Azərbaycanda 30 dekabr qısaldılmış iş günüdür.
Sozcu.az Mətbuat.az-a istinadla xəbər verir ki, 31 Dekabr – Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar olaraq, 30 dekabr (çərşənbə axşamı) ölkə üzrə qısaldılmış iş günü olacaq.
Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat azaldılır.
Bu səbəbdən dövlət və özəl müəssisələrdə 30 dekabrda iş vaxtı adi günlərlə müqayisədə bir saat daha qısa olacaq.
Qeyd edək ki, 1–2 yanvar tarixləri də qeyri-iş günləridir.
