Temperatur 38 dərəcəyə yüksələcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Mülayim şimal-qərb küləyi günün ikinci yarısından arabir güclənəcək. Havanın temperaturu gecə 21-25, gündüz 29-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 40-45% təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 22-27, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Sabah yağış yağacaq

Sabah, avqustun 20-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-25, gündüz 29-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 45-50 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz Lənkəran-Astara zonasında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-25, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Bakıda bu küçə 10 gün bağlı olacaq

Bu gündən etibarən Bakıda 10 gün müddətinə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, avqustun 18-də saat 22:00-dan etibarən 10 gün müddətinə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektinin Bağırov yolötürücüsü üzərindən geriyə dönmə hissəsində (şəhərdən Əliyar Əliyev küçəsi istiqamətində) "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş edir.

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında avqustun 19-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, cənub-şərq küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-25, gündüz 30-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Sabahın hava proqnozu açıqlandı

Avqustun 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Havanın temperaturu gecə 21-24, gündüz 27-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 45-50% olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Yağışlı hava nə vaxta kimi davam edəcək?

Bəzi ərazilərdə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata əsasən, Balakən-Şəki zonasının ayrı-ayrı yerlərində yağıntılar intensiv olub. Düşən yağıntının miqdarı Zaqatalada 42, Balakəndə 14, Yardımlıda 13, Qəbələdə 5, Lerikdə 4, Astarada 3, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Lənkəran, Cəfərxan, Neftçala, Biləsuvar, Beyləqanda 1 mm-dək qeydə alınıb. Yağıntılı hava şəraitinin avqustun 17-si axşamadək davam edəcəyi gözlənilir.

Son 6 ayda Azərbaycanda 10350 boşanma olub

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci yarısında 24 815 nikah və 10 350 boşanma halları qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4.4-dən 4.9-a qədər artıb, boşanmaların sayı isə 2.1-dən 2-ə düşüb.

Şəhid mayorun anası vəfat etdi

19-20 sentyabr tarixli antiterror əməliyyatı zamanı şəhid olmuş mayor Elxan Nəcəfinin anası Afət Nəcəfi vəfat edib. Sozcu.az xəbər verir ki, mərhumun Bakının Hövsan qəsəbəsində dəfn ediləcəyi bildirilir. Qeyd edək ki, Elxan Nəcəfinin atası Şükür Nəcəfi Birinci Qarabağ müharibəsi zamanı - 1993-cü ildə Ağdam döyüşləri zamanı şəhid olub. Elxan Nəcəfi isə Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə iştirak edib. Qəhrəman mayor 20 sentyabr 2023-cü il tarixində antiterror tədbirləri zamanı Xocavənd  istiqamətində gedən döyüşlərdə şəhid olub. O, Ali Baş Komandan tərəfindən bir çox medallarla təltif edilib. Allah rəhmət eləsin! 

Azərbaycanda hava kəskin pisləşdi: Bu rayonlarda yağış başladı

Milli Hidrometeorologiya Xidmətinin avqustun 15-i saat 11:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağıb, şimşək çaxıb. Xidmətdən Sozcu.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Astarada 7, Zaqatalada 6, Qaxda 5, Balakəndə 3, Şəkidə (Kişçay) 2, Mingəçevir, Kəlbəcər, Xankəndi, Xocalıda 1 millimetrədək qeydə alınıb. Lerik, Daşkəsən, Qrızda duman müşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.  Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin bu həftənin sonunadək davam edəcəyi gözlənilir.

Bakının hansı küçələrində sıxlıq var? - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda:  1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 5. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində; 6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 8. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində; 9. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində; 10. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 11. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Azərbaycanada narkomanların sayı artıb - RƏSMİ

2024-cü ildə narkotik istifadəçisi kimi qeydiyyata alınanların sayı açıqlanıb. Sozcu.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin nəşr etdirdiyi "Azərbaycanda hüquqpozmalar" məcmuəsində öz əksini tapıb. Ötən il 4967 nəfər narkomaniyadan ilk dəfə xəstələnən şəxs kimi qeydiyyata alınıb.  Bu say 2023-cü ildə 3796, 2020-ci ildə 2723 nəfər təşkil edib.

Sabahln HAVASI - Yağış, külək, şimşək

Avqustun 14-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-25, gündüz 29-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət isə gecə 65-75 %, gündüz 40-45 % təşkil edəcək. Azərbaycanın bəzi rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-24, gündüz 30-35, dağlarda gecə 12-17, gündüz 18-23 dərəcə isti olacaq.