfə təyyarə və qatar ilə ölkənin istənilən nöqtəsinə pulsuz gedib-gələ bilirdilər. Kommunal xərclərin (qaz, işıq, su və s.) 50 faizini ödəyirdilər, telefon isə tamamilə pulsuz idi. Hesab edirəm ki, bu gün də Azərbaycan dövlətinin veteranlara, hərbçilərə bunlardan artıq güzəştlər təmin etməyə gücü yetər. Yəni mövcud qanunlara uyğun olaraq hərbçilər, müharibə veteranları əhalinin digər kateqoriyalarından seçilməlidir...  Bundan əlavə, dövlətimizin imkanı var ki, Qarabağ müharibələrinin iştirakçılarına ya faizsiz, ya da heç olmasa, cüzi, yəni 2-3 faizlə pul krediti təşkil etsin. Bundan istifadə edərək onlar öz müxtəlif həyati ehtiyaclarını təmin edə bilərlər. Dövlət xəstəxanalarının pulsuz xidmətindən əlavə, müvafiq qanun qəbul etməklə özəl tibb müəssisələrinin qarşısında da vəzifə qoymaq olar ki, hərbçilərə, müharibə veteranlarına bütün müalicə, əməliyyat və s. qiymətlərində 50 faiz güzəşt edilsin. Bunu bir dəfə də demişəm. II Dünya müharibəsindən sonra SSRİ-də kolxoz sədrləri, zavod direktorları, rayon partiya komitəsinin katibləri və s. kimi aparıcı vəzifələrə öncə idarəetmə qabiliyyəti olan veteran zabitlər təyin edilirdi. Ancaq bu gün qazilərin xeyli hissəsi işsiz qalıb. Hazırda qazilərin idarə, təşkilat və müəssisələrdə uyğun işlə təmin edilməsi haqda qanunlar qəbul olunub, amma, təəssüf ki, çox vaxt onlar düzgün icra olunmur.  Bütün bu deyilənləri hərbçilərimiz, qazilərimiz, əlillərimiz üçün təmin edilsə, insanlar öz dövlətlərinə, ordularına bağlı və sadiq olarlar. Dövlətimizin, xalqımızın, torpaqlarımızın, sərhədlərimizin keşiyində dayanan insanları narazı salmaq olmaz. Və onlar razı salınsa, bundan dövlət yalnız qazanar”, - deyə general vurğulayıb.

ƏHALİYƏ SARI XƏBƏRDARLIQ - Bu gündən...

İyulun 9-dan 10-u gündüzədək bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Sozcu.az xəbər verir ki,bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan, Şahbuz, Babək, Culfa, Ordubad, Gəncə, Naftalan, Goranboy, Şəmkir, Göygöl, Bərdə, Mingəçevir, Gədəbəy, Daşkəsən, Şəki, Yevlax, Tərtərdə fasilələrlə şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

DİQQƏT! Bu qəsəbəyə giriş-çıxış məhdudlaşdırılır

Sabah saat 10:00-dan Pirşağı-Novxanı-Xırdalan avtomobil yolunun tikintisi ilə əlaqədar olaraq 19-cu km-dən Saray qəsəbəsinə giriş-çıxış hissə avtonəqliyyat vasitələrinin hərəkəti üçün tam məhdudlaşdırılacaq. Sozcu.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, məhdudlaşma sözügedən hissədə aparılan tikinti işləri bitənə qədər qüvvədə olacaq. Alternativ olaraq sürücülər qəsəbəyə giriş-çıxış etmək üçün Pirşağı-Novxanı-Xırdalan avtomobil yolunun 17-ci km-dən istifadə edə bilərlər. Agentlik müvəqqəti narahatlığa görə üzr istəyib.

Bakıda 10 günlük “karantin” olacaq? - AÇIQLAMA

Noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) üçün ölkəmizdə hazırlıq işləri görülür. Paytaxtın bir çox ərazilərində yollarda təmir işləri aparılır. Əsasən, mərkəzi ərazilərdə görülən işlərlə əlaqədar nəqliyyat vasitələrinin hərəkətində də məhdudiyyətlər tətbiq olunur. Qeyri-rəsmi məlumatlara görə, noyabrda 10 günlük məhdudlaşdırıcı tədbirlər də həyata keçirilə bilər. Belə ki, paytaxtda mötəbər tədbirlə bağlı 10 günlük yalnız zəruri xidmət sahələrində fəaliyyətə icazə veriləcəyi bildirilir. Moderator.az xəbər verir ki, mövzu ilə bağlı Ölkə.Az-a danışan Əmək Hüquqlarının Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquq müdafiəçisi Sahib Məmmədov deyib ki, müəyyən məhdudlaşdırıcı tədbirlərin olması gözləniləndir: “COP29-un Təşkilat Komitəsi hər dəfə iclas keçirəndə bu barədə ictimaiyyətə məlumat verir. Əgər belə bir müzakirə olsaydı, yəqin ki, məlumat verilərdi. Belə bir qərarın olub-olmaması barədə məlumatsızam. Amma böyük tədbir dövründə müəyyən məhdudiyyətlərin olması da qaçılmazdır. Bu nə dərəcədə əhatəli olacaq, iş yerləri bağlanacaq, yaxud yalnız xidmət və həyatı təmin edəcək iş yerlərinin fəaliyyətinə icazə veriləcəyi fikri ilə o qədər də razı deyiləm. Müəyyən məhdudiyyətlər ola bilər. Nəqliyyatın hərəkətində müəyyən dəyişikliklər ola, bəzi küçələr bağlana bilər. Dərs vaxtına düşürsə, müəyyən tətillər verilə bilər. Bunlar sadəcə ehtimallardır. Məndə heç bir məlumat yoxdur. Bütövlükdə böyük tədbirlər keçirilərkən belə məhdudiyyətlər olur. Məsələn, bu yaxınlarda G7 ölkələri toplaşmışdı. Həmin tədbirin keçirildiyi şəhər demək olar ki, iflic vəziyyətinə salınmışdı. Yaxud da İkinci Dünya müharibəsində ikinci cəbhənin açılması münasibətilə keçirilən tədbirdə Fransada bir şəhər tamamilə bağlanmışdı. Belə hallar olur. Böyük tədbirlərin keçirildiyi şəhərlərdə məhdudiyyətlər həyata keçirilir və bizdə də mütləq olacaq. Amma onun xarakteri, dərəcəsi, nələri əhatə edəcəyini tam demək olmur. İşlərin dayandırılacağı barədə dəqiq məlumatım yoxdur. Müəyyən ərazilərdə nəsə ola bilər, amma bu məhdudlaşdırıcı tədbirlər paytaxtın bütün ərazilərini əhatə etməyəcək. Düşünürəm ki, məsələn, Bakının Yasamal rayonunda və ya digər rayonlarda tədbir dövründə həyat adi qaydada davam edəcək”. 

Bəzi rayonlarda yağış yağacaq - XƏBƏRDARLIQ

İyulun 9-dan 10-u gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir.  Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.  Bildirilib ki, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Daşkəsən-Gədəbəy, Qarabağ bölgəsində) yağıntıların leysan xarakterli olacağı, şimşək çaxacağı dolu düşəcəyi ehtimalı var.  Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir. 

İbtidai siniflərdə summativ qiymətləndirmələrin ləğvi müzakirə olunur - Rəsmi

İbtidai sinif səviyyəsində bəzi summativ qiymətləndirmələrin azaldılması və ya ləğvi məsələsi müzakirə olunur. Sozcu.az xəbər verir ki, bunu “Report”a Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu deyib. Şöbə müdiri bildirib ki, qiymətləndirmə siyasətində bəzi təkmilləşdirmələr aparılacaq. Nazirlik rəsmisi həmçinin əlavə edib ki, ümumi təhsilin dövlət standartlarının yenilənməsi 5 ildən bir nəzərdə tutulur: “2020-ci ildə təsdiq olunmuş dövlət standartları növbəti ildə yenilənəcək. Yeni standartların hazırlanması ilə bağlı işlər gedir”.

Abşeronda 2 yaşlı körpə bədbəxt hadisə nəticəsində öldü

Abşeronda 2 yaşlı körpə bədbəxt hadisə nəticəsində ölüb. Hadisə Saray qəsəbəsində yerləşən fərdi evlərdən birində baş verib.  2022-ci il təvəllüdlü O.Cəbrayılov yaşadığı evin ikinci mərtəbəsinin pəncərəsindən yıxılaraq ölüb.  Faktla bağlı araşdırma aparılır./Report 

Sabahdan Azərbaycanda toylar təxirə salınır - Məhərrəm ayı başlayır

Azərbaycanda sabahdan - iyulun 7-dən İslam təqvimi ilə Məhərrəm ayı başlayır. Sozcu.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məlumatında bildirilib. Bu il Məhərrəm ayının ilk günü iyulun 7-nə, Aşura günü isə iyulun 16-na təsadüf edəcək. Qeyd edək ki, Məhərrəm və ondan sonra davam edən Səfər ayında toylar təxirə salınır. Bu il məhərrəmlikdən sonra başlayan Səfər ayı avqustun 7-ə təsadüf edəcək.