Erməni hərbçi öldürüldü, atəşkəs pozuldu... - Həbs edilən var

Ermənistanda "Torpaq Mühafizəsi" hərəkatının üzvü olan hərbçi Qor Asatryan fevralın 13-də qəflətən ölməyibmiş. Sozcu.az Publika.az-a istinadən xəbər verir ki, istintaqın ilkin nəticələrinə görə, hərbçi Zəngilanda təxribat baş verən gün, yəni fevralın 12-də öldürülüb. Məlumata görə, 40 yaşlı hərbçi mübahisədən sonra fevralın 12-nə keçən gecə güllələnib. Onu öldürməkdə şübhəli bilinən hərbçi yoldaşı T.K. artıq həbs edilib. Qeyd edək ki, bu hadisədən bir neçə saat sonra eyni ərazidə atəşkəs pozulub. Həbs edilən hərbçinin bu əməlini ört-basdır etmək üçün atəşkəsi qəsdən pozduğu da istisna edilmir. Xatıradaq ki, fevralın 12-də Zəngilan rayonu istiqamətindəki şərti sərhəddə baş verən erməni snayperinin təxribatı nəticəsində DSX-nin bir hərbçisi yaralanıb. Buna cavab olaraq DSX 13 fevralda qisas əməliyyatı keçirib, düşmənin sözügedən postunu dağıdaraq 4 erməni hərbçini məhv edib.

Şirkətin satış müdirinə cinayət işi açıldı: 147 minlik yeyinti...

Best-Tarım Qapalı Səhmdar Cəmiyyətinə məxsus külli miqdarda pul vəsaitinin mənimsənilməsinə dair müraciət əsasında Sabirabad rayon prokurorluğunda araşdırma aparılıb. Bu barədə Sozcu.az-a Sabirabad rayon prokurorluğundan məlumat verilib. Məlumatda bildirilir ki, araşdırmalarla QSC-nin satış müdiri Anar Babaşovun qeyriləri ilə birgə 2023-cü il ərzində anbardan müxtəlif qida məhsullarını məxaric edib malların dəyərini xəzinəyə mədaxil etməməsi nəticəsində 147 min manatdan artıq pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib. Fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.

Ermənistan DİN Kamil Zeynallı ilə bağlı açıqlama yaydı - Təcili

Moskvada saxlanılan azərbaycanlı Ermənistan hüquq-mühafizə orqanları tərəfindən qətldə ittiham olunur. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sərkisyan deyib.​ “Sözügedən şəxs barəsində qətl törətmək ittihamı ilə dövlətlərarası axtarışa başlanılıb”, -məlumatda deyilir. Qeyd edək ki, fitnes məşqçisi Kamil Zeynallı Ermənistanın tələbi ilə Moskvada saxlanılıb.

Erməni mətbuatından şok: Kamil bu "qətlə" görə tutulub

Xəbər verdiyimiz kimi, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib. Sozcu.az Publika.az-a istinadən xəbər verir ki, Ermənistan mətbuatı Kamil Zeynallının saxlanılmasından yazıb. Ermənistan mətbuatı iddia edir ki, Kamil Zeynallı 44 günlük müharibə zamanı döyüşlərdə iştirak edib və Qarabağda erməni qocanın boğazını kəsib. “Üstəlik, o, videoda sevincək şəkildə gülürdü. Daha sonra həmin görüntülər Teleqram kanallarında yayıldı”, - xəbərdə iddia olunur. Erməni nəşri Kamil Zeynallını ittiham etdikləri həmin görüntüləri də yayıb. Qeyd olunur ki, Rusiya onu cinayət məsuliyyətinə cəlb etmək üçün Ermənistana ekstradisiyasını müzakirə edir.

Qızına şiddət göstərən ata həbs edildi

Qızına şiddət göstərən Elnur Məmmədov həbs edilib. Sozcu.az xəbər verir ki, bu barədə DİN mətbuat xidmətindən məlumat verilib. Bildirilib k, Xəzər rayon Məhkəməsinin qərarı ilə Elnur Məmmədov barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sosial şəbəkələrdə atanın qızına qarşı zorakılıq göstərməsi ilə bağlı yayılan görüntülərlə əlaqədar araşdırma başlayıb.

Kəmaləddin Heydərov vəzifəsində azad edilir və bu ölkəyə göndərilir - ŞOK İDDİA

Fövqəladə hallar naziri vəzifəsini icra edən Kəmaləddin Heydərov ərəb ölkələrindən birinə səfir göndərilə bilər. Qaynarinfo-nun daxil olan məlumata görə, Kəmaləddin Heydərovun səfir göndəriləcəyi ərəb ölkələri arasında daha çox Birləşmiş Ərəb Əmirliklərinin adı çəkilir. Bu da səbəbsiz deyil. Kəmaləddin Heydərovun BƏƏ-nin siyası dairələri və ölkə siyasətinə təsir imkanları olan nüfuzlu şeyxləri ilə dostluq münasibətləri var. Məsələn, bir neçə il əvvəl Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid Əl Məktum Azərbaycanda Kəmaləddin Heydərovun qonağı olub. Bu barədə də mediada kifayət qədər məlumat var. Kəmaləddin Heydərovun Həmdan bin Məhəmməd bin Rəşid Əl Məktumun atası, Dubay əmiri Məhəmməd bin Rəşid Əl Məktumla dost olduğu bildirlir. Məhəmməd bin Rəşid Əl Məktumun digər oğlu Məhəmməd bin Rəşid Qadir isə Kəmaləddin Heydərovun oğlu Nicat Heydərovun toyunda iştirak edib. Dubay əmiri Məhəmməd bin Rəşid Əl Məktum Qısası, BƏƏ Kəmaləddin Heydərov üçün yad yer deyil. Elə məlumatlarda da iddia olunur ki, BƏƏ-yə səfir göndərilməsi Kəmaləddin Heydərovun öz xahişidir. Hakimiyyətin zirvəsində bu xahişə münasibət xoşdur. Kəmaləddin Heydərov səfir göndəriləcəyi təqdirdə fövqəladə hallar naziri postuna kimin təyin olunacağına gəlincə, iddia olunur ki, nazirlik ləğv ediləcək. Onun səlahiyyətləri isə müvafiq qurumlar arasında bölüşdürləcək. Xatırladaq ki, hələ növbədənkənar prezident seçkiləri təyin olunan zaman seçkidən sonra kadr və struktur dəyişiklərinin həyata keçiriləcəyi barədə xəbərlər yayılmışdı. İddia edilir ki, kadr dəyişikliklər zamanı əsasən uzun müddət vəzifə daşıyan və yaşlı məmurlar əvəzlənəcək. Struktur dəyişikliklərinə gəlincə, bildirilirdi ki, bir-birini təkrarlayan qurumların ləğvi, yaxud birləşdirilməsi nəzərdə tutulur.

Əhməd yaşıdını öldürüb, ona “dəlilik kağızı” alıblar ki… - Sirr açıldı

Ata-anasını, qardaşını, bacısını və bacısının azyaşlı övladını qətlə yeirən Əhməd Əhmədovla bağlı sensasion məlumat yayılıb. Sozcu.az xəbər verir ki, bu barədə Mehriban Sadıqova məlumat paylaşıb. Onun iddiasına görə, Əhməd 15 yaşında olarkən 30 bıçaq zərbəsi ilə həmyaşıdını öldürübmüş: “Ailəsi həbsxanaya girməməsi üçün ona "dəlilik kağızı" düzəldib, sonra da onu aradan çıxarıb Rusiyaya göndəribmiş. Sonradan ona maşın, ev alıb, gündəlik də cibxərci veriblər. Daha sonra "dəlilik kağızını" təmizləyib, sağlamlıq arayışı ilə ona sürücülük vəsiqəsi də alıblar. Və beləcə öz dəhşətli sonlarını hazırlayıblar”.

Əhmədin psixoloji problemləri var imiş...

Bakıda ata-anası, qardaşı, bacısı və onun azyaşlı oğlunu öldürməkdə şübhəli bilinən Əhməd Əhmədovun psixoloji problemlərinin olduğu deyilir. Sozcu.az xəbər verir ki, bu gün qətlə yetirilən Mehman Əhmədovun əmisi Simnar Əhmədov Report-a bildirib ki, Əhməd Əhmədov ailədən ayrı yaşayıb: "Oğlanın psixoloji problemi var idi. Dəfələrlə demişdik ki, xəstəxanaya yerləşdirin. Anası məktəb direktoru idi. Ailədaxili problem yox idi. Mehriban ailə idilər. Atası ona ayrı ev almışdı. Mehman biznesmen, Əhməd isə idmançı idi". Qeyd edək ki, faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Bakıda qadın küçədə qətlə yetirildi: Keçmiş həyat yoldaşı saxlanıldı

Bakı şəhərinin Nərimanov rayonunda fevralın 13-də qadın keçmiş həyat yoldaşı tərəfindən öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, hadisə saat 17:30 radələrində baş verib, sözügedən ərazidə küçələrin birində Sevinc Rəfail qızı İbrahimovanı qətlə yetirilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının keçmiş həyat yoldaşı 1985-ci il təvəllüdlü Rövşən Eldar oğlu Quliyev saxlanılıb.

Ordumuz qisas əməliyyatı keçirdi: post darmadağın edildi

13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi məlumat yayıb. Qeyd ediib ki, əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan ordusunun Qafan rayonunun Nerkin-Hand yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur. Ermənistan tərəfinin Azərbaycan-Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcəkdir. Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Ermənistan atəşkəsi pozdu - Hərbçimiz yaralandı - Təcili

Fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Sozcu.az xəbər verir ki, təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib. Baş vermiş hadisə, o cümlədən qarşı tərəfdən atəşin aşılması anı videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb. Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır. Ermənistan tərəfinin bu növbəti təxribatına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Rusiyada helikopter qəzası: bütün heyət öldü

Rusiyanın Kareliya Respublikasında Fövqəladə Hallar Nazirliyinə məxsus Mi-8 helikopteri qəzaya uğraması nəticəsində bütün heyət ölüb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata görə, helikopter buz bağlamış Oneqa gölünə düşərək batıb. Bildirilib ki, helikopter qəza zamanı gölə düşərək batdığı üçün mayakı işləməyib və bu da axtarış işlərini çətinləşdirib. Faktla bağlı istintaq başladılıb. İstintaq qəzanın əsas versiyaları kimi ekipajın səhvi, hava şəraiti və avadanlıqların nasazlığını nəzərdən keçirir. Helikopterdə 3 heyət üzvünün olduğu bildirilir. Qeyd edək ki, ötən gün Rusiya FHN təlim uçuşu həyata keçirən helikopterlə əlaqənin kəsildiyini açıqlamışdı.