Xıdırlı kəndinə növbəti köç karvanı yola salındı

Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb.

Sozcu.az xəbər verir ki, bu mərhələdə kəndə 15 ailə (73 nəfər) köçürülür

Kəndə köç edənlər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, bu köçlə Xıdırlı kəndinə qayıdan ailələrin sayı 555-ə (2195 nəfər) çatacaq.

Share on Facebook