Bakı-Xudat avtobusu yük avtomobili ilə toqquşdu: yaralanan var

Siyəzəndə baş vermiş avtobus qəzası nəticəsində yaralanan şəxsin kimliyi məlum olub.

Sozcu.az APA -ya istinadla xəbər verir ki, onun Xaçmaz rayon sakini 72 yaşlı Nazim Kiçikbəyov olduğu bildirilir.

N. Kiçikbəyov müvafiq tibbi yardımdan sonra evə buraxılıb.

Xatırladaq ki, qəza Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində baş verib.

Hadisə zamanı avtobusda 51 sərnişin olub. Onlardan biri xəsarət alıb. O, təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxanaya aparılıb.

Share on Facebook