Güclü külək bu iki rayonda fəsadlar törətdi

Gecə saatlarından başlayaraq Zaqatala rayon ərazisində hava şəraitinin kəskin dəyişməsi güclü külək və dolu ilə müşayiət olunub. Rayon Fövqəladə Hallar Komissiyasından Sozcu.az-a verilən məlumata əsasən, güclü külək, leysan və dolu daha çox Makov, Muğanlı, Lahıc kəndləri istiqamətində müşahidə edilib. İri gövdəli ağaclar aşaraq elektrik və rabitə xətlərini zədələyib. Bu səbəbdən Muğanlı, Makov və Lahıc kəndləri istiqamətində avtomobillərin hərəkətində çətinlik yaranıb. İlkin məlumatlara əsasən, dolu daha çox rayonun Yeni Suvagil kəndinə yağıb. Nəticədə meyvə ağaclarına, bostan-tərəvəz bitkilərinə ciddi ziyan dəyib. Təbii fəlakət Balakən rayonundan da yan keçməyib. Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, küləklə müşahidə edilən leysan və dolu Balakən şəhəri də daxil olmaqla ətraf yaşayış məntəqələrinə xeyli ziyan vurub. Əsasən dolu yağan ərazilərdə şəxsi təsərrüfatlara ziyan dəydiyi bildirilir. Bununla yanaşı, güclü külək nəticəsində Balakən şəhəri və yaxın kəndlərdə ağaclar aşıb, elektrik naqilləri və rabitə xətləri zədələnib. Külək və leysan yağışları ara verdiyi saatlardan başlayaraq hər iki rayon ərazisində təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına başlanılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Fransa Ermənistana, görün, hansı haubitsaları verir

Fransa Ermənistana CAESAR haubitsalarını verəcək. Sozcu.az xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu X hesabında bildirib. "CAESAR haubitsalarının alınması üçün müqavilənin imzalanması ilə yeni mühüm mərhələyə qədəm qoyduq", - Lekornu əlavə edib. Qeyd edək ki, ötən gün Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya səfəri çərçivəsində həmkarı Sebastyan Lekornu ilə görüşüb.

Azərbaycanda DƏHŞƏT: sevgilisinin dodağını siqaretlə yandırdı, sonra küçədə...

Bakıda sevgilisinin dodağını siqaretlə yandıran, həmçinin onu dəfələrlə döyərək xəsarətlər yetirən şəxs həbs edilib. Hadisə paytaxtın Yasamal və Nərimanov rayonları ərazisində baş verib. Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə müraciət edən Səidə Fətəliyeva (ad-soyad şərtidir) sevgi münasibətində olduğu Elman adlı şəxsin ona iztirablar verdiyini bildirib. Bundan sonra 1995-ci il təvəllüdlü E.Məmmədov barəsində Cinayət Məcəlləsinin 133-cü (Əzab vermə) maddəsi ilə cinayət işi açılıb. Məlum olub ki, Elman Məmmədov Səidəyə qısqanclıq zəminində xəsarətlər yetirib. Sevgilisi yatdığı zaman cəzalandırmaq məqsədilə onun dodağını qaynar halda olan siqaretlə yandırıb. Bundan başqa, Nərimanov rayonu Keşlə qəsəbəsi ərazisində küçədə saçından tutaraq sürüyüb və yerə yıxaraq döyüb. Zərərçəkən qız məhkəmədə ilkin ifadəsində Elmanın törətdiyi əməllər barədə ətraflı məlumat verib. Lakin o daha sonrakı ifadəsində E. Məmmədovun ehtiyatsızlıqdan onun dodağını yandırdığını bildirib. Şahid ifadələri və digər dəlillər xəsarətlərin qəsdən yetirilməsini göstərib. Nərimanov Rayon Məhkəməsinin 4 iyun tarixli hökmü ilə Elman Məmmədova 2 il həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi dövründə polisin nəzarəti altında olan 29 yaşlı şəxs məhkəmə zalındaca həbs edilib. ("Qafqazinfo")

Məktəb və bağçalarda kondinsioner niyə yoxdur? - AÇIQLAMA

Yayın qızmaz istilərindən əziyyət çəkən təkcə böyüklər deyil, həm də dövlət bağçalarına gedən uşaqlardır. Bağçalarda soyutma sistemlərinin olmaması balacalar üçün çətinlik yaradır. Valideynlər bildirirlər ki, bağçalarda nəinki kondisioner, heç ventilyator da yoxdur. Bəzi bağçaların yay aylarında da fəaliyyət göstərəcəyini nəzərə alsaq, vəziyyəti göz önünə gətirmək elə də çətin deyil. Təhsil eksperti Elşən Qafarov isə Pravda.az-a açıqlamasında deyib ki, nəinki məktəbəqədər təhsil müəssisələrində, heç ümumtəhsil müəssisələrində də yay dövrü üçün kondisioner və bu kimi sərinlədici vasitələr nəzərdə tutulmayıb. Elşən Qafarov: "Təəssüfedici haldır ki, Etibar Əliyev qanunverici orqanda  təmsil olunur, onu tanıyanlar haqqında yaxşı bilirlər..." Pravda.az "Halbuki ümumtəhsil məktəblərində iyunun 14-də tədris bitsə də, məktəbəqədər təhsil müəssisələrində yay dövründə tədris davam edir. "Təhsil müəssisələrinin maddi-texniki bazası və infrastrukturu haqqında" Nazirlər Kabinetinin 23 aprel 2012-ci il tarixli, 287 nömrəli qərarına, o cümlədən 2012-ci il 3 avqust 171 saylı normativlərinə əlavə və dəyişikliklər etmək lazımdır", - ekspert bildirib.

Ölüm xəbəri yayılan tələbə intihar edibmiş

Azərbaycan Texnologiya Universitetinin tələbəsi Ergün Əliyevin ölümü ilə bağlı yeni detallar məlum olub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, o, yaşadığı evdəki çilçıraqdan özünü asaraq intihar edib. Bildirilib ki, 24 yaşlı tələbə universitetin "Turizm işinin təşkili" ixtisasının 3-cü kursunda təhsil alırmış.

İbtidai sinif müəllimlərinin NƏZƏRİNƏ - Suallar açıqlandı

İbtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanında istifadə olunmuş ixtisas sualları açıqlanıb. Təhsil İnstitutundan Sozcu.az-a verilən məlumata görə, 2023-cü ildə keçirilmiş sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanı 8 iyun 2024-cü ildə təşkil olunub. Bu imtahanda 6 464 ibtidai sinif müəllimi iştirak edib. İmtahanın təfərrüatları: • Müddət: 120 dəqiqə • Ümumi sual sayı: 60 Azərbaycan dili üzrə ixtisas suallarının sayı: 25 Riyaziyyat üzrə ixtisas suallarının sayı: 25 Tədris metodikası və təlim strategiyaları üzrə sualların sayı: 10 İbtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanının 3663 nəfərin iştirak etdiyi 1-ci seansında istifadə olunmuş ixtisas sualları ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: İbtidai sinif – Azərbaycan dili İbtidai sinif – Riyaziyyat Qeyd: tədris metodikası və təlim strategiyalarına aid suallar bütün fənlər üzrə oxşar olduğu və təhsilverənlərin sertifikatlaşdırılması prosesi davam etdiyi üçün bu suallar hazırda ictimaiyyətlə paylaşılmır.

Ukraynadan Krıma böyük hücum: S-400 və S-300-lər məhv edildi

Bu gecə Ukrayna ordusu Cankoy rayonunda rusların bir S-400 zenit-raket diviziyasına, həmçinin Çernomorskoye və Yevpatoriya yaxınlığında iki S-300 zenit-raket diviziyasına uğurlu zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından məlumat verilib. “Atılan raketlərimizin heç biri düşmənin “yüksək effektiv” hava hücumundan müdafiəsi tərəfindən tutulmayıb, xüsusən də Ukrayna raketlərinin hücumlarından sonra S-300/S-400 komplekslərinin fəaliyyəti dərhal dayanıb. Rus işğalçılar Krımda böyük itkilərə məruz qalıb”, - məlumatda qeyd olunub.

Bayden və Makron bu gün görüşəcək

İyunun 8-i ABŞ Prezidenti Co Bayden ilə Fransa Prezidenti Emmanuel Makron arasında görüş baş tutacaq. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Məlumata görə, prezidentlər görüş zamanı Qəzza və Ukrayna məsələsi də daxil olmaqla bir sıra regional və qlobal məsələləri müzakirə edəcəklər. Tərəflər Kiyevə kömək məqsədilə dondurulmuş Rusiya aktivlərindən istifadə planı ilə bağlı hələlik razılığa gəlməsələr də, ölkələrinin Ukraynaya dəstəyinə söz veriblər. Bayden və Makronun NATO-nun gücləndirilməsi mövzusunu da müzakirə edəcəyi gözlənilir.

İsti hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzi muxtar respublika ərazisində isti hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib. Nazirlikdən bildirilib ki, 6-7 iyun tarixlərində Naxçıvan şəhərində və Şərur rayonunun Arazboyu düzənlik ərazilərində havanın temperaturunun 34-38 dərəcə isti olacağı gözlənilir. Muxtar respublika ərazisində gözlənilən yüksək temperatur, diskomfort şərait əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə çox əlverişsizdir. Uzun müddət açıq havada olmaq məsləhət deyil. Qeyd edək ki, 8-9 iyun tarixlərində isə muxtar respublika ərazisində hava şəraitinin yağıntılı olacağı gözlənilir.

Rus ordusu Donbasda ağlasızmaz itkilər verir

Ukrayna müharibənin 833-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 513 700 hərbçi, 7 806 ədəd tank, 15 036 ədəd zirehli döyüş maşını, 13 385 ədəd artilleriya sistemi, 1 092 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 830 hava hücumundan müdafiə sistemi, 357 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 18 297 ədəd avtomobil texnikası, 10 805 ədəd PUA, 2 270 qanadlı raket, 27 gəmi/kater, 1 sualtı qayıq, 2 223 xüsusi avadanlıq itirib.

Zelenski Sinqapurda ABŞ-ın müdafiə naziri ilə görüşüb

Ukrayna Prezidenti Vladimir Zelenski Sinqapurda keçirilən “Şanqri-La Dialoq” beynəlxalq təhlükəsizlik forumu çərçivəsində ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında yazıb. “ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə görüşdə əsas müzakirə mövzusu Ukraynanın müdafiə ehtiyacları, hava hücumundan müdafiə sisteminin gücləndirilməsi, F-16 təyyarələrinin tədarükü, ikitərəfli təhlükəsizlik sazişinin hazırlanması olub”, - deyə dövlət başçısı bildirib. O, danışıqların təfərrüatlarını açıqlamayıb. Zelenski, həmçinin ABŞ Prezidenti Co Baydenə Rusiya ərazisinə Amerika silahları ilə müdafiə zərbələri endirmək qərarına görə təşəkkür edib. Mayın 30-da Pentaqon təsdiq edib ki, ABŞ administrasiyası əks batareya döyüşü zamanı Rusiya ərazisinə Amerika silahları ilə zərbələr endirməyə razılaşıb.

Az bal toplamış abituriyentlərin NƏZƏRİNƏ - İkinci şans + Qeydiyyat başladı

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat 2024-cü il mayın 31-dən iyunun 17-dək aparılacaq. Bu barədə Sozcu.az-a DİM-dən bildirilib. Qeyd edilib ki, imtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=133) daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər və müvafiq qaydada ödəniş (ödəniləcək məbləğ barədə sistem tərəfindən avtomatik olaraq istifadəçiyə məlumat verilir) edirlər. 2-ci cəhd üzrə qeydiyyat zamanı I və ya III ixtisas qrupunu seçən abituriyentlər 1-ci cəhd üzrə olduğu qaydada öz istəklərinə uyğun olaraq müvafiq ixtisas qrupu üzrə altqruplardan birini, yaxud hər ikisini seçə bilərlər. Aşağıdakı kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirin) imtahanda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları; şəhid ailəsinin üzvləri; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar; məcburi köçkün statusu olan şəxslər; I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar. Bu abituriyentlər haqqında məlumat DİM tərəfindən müvafiq icra orqanlarının informasiya sistemlərindən elektron üsullarla əldə olunur. İmtahanda yalnız göstərilən tarixlərdə qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər. Abituriyentlərə ikinci imtahana qeydiyyat zamanı birincidəkindən fərqli ixtisas qrupunu seçməyə icazə verilir. 12 may tarixində keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanından qeyri-məqbul alan abituriyentlərə də yay qəbul imtahanına qeydiyyatdan keçməyə icazə verilir. Lakin həmin abituriyentlər 30 iyunda keçiriləcək II Azərbaycan dili imtahanından qeyri-məqbul aldıqları təqdirdə müsabiqəyə buraxılmayacaqlar. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu elanının tam mətni ilə buradan tanış ola bilərsiniz.