Bakıda bu yolda hərəkət tam məhdudlaşacaq

Sabah saat 07:00-dan iyulun 7-si saat 22:00-a qədər Bakının Yasamal rayonunun Mikayıl Müşfiq küçəsində (Parlament prospektindən Mətbuat prospektinə qədər) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. "Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə məlumatda qeyd edilib.

Keçmiş prezident Pezeşkiana səs verdi

İranın keçmiş islahatçı prezidenti Məhəmməd Xatəmi bu gün prezident seçkilərinin ikinci turunda Məsud Pezeşkiana səs verib. Sozcu.az xəbər verir ki, bu barədə Xatəmiyə yaxın sosial media kanalları məlumat yayıb. Xatəmi səsvermədən sonra ondan müsahibə götürmək istəyən İran televizyasının əməkdaşlarının suallarını cavablandırmaqdan imtina edib. Qeyd edək ki, İranda bu gün keçirilən növbədənkənar seçkilərin ikinci turunda azərbaycanlı Məsud Pezeşkian və Səid Cəlili mübarizə aparır.

Ermənistan ehtiyatda olan hərbçiləri toplayır

Ermənistanda ehtiyatda olan hərbçilərin növbəti təlim-məşq toplanışı keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb. Qeyd edilib ki, təlim avqustun 1-dən oktyabrın 25-dək keçiriləcək.

MİQ müsabiqəsinin test imtahanı mərhələsi başladı

İyulun 2-dən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib. Elm və Təhsil Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, test imtahanları iyulun 2-10-da ölkə üzrə 39 imtahan mərkəzini əhatə edəcək. İmtahanların ilk gününə texnologiya fənni üzrə 2 564, təsviri incəsənət fənni üzrə 1 592 namizəd dəvət olunub. Test imtahanında hər namizədə ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim edilir. Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanacaq. Ümumilikdə 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək.

Şəmkirdə qəzalı vəziyyətdə olan elektrik dirəyi - fotolar

Fotolar Şəmkir rayon Düzqışlaq kənd sakini Məmmədov Vüqar Əli oğlu tərəfindən göndərilib. Fotolardan göründüyü kimi elektrik dirəyi qəzalı vəziyyətdədir. Hər an vətəndaşlara təhlükə yarada bilər. Şikayətçi bildirir ki, qəzalı vəziyyətlə bağlı Azərişıq Açıq Səhmdar Cəmiyyətinin Şəmkir Elektirik Şəbəkəsini məlumatlandırıb. Çox təəssüf ki, nə vəziyyətlə maraqlanan olub, nədə ki, qəzalı vəziyyətlə bağlı tədbir görən. Sözcü.az

Kreml başa düşür ki, NATO-ya hücum etsə... - Conson

Kreml başa düşür ki, Rusiya Şimali Atlantika Alyansına (NATO) üzv olan ölkələrə hücum etsə, müharibəni uduzacaq. Sozcu.az xəbər verir ki, bunu İsveçin müdafiə naziri Pol Conson "Bild" nəşrinə müsahibəsində deyib. Onun sözlərinə görə, hakimiyyətin Rusiya ilə qarşıdurma kursu götürməsinə baxmayaraq, ölkədə NATO-ya üzvlüklə bağlı ictimai dəstək hələ də çox yüksəkdir və demək olar ki, 70%-dir. “Əlbəttə, İsveç və Finlandiyanın NATO-ya daxil olması Rusiyanın davranışının nəticəsidir. Əgər Rusiyanın İsveç və Finlandiya ilə bağlı bir məqsədi var idisə, bu, bizim NATO-ya daxil olmağımıza mane olmaq idi”, - nazir qeyd edib.

Qaracəmirli parkı niyə qurudulur ? - Ceyhun Nəbi

Şəmkirin Qaracəmirli kəndində ağacları sırayla düzülmüş, çinar və şam ağaclarından ibarət bir park var. Parkda biraz restavrasiya işləri aparılsa kənd sakinlərinin istirahəti üçün ən önəmli yerə çevrilə bilər. Amma bu parkda ağaclar baxımsızlıqdanmı, diqqətsizlikdənmi, məsuliyyətsizlikdənmi sıradan çıxdığı, quruduğu və ya bilərəkdən qurudulduğu müşahidə olunur(park Bələdiyyə və İcra nümayəndəliyinin bir addımlığında yerləşir). Parkın üst hissəsində artezian mövcud olsada ağaclar çox təəssüf ki, sulanmır, onlara qulluq göstərilmir. Xüsusilə şam ağaclarının bir neçəsi quruyub və qurumaqdadır. Bildiyimiz kimi ucaboy çinarların, şam ağaclarının boyatması böyük zaman alır. Ona görə uzun zamana ucalmış bu ağaclara qulluq göstərilməlidir ki, qurumasın. Ceyhun Nəbi

Hacıqabulda evləri su basdı: insanlar təxliyə edildi - VİDEO

İntensiv yağan yağışlar nəticəsində Pirsaat çayının Hacıqabul rayonunun Qubalıbaloğlan kəndindən keçən hissəsində sel gəlib. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, bu səbəbdən bəzi ərazilərin subasmaya məruz qalıb. FHN-in Mülki müdafiə qoşunları və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün əraziyə cəlb olunub. Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdə köməksiz vəziyyətdə qalan vətəndaşlar təxliyə edilib.   Qeyd edilib ki, mülki müdafiə qoşunları tərəfindən çayın kənd ərazisindən keçən hissəsində zəruri olan yerlərdə bəndbərkitmə işləri həyata keçirilir.

Rayonlarda leysan, Bakıda güclü külək... - Faktiki hava

Müşahidə olunan faktiki hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən xəbərə görə, iyunun 26-sı saat 17:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur. Hazırda Balakən, Binə, Quba, Qusar, Zaqatala, Qəbələ, Gəncə, Göygöl, Xocalı, Şuşa, Gədəbəy, Daşkəsən, Naftalan, Xaltan, Şəmkir, Yevlax, Lənkəran, Lerik, Astara Yardımlı, Qrız, Mingəçevir, Oğuzda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır. Narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 27 m/s, Balakəndə 30 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə bəzi bölgələrdə küləyin maksimal sürəti 20 m/s təşkil edir.

Güclü külək bu iki rayonda fəsadlar törətdi

Gecə saatlarından başlayaraq Zaqatala rayon ərazisində hava şəraitinin kəskin dəyişməsi güclü külək və dolu ilə müşayiət olunub. Rayon Fövqəladə Hallar Komissiyasından Sozcu.az-a verilən məlumata əsasən, güclü külək, leysan və dolu daha çox Makov, Muğanlı, Lahıc kəndləri istiqamətində müşahidə edilib. İri gövdəli ağaclar aşaraq elektrik və rabitə xətlərini zədələyib. Bu səbəbdən Muğanlı, Makov və Lahıc kəndləri istiqamətində avtomobillərin hərəkətində çətinlik yaranıb. İlkin məlumatlara əsasən, dolu daha çox rayonun Yeni Suvagil kəndinə yağıb. Nəticədə meyvə ağaclarına, bostan-tərəvəz bitkilərinə ciddi ziyan dəyib. Təbii fəlakət Balakən rayonundan da yan keçməyib. Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, küləklə müşahidə edilən leysan və dolu Balakən şəhəri də daxil olmaqla ətraf yaşayış məntəqələrinə xeyli ziyan vurub. Əsasən dolu yağan ərazilərdə şəxsi təsərrüfatlara ziyan dəydiyi bildirilir. Bununla yanaşı, güclü külək nəticəsində Balakən şəhəri və yaxın kəndlərdə ağaclar aşıb, elektrik naqilləri və rabitə xətləri zədələnib. Külək və leysan yağışları ara verdiyi saatlardan başlayaraq hər iki rayon ərazisində təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına başlanılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Fransa Ermənistana, görün, hansı haubitsaları verir

Fransa Ermənistana CAESAR haubitsalarını verəcək. Sozcu.az xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu X hesabında bildirib. "CAESAR haubitsalarının alınması üçün müqavilənin imzalanması ilə yeni mühüm mərhələyə qədəm qoyduq", - Lekornu əlavə edib. Qeyd edək ki, ötən gün Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya səfəri çərçivəsində həmkarı Sebastyan Lekornu ilə görüşüb.

Azərbaycanda DƏHŞƏT: sevgilisinin dodağını siqaretlə yandırdı, sonra küçədə...

Bakıda sevgilisinin dodağını siqaretlə yandıran, həmçinin onu dəfələrlə döyərək xəsarətlər yetirən şəxs həbs edilib. Hadisə paytaxtın Yasamal və Nərimanov rayonları ərazisində baş verib. Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə müraciət edən Səidə Fətəliyeva (ad-soyad şərtidir) sevgi münasibətində olduğu Elman adlı şəxsin ona iztirablar verdiyini bildirib. Bundan sonra 1995-ci il təvəllüdlü E.Məmmədov barəsində Cinayət Məcəlləsinin 133-cü (Əzab vermə) maddəsi ilə cinayət işi açılıb. Məlum olub ki, Elman Məmmədov Səidəyə qısqanclıq zəminində xəsarətlər yetirib. Sevgilisi yatdığı zaman cəzalandırmaq məqsədilə onun dodağını qaynar halda olan siqaretlə yandırıb. Bundan başqa, Nərimanov rayonu Keşlə qəsəbəsi ərazisində küçədə saçından tutaraq sürüyüb və yerə yıxaraq döyüb. Zərərçəkən qız məhkəmədə ilkin ifadəsində Elmanın törətdiyi əməllər barədə ətraflı məlumat verib. Lakin o daha sonrakı ifadəsində E. Məmmədovun ehtiyatsızlıqdan onun dodağını yandırdığını bildirib. Şahid ifadələri və digər dəlillər xəsarətlərin qəsdən yetirilməsini göstərib. Nərimanov Rayon Məhkəməsinin 4 iyun tarixli hökmü ilə Elman Məmmədova 2 il həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi dövründə polisin nəzarəti altında olan 29 yaşlı şəxs məhkəmə zalındaca həbs edilib. ("Qafqazinfo")