Dayısı oğlunun toy günü onların evinə girdi

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, rayon sakini Arif Apoyev rayon ərazisindəki inzibati binalardan birinə daxil olaraq oradan dəyəri 1000 manat olan kompüter avadanlıqlarını oğurlayıb. Saxlanılan şəxsin əvvəl də anoloji cinayət törətməsi məlum olub. Bundan başqa polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qohumunun evindən oğurluq etməkdə şübhəli bilinən rayon sakini İlkin Əliyev də saxlanılıb. Ev sahibinin toyda olmasından istifadə edən İ.Əliyevin mənzildən 1500 manat oğurladığı məlum olub. Şübhəli şəxslər istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir. "Unikal"ın əldə etdiyi məlumata görə, İlkin Əliyev öz dayısının evindən oğurluq edib. Belə ki, o dayısından pul istəyib, amma dayısını ona pul verməyib. Buna görə dayısı oğlunun toy günü onların evindən oğurluq edib.

Müsavatçı tələbədən İcmaya etiraz

Dünən Üniversitetdə belə hadisə oldu. Günorta müəllim sinif nümayəndəsinə yazıb ki,"Qərbi Azərbaycan İcmasının bütün sosial şəbəkələrdəki səhifələrindən hər kəs MƏCBURİ şəkildə takip atıb və onu telefonla skren edib, mənə atsın". O da dekana atacaq. Dekan isə İcra Hakimiyyətinə göndərəcək. Və mən də təbii olaraq, etirazımı bildirdirib və takip etməyəcəyimi bildirdim.  Səhər dərsə gəldim. Elə həmin müəllimin dərsi idi. Və müəllim Qərbi Azərbaycan İcmasında hamının keçməsini bildirdi. Mən də susaram mı heç?) Əlimi qaldırdım. Və bunun məcburi edildiyinin yanlış, könüllü olmasını bildirdim. Müəllim isə klassik hakimiyyət diliylə təbii ki, danışmağa başladı. Ay nəbilim informasiya müharibəsi, belə gəldi, o belə getdi. Sonra dekan gəldi. Yəqin ki, müəllim sözlərimi dekanlığa çatdırıb.) Dekan bizə xahiş edərək takip atmağımızı istədi. Artıq əmr formasında demirdi deyə nəsə demədim. Həmdə hələ Üniversitetdə I kursam çox da nəsə demək istəmirəm.   Nəysə, yeni deməyim odur ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır! Ona şübhə yoxdur. Dərbəndən Kəngər körfəzinə qədər hamısı Azərbaycan torpağıdır! Amma mübarizə yolu, Dünyaya bunu çatdırılma üsulu bu deyil. Sənan Səbuhioğlu

Ərdoğanın ABŞ-a səfərinin tarixi dəqiqləşdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 9-da ABŞ-a rəsmi səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə “Akşam” məlumat yayıb. Bildirilib ki, səfər ABŞ Prezidenti Co Baydenin dəvəti ilə baş tutacaq. Hər iki lider ABŞ-ın Türkiyəyə F-16 qırıcılarının tədarükünü və terrorla mübarizə məsələlərini müzakirə edəcəklər.

Almaniyada şagirdləri daşıyan avtobus aşdı: yaralılar var

Almaniyanın Olpe şəhəri yaxınlığında məktəbliləri daşıyan avtobus aşıb. Sozcu.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Məlumata görə, avtobusun aşması nəticəsində 27 yeniyetmə xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onlardan 4-nün vəziyyəti ağırdır. Avrobusun sürücüsü yüngül xəsarətlər alıb.

Şəmkirdə müharibə iştirakçısı bıçaqlanıb

1997-ci il təvəllüdlü, Şəmkir rayon Çinarlı qəsəbə sakini, 44 günlük vətən müharibəsi iştirakçısı Elmar İsmayılov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin başvermə səbəbləri araşdırılır. Sözcü.az

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanın dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının səkkizinci görüşü keçirilib. Görüşdə Qazaxın işğal altında olan yeddi kəndindən dördünün Azərbaycana qaytarılması haqqında razılıq əldə edilib.

Kürdə batan azyaşlı qızla bağlı ürəkdağlayan FAKT

Kürdə batan ata və qızı ilə bağlı yeni detallar məlum olub. Sozcu.Az xəbər verir ki, “Azad Azərbaycan” Televiziyasında (ATV) yayımlanan süjetdə bildirilib ki, itkin düşən 6 yaşlı Səma üç il əvvəl ürəyindən əməliyyat olunub. “Bu səbəbdən də valideynləri hər zaman ona diqqət edirdilər. Ailədə onun nazı ilə oynayırdılar”, – deyə bildirilib. Qeyd edək ki, Zərdabın Qoruqbağı kənd sakini, 2018-ci il təvəllüdlü Səma və atası Vaqif Süleymanlı çayın kənarında yerləşən su mühərrikinin yanında istirahət edirlərmiş. Bu zaman altı yaşlı Səma suya yıxılıb. Atası qızını xilas etmək üçün onun ardınca suya tullansa da, o da batıb.

Düşmən kvadrokopteri zərərsizləşdirildi - Rəsmi

Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunub və zərərsizləşdirilərək müsadirə edilib. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bakıdakı Uşaq evində qollarını doğrayan qız qaçdı - Polis onu axtarır

Bakıda uşaq evində intihara cəhd olub. Sozcu.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən 3 saylı uşaq evində qeydə alınıb. Orada qalan 16 yaşlı M.A. (ad şərtidir) qollarını doğrayıb. Uşaq evinin rəhbərliyi dərhal qıza ilkin tibbi yardım göstərib, sonra həkim çağırıb və bu barədə polisi məlumatlandırıb. Təcili yardım briqadası və polis uşaq evinə daxil olarkən qız oradan qaçıb. Hazırda onun tapılması istiqamətində axtarışlar davam etdirilir.

Kürdəmirdə dəhşət: 1 ölü, 2 yaralı

Kürdəmirdə baş verən zəncirvarı yol qəzasında bir nəfər ölüb, iki nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, dəhşətli yol qəzası Ağsu-Kürdəmir-İmişli yolunda, Kürdəmirin Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, ikisi minik avtomobili olmaqla, bir yük maşını toqquşub .Qəza nəticəsində sürülərdən biri İmişli rayon Telişli kənd sakini 70 yaşlı Əliəşrəf Mövsümov hadisə yerində ölüb. Xəsarət alan digər sürücü və sərnişinlər Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Ağdamda minaya düşən şəxsin vəziyyəti ağırdır

İşğaldan azad edilən Ağdam rayonunun Əliağalı kəndi ərazisində minaya düşərək xəsarət alan Bağırov Mirfəttah Bağır oğlunun vəziyyəti ağırdır. Sozcu.az "Report"a istinadən xəbər verir ki, bu barədə Bərdə rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov bildirib. "Xəstə daxil olarkən diaqnozu sol pəncənin, sol baldırın aşağı üçdə biri də daxil olmaqla, pəncəsinin travmatik amputasiyası, sol baldırın arxa sahəsinin genişsahəli qəlpə yaralanması, travmatik şok ağır dərəcəli diaqnozu ilə daxil olub. Bununla yanaşı, o, şəkərli diabet xəstəsidir", - V.Məmmədov deyib. Onun sözlərinə görə, hazırda lazımi tibbi müdaxilələr icra olunur və xəstədə cərrahi əməliyyat planlaşdırılır.

Bu əraziyə qar yağdı: Faktiki hava

Aprelin 12-si saat 10:00-a olan məlumata əsasən Azərbaycanın bəzi yerlərində hava şəraiti arabir yağıntılı olub, səhər saatlarında Şahdağda qar yağıb. Bəzi yerlərdə şimal-qərb küləyi arabir güclənib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, qar örtüyünün hündürlüyü Şahdağda 12 sm olub. Düşən yağıntının miqdarı Lerikdə 23 mm, Yardımlı, Şəkidə 18 mm, Astarada 9 mm, Lənkəranda 8 mm, Göygöl, Ordubad, Kəlvəz, Gədəbəy, Şahbuz, Biləsuvar, Naxçıvan, Şərur, Daşkəsən, Beyləqan, Neftçala, Şahdağ, Tərtərdə 5 mm-dək olub. Aprelin 11-də şimal-qərb küləyi arabir Şahdağ, Altıağacda 20 m/s, Bakıda və Abşeron yarımadasında 25 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb. Şəmkir, Ceyrançöl, Şəki, Qrız, Lerikdə duman müşahidə olunub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 16 dərəcəyədək, Naxçıvan MR-da 21 dərəcəyədək, Aran rayonlarında 22 dərəcəyədək, dağlıq rayonlarda 7-11 dərəcə isti olub.