Pakistanda silahlı toqquşma: 42 ölü

Pakistanın Bəlucistan əyalətində hərbçi və separatçılar arasında silahlı toqquşma baş verib.

Sozcu.az xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.

Bildirilib ki, insident zamanı 18 hərbçi və 24 silahlı qruplaşma üzvü ölüb.

Məlumata görə, silahlı toqquşma separatçıların yollarda qurduqları postların aradan qaldırılması zamanı baş verib.

Qeyd edək ki, separatçıların hansı qruplaşmaya aid olduqları hələ ki bəlli deyil.

Əlavə edək ki, Pakistanın Baş naziri Şahbaz Şərif toqquşmanı pisləyib.

Share on Facebook